Məhkəmə qərarları › İş №1(3-7)-231/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-231/2026

28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-231/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 Qəmbər oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə (hakimlər İ.İ.İbişov (sədrlik edən), M.M.Məmmədzadə və E.Y.Vəliyevdən ibarət tərkibdə) ##.##.1972-ci il tarixdə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Pirverdilər kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübut və məhkəmə məsrəfinə dair məsələlər həll edilmişdir. İşin halları Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən vaxt və mənbədən satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən külli miqdar hesab olunan 20,850 qram psixotrop maddə olan metamfetamini əldə edərək özündə saxlamaqla daşımış, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə saat 16:50 radələrində Tərtər şəhəri Yeni Avtovağzal ərazisində tutularaq RPŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan torbaya bükülmüş külli miqdarda – yəni təmiz çəkisi 20,850 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun heç bir cinayəti olmadığı üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Birinci Qarabağ müharibəsində aldığı zədələrdən əziyyət çəkir, infarkt keçirmişdir. 2025-ci il ####ın ##-dən 15-nə keçən gecə yol maşını ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gələrkən Gəncə şəhər köhnə bazar ərazisində maşından düşmüşdür. Halı pisləşmiş və sudurqa keçirmişdir. Bu vaxt 1 qadın və 1 kişi yaxınlaşaraq ona kömək göstərmişdir. Onu evlərinə aparmış, yemək və içki vermişdirlər. Paltarı yaş və çirkli olduğundan ona 1 şalvar, 1 jaket, 1 cüt ayaqqabı vermişlər. Söhbət zamanı Daşkəsən rayonu Pirverdilər kəndində evi olduğunu, tək yaşadığını, kimsəsi olmadığını öyrənərək özünü Qədir kimi təqdim etmiş, yoldaşının ağır xəstə olduğunu bildirmiş, həkimin ona hər il 1-2 ay dağ havasında dincəlməsini buyurduğunu demişdir. Sonra onun Tərtər rayonunda adlı-sanlı həkim dostu olduğunu və ona yardım edəcəyini, əvəzində hər il onun evinə dincəlməyə gələcəyini ona inandırmışdır. Sonra “keç hamamda yuyun maşın çağırım gedək” demişdir. Hamamdan çıxanda paltarını geyinməyə kömək etmiş, qolundan tutaraq maşına əyləşdirmişdir. Tərtər rayonunda “bura avtovağzaldır, düş gözlə yoldaşımı tualetə aparım gəlirik” deyərək maşından düşmüşlər. O maşından düşərkən polis əməkdaşları tərəfindən zorakılıqla Tərtər rayon polis şöbəsinə gətirilmişdir. Burada qollarından qanıraraq ağzı üstə stola sıxılaraq cibindəki əşyaları çıxarmışlar. Sonra onu qaldıraraq “bu sənindir, haradan almısan” deyərək ona özü və haradan aldıqları naməlum olan şəkər tozuna bənzər maddə göstərmişlər. Bundan sonra müstəntiq öz uydurmalarını həqiqəti əks etdirməyən sübutlarla işini bağlayıb Gəncə Ağır Cinayətlər məhkəməsinə yönəltmişdir. Məhkəmə heç bir şey araşdırmadan 5 il 6 ay ona həbs cəzası kəsmişdir.” Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdilər və Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 Qəmbər oğlu apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə bəraət verilməsi üçün heç bir əsas olmadığını göstərərək, apellyasiya şikayətinin təmin olunmadan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətindən, habelə müdafiə tərəfinin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, sənədlər və məhkəmədə araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmiş, Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ağır ürək xəstəsidir. Gecə vaxtı halı pisləşdiyi üçün yol maşını ilə xəstəxayana getmişdir. Yol maşınının sürücüsünə ** nömrəli marşrutu gördükdə saxlamasını xahiş etmiş, sürücü isə maşının yük maşını olduğunu bildirərək başqa yerə sürə bilməyəcəyini, lakin yol kənarı bir ərazidə saxlaya biləcəyini və ona Gəncə şəhərində “Mərkəzi Bazar” ərazisindən ** nömrəli marşrutun keçdiyini bildirmişdir. Maşından düşəndən sonra yeriməyə halı olmamış, əlində çanta, içərisindədə xəstəxanada geyinməsi üçün paltarlar olmuşdur. Təxminən bir-iki addım atdıqdan sonra ürəyi tutmuş və yıxılaraq çantanın üzərində oturmuşdur. Həmin vaxt yoldan keçən iki nəfər biri qadın, digəri isə kişi olan şəxslər yaxınlaşaraq ona köməklik edib qaldırmış, o isə həmin şəxslərdən telefonu olmadığı üçün təcili tibbi yardıma zəng etmələrini xahiş etmişdir. Onlarda üzərilərində telefon olmadığını və yaxında yaşadıqlarını bildirərək onu evə dəvət etmişlər. Çantasını götürüb ona köməklik edərək binaya gətirmişlər. Həmin an özündə olmasada binanı dəqiq tanıdığını bildirmişdir. Evə daxil olduqdan sonra ona çay, çayı içdikdən sonra spirtli içki gətirmişlər. Həkim ona qan laxtalanması olduqda az miqdarda içki istifadə edə biləcəyini dediyi üçün o içki içmiş, şəxsin özü içməmişdir. Üşütməsi keçmədiyi üçün hamama qaynar suyun altına girmişdir. O, üstü palçıq olduğu üçün paltarını çıxartmış, orada ona üzərini dəyişmək üçün paltar vermişlər. O hamamdan çıxıb geyinmişdir. Elektron siqaret çəkdiyi üçün və siqareti olmadığından şəxs ona çəkməsi üçün 1 ədəd siqaret vermişdir. Boğazı ağrıdığı üçün su istəmiş, suları olmadığını deyərək ona “Go” adlı içki vermişlər və o da həmin içkini içmişdir. Həmin şəxs ona həyat yoldaşı kimi qələmə verdiyi şəxsin ağır xəstə olduğunu və dağ havası lazım olduğunu demişdir. O da evinin olduğunu və onların qala biləcəyini demişdir. Onu həkim adıyla Tərtərə gətirmiş, yolda 1 qutu siqaret və 1 ədəd “bizon” almışlar. Maşından düşdükdən sonra əyləşməyə imkanı olmamış, onu götürüb polis idarəsinə gətirmişlər. Bu hadisə mart ayının 15-də şənbə günü olmuşdur. 18 martda isə yanına adam gəlməli imiş, telefonu olmadığı üçün dostu ilə onun yanında olması üçün sözləşmişlər. Şöbəyə gətirildikdən sonra çəkilişdən qabaq zirzəmiyə aparılmış, əli-qolu sıxılı vəziyyətdə cibini stolun üzərinə tökmüşlər. Ondan cibindən aşkar olunmuş maddənin nə olduğunu soruşulduqda “bu nədi, bilmirəm” demişdir. Ona ağır işgəncələr verilmiş, döyülərək “mən bunu tapmışam” yaz deyilmişdir. Həmin ərəfədə evin açarı da cibində olmuş, açarı üzərindən götürmüşlər. Mülki formada tanımadığı bir şəxs ona “açarın yoxdu indi evi axtarışada gedərik” demiş və oradan çox əşya çıxa biləcəyini bildirmişlər. Həmin şəxs ona “fikirləş mən deyəni yaz, mən sənə köməklik edərəm” deyə bildirmişdir. Ağır vəziyyətdə olmuş və 3-4 dəfə huşunu itirmişdir. Ona ağır işgəncələr verilmişdir. O 54 yaşı olduğunu, ömür boyu narkotik vasitələrdən istifadə etmədiyini, məcburiyyət qarşısında sözügedən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Ona verdikləri vəkilin bu işlə bağlı heç bir fəaliyyəti olmamış, üzərinə baxış keçirilən zaman da orada olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, o, Daşkəsən rayonu Pirverdilər kəndində əkinçiliklə məşğul olmuş, ana və atası rəhmətə getmiş, ailəsi olmadığı üçün tək yaşamışdır. Yaşadıqları kənddə qışda yaşayış olmadığı üçün yük maşını ilə yola çıxmış, Daşkəsən rayon xəstəxanasına getsə də, orada ona köməklik göstərilməmişdir. Gəncə şəhəri Avtozavod qəsəbəsində qardaşıgil yaşamışdır. Tanımadığı şəxslər səhhəti pis olduğu üçün ona qolundan tutaraq köməklik etmiş, lakin belə bir hərəkət edəcəklərini ehtimal etməmişdir. Onu evlərinə aparan şəxsləri ilk dəfə gördüyünü, həmçinin Tərtər rayonuna getməsi üçün ona taksi çağırdıqlarını və taksi pulunu özləri verdiyini bildirmişdir. Üzərində 43 manat olmuş və həmin pul da cib dəsmalıyla birgə yoxa çıxmışdır. O, Tərtər rayonuna ürək xəstəxanasına getmək istəmiş, lakin onu Tərtərə aparan şəxslər aldadaraq başqa yerə aparmışlar. Taksidən düşən zaman polislər onu saxlamış, onu gətirən şəxslər polislərlə salamlaşmışdır. O düşən kimi polislərin gəldiyini görmüş və fikir verməmişdir. Bundan sonra onu polis idarəsinə gətirmişlər. Ona polis idarəsində fiziki təzyiqlər göstərərək işgəncə vermişlər. Onu təcridxanaya aparan zaman ona olunan təzyiqlər barədə həkimə məlumat vermiş, lakin qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxarılan zaman ona söz verməmişlər. Bundan sonra, onun işində iştirak edən vəkildən imtina etmiş, sonuncu çıxdığı qətimkan tədbiri ilə bağlı məhkəmədə isə hakim onu dindirdikdən sonra müstəntiqə töhmət vermişdir. O avtovağzalda taksidən düşən zaman, onu aparan şəxslər ona oturub gözləməsini və özləri isə təbii ehtiyaclarını ödəməli olduqlarını bildirmişlər. Onu aparan şəxslər taksidən ondan qabaq düşərək getmiş, taksi onları gözləmiş və taksinin qarşısında polis əməkdaşları dayanmışdır. O maşından düşən zaman polis əməkdaşları onu aparmışlar. Üzərində 43 manat olmuş və həmin pulu təzə geyindiyi şalvarın cibinə qoymuşdur. Narkotik vasitə onların təzə verdiyi şalvarın sol cibindən çıxmışdır. Onu aparan şəxs ona 1 qutu siqaret vermiş, cibində əlavə heç bir əşya olmamışdır. O polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Ondan aşkar olunan büküm şalvarının sol yan cibindən çıxmış, sağ qolu işləməmiş və həmin zədəni isə 1-ci Qarabağ müharibəsində almışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, ## #### 2025-ci il tarixdə polis əməkdaşı İbrahim Məhərrəmova əməliyyat məlumatı daxil olmuş, məlumat daxil olduqdan dərhal sonra rəhbərliyə məruzə edilmiş və qrup yaradılmışdır. O da həmin qrupun tərkibində olmuş və əməliyyat məlumatının məzmunu Daşkəsən rayon sakini Təqsirləndirilən şəxs Tərtər rayonunda narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə olmuşdur. Bundan sonra daxil olmuş əməliyyat məlumatına əsasən Tərtər rayonunda yerləşən yeni avtovağzala gedilmiş və Təqsirləndirilən şəxs sözügedən avtovağzalın ərazisində saxlanılaraq, polis şöbəsinə aparılmışdır. Dərhal vəkil dəvət olunaraq videoçəkiliş vasitəsilə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt Vaqif göy rəngli şalvar geyinmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən psixotrop maddə hesab edilən “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Əlavə olaraq, şahid şahid4 verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman tək və vağzalda hərəkət halında olmuşdur. Şəxsin üzərindən 21,4 qram çəkisində 1 büküm olmaqla “metamfetamin” aşkar olunmuş, narkotik vasitə haqqında soruşduqda isə narkotik vasitəni ona tanımadığı şəxsin verdiyini, üzərindən 2 ay keçdiyini və özünün istifadə etdiyini bildirmişdir. Həmçinin, saxlanılan zaman ona heç bir fiziki və ya psixi təzyiq olunmadığını bildirmişdir. O təqsirləndirilən şəxsin saxlanılan və üzərinə baxış keçirilən zaman videoçəkilişdə də iştirak etmişdir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Həmçinin birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məhərrəmov İbrahim Arif oğlu, İsmayıllı Anar Sərvan oğlu da eyni məzmunda ifadələr vermişlər. Şahid İsmayıllı Anar Sərvan oğlu həmçinin bildirmişdir ki, videoçəkiliş zamanı şəxs həmin maddənin ona aid olduğunu etiraf etmiş və bundan sonra aşkar olunmuş maddə qablaşdırılıb, möhürlənərək ekspertizaya göndərilmişdir. ... Təqsirləndirilən şəxs Tərtər şəhərinə dostu ilə görüşməyə gəldiyini demiş və şəxsdən ona qarşı hər hansı təzyiq olunub-olunmaması soruşulan zaman, şəxs ona qarşı heç bir zorakılıq tətbiq olunmadığını, əksinə onunla yaxşı rəftar olunduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ... Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçi X1 və onların iştiraki ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ şəffaf bükümündə kustar üsulla hazırlanmış psixotrop maddəyə bənzər metamfetamin aşkar edilmişdir. ... ##.##.2025-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs saxlayan zaman onun psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütləni nə səbəblə üzərində saxladığını soruşduqda ona həmin psixotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamış və gələcəkdə də istifadə edəcəyini demişdir. ... Təqsirləndirilən şəxs istintaq zamanı keçirilən bütün hərəkətlərdə müdafiəçisi ilə birlikdə iştirak etmiş və onun müdafiə hüquqları təmin edilmiş və Təqsirləndirilən şəxs nə onun, nə də digər polis əməkdaşları tərəfindən hər hansı təzyiq, işgəncə, hədə və ya fiziki zorakılıq edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan: ##.##.2025-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı, R İsmayıllı Anar Sərvan oğlu tərəfindən CAB-nin əməliyyat müvəkkili, R Məhərrəmov İbrahim Arif oğlunun, CABnin əməliyyat müvəkkili, R şahid3, NMQ-nun baş əməliyyat müvəkkili, R şahid4 və müdafiəçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ şəffaf bükümündə kustar üsulla hazırlanmış psixotrop maddəyə bənzər metamfetamin aşkar edilmişdir. Həmin aşkar olunmuş kütlə onların iştiraki ilə elektron tərəzidə çəkilərək bükümlə birlikdə ümumi çəkisi 21,04 qram müəyyən olunmuşdur. Həmin aşkar edilmiş bir ədəd büküm ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılmışdır. Gəncə şəhəri MTE və PA birliyinin ##.##.2025-ci il tarixli **** saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədə əsasən sonuncunun bədənində xəsarət yoxdur. Tərtər rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs MSY-nə qəbul olunarkən tibbi müayinədən keçirilmiş və bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan “Tibbi Kitabça”nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Təcridxanaya daxil olan zaman bədən səthində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizanın ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Daşkəsən rayonu Pirverdilər kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 20,850 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkməmişdir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmamışdır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə-psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasn, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ittiham olunduğu əmələ görə anlaqlı hesab edilir. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. ##.##.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza zamanı ümumi 0,5 qram istifadə edildikdən sonra qalıq çəkisi 20,350 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Tərtər rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd “DVD” disk, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını özündə əks etdirən bir ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını özündə əks etdirən bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli ** №-li qərarında həmçinin göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» ## #### 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş * saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» * saylı Siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, həmçinin həmin qanuna əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, yəni külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. CPM-in 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ifadələr və iş materialları əsasında Təqsirləndirilən şəxs ifadəsində və apellyasiya şikayətində göstərdikləri tam təkzib edildiyindən, onun ifadəsində və apellyasiya şikayətində göstərdikləri formal özünümüdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadələr hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində üzərinə baxış keçirilən zaman müdafiəçinin olmadığını, ona fiziki və psixi təsir göstərilməsini bildirsə də, şahid ifadələrindən və şəxsi axtarış və götürmə aparılmanı özündə əks etdirən “DVD” disklə həmin göstərilənlər təkzib edilir. Həmçinin mübahisələndirilən hökmdən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda - 20,850 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması cinayətlərini törətməsi sübuta yetirilsə də, “Qədir” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, sonuncu ilə birgə hərəkət etməsi, yəni CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası, bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması əməllərinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, “Qədir” adı ilə naməlum olan şəxsdən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın konkret olaraq nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma) uzlaşdırıla biləcək konrekt hərəkətləri göstərilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq CM-nin 234.4.1-ci maddəsini ittihamdan xaric etmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün iş üzrə toplanmış sübutların hər biri mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət hadisəsi baş vermişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 8.1 və 41.2-ci maddələrinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası, cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qəsdin obyekti, təqsirin forması, cinayətin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericiliyin tələblərini kifayət qədər nəzərə almışdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, ona təqsirli bilindiyi maddə ilə qanuni, ədalətli və əsaslı cəza təyin etmiş, cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə, təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003cü il tarixli, * saylı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran halların olmaması, cəzanı yüngülləşdirən hallar, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşır. CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar