Məhkəmə qərarları › İş №1(3-7)-221/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-221/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-221/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı3 Qəmbər oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin «14» aprel 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini, ll dərəcəli dövlət R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin «14» aprel 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər N.M.Əliyev (sədrlik edən), D.H.İmanov və R.N.Ələkbərlidən ibarət tərkibdə) ##.##.1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin onun tutulduğu andan, ## #### 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2159,66 qramkustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, ## #### 2022-ci il tarixdə saat 15:45 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlanılaraq, yaşadığı ünvana baxış keçirilən zaman həmin evin yataq otağında olan çəkməcələrdə satış məqsədi ilə saxladığı 02 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 289,660 qram və 1870 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2159,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini ll dərəcəli dövlət R Heydər Məmmədov apellyasiya protesti verərək Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmünün cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, “Məhkəmə baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətindən Bas prokurorluğa ##.##.2026-cı il tarixdə daxil olmuş, *-**-**/*-*****/**** nömrəli məktubda göstərilmişdir ki, "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Azarbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının icrası zamanı şəxsi işlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş ##.##.2022-ci il tarixdə Bərdə rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, məhkum ##.##.2022-ci il tarixdə qeydiyyata alınmış və ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarına əsasən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən həmin tarixdə məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsi icra məmuru tərəfindən məhkəmə zalında açılaraq götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, həmin hökmdə Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəza təyini zamanı nəzərə alınmadığı, həmin hökmdə qeyd olunan məsələyə münasibət bildirilmədiyi müəyyən edilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Belə olan halda, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəza təyin edildikdən sonra, Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə yeni hökmə tamamilə və ya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli idi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli hökmü ilə cəza təyini zamanı cinayət qanununun norması düzgün tətbiq olunmamış, tətbiq edilməli olan cinayət qanunu norması tətbiq edilməmişdir”. Proses iştirakçılarının çıxışları Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı3 Qəmbər oğlu apellyasiya protestini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmünün cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinə etiraz edərək Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə yuxarı həddə cəza təyin edildiyini bildirərək apellyasiya protestinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)- ***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını protestin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini protestin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü cəza hissəsində tətbiq edilməli olan cinayət qanunu norması tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, apellyasiya protestindən aydın olur ki, cinayət qanununun norması düzgün tətbiq edilməklə hökmlərin məcmusu üzrə təqsirləndirilən şəxsə cəza təyin edilməsi xahiş edilir. Məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, protestin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və işdə olan digər mötəbər sübutlarla tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlinmişdir. Kollegiya həmin sübutları hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində təyin etdiyi cəza ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin hallarından aydın olur ki, birinci instansiya məhkəməsi hökm çıxararkən Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi nəzərə alınmamışdır. Apellyasiya protestində də qeyd edilən hal mübahisələndirilərək Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin hökmlərin məcmusu üzrə təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin sorğusu əsasında Bərədə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü üzrə göstəriş icra edilməsi üçün ##.##.2022-ci il tarixdə şöbənin icraatına qəbul edilmiş və ##.##.2022-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmışdır. Məhkum cəza çəkmə dövründə yeni cinayət törətmiş və Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qərarı ilə 4 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan əlavə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmündə Təqsirləndirilən şəxs 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzası təyin edilərkən Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) ay 8 (səkkiz) gününü çəkmişdir. Onun çəkilməmiş qalan cəzası 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün təşkil edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədildiyi hallarda hökmlərin məcmusu üzrə cəza təyin edilir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair" ## ###### 2012-ci il tarixli Qərarında da eyni hüquqi mövqe müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək CM-nin 67-ci maddəsinin tələbini nəzərə almadan ona cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də, apellyasiya portesti təmin edilərək, birinci instansiya məhkəməsinin hökmü tətbiq edilməli olan cinayət qanunu norması tətbiq edilməklə dəyişdirilməlidir. CPM-in 346.1.11-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın edilməsi, şərti məhkum etmənin tətbiq edilməs imkanı nəzərə alınmaqla) təyin edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir. CPM-nin 399.1.4-ci maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilməli, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə hökmlərin məcmusu qaydasında ona qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin «14» aprel 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmündən Azərbaycan Respublikası Baş prokurorunun müavini, ll dərəcəli dövlət R Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «14» aprel 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına Bərdə Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı hökmü ilə təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə hökmlərin məcmusu qaydasında ona qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar