Məhkəmə qərarları › İş №1(3-7)-225/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-225/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-225/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər X1 (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Xüsusi ittihamçı Xüsusi ittihamçı oğlunun iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraaata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5- 109)-15/2026 saylı hazırlıq iclasının qərarından xüsusi ittihamçısı Xüsusi ittihamçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən xüsusi ittiham qaydasında materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinib, barəsində 1 ilədək islah işləri cəzası təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-109)-15/2026 saylı hazırlıq iclasının qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək Ağstafa rayon Məhkəməsinin qərarının ləğv olunaraq barəsində şikayət olunan şəxsin 1 il islah işlərinə məhkum oplunmasına dair yeni qərar qəbul edilməsi və ya işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, O, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinib, barəsində 1 ilədək islah işləri cəzası təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Çünki Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində şahidlər X3 və X2 yanında şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmişdir. Dəfələrlə bu hal baş vermişdir.Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ifadəsində bildirmişdir ki, əsəbi vəziyyətdə olduğu üçün Xüsusi ittihamçı ünvanına bəzi ifadələr işlətmişdir. Bundan əlavə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Xüsusi ittihamçı ərizəsində göstərdikləri doğrudur. Məhkəmə isə xüsusi ittiham qaydasında verilən şikayətə ##.##.2026cı il tarixdə saat 15:00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndində icra nümayəndəliyinin inzibati binasının qarşısında Ədalət və Aybəniz adlı şəxslərin yanında təhqir olunması ilə bağlı şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə etmədiyini göstərərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair onun şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul etmişdir. Halbu ki,iş materiallarından da göründüyü kimi o, ərizəsinə onun təhqir olunmasını sübut edən 2 nəfər şahidin izahatını əlavə etmişdir. Bundan əlavə barəsində şikayət etdiyi şəxs özü də onu həmin şahidlərin yanında təhqir etdiyini təsdiq edir.Bundan əlavə o, məhkəmə iclasına həmin şahidləri də aparmış , lakin hakim həmin şahidləri məhkəmə zalına dəvət etməmiş və dindirməmişdir. Bu hissədə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və qanuni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayətin dəlillərini işin materialları ilə əlaqəli surətdə araşdıraraq məhkəmə qeyd edir ki, şikayət qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-109)-15/2026 saylı hazırlıq iclasının qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Ağstafa Rayon Məhkəməsinin hazırlıq mərhələsinə göndərilməlidir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrəli qərarında qeyd edilir ki, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansışəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Plenum qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Plenum qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş maddələrinə baxdıqda və bu maddələri cinayət-prosessual qanunun ümumi hissəsinin normaları, o cümlədən CPM-in 8-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifələri, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (CPM, maddə 33) kimi cinayət mühakimə icraatının prinsipləri ilə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsində icraatın hazırlıq iclası (ilkin dinləmə) və məhkəmə baxışı mərhələləri araşdırılan məsələlərə (araşdırma predmetinə), araşdırmanın həcminə, araşdırmanın məqsədlərinə görə bir-birindən fərqlənən mərhələlərdir və onların eyniləşdirilməsi, məsələn yalnız məhkəmə baxışında həll edilməli məsələnin hazırlıq iclasının nəticələrinə görə həll olunması yolverilməzdir Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə CPM-nın 302.1.6-cı maddəsinin tələbi baxımından əməldə cinayətlərin əlamətləri olmaması əsası ilə xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 maddəsində nəzərdə tutulmuş məhkəmənin hazırliq iclasının nəticələrinə görə “əməldə cinayətin əlamətləri olmadıqda” xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən (şikayətin icraata qəbul edilməsindən) imtina etmək səlahiyyətinə də həmin müddəaların və onlardan irəli gələn CPM-in digər normalarının işığında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində “...cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq”, 8.0.5-ci maddəsində isə “cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (CPM, maddə 28.1). Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını (maddə 32.2.1) və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını (maddə 32.2.2) ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir (maddə 32.2.3), müdafiə tərəfi isə əksinə - cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və CPM-in 32.2.4-cü maddəsində təsbit olunmuş digər funksiyaları yerinə yetirir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Cinayət Məcəlləsinin 138.1-ci maddəsinə əsassən “sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır”. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsində təsbit olunmuş qaydaya görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir”. “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Cinayət-Prosessual Məcəllənin 346.1, 346.1.1 və 346.1.2-ci maddələrinə əsasən cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi – bunlar məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həl edilməli olan məsələlərdir. Yuxarıda təsvir edilmiş cinayət-prosessual normalardan göründüyü kimi məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişməli xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş normalarından isə aydın görünür ki, qanunverici bu instansiyada ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq CPM-in XLIII fəslində təsbit edilmiş məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. Məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi isə CPMin 338.1.2-ci maddəsinə və XLV fəslinin qaydalarına görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. Məhkəmə baxışından və məhkəmə baxışının qeyd olunan (məhkəmə istintaqı, yekun müşavirə) mərhələlərindən fərqli olaraq, məhkəmənin hazırlıq iclası ittihamın həlli nöqteyinəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılmasını və qiymətləndirilməsini ehtiva etmir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 299.1-ci maddəsinə görə “məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir”. CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin “məhkəmə baxışında” tədqiq edilmək üçün təqdim etdikləri “sübutlar siyahısı”, “məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi” barədə məsələlər həll edilir. Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasında baxılarkən də cinayətprosessual qanunun qeyd olunan normaları nəzərdən qaçırılmamalı və CPM-in 302.1.6 maddəsində nəzərdə tutulmuş müddəalar sübutların xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edib-etməməsi (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Birinci insansiya məhkəməsi hesab etmişdir ki, xüsusi ittiham qaydasında verilən şikayət ##.##.2026-cı il tarixdə saat 15:00 radələrində Ağstafa rayonunun Köçəsgər kəndində icra nümayəndəliyinin inzibati binasının qarşısında Ədalət və Aybəniz adlı şəxslərin yanında təhqir olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə müraciət etsə belə, şikayət ərizəsinə mötəbər sübut və dəlil əlavə etməmişdir. Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, həmçinin şikayət əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır Məhkəmə hesab edir ki, CPM-in 302.1.6-cı maddəsində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında “barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməldə cinayət əlamətləri olmadıqda” müddəası xüsusi ittihamçının gətirdiyi sübutlarının tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Sözügedən müddəa şikayətdə faktik əsaslar gətirilmədən ittihamın irəli sürülməsini və yaxud müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktik hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsini, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların gətirilməməsini və təqdim edilməməsini nəzərdə tutur. Hazırkı işdə isə faktların baş verib-verməməsi mübahisəlidir və bu, yalnız məhkəmə baxışında müəyyən edilə bilər. Lakin, birinci instansiya məhkəməsi heç bir sübutun tədqiq olunmadığı, əslində sübutların tədqiq edilməsi üçün nəzərdə tutulmayan hazırlıq iclasında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud olmaması kimi mühakimə yürütməklə, faktiki olaraq şikayətə əlavə olunmuş materialları müvafiq prosedurda tədqiq etmədən ittihamı təsdiq etməyən sübutlar kimi qiymətləndirmiş və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olmaması haqqında nəticəyə gəlmişdir. Təsvir edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında Xüsusi ittihamçı təqdim etdiyi dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət edib-etməməsi nöqteyi- nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Cinayət-Prosessual Məcəllənin ümimi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə Xüsusi ittihamçı artıq Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı xüsusi ittiham qaydasında ittiham irəli sürmüş və bu səbəbdən Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5-109)-15/2026 saylı qərarında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi üçün gətirilən dəlillər hazırki icraatda baxılan xüsusi ittiham qaydasında şikayətin mümkünlüyü məsələsinin həllində eynilə istifadə oluna bilməzdi. Məhkəmə hesab edir ki, xüsusi ittihamçının şikayəti onun dəlillərini təsdiq edən sübutları əks etdirdiyindən birinci instansiya məhkəməsi məhkəmə baxışının keçirilməsində imtina edərkən haqlı olmamışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instasniya məhkəməsinin hazırlıq iclasının qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Ağstafa Rayon Məhkəməsinə hazırlıq mərhələsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 391-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraaata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 1(5- 109)-15/2026 saylı hazırlıq iclasının qərarı ləğv edilsin, iş yenidən baxılması üçün Ağstafa Rayon Məhkəməsinə hazırlıq mərhələsinə göndərilsin. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar