Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-235/2026 23.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Xüsusi ittihamçı Nürəddin oğlu tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı Nürəddin oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən xüsusi ittihamçı apellyasiya şikayəti verərək qərarın ləğv olunaraq işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərar və hakim Həvayət Məmmədlinin barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə baxış iclasında cinayət işinə baxılarkən xüsusi ittihamçı Xüsusi ittihamçı Nürəddin oğlu elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarında verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 391.3.10-cu maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası CPM-in 396-cı maddəsinə əsasən hesab edir ki, Xüsusi ittihamçı Nürəddin oğlunun apellyasiya şikayətindən imtinası qəbul edilməli və təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı Xüsusi ittihamçı Nürəddin oğlunun ərizəsi təmin edilsin. Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-235/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-235/2026
23.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver