Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-222/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R X1, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim Məhərrəmov Bayram) ## #### 1977-ci ildə Yevlax rayonu, Qaroğlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Yevlax şəhəri, C.Əzizov küçəsi ** saylı ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2026-cı il tarixdən hesablanması, ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin avqust ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Yevlax şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi "Chevrolet Cruze" minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 13000 (on üç min) manat pul müqabilində danışıb razılaşaraq həmin məbləğin 1000 (min) manatını əvvəlcədən beh kimi verib qalan 12000 (on iki min) manat hissəsini guya avtomobili qısa müddət ərzində satıb verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək əslində zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ##.##.2024-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən Yevlax rayon * saylı notariat ofisində zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi 13500 (on üç min beş yüz) manat dəyərində "Chevrolet Cruze" minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxs2 əvvəlcədən razılaşdıqları kimi 1000 (min) manat verib nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əldə edib zərərçəkmiş şəxs2 həmin avtomobilə dair əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək həmin gün Yevlax şəhəri ərazisində şahid10 13500 (on üç min beş yüz) manata satıb özünün şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 12500 (on iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin avqust ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Yevlax şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi "VAZ 21074" minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 7000 (yeddi min) manat pul müqabilində danışıb razılaşaraq həmin məbləğin 1000 (min) manatını əvvəlcədən beh kimi verib qalan 6000(altı min) manat hissəsini guya avtomobili qısa müddət ərzində satıb verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək əslində zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ##.##.2024-cü il tarixdə günorta saatlarında Yevlax şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən Yevlax rayon * saylı notariat ofisində zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi 7000 (yeddi min) manat dəyərində "VAZ 21074" minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxs2 əvvəlcədən razılaşdıqları kimi 1000 (min) manat verib nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əldə edib zərərçəkmiş şəxs2 həmin avtomobilə dair əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək həmin gün Yevlax şəhəri ərazisində şahid8 dəyərindən ucuz qiymətə, yəni 6500 (altı min) manata satıb özünün şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Yevlax şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi "VAZ 21074" minik markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 8000(səkkiz min) manat pul müqabilində danışıb razılaşaraq həmin məbləğin 1000 (min) manatını əvvəlcədən beh kimi verib qalan 7000 (yeddi min) manat hissəsini guya avtomobili qısa müddət ərzində satıb verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək əslində zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ##.##.2024-cü il tarixdə Yevlax şəhəri, Heydər Əliyev prospekti 8 ünvanında yerləşən Yevlax rayon * saylı notariat ofisində zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi 8000 (səkkiz min) manat dəyərində "VAZ 21074" minik markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxs2 əvvəlcədən razılaşdıqları kimi 1000 (min) manat verib nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əldə edib zərərçəkmiş şəxs2 həmin avtomobilə dair əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək həmin gün Yevlax şəhəri ərazisində şahid9 dəyərindən ucuz qiymətə, yəni 4100 (dörd min yüz) manata satıb özünün şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Yevlax şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi “VAZ 21214" minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 8000 (səkkiz min) manat pul müqabilində danışıb razılaşaraq həmin məbləğin 1000 (min) manatını əvvəlcədən beh kimi verib qalan 7000 (yeddi min) manat hissəsini guya avtomobili qısa müddət ərzində satıb verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək əslində zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ##.##.2024-cü il tarixdə Bərdə şəhəri, Heydər Əliyev prospekti 89 ünvanında yerləşən Bərdə regional "ASAN xidmət" mərkəzində zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi 8000 (səkkiz min) manat dəyərində "VAZ 21214" minik markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxs2 əvvəlcədən razılaşdıqları kimi 1000 (min) manat verib nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əldə edib zərərçəkmiş şəxs2 həmin avtomobilə dair əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ## ######## 2024-cü il tarixdə Yevlax şəhəri ərazisində şahid8 dəyərindən ucuz qiymətə, yəni 7100 (yeddi min yüz) manata satıb özünün şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan zərərçəkmiş şəxs2 ilə 2024-cü ilin sentyabr ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Yevlax şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi "Chevrolet Cruze" minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 12000 (on iki min) manat pul müqabilində danışıb razılaşaraq həmin məbləğin 1000 (min) manatını əvvəlcədən beh kimi verib qalan 11000 (on bir min) manat hissəsini guya avtomobili qısa müddət ərzində satıb verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək əslində zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ##.##.2024-cü il tarixdə Bərdə şəhəri, Heydər Əliyev prospekti 89 ünvanında yerləşən Bərdə regional "ASAN xidmət" mərkəzində zərərçəkmiş şəxs2 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi 12000 (on iki min) manat dəyərində "Chevrolet Cruze" minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxs2 əvvəlcədən razılaşdıqları kimi 1000 (min) manat verib nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əldə edib zərərçəkmiş şəxs2 həmin avtomobilə dair əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ## ######## 2024-cü il tarixdə Yevlax şəhəri ərazisində şahid9 dəyərindən ucuz qiymətə, yəni 9500(doqquz min beş yüz) manata satıb özünün şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 11000 (on bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin sentyabr ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda yaşadığı Yevlax şəhərində görüşüb danışaraq zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz C240" minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 12500 (on iki min beş yüz) manat pul müqabilində danışıb razılaşaraq həmin məbləğin 2500 (iki min beş yüz) manatını əvvəlcədən beh kimi verib qalan 10000 (on min) manat hissəsini guya avtomobili qısa müddət ərzində satıb verəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək əslində zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ##.##.2024-cü il tarixdə Bərdə şəhəri, Heydər Əliyev prospekti 89 ünvanında yerləşən Bərdə regional "ASAN xidmət" mərkəzində zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əsasında idarə etdiyi 12500 (on iki min beş yüz) manat dəyərində "Mercedes Benz C240" minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili zərərçəkmiş şəxs1 əvvəlcədən razılaşdıqları kimi 2500 (iki min beş yüz) verib nəqliyyat vasitəsinə sərəncam verməsi barədə etibarnamə əldə edib zərərçəkmiş şəxs1 həmin avtomobilə dair əmlak hüquqlarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək ## ######## 2024-cü il tarixdə Yevlax şəhəri ərazisində şahid11 40000 (qırx min) manat olan borcundan 11000 (on bir min) manat çıxması müqabilində verib özünün şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 10000 (on min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdilərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzasının təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əməlində cəzasını ağırlaşdıran hallar yoxdur, əksinə yüngülləşdirici hallar var. Ilk dəfədir cinayət törədir, əməlindən peşmandır, ailə vəziyyətini nəzərə alaraq şikayətin təmin olunması xahiş olunur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi (vəkil) Mirumud Seyidov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ödənilməli olan 10000 manat puldan yalnız 2000 manat pulu ödəmişdir. Verilmiş suala cavab olaraq o, göstərdi ki, ibtidai istintaq zamanı digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ödədiyi 14500 manat pulu sonradan geri almışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 10000 manat puldan yalnız 2000 manat pulu ödəmiş, qalıq hissəni bugünki günədək ödəməmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli 43000 manat puldan ibtidai istintaq zamanı 14500 manat pulu ödəsə də belə, sonradan ondan geri almışdır. Bugünki günədək Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş ödənilməmişdir. Dövlət ittihamçısı Bəhruz Cabbarlı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ümumilikdə 6 epizod üzrə 53500 manat məbləğində dələduzluq cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər vurmuş, həmin zərərdən çox cüzi məbləğdə ziyan ödəmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin etirafedici ifadəsini və özünü təqsirli bilməsini, istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxslərin və şahid ifadələri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Murad Qasımovun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.2ci və 178.2.4-cü maddələrinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 izahatında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli 43000 manat puldan ibtidai istintaq zamanı 14500 manat pulu ödəsə də belə, sonradan ondan geri almış və bugünki günədək Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş ödəməməsi xüsusatını göstərmiş, həmin xüsusatı təqsirləndirilən Təqsirləndirilən şəxs da izahatında göstərmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi 6 epizod üzrə dələduzluq cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 53500 manat maddi zərər vurmuş, həmin zərərdən apellyasiya məhkəməsində yenidən müəyyən olunur ki, cəmi 2000 manat pul ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hazırki vəziyyətdə həbsdə qalması onun özünə və ya ailə vəziyyətinə pis təsir göstərməsini təsdiq edən əsaslı mötəbər sənəd təqdim olunmamış, həmçinin azadlıqda qalacağı təqdirdə zərərçəkmiş şəxslərə qalıq ödənilməli pulu ödəməsi iş materialında olan sənədlərdən və onun hərəkətlərindən öz təsdiqini tapmır. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün təyin olunması üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-222/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-222/2026
03.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver