Məhkəmə qərarları › İş №1(3-7)-211/2026

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-7)-211/2026

21.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Gəncə şəhəri İş № 1(3-7)-211/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 Qəmbər oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim Ş.Ə.Məmmədova) ##.##.1992-ci il tarixdə Şəmkir rayonu Dəllər- Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Sarıtəpə kəndinə qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimlan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilməsi, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmış, həmçinin məhkəmə məsrəfinə dair məsələ həll edilmişdir. İşin halları Məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs, qardaşı şahid6la həmkəndlisi şahid7 arasında bir il öncə olan intim münasibətə görə sonuncunun keçmiş əri Zərərçəkmiş şəxs ilə arasında münasibətlərin pozulması və ## ######## 2025-ci il tarixdə Şəmkir rayonu, Sarıtəpə kəndində olan çayxanada Zərərçəkmiş şəxs ünvanına söyüşlər söyməsi səbəbindən məsələyə aydınlıq gətirmək məqsədilə ## ######## 2025-ci il tarixdə saat 22 radələrində yaşadığı Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən uşaq bağçasının yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb sözlə mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinin ünvanına nalayiq sözlər işlətmələri və qarşılıqlı olaraq birbirlərinə zərbələr endirmələri səbəbində sonuncudan qisas almaq niyyətilə əl və ayaq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağ gözün üst qapağının qançırı, sağ dirsək oynağının arxa səthinin, sol diz oynağının öniç səthinin, sağ diz oynağının bayır səthinin sıyrıqları, sağ əlin arxa səthinin əzilmiş yarası, sağ əlin 1-ci barmağının yumşaq toxumalarının şişkinlik və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 apellyasiya protesti verərək Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun təyin edilən cəzadan azad edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “Dövlət ittihamçısı kimi məhkəmə çıxışında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bimədiyi və barəsində amnistiya tətbiq edilməsinə razılıq vermədiyi üçün onun CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun həmin cəzadan azad edilməsi məhkəməyə təklif edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmənin hazırki qərarı ləğv edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin edilən cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materilları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulmuş şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət tödətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Həmin Qərarın 24-cü bəndində əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda CPM-in 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda isə CPM-in 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. CPM-in 44.2-ci maddəsinə əsasən bəraət hökmü və cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcüd olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) təqsirləndirilən şəxsi ona təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddə böyük ictimai təhlükə törətməyən cinayətdir, eyni zamanda, onun himayəsində ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü Kərimov İbrahim Məhəmməd oğlu adlı uşaqları var. Belə olan halda, hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədiyi və barəsində amnistiya aktının təqtbiq olunmasına razılıq vermədiyi üçün, məhkəmə onu təyin etmiş olduğu 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad etməklə barəsində ittiham hökmü çıxarmalı olduğu halda, müvafiq qərarı ilə təqsirləndirilən şəxsə 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edərək onu cinayət məsuliyyətindən azad etmiş və iş üzrə icraata xitam vermişdir. Beləliklə də, yuxarıda sadalananlar nəticəsində məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir”. Proses iştirakçılarının çıxışları Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 Qəmbər oğlu apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini, cinayət qanunu normalarına uyğun Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun təyin edilən cəzadan azad edilməsi barədə ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protesti üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını protestin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya protestinə əsasən ləğv edilərək cinayət qanunu normalarına uyğun Təqsirləndirilən şəxs CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməli, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun təyin edilən cəzadan azad edilməsi barədə ittiham hökmü çıxarılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törədilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin əməli törətməsi qənaətinə gəlsə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilməməsi və barəsində amnistiya aktının təqtbiq olunmasına razılıq vermədiyi üçün, məhkəmə onu təyin etmiş olduğu 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad etməklə barəsində ittiham hökmü çıxarmalı olduğu halda, müvafiq qərarı ilə təqsirləndirilən şəxsə 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edərək onu cinayət məsuliyyətindən azad etmiş və iş üzrə icraata xitam vermişdir. Beləliklə də, yuxarıda sadalananlar nəticəsində məhkəmə tərəfindən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Apellyasiya protestində də qeyd olunan halla bağlı cinayət qanunu normalarına uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində onun özünü təqsirli bilməməsini və barəsində amnistiya aktının təqtbiq olunmasına razılıq verməməsini nəzərə almadan cinayət qanunu normalarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 5.1-ci bəndinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarının 24-cü bəndində əsasən, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda CPM-in 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda isə CPM-in 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. CPM-in 44.2-ci maddəsinə əsasən bəraət hökmü və cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcüd olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) təqsirləndirilən şəxsi ona təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs tərəfindən CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri birinci instansiya məhkəməsində aparılmış icraat zamanı tədqiq edilmiş sübutlarla sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri iş materialları ilə təsdiq edilir. Məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda bir daha sadalanmasına zərurət görmür. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CPM-nə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-nin 349.4-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və ona cəza təyin olunmalı, həmçinin Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilməməsi və barəsində amnistiya aktının tədbiq edilməsinə razılığı olmaması səbəbindən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun təyin edilən cəzadan azad edilməsi barədə ittiham hökmü çıxarılmalıdır. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.1-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar, 59.2-ci maddəsinə əsasən isə məhkəmənin nəzərə aldığı ayrı-ayrı cəzanı yüngülləşdirən hallar cəza təyini zamanı nəzərə alınır. İş materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Aşağı Seyfəli kəndində müsbət xarakterizə olunur və onun barəsində hər hansı bir şikayət və ərizə nümayəndəliyə və inzibati orqanlara daxil olmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı - ##.##.2018-ci il təvəllüdlü Kərimov İbrahim Məhəmməd oğlu və ##.##.2014-cü il təvəllüdlü X2 vardır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin Qərarın 1-ci bəndinə əsasən cinayət qanunun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə - 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi qanuni və ədalətlidir. CPM-nin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya protestinə münasibətdə ləğv edilməli, iş üzrə Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilməməsi və barəsində amnistiya aktının tədbiq edilməsinə razılığı olmaması səbəbindən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarına əsasən onun təyin edilən cəzadan azad edilməsi barədə ittiham hökmü çıxarılmalıdır. Həmçinin, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə hər saatı üçün 11 manat olmaqla 220 manat pul İsmayılov Akif İsmayıl oğluna ödənilməsi üçün Dövlət büdcəsindən Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358, 384, 385, 397, 398, 399, 403, 407-408 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 128-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin «19» may 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya protestinə əsasən ləğv edilsin. Apellyasiya protestinə əsasən cinayət işi üzrə ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat pul İsmayılov Akif İsmayıl oğluna ödənilməsi üçün Dövlət büdcəsindən Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar