Məhkəmə qərarları › İş №1(3-7)-223/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-223/2026

20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-223/2026 20.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı3, Məhkum Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 1(015)-74/2025 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağstafa Rayon Məhkəməsinin (hakim Heyran Mürsəlova) # #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ##.##.1979-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağstafa rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ##.##.2011-ci il tarixdən başlayaraq ##.##.2009-cu il təvəllüdlü Nicat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76,00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağstafa Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 gün, həmin məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə ##.##.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## ##### 2025-ci il tarixədək 5825 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2 Müşafiq oğlu apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 -ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ##.##.2011-ci tarixdən başlayaraq ##.##.2009-cu il təvəllüdlü Nicat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76,00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə barəsində cinayət işi açılmış və Ağstafa rayon məhkəməsinin 0# #### 2026cı il tarixli *(***)-**/**** saylı Hökmü ilə 10 ay müddətinə azadlıqdan mərhum edilmişdir. Çıxarılmış olan hökmlə razı deyil. Çünki müdafiə etdiyi şəxsin əməlində heç bir cinayət tərkibi olmadığına baxmayaraq əsassız olaraq məhkum edilmişdir. Belə ki, cinayət işinin materiallarından açıq-aydın görmək olar ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur. Çünki ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs öz ifadəsində də tam açıq-aydın olaraq bildirmişdir ki, məhkəmə qətnaməsinin icrasından imtina etmir, amma ki, icra edə bilmədiyini açıqca nümayiş etdirmişdir. Hətta təqsirləndirilən şəxs ümumi borcu olmuş 5.300 manatdan 1800 manatadək ödəmişdir. O ödəməkdən boyun qaçırmır, işləmək üçün iş yeri tapa bilmədiyindən, rəsmi qaydada iş yeri olmadığından ödənişləri tam olaraq icra edə bilmir, bu da şəxsin məhkəmə qəararını qəsdən icra etməmə kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə deyilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq icra etməmə həmin maddənin tərkib hissəsini yaradır. Belə məsuliyyət yalnız borcu qərəzli olaraq ödəməyən şəxslərə aiddir. Yəni imkanı olaraq, borcu ödəməyənlərə. Onun imkanı olduğunu isə sübut etmək lazımdır! Bu da praktiki cəhətdən demək olar ki, mümkünsüzdür. Çünki icra məmuru tam olaraq borclunun gəlirlərini, əmlaklarını və bank hesablarını tam olaraq araşdırdıqdan sonra, həmin işi istintaqa göndərir. O, yenə də, bildirir ki, müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs, heç bir yerdə işləməyən, borcu ödəmək üçün heç bir maddi imkanı olmayan, borcun müəyyən qismini ödəmiş, digər, yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsdir. Həmçinin onun həbsdə olması həmin borc ödəmək imkanından daha da xaric edir. Ona görə ki, onun barəsində digər cəza seçilmiş olsa idi o zaman yenə də borcunun müəyyən qismini çöldə olmaqla ödəyərdi. Müdafiə etdiyi şəxs qətnamənin icrasından boyun qaçırmır, sadəcə olaraq heç bir yerdə işləməməsi səbəbindən borcun bir qismini ödəmiş, yerdə qalan borcunu isə müəyyən müddət ərzində ödəyəcəyini belə məhkəmə istintaqı zamanı bildirmişdir. Amma onun bu fikirlərinə məhəl qoyulmadan, onun işsiz, imkansız olduğu icra şöbəsi tərəfindən araşdırılmasına baxmayaraq, yenə də onun qətnaməni qərəzli olaraq icra etməməsi kimi qəbul edilməsi və həbs edilməsi, məhkəmə araşdırmasının və hökmünün haqqədalətə söykənmədiyindən xəbər verir. Həmçinin Ağstafa rayon məhkəməsinin çıxarmış olduğu hökmdə sanki müdafiə etdiyi şəxsin kifayət qədər imkanının olması və qərəzli olaraq məhkəmə qətnaməsini icra etməməsi kimi fikirlər yer alıb. Əgər müdafiə etdiyi şəxsin məhz həmin imkanının olması barədə rəsmi sənədlər mövcud olsa idi, sübutlar həmin cinayət işinin içərisində olardı. Hətta qərəzli olaraq məhkəmə qətnaməsini icra etməsə idi o zaman ümumiyyətlə tələbkara heç bir ödəniş etməzdi, məhkəmə iclası zamanı belə ödəməyəcəyini bildirərdi. Təqsirləndirilən şəxs isə həmin borcun bir qismini ödədiyini və müəyyən vaxt ərzində yenə də müəyyən işlər görməklə qalıq borcunu ödəyəcəyini bildirmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi şikayəti müdafiə edərək apellyasiya şikayətində göstərilən məzmunda çıxış etdi və göstərdi ki, zərərçəkmiş şəxslə məhkum artıq barışmışlar və zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkumun dəymiş maddi ziyanı ödədiyini, onunla barışdığını, məhkuma qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və məhkumun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tam ödəməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Belə ki, cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, məhkumun hərəkətləri ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi məhkumu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində də əməlin tövsifi və təqsirlilik məsələsi mübahisə edilmir. Məhkəmə məhkum Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi iddiası ilə bağlı aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ödəməli olduğu aliment borcunu tam ödəmişdir, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** saylı, ##.##.2011-ci il tarixli qətnaməsini icra edərək aliment borcunu tam ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığından CM-in 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ləğv edilməli, o cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Şərh olunanlara əsasən, məhkəmə CPM-in 40.3, 43.1.2, 397, 398.1.1, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 1(015)-74/2025 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o dərhal həbsdən azad olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar