Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-220/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), İ.İ.İbişov və E.Y.Vəliyev) hökmü ilə ##.##.1989-cu il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən, Təqsirləndirilən şəxs əvvəllər dost münasibətində olduğu zərərçəkmiş şəxs2 davranış ve hərəkətlərinə görə ondan uzaqlaşmaqla soyuq münasibət bəsləməsini öz şəxsiyyətinə verilən mənfi qiymət kimi xarakterizə edib qıcıqlanaraq heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə ## ###### 2024-cü il tarixdə axşam saatlarında sonuncu ilə rastlaşacağı təqdirdə onu qəsdən öldürmək niyyətini həyata keçirmək üçün yaşadığı Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən evdən götürdüyü üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə silahlanaraq Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən "Mağara" adlı kafeyə gəlmiş, həmin tarixdə saat 21 radələrində qeyd edilən kafeyə daxil olduqda zərərçəkmiş şəxs2 da dostları ilə birlikdə orada olduğunu görüb sonuncunu öldürmək niyyətini həyata keçirmək üçün əlverişli şərait yaratmaq məqsədilə zərərçəkmiş şəxs2 qarşı qıcıqlandırıcı hərəkətlər edərək və ifadələr işlədərək sonuncunu onunla mübahisə etməyə təşviq etmiş, zərərçəkmiş şəxs2 onun bu hərəkətlərinin səbəbini öyrənmək üçün onunla eyni masada əyləşməsindən sonra zərərçəkmiş şəxs2la cüzi səbəbi bəhane edərək yaratdığı və təşəbbüskarı olduğu mübahisənin gedişində çiynindən asdığı çantasından yuxarıda qeyd olunan bıçağı çıxararaq silah qismində istifade etməkdə ictimai yer hesab edilən kafedə digər şəxslərin gözü qarşısında öz şəxsiyyətini qarşı tərəfin və ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət qaydalarına etinasızlıq göstərərək kafedə olan şəxslərin narahatlığına və kafenin fəaliyyətinin pozulmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi kafedə qarşısındakı masanı aşırıb həmin masanın üzərindəki sonuncuya məxsus 03 ədəd qədəhi sındırmaqla 6 manat dəyərində özgənin əmlakının qəsdən məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə sonuncunun həyat fəaliyyəti üçün vacib olan ürək-ağ ciyər orqanlarının yerləşdiyi nahiyələrinə həmin bıçaqla iki dəfə zərbə endirib ona döş qəfəsinin və qarının daxilə keçən deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hematoraks, sol ağ ciyərin konsolidasiyası, kompression atelektazı, nazik bağırsağın zədələnmesi, daxili qan axma yaraları kimi həm ümumilikdə və həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətleər yetirdikden sonra zərərçəkmiş şəxs2 növbəti bıçaq zərbələri də endirib qəsdən həyatdan məhrum etmək istəsə də, vurduğu digər iki zərbənin kafedə olan şahid16 və qeyrilərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs2 dəyməməsi, həmin şəxslərin onu zərərçəkmiş şəxs2 uzaqlaşdırması səbəbinden növbəti zərbələri yetirə bilməməsi, zərərçəkmişin bıçaq zərbələrindən yayınmaq üçün aktiv müqavimət göstərməsi, eləcə də sonuncunun vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilmasi nəticəsində həyatının xilas edilməsi ile əlaqədar iradəsindən asılı olmayan səbəblərı görə zərərçəkmiş şəxs2 qəsdən öldürməyə yönəlmiş hərəketini başa çatdıra bilməməklə sonuncunu xuliqanlıq niyyeti ile qəsdən öldürməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 ve 221.3-cû maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs əvvəllər dost münasibətində olduğu zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl onunla mübahisə edərək onu təhqir etməsi nəticəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxs2 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə ## ###### 2024-cü il tarixdə axşam saatlarında sonuncu ilə rastlaşacağı təqdirdə onu qəsdən öldürmək niyyətini həyata keçirmək üçün yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən evdən götürdüyü üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmiş, kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə silahlanaraq Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Mağara” adlı kafeyə gəlmiş, həmin tarixdə saat 21 radələrində qeyd edilən kafeyə daxil olduqda zərərçəkmiş şəxs2 da dostları ilə birlikdə orada olduğunu görüb sonuncunu öldürmək niyyətini həyata keçirmək üçün əlverişli şərait yaratmaq məqsədilə zərərçəkmiş şəxs2 qarşı qıcıqlandırıcı hərəkətlər edərək və ifadələr işlədərək sonuncunu onunla mübahisə etməyə təşviq etmiş, zərərçəkmiş şəxs2 onun bu hərəkətlərinin səbəbini öyrənmək üçün onunla eyni masada əyləşməsindən sonra zərərçəkmiş şəxs2la şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çiynindən asdığı çantasından yuxarıda qeyd olunan bıçağı çıxararaq silah qismində istifadə etməklə ictimai yer hesab edilən kafedə digər şəxslərin gözü qarşısında öz şəxsiyyətini qarşı tərəfin və ətrafda olan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla birgə istirahət qaydalarına etinasızlıq göstərərək kafedə olan şəxslərin narahatlığına və kafenin fəaliyyətinin pozulmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, bıçaqdan silah qismində istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması və zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi kafedə qarşısındakı masanı aşırıb həmin masanın üzərindəki sonuncuya məxsus 03 ədəd qədəhi sındırmaqla 6 manat dəyərində özgənin əmlakının qəsdən məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə sonuncunun həyat fəaliyyəti üçün vacib olan ürək-ağ ciyər orqanlarının yerləşdiyi nahiyələrinə həmin bıçaqla iki dəfə zərbə endirib ona döş qəfəsinin və qarının daxilə keçən deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hematoraks, sol ağ ciyərin konsolidasiyası, kompression atelektazı, nazik bağırsağın zədələnməsi, daxili qanaxma yaraları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirdikdən sonra zərərçəkmiş şəxs2 növbəti bıçaq zərbələri də endirib qəsdən həyatdan məhrum etmək istəsə də, vurduğu digər iki zərbənin kafedə olan Dərvişov İlkin Tahir oğlu və qeyrilərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs2 dəyməməsi, həmin şəxslərin onu zərərçəkmiş şəxs2 uzaqlaşdırması səbəbindən növbəti zərbələri yetirə bilməməsi, zərərçəkmişin bıçaq zərbələrindən yayınmaq üçün aktiv müqavimət göstərməsi, eləcə də sonuncunun vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmiş şəxs2 qəsdən öldürməyə yönəlmiş hərəkətini başa çatdıra bilməyib sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs əməlini CM-nin 126.1-ci maddəsinə tövsif edib, ona həmin maddənin sanksiyasında göstərilən minimum cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarda özünü toqsirli bilməyərək, Qnyaz Salehovun ##.##.2024-cü il tarixdə, yəni hadisədən 2 gün əvvəl dostları ilə ona qarşı onla pis rəftar etməsini, "Mağara" kafesində baş vermiş mövcud hadisənin Qnyazın həmin hərəkətlərindən qaynaqlanmasını, yəni sonuncunun təqsiri üzündən baş verməsini, o, bıçaqdan ondan müdafiə məqsədilə istifadə etməsini, bıçağı evdən gətirməməsini, bıçağın "Mağara" kafesinə məxsus bıçaq olmasını, ondan müdafiə məqsədilə istifadə etməyə məcbur olmasını göstərmişdir. Məhkəmə həmin ifadəni əsassız sayıb, hökmünü ondan istintaq zamanı alınmış ifadələrlə əsaslandırmışdır. Halbuki həyat sübut edir ki, məhkumun istintaqda verdiyi ifadələr istəristəməz təsir altında verildiyindən çox hallarda yanlış olur. Ona görə də məhkəmədə xalqın və hakimlərin qarşısında verilən ifadələr işin həqiqətlərini təkzib etmirsə, daha düzgün və inandırıcı sayılır. Məhkəmənin zərərçəkən zərərçəkmiş şəxs2 ifadəsini həqiqət sayıb, ondan, onun qardaşı İqbal Salehovun və yaxın dostu, yuxarıda qeyd edilon 17 dekabr hadisəsi zamanı zərərçəkmiş şəxs2la bir yerdə olmuş şahid14, İlkin Dərvişovun, şahid15 ifadələrindən bəhrələnməsi düzgün deyil, birtərəfli, qərəzli hərəkətdir. Adları çəkilən şahidlərin heç birisi ağır yaralanmış zərərçəkmiş zərərçəkmiş şəxs2 qarşı ifadə verə bilməzdilər. “Mağara” kafesinin işçilərinə gəlincə, həmişə olduğu kimi belələrinin ifadələri ümumi olur. Dava-dalaş olmuşdur və ilaxır, vəssalam. "Agent" adı almamaq üçün onlar həqiqəti bir qayda olaraq gizlədirlər. Məhkəmədə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Qnyaz Salehovlə Gədəbəy şəhərində yerləşən "Mağara" kafesində dalaşmaları, birincinin ikinciyə bıçaqla ağır xəsarət yetirməsi 2 gün əvvəl baş vermiş dava-dalaşın davamı olması müəyyən edilir. Təqsirləndirilən şəxs Qnyaz Salehovu öldürmək niyyətində olması, hətta hadisənin xuliqanlıq niyyəti daşıması müəyyən edilmir. Xuliqanlıq haqqında mövcud qanunvericiliyə və rəhbər göstərişlərə görə, hadisə o zaman xuliqanlıq kimi qiymətləndirilir ki, ictimai yer sayılan yerdə, özü də adamların gur yerində qərəzli hərəkətlərlə baş versin, öz məzmununa görə camaatı incitsin, istirahətləri pozsun, əsəbləri sarsıtsın, ikrah hissi yaratsın. Lakin iş materiallarından görünür ki, belə hallar müəyyən edilməmişdir. Hətta hadisə zamani kafedə dalaşanlardan və onların yaxınlarından başqa adamların olub-olmaması məlum da deyil. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinin özü müəmma olmaqla qanuna ziddir. Hadisənin zərərçəkmişi həyatdan məhrum etmək cəhdi olması zərərçəkmişə yetirilmiş zərbənin ağırlığına görədir. Halbuki xəsarətin ağırlığı niyyətin müəyyən edilməsi üçün etalon deyil. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## ###### 2002-ci il tarixli * nömrəli qərarının 3-cü bəndinə (təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyasi, məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri) uyğun yoxlanılmalıdır. Hadisədən 2 gün əvvəl tərəflərin arasında baş vermiş hadisə insan həyatdan məhrum etmək üçün əsas olmamışdır. Hadisə əslində əvvəl baş vermiş mübahisənin davamıdır. Belə dava-dalaşlar zamanı gənc subyektlər əksər hallarda əməllərinin nə ilə nəticələnə biləcəyini əvvəlcədən görə bilmirlər. Özünü müdafiə edən, təkrarən pisikdirilməsinə imkan vermək istəməyən şəxsin aktiv hərəkət etməsi qatmaqarışıqlıqda zərbəni hara endirməsini dərk etməyə bilər. Bu, təbiidir Odur ki, necə ki, hər parıltı qızıl deyil, sinə nahiyyəsinə vurulan zərbə də əməlin həyata qəsd kimi qiymətləndirilməsi üçün əsas deyil. Ölümə qəsd real olmalı, necə deyərlər, özünü işin hər səhifəsində büruzə verməlidir. X4 Təqsirləndirilən şəxs şikayətçi olmaması onların arasında baş vermiş hadisənin ölümdirim hadisəsi deyil, acı bir təsadüf olmasına dəlalət edir, əks halda zərərçəkmiş şəxs2 həyatına qəsd edən adamı bağışlamazdı. O,hadisənin bir səbəbinin özündə olmasını dərk edir, yaxşı bilir ki, bu hadisə həqiqətən təsadüfdür, olmaya da bilərdi, lakin onun üzünün qanunsuz hərəkətləri hadisənin yuxarıda qeyd edildiyi kimi cərəyan etməsinə gətirib çıxarmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, zərərçəkmiş şəxsi öldürmək fikri olmamış, sadəcə olaraq onu qorxutmaq və özünü qorumaq istəmişdir. Buna görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, Təqsirləndirilən şəxs zərərməkmiş şəxslə dost olub, hadisə baş verən gün çayxanada zərərçəkmiş şəxsin də olduğu bir neçə şəxs onu öz stollarında oturmağa çağırmış, Samir isə razı olmadığına görə həmin şəxslərlə mübahisə yaranmış və onlar Samirin üzərinə hücum çəkmişdirlər. Təqsirləndirilən şəxs özünü qorumaq məqsədilə bıçaqdan istifadə etmək məcburiyyətində qalmışdır. Həmçinin zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu halları nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməklə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, şahid ifadələri, zərbələrin lokalizasiyası nəzərə alınmaqla Təqsirləndirilən şəxs əməli düzgün olaraq tövsif edilmişdir. Eləcə də birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə alıb məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin etmişdir. Buna görə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində təqsirləndirilən şəxs CM-in 29,120.1-ci və 221.3-cü maddələri ilə olan əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət işi materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gədəbəy rayon şöbəsinin ##.##.2025- ci il tarixli, ** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin və qarının daxilə keçən deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hemotoraks, sol ağ ciyərin konsolidasiyası, kompression atelektazı, nazik bağırsağın zədələnməsi, daxili qanaxma deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən ## ###### 2024cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özüözünə yetirə bilməsi inandırıcı deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gədəbəy rayon şöbəsinin ##.##.2025- ci il tarixli, **/Ə nömrəli (** nömrəli rəyə əlavə) məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin və qarının daxilə keçən deşilmiş-kəsilmiş yaraları, sol tərəfli hematoraks, sol ağ ciyərin konsolidasiyası, kompression atelektazı, nazik bağırsağın zədələnməsi, daxili qanaxma deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən ## ###### 2024-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər istər birlikdə, istərsə də ayrı-ayrılıqda götürüldükdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə əsasən demək olar ki, həmin xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də bu tip konstruksiyalı digər deşici-kəsici əşyaların təsirindən törənə bilmələri inkar edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gədəbəy rayon şöbəsinin ##.##.2024- cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol göz ətrafı yumşaq toxumaların qançırı, sağ əlin sıyrıqları küt əşyaların, sağ əlin 3-cü barmağının səthi kəsiyi deşicikəsici əşyanın tiyəsinin kəsici hissəsinin təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən ## ###### 2024-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər istər birlikdə, istərsə də ayrı-ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin onun vurulmasıdöyülməsi nəticəsində törənə bilmələri inkar edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in ##.##.2025-ci il tarixli, ***/MTKŞ-**** nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Təqdim edilmiş zərərçəkmiş şəxs2 məxsus qısaqol koftanın ön səthinin sol yarısında üç ədəd, qolsuz maykanın ön səthinin sol yarısında iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; 2) zərərçəkmiş şəxs2 məxsus koftanın və maykanın hər birinin ön səthinin sol yarısında olan iki ədəd deşilmiş-kəsilmiş zədə yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Qısaqol koftanın ön səthinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş zədəyə uyğun, maykanın üzərində zədə aşkar edilmədi ki, buda qısaqol koftanın üzərində olan həmin zədənin kiçik ölçülü olması və zədə yetirilərkən iz törədən alətin tiyəsinin yalnız koftanı zədələməsi ilə izah oluna bilər; 3) zərərçəkmiş şəxs2 məxsus qısaqol koftanın və qolsuz maykanın üzərində olan deşilmişkəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur; 4) zərərçəkmiş şəxs2 məxsus qısaqol koftanın və qolsuz maykanın üzərində digər xarakterli, ocümlədən qarşılıqlı dalaşmaya, əlbəyaxa olmağa, müqavimət göstərməyə xarakterik zədələr aşkar edilmədi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in ##.##.2025-ci il tarixli, ***/****-TBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: zərərçəkmiş şəxs2 qan qrupu-A/II/. Təqsirləndirilən şəxs qan qrupu-O/İ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, zərərçəkmiş şəxs2 məxsus qısaqol kofta və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, alt mayka üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta(H)/II/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş şəxs2 məxsus ola bilər, əgər onun qanında müşayiətçi «H» antigeni varsa. Qanın qarışıq olduğu halında isə ləkələrdə Təqsirləndirilən şəxsda qarışmış qanının olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Publik Hüquqi X2 Ambulator Şöbəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3” xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara nəzarət etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Publik Hüquqi X2 Ambulator Şöbəsinin ##.##.2025-ci il tarixli, *** nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman yüngül dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən əqli geriliyin yüngül olması səbəbindən o, ictimai təhlükəli əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra da yüngül dərəcəli əqli gerilik xəstəliyi keçirməsinə baxmayaraq, o, öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırki dövrdə də yüngül dərəcəli əqli gerilik xəstəliyi keçirməsinə baxmayaraq, həmin əqli gerilik onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmur. Təqsirləndirilən şəxs hövsələsizlik, emosionallıq, məsuliyyətsizlik, səthilik, çətin situasiyalardan baş çıxarmaqda çətinlik çəkmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verən zaman əsəbi və aqressiv psixi-emosionalhalda olmuşdur. Bu hal situasiya ilə əlaqədar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs yaddaş pozuntusu qeydə alınmayıb, sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. - ##.##.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gədəbəy rayonu, Heydər Əliyev prospektində yerləşən “Vüsal” şadlıq sarayının zirzəmisindəki “Mağara” kafesidir. Həmin kafeyə pilləkənlərlə aşağı enib taxta qapıdan daxil olunur. Kafedə 6 masa, 12 oturacaq divanı vardır. İçəri daxil olduqda sol tərəfdə bar vardır. Sol tərəfdə yerləşən stol və divanlar dağınıq vəziyyətdədir, ikinci stolun üzərində olan əşyalar yerə tökülmüşdür və həmin stolun divar tərəfində yerdə qan izləri vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sol tərəfdə sonuncu stolda əyləşdiyini, zərərçəkmiş şəxs2 ikinci stolda əyləşdiyini, həmin vaxt zərərçəkmiş şəxs2 əyləşdiyi masadan durub ona tərəf getdiyini və divarın kənarında ona xəsarət yetirdiyini bildirmişdir. - ##.##.2025-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi kafeni, həmçinin sonuncunun ona bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə ifadəsini bir daha təsdiq etmişdir. - ##.##.2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid Dərvişov İlkin Tahir oğlu ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı İlkin Dərvişov ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. - ##.##.2025-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. - Gədəbəy RPŞ-nin ##.##.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş bir sıra əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs2 hər hansı şəxslə, eləcə də bir birləri ilə ədavət və düşmənçiliklərinin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs spirtli içkilərə və münaqişəyə meyilli şəxs olmuş, yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. zərərçəkmiş şəxs2 barəsində heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs2 arasında mübahisə və münaqişə olması müəyyən edilməmişdir. ## ###### 2024- cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən evindən bıçaq götürərək zərərçəkmiş şəxs2la mübahisə etmək və bu zaman sonuncu öldürmək məqsədilə Gədəbəy şəhərində yerləşən “Mağara” adlı kafeyə gəlmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 öldürmək niyyətini formalaşdıran amil sonuncunun Təqsirləndirilən şəxsla olan münasibətlərinə soyuqluq gətirməsi olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 bıçaqla vurmağa hər hansı şəxs təhrik etməmiş, ona bununla bağlı köməklik etməmiş və göstəriş verməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 xəsarətlər yetirməkdə niyyətinin sonuncunu öldürmək olduğu müəyyən edilmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs dörd dəfə zərərçəkmiş şəxs2 bıçaqla hücum etmiş, həmin zərbələrdən ikisi sonuncuya dəymiş, ikisi isə orada olan şəxslərin müdaxiləsi nəticəsində dəyməmişdir. Baş vermiş mübahisənin səbəbi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 öldürmək məqsədilə onu mübahisəyə təşviq etməsi olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində evdən götürdüyü bıçaq olmuş, zərərçəkmiş şəxs2 üzərində bıçaq və ya digər hər hansı silah qismində istifadə ediləcək deşici-kəsici alət olmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs2 mənafeyindən hər hansı başqa şəxs çıxış etməmişdir. “Mağara” adlı kafedə, eləcə də yaxın ərazidə kamera qurğuları olmamış, beləcə iş üçün əhəmiyyət kəsb edən hər hansı görüntü əldə etmək mümkün olmamışdır. Baş vermiş hadisənin şahidləri həmin kafedə ofisiant işləyən şahid13, müştərilər şahid15, Məmmədli Cahid İlham oğlu, Dərvişov İlkin Tahir oğlu, şahid10, şahid6 və qeyriləri olmuş, həmin şəxslərin dindirilmələri üçün istintaqa təqdim edilmələri təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-220/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-220/2026
18.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver