Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-233/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər X1 (sədrlik edən), hakimlər X2 və X4) ## #### 1980-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun ## ### 2023-cü il tarixdən ## #### 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) il 1 (bir) ay 2 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz ediləsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanması, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vastələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Azərbaycan Respublikası Qanunun siyahısına əsasən külli miqdarda 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,835 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, ## ### 2023-cü il tarixdə saat 20:50 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, H.Aslanov küçəsində, Bərdə-Tərtər yolunun sol hissəsində yerləşən yeməkxanada saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixdə, saat 18:30 radələrində saxlanılmış, döyülərək polis şöbəsinə aparılmış və üzərində isə formal xarakterli şəxsi axtarış və götürmə isə ##.##.2023-cü il tarixdə təxminən gecə saat 01:00-da işgəncə faktından sonra icra edilmişdir. Görünən odur ki, rəsmləşdirmə fərqli vaxtda olsa da, formal xarakterli təzyiq altında olan şəxsi axtarış və götürmə tamailə fərqli saatlarda icra edilmişdir. Saatlar arasında ziddiyyət isə onunla bağlıdır ki, Təqsirləndirilən şəxs özünə məxsus olmayan narkotik və ya pisxotrop maddənin ona aid olması barədə təzyiqlərə qarşı mübarizə aparmış, sonda mübarizənin əhəmiyyətsiz olmasını görərək məcburiyyət qarşısında polis əməkdaşları dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən dindirilərkən narkotik vasitənin ona heç bir aidiyyətinin olmadığını, tamamilə təqsirsiz olduğunu ardıcıl olaraq bəyan etmişdir. Təqsirləndirilən şəxs iş materiallarında yer alan etirafedici ifadələri isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun tutulduğu andan etibarən bir neçə saat ərzində məruz qaldığı ağır və amansız işgəncələrin, qanunsuz psixoloji və fiziki təzyiqlərin birbaşa nəticəsidir. Işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Təqsirləndirilən şəxs həmin vaxt istifadəsində olan ********** saylı mobil telefonun ##.##.2023-##.##.2023-cü il tarixlərə olan anten dairəsi barədə məlumatların müvafiq operatordan götürülməsi barədə qərar qəbul edilməli, apellyasiya şikayətinə baxılması isə qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi labüddür. Məhkəmə-narkoloji ekspertizasının ## ### 2023-cü il tarixli rəyi tamamilə əsassızdır, ona görə ki, Təqsirləndirilən şəxs təhqiqat və ya istintaq dövründə laborator araşdırma üçün heç bir bioloji nümunə (qan, sidik, tüpürcək və s.) götürülməmişdir. Iş materiallarında şəxsdən analizin götürülməsini və bunun qanuni şəkildə qablaşdırılaraq laboratoriyaya göndərilməsini təsdiq edən hər hansı prosessual sənəd, götürmə protokolu mövcut deyil. Şəxsdən bioloji material götürülmədiyi halda, onun bədənində heroin və ya onun metabolitlərinin olmasını iddia etmək elmi və tibbi baxımdan qeyri-mümkündür. Bu baxımdan, ekspert rəyi hər hansı real tibbi tədqiqata deyil, tamamilə uydurma və qeyri-obyektiv mülahizələrə söykənir. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi (vəkil) müdafiəçi1 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində çıxardığı əsassız ittiham hökmündə maraqlı tərəf olan polis əməkdaşlarının ittihamyönümlü ifadələrinə, habelə Təqsirləndirilən şəxs təzyiq altında alınmış ilkin izahat və ifadələrinə əsassız olaraq istinad etmişdir. Məhkəmə öz hökmündə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərinə bəraət qazandırmaq məqsədilə rayon polis şöbəsi tərəfindən tərtib olunmuş və şəxsin bədəni üzərində hər hansı xəsarətin olmamasını iddia edən sənədlərə, həmçinin prokurorluq tərəfindən bu barədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərara söykənmişdir. Müdafiə tərəfi olaraq qəti şəkildə göstərir ki, istinad edilən həmin qərarlar və sənədlər obyektiv araşdırmanın nəticəsi deyil, məhz polisin birbaşa təsiri və təzyiqi altında qəbul edilmiş formal, qanunsuz materiallardır. Birinci instansiya məhkəməsi öz ittiham hökmünü əsaslandırarkən Təqsirləndirilən şəxs saxlanılmasında, ona qarşı şər-böhtan xarakterli materialların toplanmasında və fiziki zorakılıq tətbiq edilməsində birbaşa iştirak etmiş polis əməkdaşlarının şahid qismində verdiyi ifadələrə istinad etmişdir. Hesab edir ki, cinayət təqibini həyata keçirən və hadisənin gedişatında şəxsən maraqlı tərəf kimi çıxış edən bu şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin və qanunvericiliyin fundamental prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Odur ki, qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətin dəlillərini müdafiə edərək müdafiəçisinin dedikləri ilə razı olduğunu göstərdi. Əlavə olaraq o, göstərdi ki, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı Bərdə Rayon Məhkəməsində barəsində ilk dəfə qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə izahatında həmin xüsusatı göstərsə də, lakin qərarda həmin izahatda qeyd olunmamışdır. Eyni zamanda məhkəmə prosesi keçirilməmişdən əvvəl prokurorluğa şifahi olaraq bu barədə məlumat vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq o, göstərdi ki, o, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zamanı özünün CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və polis əməkdaşlarının onu döyməsi faktı ilə bağlı müdafiəçisinə heç nə deməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Həmçinin məhkəmə cəza təyin edərkən ona ədalətli cəza təyin etmişdir. Ona görə də hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və məhkəmənin hökmü qüvvəsində saxlanılmalıdır. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPMnin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülərək zorla onun üzərinə qoyulması xüsusatları irəli sürülərək təqsirləndiriləndirilən şəxs barəsində bərəat hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -“Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” protokola əlavə edilmiş videoçəkiliş; -«Əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında»qərarın qanunauyğun hesab edilməsi barədə Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı; -Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsinə dair müdafiəçisinin iştirakı ilə aparılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ### 2023-cü il tarixli protokol və ona əlavə edilmiş videoçəkiliş görüntüləri; -Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində dindirilməsi haqqında etirafedici ifadəsi; -“Məhkəmə-kimyəvi ekspertizasının“ ## ### 2023-cü il tarixli rəyi, -“Məhkəmə-narkoloji ekspertizasının“ ## ### 2023-cü il tarixli rəyi, -Təqsirləndirilən şəxs döyülməsinə dair “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2024-cü il tarixli qərar; - Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri; -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sorğu verilərək əldə edilmiş məktublardan və təqdim edilən tibbi kitabçalardan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2023-cü il tarixdə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmış həm polis şöbəsində həm də * saylı istintaq təcridxanasında həkim müayinəsindən keçən zaman bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. Bundan başqa ##.##.2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq arada bir narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni isə tapdığını göstərmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onunla birlikdə Pərvizi, Xaliqi, Sərdarı və Pərvini də saxladıqlarını bildirmişdir ki, iş üzrə didirlimiş şahidlər nə Xaliq, nə Pərvin, nə də ki, Pərviz təqsirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zamanı onun polis əməkdaşları tərəfindən hər hansı bir zorakılığa məruz qalmasını təsdiq etməmişlər. Bu halı iş üzrə “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən də müşahidə etmək mümkün olmamışdır. Videoçəkiliş zamanı vəkil Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zorakılığa məruz qalıb-qalmaması barədə soruşduqda o, polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmadığını bildirmişdir. Həmçinin ##.##.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda narkotik vasitə heroinin özünə məxsus olduğunu, narkotik vasitəni Dəmiryol vağzalı yaxınılığıda tapdığını göstərmişdir. Eyni zamanda vəkil polis əməkdaşlarının ona hər hansı bir təzyiq göstərilibgöstərilməməsini soruşduğu zaman hər hansı bir təzyiqə məruz qalmadığını bildirmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs, şahid7 və şahid6 Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döymə, təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalmaları təsdiqini tapmamışdır.Toplanmış ***-C-** saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilməklə yanaşı, polis əməkdaşlarının onu döyməsi faktı barədə müdafiəçisinə heç bir söz deməmiş, eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli məhkəmə iclası zamanı onun polis əməkdaşları tərəfindən döyülməsi barədə izahatının həmin Məhkəmənin ##.##.2023-cü il tarixli qərarına əlavə edilməməsi barədə xüsusatını göstərsə də belə, həmin Məhkəmənin ##.##.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etdiyini göstərmiş, hazırki iş üzrə məhkəmə kollegiyası Bərdə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarını daha mötəbər və qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalaraq məcbur olub narkotik vasitə olan heroinin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu iddia etsə də, yuxarıda qeyd edilən xüsusatlar təsdiq olunmur, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü sübutları müdafiə tərəfi təkzib edə bilməmiş, bununla bağlı apellyasiya məhkəməsinə mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də, göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadı. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitə istifadəçisi olmaması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “Əməliyyat axtarış tədbirinin keçirilməsi və saxlanılan şəxsin üzərinin yoxlanılması haqqında” protokola əlavə edilmiş videoçəkiliş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” ## ### 2023-cü il tarixli protokol və ona əlavə edilmiş videoçəkiliş görüntüləri, şahid ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-233/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-233/2026
31.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver