Məhkəmə qərarları › İş №1(3-7)-216/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-216/2026

23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-216/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən Süleyman Hacıyev) hökmü ilə ## ######## 1992-ci il tarixdə Tovuz rayonu Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 5 ünvanında faktiki yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin cinayətə görə cəza təyin edilməməsi, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin cinayətə görə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla bir qrup şəxs halında özgənin əmlakını qəsdən məhv etmiş və zədələmiş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət təkrar xuliqanlıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 61 ünvanında yerləşən Bakı şəhəri ** saylı Şəhər Poliklinikasının baş həkiminin müavini şahid16 İsmət qızının xidməti iş otağında qəbulda olarkən “Covid-19” xəstəliyinə qarşı peyvəndləməyə “Əks-göstəriş Sertifikatı”nın verilməsini tələb etdikdə bunun mümkün olmaması və müvafiq sertifikatı almaq üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu Bakı şəhəri ** saylı Şəhər Poliklinikasına müraciət etməsi barədə həkim şahid16 tərəfindən ona qanuni izah verildikdən sonra o, aldığı cavabdan narazı qalaraq tanışı şahid21 ilə birlikdə saat 12 radələrində poliklinikanın baş həkimi zərərçəkmiş şəxs6 ** nömrəli xidməti iş otağına daxil olub ona “Əks-göstəriş Sertifikatı”nın verilməsi ilə bağlı qanunsuz tələbini bir daha irəli sürmüş, baş həkim zərərçəkmiş şəxs6 xidməti otağına dəvət etdiyi tibb qeydiyyatçısı şahid20 ilə birgə Təqsirləndirilən şəxs müraciətini araşdırdıqdan sonra eyni əsasla, yəni qeydiyyatda olduğu poliklinikaya müraciət etməli olduğunu ona bildirdikdə, Təqsirləndirilən şəxs “Əks-göstəriş Sertifikatı”nın verilməsindən imtina olunmasını bəhanə edərək qəsdən əsəbi şərait və gərginlik yaradıb heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, tibb müəssisəsinin normal iş fəaliyyətinin və cəmiyyətdə insanlar arasında bərqərar olmuş qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərlə ictimai qaydanı kobud surətdə pozmaqla ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlərlə cəmiyyətə açıqca hörmətsizlik etməklə əyləşdiyi masadan ayağa qalxaraq baş həkim zərərçəkmiş şəxs6 üzərinə hücum edib yumruğunu stolun üzərinə vurmuş, bunun ardınca stolun üzərində olan silah qismində istifadə etdiyi baş həkim zərərçəkmiş şəxs6 məxsus qəndqabına və içərisinə qaynar çay süzülmüş stəkana əli ilə qəsdən möhkəm zərbə endirib həmin predmetləri zərərçəkmiş şəxs6 tərəf atmaqla, qəndqabının qapağının sonuncunun sifət nahiyəsinə dəyməsi nəticəsində üst dodağın içəri səthinin əzilmiş yarası və alt çənənin qançırı, sınmış stəkanın içərisində olan qaynar çayın üzərinə tökülməsi nəticəsində isə sağ saidin qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin stəkanın sınaraq məhv olması nəticəsində 5 manat, qəndqabının qapağının sınaraq məhv olması nəticəsində 80 manat olmaqla, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ümumilikdə 85 (səksən beş) manat məbləğində maddi ziyan vurduqdan sonra hüquqazidd hərəkətlərini davam etdirərək münaqişəyə müdaxilə etmiş insanların səyi ilə baş həkimin otağını tərk edərkən ictimai yer hesab edilən tibb müəssisəsinin dəhlizində uca səslə qışqırıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 ünvanına nalayiq ifadələr səsləndirməklə və tibb müəssisəsinin iş fəaliyyətini pozaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət xuliqanlıq etmişdir. Bundan başqa, özünü qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış “Gənc qazilər” ictimai birliyinin sədri və döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış digər Vətən müharibəsi iştirakçılarının səlahiyyətli nümayəndəsi kimi təqdim edən Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə Vətən müharibəsi iştirakçılarının bir qismini zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerləşən vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş otağının qarşısında toplayıb bir qrup şəxs halında birləşərək, qanuni əsaslar üzrə özünə əvvəllər II dərəcə əlillik müəyyən olunduğu halda onun çağırışına gəlmiş digər müharibə iştirakçılarına da əlillik dərəcələrinin və sığorta ödənişlərinin təyin edilməsini qanunsuz olaraq tələb etdikdə həmin tələblərlə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinin qanuni izahlarına məhəl qoymayıb etiraz əlaməti olaraq nazirlik əməkdaşlarına qarşı aqressiv və qərəzli mövqe nümayiş etdirməyə başlamış, qəsdən özünün yaratmış olduğu əsəbi şərait və gərginlik vəziyyətində huşunu itirmiş şəxsə həkim tərəfindən təhlükəsiz şəraitdə ilkin tibbi yardım göstərilməsi və insan sıxlığının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən qəbul otağının qapısının müvəqqəti bağlanmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan saat 11 radələrində şəxsiyyəti istintaqla araşdırılan bir qrup şəxslə birgə ictimai mənafelərə əhəmiyyətli zərər vuran, nazirliyin normal iş fəaliyyətinin və cəmiyyətdə insanlar arasında bərqərar olmuş qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərlə ictimai qaydanı kobud surətdə pozmaqla nazirlik əməkdaşları, eləcə də qəbul otağında və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlərlə cəmiyyətə açıqca hörmətsizlik etməklə xidməti vəzifələrini icra edən nazirlik əməkdaşlarının ünvanına nümayişkaranə şəkildə nalayiq ifadələr səsləndirib dövlət müəssisəsinin normal iş rejimini pozmuş, fəal və davamlı səciyyə daşıyan qanunsuz hərəkətləri digər qrup üzvlərində də zorakılığa meyilli davranış formalaşdırdıqdan sonra birgə icraçıların qərəzli xuliqanlıq hərəkətlərinin davamı olaraq qrupun şəxsiyyəti istintaqla araşdırılan bir neçə üzvü qəbul otağının bir ədəd 150 manat dəyərində olan giriş-çıxış qapısının şüşə hissəsinə, iki ədəd 5000 manat dəyərində olan “SG-WMC SWING GATE TURNSTILE TANSA” markalı turniketlərə, bir ədəd 250 manat dəyərində olan “Snom D712” markalı IP stasionar telefon aparatına və bir ədəd “Touch screen smart kiosk” markalı növbəliliyin idarə olunması cihazına əl və ayaq zərbələri ilə vurub özgənin əmlakını, yəni qapının şüşə hissəsini, turniketləri və telefon aparatını qəsdən məhv edərək cəmi 5400 manat, eləcə də növbəliliyin idarə olunması cihazını qəsdən zədələyərək 150 manat məbləğində olmaqla, zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 5550 (beş min beş yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət təkrar xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə doğulduğu və valideynlərinin yaşadığı Tovuz rayonu Bayramlı kəndi ərazisində yerləşən örüş sahəsindən qayıdan qoyunların arxdan su içməsi mövzusunda atası şahid5 və qardaşı X7 ilə həmkəndliləri X5 və sonuncunun qardaşı zərərçəkmiş şəxs5 arasında baş vermiş və qardaşının sağlamlığına zərər vurulması ilə nəticələnmiş münaqişə ilə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq təhqiqat araşdırmasının aparılmasına baxmayaraq həmin münaqişəni özbaşına çözmək məqsədi ilə ## #### 2022-ci il tarixdə Bakı şəhərindən Tovuz rayonu Bayramlı kəndinə gəlib şəxsiyyəti cinayətə aidiyyəti olmayan şəxsiyyətləri istintaqa məlum olmayan bir neçə nəfər şəxslə birlikdə gecə saat 05 radələrində qardaşı Vəli Vəliyevin tibbimüayinə olunduğu ünvan 4 ünvanında yerləşən “xxxx” publik hüquqi şəxsinin inzibati binasına daxil olaraq bir müddət öncə Vəli Vəliyevin kliniki rentgenoloji müayinədən keçirilməsinə, zəruri tibbi yardımın göstərilməsinə və könüllü olaraq tibb müəssisəsini tərk edib evinə yollanmasına baxmayaraq, Təqsirləndirilən şəxs qardaşına zəruri tibbi yardım göstərilmədən evə buraxılmasını iddia edib qəsdən əsəbi şərait və gərginlik yaradaraq hər hansı bir əsaslı səbəb olmadan ictimai mənafelərə əhəmiyyətli zərər vuran, tibb müəssisəsinin normal iş fəaliyyətinin və cəmiyyətdə insanlar arasında bərqərar olmuş qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərlə ictimai qaydanı kobud surətdə pozmaqla tibb işçiləri, xəstələr və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlərlə cəmiyyətə açıqca hörmətsizlik etməklə xidməti vəzifələrini icra edən tibb işçilərinin ünvanına nalayiq ifadələr səsləndirib tibb müəssisəsinin normal iş rejimini pozmaqla yanaşı, qərəzli xuliqanlıq hərəkətlərinin davamı olaraq xəstəxananın Acil şöbəsinin daxili giriş-çıxış qapısının şüşəsini ayaq zərbələri ilə vurub sındırmaqla, qəsdən məhv edərək zərərçəkmiş hüquqi şəxs “xxxx” publik hüquqi şəxsinə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət təkrar xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə doğulduğu və valideynlərinin yaşadığı Tovuz rayonu Bayramlı kəndi ərazisində yerləşən örüş sahəsindən qayıdan qoyunların arxdan su içməsi mövzusunda atası şahid5 və qardaşı X7 ilə həmkəndliləri X5 və sonuncunun qardaşı zərərçəkmiş şəxs5 arasında baş vermiş, eləcə də qardaşının sağlamlığına zərər vurulması və atasının ünvanına nalayiq ifadələrin işlənməsi ilə nəticələnmiş münaqişə ilə bağlı Tovuz Rayon Polis Şöbəsində müvafiq təhqiqat araşdırmasının aparılmasına baxmayaraq həmin münaqişəni özbaşına çözmək məqsədi ilə ## #### 2022-ci il tarixdə Bakı şəhərindən Tovuz rayonu Bayramlı kəndinə gəlib saat 22 radələrində söylədiyi nalayiq ifadələrə görə atası şahid5 üzr istəməsi və tərəfləri barışdırmaq bəhanəsi ilə zərərçəkmiş şəxs5 onun həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan həmkəndliləri şahid11 və şahid10 vasitəsilə sonuncularla birlikdə öz yaşadığı Tovuz rayonu Bayramlı kəndində yerləşən fərdi yaşayış evinə çağırıb bir gün öncəki münaqişə ətrafında söhbət aparılan zaman qəsdən əsəbi şərait və gərginlik yaradıb ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərlə ictimai qaydanı kobud surətdə pozmaqla ailə üzvləri və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafelərinə toxunan hərəkətlərlə cəmiyyətə açıqca hörmətsizlik etməklə heç bir əsaslı səbəb olmadan yumruqla zərərçəkmiş şəxs5 sifət nahiyəsinə qəsdən vurub sol gözün konyuktiva qişasına qansızmadan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol almacıq nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetiribictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarət təkrar xuliqanlıq etmişdir. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək kobud prosessual pozuntuların olması nəzərə alınaraq cinayət işinə yenidən baxılması üçün iş materiallarının Tovuz rayon Məhkəməsinə qaytarılması, işə mahiyyəti üzrə baxılacağı halda isə birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, 1(062) ***/**** saylı hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işə yenidən baxılmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir. Çox maraqlıdır ki, Təqsirləndirilən şəxs qeyd etmiş olduğu xüsusatları istintaq orqanı və birinci instansiya məhkəməsi qərəzli olaraq "özünü müdafiə xarakteri" adlandıraraq şəxsin göstərmiş olduğu arqumentləri əsassız olaraq rədd etmişdir. Mübahisəli məqam baş vermiş hadisələrin hamısı üzrə Təqsirləndirilən şəxs ümumiyyətlə izahat və ifadələrin həmin tarixdə alınmaması, üzərindən bir neçə il keçdikdən sonra həmin hadisələr üzrə bu hadisələrin törədilməsində "günahkarın" tapılmasıdır. Hadisələrlə əlaqədar 2022-ci il tarixdə toplanmış materiallara nəzər saldıqda isə, hadisənin baş verməsində iştirak edən şəxslərin izahatları alınması, bu hadisələrin baş verməsinə Təqsirləndirilən şəxs aidiyyətinin olmaması müəyyən olunur. Cinayət işinin hələ ibtidai istintaq mərhələsində ifadələr arasında kəskin ziddiyyətlər olsa da təqsirləndirilən şəxslə nə şahidlər, nə də zərərçəkmiş şəxs qismində qeyd edilən şəxslər arasında hər hansı üzləşdirmə istintaq hərəkəti aparılmamış, lakin bu ziddiyyətlərin aradan qaldırılması üçün müstəntiq öz mülahizəsinə əsasən Təqsirləndirilən şəxs göstərmiş olduğu xüsusatlara bir ifadə birləşməsi ilə "özünü müdafiə xarakteri daşıdığından və ya cinayət məsuliyyətindən boyun qaçırmaq üçün" qeyd edərək guya hüquqi qiymət verib əsassız ittihamın qanuni olmasını sanki hər vəchlə israr etmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsində də ifadələr arasında ziddiyyətlər aradan qaldırılmamış nəyə görə ibtidai istintaqda verilən ifadələrlə məhkəmədə sərbəst ifadə verən zaman şəxslərin qeyd etdiklərinin bu qədər ziddiyyət təşkil etməsi araşdırılmamış, niyə məhkəmə istintaqında şəxslərin sərbəst ifadələrində təqsirləndirilən şəxsin xeyrinə sayıla biləcək ifadələrin həqiqətə uyğun olmaması qənaətinə gəlinməsini əsaslandırmamış, özünü müdafiə xarakteri daşıdığı üçün rədd edilməsi ifadəsi ilə kifayətlənilmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən məhkəmə istintaqı ibtidai istintaqdan asılı deyildir və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu həmçinin ittiham tərəfinə də aiddir. Bundan başqa, məhkəmə istintaqina nəzər yetirsək görərik ki, sərbəst ifadələri zamanı zərərçəkmiş zərərçəkmiş şəxs5 ifadəsinin təhrif olunduğunu, əslində Təqsirləndirilən şəxslə deyil qardaşı Vəli ilə dalaşdığını bildirmiş, şikayət və tələbinin olmamasını qeyd etmişdir. Belə halın edilməsini, yəni ifadələrin təhrif olunmasını, təkcə zərərçəkmiş şəxs5 bildirməmişdir. CPM-nin 125.2.2-ci maddəsinə əsasən -zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan hərəkətlərin tetbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İbtidai istintaq zamanı toplanmış materialların, yəni sanki ittiham tərəfinin mövqeyindən çıxış edərək hökmdə ittihama dair dəlillərə istinad edərək müdafiə tərəfinin bildirmiş olduğu xüsusatların ancaq müdafiə xarakteri adı altında rədd edilməsi, eyni zamanda məhkəmə istintaqı zamanı sərbəst formada göstərilən ifadələrin sübut əhəmiyyəti kəsb etməməsini qeyd etməsi, birinci instansiya məhkəməsinin bu işdə qərəzli ola bilmə mövqeyini ortaya qoyur. Həmçinin təqsirləndirilən şəxs israrla qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxan hakim Süleyman Hacıyev və ibtidai istintaqı aparan Əlibala Hacıyev yaxın qohumluq münasibətində olmaqla əvvəllər eyni idarədə işləmişlər, bu da işə obyektiv baxılmasına maneə ola biləcək haldır. Lakin məhkəmə qeyd edilənləri nəzərə almamışdır. Halbuki müdafiə tərəfinin CPM-in 109-cu maddəsində göstərilən əsaslar üzrə etiraz hüququ yaranmış, lakin birinci instansiya məhkəməsi buna da məhəl qoymamışdır. Lakin obyektiv, tam və hərtərəfli araşdırma üçün qeyd edilən hal mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, müdafiə tərəfi israrlı şəkildə zərərçəkmiş şəxs6 otağında 25- 35 yaş arası olan xanımın olmasını qeyd etmiş, lakin iş materiallarında şahid20nin guya zərərçəkmiş şəxs6 otağında olması və hadisələrə şahidlik etməsi qeyd edilmişdir. Eyni zamanda işdən görünür ki,ümumiyyətlə həm zərərçəkmiş şəxs6, həm şahid20, eyni zamanda şahid21 ibtidai istintaq və məhkəmə istintaqı zamanı alınan ifadələr arasında kifayət qədər ziddiyyətlər mövcuddur. Necə olur ki, şəxslər məhkəmə istintaqı zamanı sərbəst ifadələrində hadisəni tamamilə başqa cür təsvir edir, lakin ibtidai istintaqda tamamilə başqa cür?! Maraqlıdır ki, ## ###### 2022-ci il tarixdə baş vermiş olduğu qeyd edilən hadisə ilə əlaqədar iş materiallarında olan raportda artıq CM-nın 221-ci maddəsinin tərkib əlamətlərinin olması qeyd edilmişdir. Halbuki hələ tərəflərin izahatları alınmamış, hadisələrin hansı zəmində və niyə baş verdiyi araşdırılmamış, yalnız şahid20 adlı şəxsin DİN-in"102" xidmətinə etmiş olduğu müraciətə istinad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs cinayət işinin lap əvvəlindən ƏƏSMN qarşısında baş vermiş ##.##.2022-ci il tarixli hadisədə onun heç bir təşkilatçılığının, göstərişinin və iştirakının olmadığını qeyd etsə də, həmin hadisə ilə əlaqədar şəxsə ittiham verilmişdir. Belə ki, cinayət işindən görünür ki, whatsapp sosial şəbəkəsində "Vətən övladları" adlı qrup yaradılmış, həmin qrupda hadisənin təşkil edilməsi müzakirə edilmişdir. Lakin həmin qrupda Təqsirləndirilən şəxs nə mobil telefon nömrəsi, nə hər hansı yazışması, çağırışı və s hərəkətləri yoxdur. Həmçinin özü də qeyd etmişdir ki, *** *** ** ** nömrəsi ona məxsus deyil, ümumiyyətlə həmin nömrənin kimə məxsus olması da aydınlaşdırılmamışdır. Bu xüsusatla əlaqədar, təqsirləndirilən şəxsə məxsus olan mobil telefon nömrələrinə dair anten məlumatlarının əldə edilməsi barədə sorğular verilərkən, maraqlıdır ki, yuxarıda qeyd edilən mobil nömrə həmin nömrələr siyahısında öz əksini tapmamışdır. Halbuki ƏƏSMN qarşısında olan hadisə ilə əlaqədar guya Təqsirləndirilən şəxs bu mobil nömrədən whatsapp qrupunda istifadə etmişdir. Həmin hadisə ətrafında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs orada hər hansı əmlaka ziyan vurması, sındırması,ümumiyyətlə aktiv hərəkətləri, kiməsə hər hansı göstəriş verməsi və s hərəkətləri yoxdur. Bu xüsusat üzrə də maraqlıdır ki, həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı verilmiş ifadələr tamamilə bir-birinə ziddir. Məhkəmə istintaqı zamanı verilən ifadələrdə şahid qismində qeyd edilən şəxslər Təqsirləndirilən şəxs əleyhinə ifadələr verməmiş, hadisə zamanı Təqsirləndirilən şəxs orada hər hansı əmlaka zərər vurmasını bildirməmişlər, əksinə Təqsirləndirilən şəxs orada heç nəyi sındırmamasını göstərmişlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş video görüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs hər hansı əmlakın məhv edilməsində iştirakı yoxdur, hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmiş, cinayət törətməmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış ƏƏSMN-nin əməkdaşlarının vermiş olduqları ifadələrdə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs qazilər arasında nüfuzlu şəxs olmuş, istəsəydi bu hadisə olmazdı. Elə bu ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində olsa belə, o hadisəyə qarışmamış, hər hansı əmlaka ziyan vurmamış, həmçinin hər hansı aktiv hərəkət etməmişdir. Hərəkətsizlikdən isə xuliqanlıq cinayəti törəmir. Bundan əlavə, verilmiş ittihamlar üzrə ## #### 2022-ci il tarixdə həmkəndliləri zərərçəkmiş şəxs5 və Şahmar Məmmədovla anadan gəlmə qüsurlu qardaşı Vəli Hacıyev arasında münaqişə olmuş, qardaşı xəsarət aldığı üçün onu Tovuz RMX-ya aparmışlar. Bu zaman həkimlər qardaşına laqeyd yanaşdığı üçün o xəstəxananın şüşəsini sındırmış, sabahısı atası oranı düzəltdirmişdir. Bir gün sonra yəni,## #### 2022-ci il tarixdə Bakıdan Tovuza qonaq gəlmiş, sözsöhbəti eşitmişdir. Elə həmin günün axşamı dava-dalaş edən şəxslər barışmış, Şahmar və Şahin atasından üzrxahlıq etmiş, dava-dalaş olmamışdır. Lakin iş materiallarından görünür ki, guya Təqsirləndirilən şəxs Şahmar və Şahin adlı şəxslərlə dalaşmış, həmçinin Tovuz rayon X11 şöbəsinin giriş-çıxış qapısının şüşəsini qırmışdır. Halbuki ilkin araşdırma zamanı və məhkəmə istintaqında həmin şəxslər ümumiyyətlə Təqsirləndirilən şəxs orada olmamasını bildirmişlər. Əksinə həmin vaxt xəstəxanada növbətçi olan polis əməkdaşı şahid8 qapının şüşəsinin Təqsirləndirilən şəxs tərəfindən qırılmasını görmədiyini qeyd etmiş, hətta sabahısı V.Vəliyevin atasının şüşəni yenisi ilə əvəz etməsini göstərmişdir. Həmçinin iş materiallarında olan ## #### 2022-ci il il tarixli raportdan da görünür ki, Şahmar Məmmədov Təqsirləndirilən şəxs barışmaq üçün onu evlərinə çağırmasını, lakin onu hər hansı qazi və digər şəxslərin döymədiyini, şikayət və tələbinin olmamasını qeyd etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs5 ## ###### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında sərbəst ifadə verərkən, onu Təqsirləndirilən şəxs vurmamasını, Təqsirləndirilən şəxs qardaşı V.Vəliyevlə aralarında münaqişənin olmasını və onu Vəlinin vurmasını qeyd etmiş, ifadəsi elan olunduqdan sonra ibtidai istintaqda o formada ifadə vermədiyini bildirərək, təkzib etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özünü təqsirli hesab etmir, hökm qərəzli və tamamilə ədalətsizdir. Ümumiyyətlə bu işə Tovuz rayon Məhkəməsində hakim Süleyman Hacıyevin baxması qanunvericiliklə qadağan idi. Belə ki, işin ibtidai istintaqı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi Hacıyev Əlibala tərəfindən sifarişli və qərəzli şəkildə aparılıb. Saxta və həqiqətdən uzaq cinayət işində təqsirləndirilərək, ibtidai istintaq qeyri-obyektiv, saxta sənədlərlə aparılıb, yekunlaşdırılıb. Belə ki, ibtidai istintaq zamanı heç bir üzləşmə prosesi həyata keçirilməyib. Təqsirləndirildiyi hadisələrin, olayların hər biri 2022-ci ildə olub. Əgər cinayət etmişdirsə, niyə bu 3 il ərzində ondan izahat, ifadə almayıblar? Hər bir hadisəylə bağlı elə 2022ci ildə bütün şahidlərin izahatları alınıb, hər kəs ifadə verərək ümumiyyətlə olayların ona aidiyyəti olmadığını bildiriblər. ## #### 2025-ci il o qanunsuz və əsassız həbs olunduqdan sonra 2022-ci ildə ifadə verənlərin demək olar hər biri müstəntiq Hacıyev Əlibala tərəfindən hədə-qorxuya, aldatmaya, qeyri-insani rəftara və müdafiə hüququnun pozulmasına məruz qalaraq ifadə veriblər. Bir sözlə müstəntiq hər kəsdən istədiyi kimi özünə lazım olan qaydada izahatlar alıb. Hakim Hacıyev Süleymanın sədrliyi ilə keçirilən məhkəmə iclasları zamanı bunları həm o, həm şahidlər, həm də zərərçəkənlər bildirsə də hakim bunların heç birini nəzərə almayıb, zərərçəkən şəxs qismində tanınan zərərçəkmiş şəxs5 elə birinci məhkəmə iclasında müstəntiqin onu aldatdığını, müdafiə hüququ pozularaq ifadə alındığını, 2022-ci ildə Təqsirləndirilən şəxslə yox, qardaşı Vəli Vəliyevlə dalaşdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirsədə, hakim buna məhəl qoymayaraq şikayətçi olmağını tələb etmişdir. Bundan başqa o və vəkilləri müxtəlif vəsatətlər versə də hakim tərəfindən hər biri qərəzli şəkildə rədd edilmişdir. Ev dustaqlığı barədə olan vəsatəti rədd edərək hakim bildirmişdir ki, “müstəntiq Hacıyev Əlibala səni ev dustaqlığına buraxmayıb deyə mən də, buraxmıram”. Hakim Hacıyev Süleyman ittiham müstəntiqi Hacıyev Əlibala ilə yaxın qohumluq münasibətindədir və həmçinin əvvəllər hər ikisi Baş Polis İdarəsində birlikdə çalışıblar, çox yaxın münasibətdədilər və əlavə olaraq hakim məhkəmə iclaslarında ittiham aktını müdafiə etməsini gizlədə bilmədi. Bu faktları nəzərə alaraq dəfələrlə hakim Süleyman Hacıyevə CPM-nin 109-cu maddəsinin tələblərini yəni CPM-nin 109.17-ci (hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq yaxud şəxsi asılılıq münasibətində olduqda) və CPM-nin 109.1.8-ci (hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda) maddələrini rəhbər tutaraq etiraz etsə də, vəsatətləri məqsədyönlü və qərəzli şəkildə təmin edilməmişdir. Bu səbəbdən, hakim Hacıyev Süleymanın çıxardığı qərəzli və ədalətsiz qərarı ləğv edilib yenidən ədalətli və obyektiv baxılması üçün Tovuz rayon Məhkəməsinə göndərilməlidir. İttiham aktında yazılanları hakim Süleyman Hacıyev məhkəmə qərarına köçürərək bir daha qohumu və keçmiş müstəntiq dostuna sadiqliyini nümayiş etdirmişdir. Belə ki, iş materiallarında göründüyü kimi ibtidai zamanı verilmiş ifadələrlə məhkəmə iclasları zamanı verilən ifadələr arasında kifayət qədər uyğunsuzluqlar var. Əlavə olaraq sərbəst ifadə verənlərin böyük bir əksəriyyəti etiraf edərək bildirmişdir ki, müstəntiq Hacıyev Əlibala izahat alan zaman onların hüquqlarını tapdalayıb, aldadıb, qeyri-insani rəftar göstərib, hədə-qorxu gəlib müdafiə hüququnu (vəkil) pozub. Buradan açıq görünür ki, CPM-nin 125.2-ci maddəsində göstərilən müddəalar çox kobud şəkildə pozulub. Buradan aydın görünür ki, hakim bu işdə maraqlı tərəf olduğu üçün Azərbaycan qanunlarını və Azərbaycanın üzv və tərəfdar çıxdığı Beynəlxalq qanunları nəzərə almayaraq qərəzli və məqsədyönlü şəkildə ədalətsiz qərar çıxarmışdır. İttiham Aktında şahid qismində tanınan 12 şəxs, məhkəmə iclasında dindirilməyib, vəsatətlər versək də təmin edilməyib. Hakimin bu işdə maraqlı tərəf olmasını təsdiq edən bir faktda odur ki, şahid qismində tanınan hər məhkəmədə iştirak edən, atam şahid5 dindirilməyib, hakim buna imkan yaratmamışdır. Daha sonra hakim məhkəmə iclaslarında əsl həqiqəti danışanlara təzyiq, təsir edərək bildirirdi ki, “İbtidai istintaqa verdiyin izahatı təsdiq et” Bunlar zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5, şahid27, şahid24 İslam oğlu, şahid20, şahid15, şahid14, şahid13 İmran qızı, şahid12 İlqar qızı, şahid11, şahid9, şahid8, şahid7 İsa oğlu, şahid6, X6r. 1-ci Qarabağ müharibəsində atasıyla eyni cəbhədə döyüşən şahid21 ilə ** saylı şəhər poliklinikada olmuş, həmin poliklinikaya vaksinlə bağlı müraciət etmişdir. Çünki ## ###### 2022ci ildə göz institutunda oftalmoloq cərrah Loğman Bədəlov tərəfindən əməliyyat olunub, gözündə olan silikon-linza götürülməli idi. Burada qeydiyyat olub, müxtəlif yerlərə göndəriş aldığına görə bura gəlmiş, ona bu poliklinika üzrə qeydiyyatda olmadığını demişdirlər. Baş həkim zərərçəkmiş şəxs6 yanına gedib, sağda divarın dibində yan-yana düzülmüş oturacaqlarda, baş həkim Tşəkildə stolun başında kresloda oturmuş, həkimin düz qabağında çay-qəndqabı olmuşdur. Otaqda ondan başqa ortaboylu, təxminən 25-30 yaşlarında, ağ xalatlı cavan xanım da olmuşdur. Baş həkim ona deyib ki, “burada qeydiyyatda deyilsən”. Bu vaxt sağ silikon olan gözündən çirk sifətinə axıb, cibindən salfeti çıxarıb siləndə baş həkimin güldüyünü görüb. Səbəbin soruşanda yenə gülməyə başlayıb. Həkim ona gülmədiyini bildirib. O isə cavab verib ki, “mənim gözüm vətən uğrunda olub, bizə gülənin problemi olar”. Bunu eşidən baş həkim ayağa qalxaraq əlləri ilə stolun üstünə vuraraq, qışqırıb-bağırmağa başlayıb və onu hədələmişdir. Stola vurduğu zərbə nəticəsində stəkan və digər əşyalar zərbənin təsirindən dağılmışdır. Dəhlizə çıxıb DTX-nin əməkdaşlarının, polislərin gəlişini gözləmiş, az keçmiş 2 nəfər DTX-nin əməkdaşı gəlib baş həkimin otağına daxil olub qapını arxadan bağlamışdır.Bundan sonra polislər də gəlmiş, DTX-in 2 əməkdaşı sürətlə çıxıb getmiş, otağa daxil olanda stolun üstündə hər şeyin yerlə yeksan olduğunu görmüşdür. Polislər bunun baş həkimin özünün etdiyini, onluq bir şey olmadığını bilib getmişlər. 3 il 3 aydan sonra həbs ediləndə sənədlərdə şahid21 ##.##.2022-ci ildə 29 Polis bölməsində eyni izahatı verdiyini görmüş, 2025-ci ildə müstəntiq hər kəsdən o cümlədən Ə.Elşəndən onun əleyhinə izahat almışdır. Bundan başqa, zərərçəkmiş şəxs6 və digərləri 2022ci ildə bir izahat, 2025-ci ildə istintaqda bir izahat, məhkəmə istintaqı zamanı isə tamam başqa izahat ifadə vermişdir. Həmin otaqda 30-35 yaşında xanım olduğu halda 60-65 yaşda yaşlı xanım yalandan şahidlik etmişdir. Məhkəmə bu faktların heç birini araşdırmamışdır. Otaqda olan 60-65 yaşlı şahid20 yox, cavan təxminən 30-35 yaşlarında xanım idi. Yəni həm müstəntiq, həm məhkəmə bu faktları araşdırmadan doğruları məqsədyönlü şəkildə gizlətmişlər. şahid21 məhkəmə istintaq zamanı verdiyi ifadə, tamam saxtalaşdırılmışdır. ## #### 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qarşısından baş verən olayla bağlı isə, onun “Vətən Övladları” adlı vatsap qrupumuz olmamış, heç bir çağırış etməmişdir., +***** ***-**-** nömrə ona aid deyil, kimə aid olduğunu da bilmir. ƏƏSM-də o hər hansısa bir əşyanı sındırmamışdır, bu dediklərinin əksini sübut edəcək bir dənə də fakt yoxdur. Buna baxmayaraq müstəntiq və hakim saxta və mötəbərliyi olmayan sənədlər üzərindən onu təqsirləndiriblər. Bununla bağlı ## #### 2022-ci ildə izahat verənlərin hər biri 2025-ci ildə o qanunsuz həbs edildikdən sonra onun əleyhinə, müstəntiqə lazım olan formada izahatlar veriblər. Məhkəmə istintaqı zamanı tam fərqli ifadə verdilər. İzahatlar və ifadələr arasında kifayət qədər ziddiyət vardır. Bundan başqa ƏƏSMN-nin qarşısında baş verən olayla bağlı iş materiallarında audio-disk var, həmçinin bütün sosial mediada video görüntülər var. Diskdən də videogörüntülərdən də görünür ki, heç nəyi sındırmamış, heç kimə sındır deməmiş, çağırış etməmişdir. ## #### 2022-ci il tarixdə həmkəndliləri Şahin və Şahmar Məmmədovlar anadangəlmə xəstə, qüsurlu qardaşı X7 ilə dalaşıblar, aralarında münaqişə olub. Qardaşı yaralandığı üçün Tovuz rayon Xəstəxanasına gedib. Həkimlər yaralarına laqeyd yanaşdığına görə əsəbləşib, daha sonra Acil Şöbəsinin giriş çıxış qapısının şüşəsini sındırıb. Sabahı gün atası şahid5 qapının şüşəsini yenisi ilə əvəz edib, düzəltdirib. Sabahı, yəni ## #### 2022-ci ildə Bakıdan gəlmiş, bu məsələni eşitmişdir. Şahmar axşamüstü qardaşı Şahin ilə gələrək, dava-dalaşa görə atalaından üzürxahlıq edərək barışıblar. Orada heç bir dava-dalaş olmayıb. Müstəntiq saxta sənədlər və hədə-qorxu, aldatma yolu ilə ifadələr alıb, toplayıb. Guya Şahin və Şahmar qardaşları ilə o dalaşıb, Tovuz rayon X11 Şöbəsinin giriş-çıxış qapısını o qırmışdır. Bunları təsdiq edəcək bir fakt yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs5, şahid9, Vəliyev Vəli, şahid11 dava-dalaşla bağlı əsl həqiqətləri danışıb, etiraf etsə də hakim işdə maraqlı tərəf olduğu üçün onlara təsir edərək bildirdi ki, “ibtidai istintaqa verdiyiniz ifadəni təsdiq edin” Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçi apellyasiya şikayətlərini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdilər və kobud prosessual pozuntuların olması nəzərə alınaraq cinayət işinə yenidən baxılması üçün iş materiallarının Tovuz rayon Məhkəməsinə qaytarılması, işə mahiyyəti üzrə baxılacağı halda isə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu, iş üzrə toplanmış mötəbər sübutlarla təqsirləndirilən şəxsin əməllərinin sübuta yetirildiyini bildirdi. Birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, həmçinin dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərində təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamlar sübuta yetirilmədiyindən, ümumiyyətlə Təqsirləndirilən şəxs tərəfindən hər hansı cinayət əməli törədilmədiyindən və onun əməllərinə cinayət əməlini tərkibi yaranmadığından, ona bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - ## ###### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayəti ilə bağlı daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin təhqiqatçısı, R Yusif Ağayev tərəfindən həmin tarixdə hadisə yerinə baxış keçirilərək cinayət əməlinin Bakı şəhəri ** saylı Şəhər Poliklinikasında, həmin tibb müəssisəsinin baş həkiminin otağında törədilməsi müəyyən edilmiş, həmçinin həmin otağın dağınıq və səliqəsiz vəziyyətə salınması, eləcə də qəndqabı qırıntıları, konfet və digər əşyaların yerə dağılması aşkar edilmişdir; Məhkəmə-tibbi ekspertizasının ## ###### 2022-ci il tarixli ** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın içəri səthinin əzilmiş yarası, alt çənənin və sağ saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər və ##.##.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; ## #### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onunla əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayəti ilə bağlı daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin baş təhqiqatçısı, R Nəsimi Seyidzadə tərəfindən həmin tarixdə hadisə yerinə baxış keçirilərək cinayət əməlinin zərərçəkmiş şəxs1 vətəndaşların qəbulu otağının yerləşdiyi ünvan 1 ünvanının qarşısında törədilməsi müəyyən edilmiş, həmçinin inzibati binaya məxsus giriş çıxış qapısının şüşə hissələrinin sınaraq yerə səpələnməsi, digər dağıntıların əmələ gəlməsi, eləcə də kompüter avadanlığının dağınıq halda olması aşkar edilmişdir; ## #### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onunla əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayəti ilə bağlı daxil olmuş məlumat əsasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis R Rı Miraqil Qiyasov tərəfindən həmin tarixdə hadisə yerinə əlavə baxış keçirilmiş və əlavə olaraq iki ədəd turniket cihazının, telefon aparatının zədələnməsi, kompüter avadanlığına zərbələr endirilsə də, həmin avadanlığını zədələnməməsi müəyyən edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş və ## #### 2022-ci il tarixdə vətəndaşların qəbulu otağında baş vermiş xuliqalıq hərəkətlərini qeydə alan videogörüntülərin əks olunduğu 02 ədəd diskə baxış keçirilmiş baxış zamanı aşağıdakılar məlum olmuşdur: 1-ci diskdə üzərinə “3” yazılmış video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video çəkiliş ƏƏSMN-nin Vətəndaşların qəbulu otağının giriş qapısının üzərinə (küçədə) quraşdırılmış kamerasının görüntüsüdür və həmin qapının önünü fiksə edir. Görüntüdən aydın olur ki, giriş qapısının önündə (küçədə) 5 hərbi geyimli kişi cinsli və müəyyən sayda müxtəlif cinsli mülki geyimli şəxs, eləcə də polis xidməti geyimində olan əməkdaşlar vardır. Video görüntü ##.##.2022-ci il tarixdə olanları fiksə etmişdir. Görüntünün saatı 11:14:02 radələrində müşahidə edilir ki, əlində mobil telefonla çəkiliş aparan mülki geyimli şəxslər bir nəfər hərbiçidən müsahibə alır. Saat 11:14:30 radələrində anidən orada olan bütün şəxslər giriş qapısının qarşısına toplaşır. Hərbi geyimlilərdən 2-si əvvəl giriş qapısına əlləri ilə dəfələrlə vururlar, daha sonra isə geri çəkilib güc tətbiq edərək ayaqqabıların altı ilə təpik zərbəsi ilə həmin qapıya 5 zərbə vurub qapının şüşələrini sındırmaqla inzibati binanın içərisinə daxil olurlar. Həmin çəkiliş 02 dəqiqə 11 saniyə müddətində qeydə alınmışdır. 1-ci diskdə üzərinə “5” yazılmış video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video çəkiliş inzibati binanın içərisində Vətəndaşların qəbulu otağının qarşısındakı turniket olan dəhlizi fiksə edir. Video görüntü ##.##.2022-ci il tarixdə olanları fiksə etmişdir. Görüntünün saatı 11:13:40 olduqda müşahidə edilir ki, içəridə 4 hərbi geyimli kişi cinsli, əlində əsa olan mülki geyimli şəxslər, müəyyən sayda ƏƏSMN-nin mülki geyimli əməkdaşları, eləcə də polis xidməti geyimində olan əməkdaşlar vardır. Hərbi geyimli şəxslər turniketin qarşısında dayanaraq əlləri ilə nəsə deyərək turniketdən qəbul otağına tərəf keçmək istəyirlər. Orada olan polis və mülki geyimli (kostyumda) olan şəxslər hərbçilərə və əlində əsa olan mülki geyimli şəxslərə nəsə izah edirlər. Saat 11:13:48-də hərbi geyimli şəxslərdən ikisi aqressiv hərərkətlər nümayiş etdirərək əlləri ilə yaxınlığındakı ƏƏSMN-nin mülki geyimli şəxslərini geri itələyirlər. Polis əməkdaşı isə onlardan birini, yəni əlində əsa olan hərbi geyimli şəxsi çox çətinliklə (arxadan qucaqlayaraq) turniketin qarşısından uzaqlaşdırsa da, həmin şəxs yenidən turniketin qarşısına getməyə cəhd edir. Polis əməkdaşı həmin hərbi geyimli şəxsə oturacaq verib onu həmin masada əyləşdirir. Eyni zamanda polis əməkdaşı giriş qapısından 3-4 nəfəri (onlardan birinin əlində əsa vardır) içəri buraxır və sonradan qapını bağlayır. İçəri yeni girən şəxslər turniketin qarşısına toplaşırlar. Saat 11:14:33 olduqda oturacaqda oturmuş əlində əsa olan hərbi geyimli şəxs ayağa qalxaraq turniketə tərəf gedib barmağı ilə ƏƏSMN-nin mülki geyimli şəxslərinə nəsə deyir və bu zaman polis əməkdaşı həmin hərbi geyimli şəxsi qucaqlayır və onu sakitləşdirməyə çalışır. Saat 11:14:38 olduqda hərbi geyimli şəxs giriş qapısının şüşəsini sındıraraq içəri girir və ayaqqabısının alt hissəsi ilə sınmış şüşə qalıqlarını tapdalayır. Sonra isə küçədə dayanmış bir qrup hərbi və mülki geyimli şəxs şüşəsi sınmış giriş qapısından içəri (turniket olan dəhlizə) daxil olurlar. Həmin an 3 hərbi geyimli şəxs qəbul otağına gedən dəhlizə tərəf gedir, amma polis onları saxlayır və sakitləşdirməyə çalışır. Həmin çəkiliş 01 dəqiqə 20 saniyə müddətində qeydə alınmışdır. 1-ci diskdə üzərinə “6” yazılmış video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video çəkiliş Vətəndaşların qəbulu otağının giriş qapısının qarşısında inzibati binanın içərisində quraşdırılmış kameranın görüntüsüdür. Həmin kamera vətəndaşların qəbulu otağının (ətrafı metal konstruksiyadan, ortası şüşədən olan) giriş qapısını, ona bitişik həkim otağını və sol tərəfdə olan dəhlizin az bir hissəsini fiksə edir. Video görüntü 3x3 ölçüsündə olmaqla 9 kv.m sahəli otaqda ##.##.2022-ci il tarixdə olanları fiksə etmişdir. Görüntünun saat 11:09:30 radələrində müşahidə edilir ki, giriş qapısının önündə (içəridə) xidməti geyimli 3 polis əməkdaşı, həkim otağının qarşısında üzərinə birka asılmış bir qadın və ƏƏSMN-nin əməkdaşları vardır. Saat 11:10:16 olduqda 2 hərbi geyimli şəxs (onlardan biri eynək taxmışdır) giriş qapısından inzibati binaya daxil olaraq həkim otağına girir. Saat 11:11:06-da hərbi geyimli keçəl birisi giriş qapısını döyür və polis əməkdaşı kilidlədiyi giriş qapısını açaraq onu içəri buraxır. Həmin şəxs əli ilə aqressiv hərəkətlər edib nəsə deyir. Polis əməkdaşı yenidən giriş qapısını kilidləyir. Saat 11:11:38 də daha bir hərbi geyimli şəxs giriş qapısından içəri buraxılır. İçəridə olan 4 hərbi geyimli şəxs ƏƏSMN-nin əməkdaşlarının başına toplaşır, hərbi geyimli eynək taxmış şəxs əl hərəkətləri ilə aqressiv formada nəsə deyir, əməkdaşlar isə ona nəsə izah edirlər. Saat 11:12:33də həmin hərbi geyimli eynək taxmış şəxs daha da aqressivləşib qışqıra-qışqıra danışmağa başlayır, əli ilə dəfələrlə özünün sinə və baş nahiyəsinə vurur, daha sonra içəridə olan bütün şəxslər sol tərəfdə yerləşən dəhlizə (dəhliz görünmür), yəni qəbul otağının turniketinə doğru gedirlər. Saat 11:11:46-da polis əməkdaşı turniket tərəfdən gələn hərbi geyimli və əlində əsa olan cavan oğlanı giriş qapısının önündə sakitləşdirməyə çalışır, amma həmin şəxs sakitləşməyərək yenidən turniketə tərəf gedir. Saat 11:14:09-da polis əməkdaşı əlində əsa olan həmin hərbi geyimli şəxsi giriş qapısının önünə gətirib onu masada otuzdurur, həmin şəxs bir qədər oturduqdan sonra qalxaraq yenidən turniketə tərəf gedir. Saat 11:14:19-da polis əməkdaşı giriş qapısının kilidini açaraq daha 4 nəfəri içəri buraxır. Bu zaman giriş qapısının pəncərə şüşəsindən görünür ki, küçədə olan 2 hərbi geyimli şəxs içəri daxil olmaq üçün qapını əlləri ilə döyürlər. Polis əməkdaşı əli ilə onlara nəyisə izah edir. Saat 11:14:31-də küçədə giriş qapısının qarşısında dayanmış, içəri girmək üçün qapını döyən hərbi geyimli şəxslərdən biri 2 dəfə, digər isə (başında papaq olan) 5 dəfə olmaqla giriş qapısının şüşəsinə təpiklə vuraraq həmin şüşəni sındırıb içəri daxil olurlar. Şüşəni sındıran papaq taxmış hərbi geyimli şəxs ağlamağa başladıqda yaxınlıqda olan polis əməkdaşı onu qucaqlayaraq sakitləşdirməyə başlayır. Həmin zaman əllərində mobil telefonla çəkiliş aparan 3 qadın və 1 kişi cinsli şəxslər baş verənləri çəkməyə başlayırlar. Saat 11:15:05-də şüşəni sındıran papaq taxmış hərbi geyimli şəxsin halı pisləşir və onu dəhlizdə olan divanın üzərinə uzadırlar. Həmin video çəkiliş 06 dəqiqə 07 saniyə müddətində qeydə alınmışdır. 2-ci diskdə üzərinə “2” yazılmış video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video çəkiliş ƏƏSMN-nin Vətəndaşların qəbulu otağının giriş qapısının üzərinə (küçədə) quraşdırılmış kameranın görüntüsüdür və həmin giriş qapısının qarşısını (küçəni) fiksə edir. Video görüntü ##.##.2022-ci il tarixdə olanları fiksə etmişdir. Görüntüdən aydın olur ki, ƏƏSMN-nin eynək taxmış və kostyum geyinmiş bir əməkdaşı giriş qapısının önündə (küçədə) ətrafına toplanmış 2 hərbi geyimli, müəyyən sayda müxtəlif mülki şəxslərə nəyisə başa salır. Həmin ətrafda əlavə olaraq 2 hərbi geyimli şəxs vardır. Onlardan biri əsalı, digərinə isə küçədə X3 xidmətinin əməkdaşları tərəfindən xidmət göstərilir. Toplaşan kütlənin ətrafında xidməti geyimdə olan polis əməkdaşları vardır. Video görüntü ##.##.2022-ci il tarixdə olanları fiksə etmişdir. Görüntünün saatı 11:34:45 olduqda müşahidə edilir ki, əl-qol hərəkəti ilə aqressiv danışan, sağ gözünün üzəri tibbi ləvazimatla örtülü olan hərbi geyimli şəxs gərgin çıxışı zamanı əlləri ilə ƏƏSMN-nin əməkdaşının pencəyinin yaxasından yapışır və onu 3-4 dəfə silkələyir. Həmin şəxs 30 saniyə əl-qol hərəkətləri ilə aqressiv çıxışlar edir. 11:35:18-də orada olan 2-ci hərbi geyimli şəxs ƏƏSMN-nin əməkdaşına əl-qol hərəkətləri ilə nəsə deyir. Həmin video çəkiliş 02 dəqiqə 40 saniyə müddətində qeydə alınmışdır. 2-ci diskdə üzərinə 4 yazılmış video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin video çəkiliş ƏƏSMN-nin inzibati binasının içərisində olan Vətəndaşların qəbulu otağını fiksə edir. Həmin otaqda bir ədəd uzun masa, masanın ətrafında 11, kənarda isə əlavə olaraq 9 oturacaq vardır. Video görüntü ##.##.2022-ci il tarixdə olanları fiksə etmişdir. Görüntüdəki saat 11:23:43 olduqda həmin otaqda olan 2 hərbi geyimli şəxsdən biri əl-qol hərəkəti ilə ƏƏSMN-nin əməkdaşı ilə aqressiv danışıq apararaq masanın üzərində olan telefon aparatının dəstəyini qaldırıb həmin telefonun üz hissəsinə bir dəfə çırpır və yenidən çırpmaq istədikdə yanında olan hərbiçi buna imkan verməyərək tutacağı əlindən alaraq telefonun üzərinə (yerinə) qoyur. Həmin otağa əlavə olaraq 3 hərbi geyimli şəxs daxil olur (onlardan birinin gözünün üzərində tibbi yapışqan olması müşahidə edilir). Həmin çəkiliş 11 saniyə müddətində qeydə alınmışdır. 2-ci diskdə üzərinə “e795f792-6ee1-40cd-8d4d-04c3656f299a” yazılmış foto görüntüyə baxış keçirilən zaman müşahidə edilmişdir ki, sağ gözünün üzəri tibbi ləvazimatla örtülü olan hərbi geyimli şəxs qarşısında dayanmış ƏƏSMN-nin əməkdaşının əynindəki pencəyinin yaxasından və qalstukundan yapışmışdır. Cinayət işi üzrə sosial şəbəkə platformalarına keçirilmiş baxış zamanı aşağıdakı istintaq əhəmiyyətli məlumatlar aşkar edilmişdir: “TikTok” sosial şəbəkə platformasında “sus_geldim” adlı hesabda paylaşılmış 58 (əlli səkkiz) saniyəlik videoçarxa (keçid ünvanı: https://vt.tiktok.com/ZSkGhNbBo/) keçirilmiş baxış zamanı ## #### 2022-ci il tarixdə zərərçəkmiş şəxs1 vətəndaşların qəbulu otağında və küçədə baş vermiş cinayət hadisəsi ilə əlaqəli aşağıdakı hallar: Əynində hərbi geyim forması, formasının sinə hissəsində “QAZİ” və “Təqsirləndirilən şəxs” sözləri yazılmış, sağ gözündə tibbi bant olan cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ətrafında olan naməlum şəxslərin əhatəsində iş üzrə şahid qismində dindirilmiş zərərçəkmiş şəxs1 İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri şahid22 ilə aqressiv tərzdə, yüksək səs tonu, əsasən qışqırıq həddində söhbət apararaq mübahisə yaratmaq istəmişdir. Həmin söhbətin stenoqramı aşağıdakı kimidir: Təqsirləndirilən şəxs: Nazirliyə biz məktub yazmışıq. Niyə cavab vermirsiz? Ondan danışmaq lazımdı ee, burda pafoslu danışmaq lazım deyil, Fazil müəllim. İndi camaat mənim yaxamdan yapışıb məni öldürür ki: “sən niyə? Sən niyə cavabdehlik daşıyırdın?” Məni zibilə salırsız. (Təqsirləndirilən şəxs bu ifadələri işlətməklə yanaşı əlləri ilə şahid22 əynində olan pencəyin yaxalığından yapışaraq silkələməyə başlayır.) Niyə? şahid22: Xahiş edirəm, sakitləşin. Təqsirləndirilən şəxs: Yekə kişisiz, mənliyiniz olsun... (anlaşılmayan ifadələr) Niyə? Məni niyə? (Bunun ardınca ətrafda olan naməlum şəxslər də söhbətə müdaxilə etdiyi üçün işlənən ifadələr bir-birinə qarışmış və səslənən cümlələr anlaşılmaz hala gəlmişdir. Əynində geyim forması olan şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxs bu dəfə şahid22 anlaşılmayan suallar verməyə başlamış, bu səbəbdən şahid22 söhbəti həmin şəxslə davam etdirmişdir) şahid22: Müraciət eləmisiz siz? Naməlum şəxs: Bəli, bəli. şahid22: Nə deyiblər sizə? Naməlum şəxs: ... (anlaşılmayan ifadələr) indi deyir ki, vermirik. Niyə vermirsən? şahid22: Araşdırılacaq, araşdırılacaq. Naməlum şəxs: aaa ailəm yoxdu, uşaq ac qalıb. Allahın olsun. Balan varmı sənin? ... (anlaşılmayan ifadələr) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ###### 2022-ci il tarixli */**** nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - 2021-ci il istehsallı 2 ədəd SG-WMC SWİNG GATE TURNSTILE TANSA (qapı tipli turniket+maqnit açar komanda verildikdə elektrik kəsildikdə maqnit boşalır və turniket əl ilə itələnərək açılır, yay vasitəsilə geri qayıdır) markalı turniket ƏDV daxil – 5000,00 manat (2x2500,00 manat), - 2022-ci il istehsalı olan 1 ədəd Snom D712 markalı IP telefon aparatı – 250,00 manat, - 2022-ci ilin yanvar ayında quraşdırılmış giriş qapısının şüşəsi 800x1980 mm (bişmiş, iki qat) ölçüdə, ortasında olan iki qat şüşəsinin qalınlığı 20 mm (hər bir qat 4 mm olmaqla 8 mm, hər iki qatın ortasında olan dəmir konstruksiya 12 mm) – 150,00 manat. Cinayət işi üzrə şahid qismində dindirilmiş şahid22 istintaq orqanına təqdim etdiyi “WhatsApp” ani mesajlaşma mübadilə sistemi çıxarışlarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə zərərçəkmiş şəxs1 qarşısına gedəcəyi ilə bağlı “VƏTƏN ÖVLADLARI.” adlı müştərək ünsiyyət qrupuna və digər şəxsə mesaj yazaraq çağırışlar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsindən daxil olmuş ## ### 2025-ci il tarixli, ****/*-**-****/**** nömrəli məktubdan görünür ki, “Gənc Qazilər” ictimai birliyi ## ###### 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, X1 və X2 tərəfindən təsis edilmişdir. Birliyin dövlət qeydiyyatına alınması üçün nazirliyə təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə zidd olduğundan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən imtinaya səbəb olmuş müddəalar göstərilməklə və yazılı izah verilməklə geri qaytarılmışdır. ## #### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayəti ilə bağlı daxil olmuş məlumat əsasında Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis Rı Kamil Quliyev tərəfindən ## #### 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilərək cinayət əməlinin “xxxx” publik hüquqi şəxsinin inzibati binasının birinci mərtəbəsində yerləşən “Acil” (X3) şöbəsində baş verməsi, ## #### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən sındırılan qapı şüşəsinin yenisi ilə əvəz olunması müəyyən edilmişdir. “xxxx” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli, ***** nömrəli qüsur aktından görünür ki, ## #### 2022-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs tərəfindən xxxxnda törədilən qanunsuz hərəkətlər zamanı, yəni ayaq zərbəsi ilə X3 Şöbəsinin (“Acil”) daxili giriş-çıxış qapısına vurduğu zərbələr nəticəsində həmin qapının pəncərəsi sınaraq şüşə qırıntıları yerə səpələnmiş və nəticədə xxxxna 200 (iki yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının ## #### 2022-ci il tarixli *** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs5 bədənində aşkar edilmiş xəsarətlər – sol almacıq nahiyəsinin qançırı və sol göz konyuktiva qişasına qansızma, küt əşyanın təsirindən törənmişdirlər və ##.##.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Sol gözün konyuktiva qişasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol almacıq nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikasının mobil rabitə operatorları olan “Azercell Telekom”, “Bakcell” və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətlərindən götürülmüş məlumatlara, yəni disklərə keçirilən baxış zamanı müəyyən olunan istintaq əhəmiyyətli xüsusatlar müşahidə edilmə ardıcıllığı ilə aşağıdakı kimi olmuşdur: Cinayət işinin faktiki hallarına uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus +************ saylı mobil telefon nömrəsi ##.##.2022-ci il tarixdə cinayət hadisəsinin törədilmə yerinə yaxın ünvanda quraşdırılmış ötürücü anten şamlarının əhatə dairəsində, yəni Tovuz rayonu Bayramlı kəndi ərazisində olmuşdur: Cinayət işinin faktiki hallarına uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus +************ və +************ saylı mobil telefon nömrələri ##.##.2022-ci il tarixdə saat 12:27, 12:46, 13:02 və 13:05-də cinayət hadisəsinin törədilmə yerinə yaxın ünvanda quraşdırılmış “Azpetrol_Yasamal/Bakı şəhəri, Zərdabi prospekti, 593-cü məhəllədə, Təlim tədris Mərkəzi binasında/Yasamal/” adlı, saat 13:26-da “Hasan bey Zardabi street/Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 71 A/Yasamal/” adlı və saat 13:33 də “Sherifzade kuch/Bakı şəhəri, Yasamal rayonu, 3153-cü məhəllə, A.M.Şərifzadə küçəsi, 154 C saylı bina/Yasamal/” adlı ötürücü anten şamlarının əhatə dairəsində olmuşdur. Cinayət işinin faktiki hallarına uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus +************ və +************ saylı mobil telefon nömrələri ##.##.2022-ci il tarixdə saat 10:45, 10:58, 10:59, 11:53 və digər saat radələrində cinayət hadisəsinin törədilmə yerinə yaxın ünvanda quraşdırılmış “Zergenpalan m. Nizami/Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərov küçəsi 75/Yasamal/” adlı ötürücü anten şamının əhatə dairəsində olmuşdur. Cinayət işinin faktiki hallarına uyğun olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus +************ və +************ saylı mobil telefon nömrələri ##.##.2022-ci il tarixdə saat 04:01:54-də cinayət hadisəsinin törədilmə yerinə yaxın ünvanda quraşdırılmış “Tovuz ATS/Tovuz rayonu, X14” adlı ötürücü anten şamının, bundan başqa həmin gün ərzində müxtəlif saatlarda “Bayramli/Tovuz rayonu Bayramlı bələdiyyəsi/Tovuz” və “Bayramli_2/Tovuz rayonu, Bayramlı kəndi/Tovuz” adlı ötürücü anten şamlarının əhatə dairəsində olmuşdur. Həmçinin məlum olmuşdur ki, qeyd olunan mobil telefon nömrəsi 07 iyul və ## #### 2022ci il tarixlərində də Tovuz rayonu ərazisində quraşdırılmış müxtəlif ötürücü anten şamlarına qoşulmaqla rabitə qurmuşdur. Bundan başqa, baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə məxsus və istifadəsində olan mobil telefon nömrələri üzərindən özlərini qazilər, müharibə iştirakçıları, əlillər kimi təqdim edən şəxslərə məxsus mobil telefon nömrələri ilə mütəmadi əlaqədə olması, tərəflər arasında istər zəngli danışıq, istərsə də sms mesajlaşmasının baş tutması, narazı olduqları məsələlərlə bağlı getdikləri, baş çəkdikləri yerlər, iştirak etdikləri tədbirlər, görüşdükləri şəxslər və sair bu sayaq informasiyalarla bağlı daimi məlumat mübadiləsi aparmaları müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ## ### 2025-ci il tarixli **** nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda ÜZVİ MƏNŞƏLİ EMOSİONAL-LABİL POZUNTU aşkar edilir. Bunu anamnestik məlumatlar (Il Qarabağ müharibəsi zamanı partlayış travması alması, SN Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması) və hal-hazırki müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, emosional sferasının labil olması, xarici qıcıqlara qarşı həssas olması və s.) sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən "Üzvi mənşəli emosional labil pozuntu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması aşkar olunur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, iş üçün əhəmiyyət kəsb edən halları adekvat olaraq qavraya, və bu barədə düzgün məlumat verə bilər. - Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, mahiyyətini anlamaq, yadda saxlamaq və onları idarə etmək iqtidarındadır. -Təqsirləndirilən şəxs Üzvi mənşəli emosional-labil pozuntu qeyd edilir. Bu, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. -Təqsirləndirilən şəxs Fəxəddin oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs Fəxəddin oğlu cinayət əməlini törətdikdən sonra da öz hərəkətlərini dərk və idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. - Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. - Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, kinlilik, inadkarlıq, emosional dayanıqsızlı, özünə qarşı hörmət tələb etmək, kobudluq, söz götürməmək, implusivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. - Yaş xüsusiyyətləri və əqli imkanlarına görə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. - Törətdiyi qanunazidd hərəkətlər zamanı Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti psixiatrik müayinə zamanı onda müəyən edilən üzvi mənşəli emosional-labil pozuntu ilə şərtləşmişdir. - Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmir. - Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. Lakin, o, fərdi-psixi xüsusiyyətlərinə görə özünü müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə uyğun tərzdə yönəldərək yalan danışa bilər. - Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu ilə implusivlik, emosional reaksiyalara əlaqədar emosional-iradi sferasında meyillilik, davranışlarına iradi nəzarətin emosional fonda zəifləməsi aşkar edilir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkumun əməlinin tövsif edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır .Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən onun əməllərinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətlərində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən verilən apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Bununla da,məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar