Məhkəmə qərarları › İş №1(3-7)-238/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-238/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-238/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri (vəkil) müdafiəçi1 və X6 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 193-1.2.2, 193-1.2.3, 193- 1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, X2 və X8) ## ###### 1979-cu il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, habelə “xxxx” MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 193-1.2.2 və 1193-1.2.3-cü maddələri ilə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası, CM-nin 193-1.3.2-ci maddəsi ilə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası, CM-nin 308.1-ci maddəsi ilə CM-nın 46.2-ci maddəsinə əsasən 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzası və CM-nin 313-cü maddəsi ilə 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) ay azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi, ona CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni # ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özü və qrup üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, cinayətin törədilməsi yolu ilə əldə edildiyini bilə-bilə, öz qulluq mövqeyindən istifadə etməklə əmlakın əldə edilməsinin həqiqi mənbəyini, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə xeyli miqdarda əmlakı konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə təkrarən leqallaşdırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## ####### 2009-cu il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (Azərbaycan Respublikası Baş X13) ** saylı ərazi vergilər baş idarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti subyekti kimi qeydiyyatdan keçdikdən sonra Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeydinə əsasən vəzifəli şəxs olaraq Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək və digər xidməti vəzifələrinin icrası ilə əlaqədar tamah niyyətilə özü və digərləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq, yəni həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş işçiləri işə qəbul etmək və işdən azad etmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək, xarici iqtisadi münasibətlərdə iştirak etmək, valyuta əməliyyatları aparmaq və digər səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan Ruminiya Respublikasının paytaxtı Buxarest şəhərində fəaliyyət göstərən X14 X1 Regional Əməkdaşlıq üçün X7 Azərbaycan Respublikası üzrə nümayəndəsi vəzifəsində işləyən şahid2 və istintaqla şəxsiyyətləri müəyyən edilməmiş qeyriləri ilə 2022-ci ildən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Aralarındakı cinayətkar sövdələşməyə əsasən fiziki şəxs kimi X14 X1 Regional Əməkdaşlıq üçün X9 “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.2, 1.3, 1.4, 1.4-1, 1.5, 1.7, 1.8 və 1.10-cu bəndlərinin tələblərinə zidd olaraq dövlət qeydiyyatından gizlədilməklə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmadan və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəy almadan xidmət müqaviləsi kimi pərdələməklə qrant vəsaitlərinin alınması razılaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs “X14 X17 (“USAID”) maliyyə vəsaiti hesabına icra olunan “Azərbaycanın qərb bölgəsində həssas qadınların iqtisadi imkanlarının gücləndirilməsi” ilə bağlı sosial proqramı hazırlamaq və həyata keçirtmək üçün ## ######## 2023 və ## ###### 2024-cü il tarixlərdə şahid2 və qeyriləri ilə birlikdə istintaqla müəyyən edilməyən yerdə və şəraitdə vahid niyyətlə, rəsmi sənəd olan qrant müqavilələrini tamah məqsədilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.7-ci bəndi qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz və 1.8-ci bəndinin - bank əməliyyatlarının müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər - tələblərindən yayınmaq üçün əlbir olduğu şəxslərlə qarşılıqlı razılıq əsasında məzmununda sosial layihələr icra edəcəyini qeyd etməsinə baxmayaraq “xidmət müqavilələri” adı altında tərtib edərək, bu üsulla həmin sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək, müqavilə üzrə öhdəliklərin qrant vəsaiti hesabına həyata keçirilməsini gizlədib rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı törətmişdir. Planlaşdırılmış cinayətin davamı olaraq Təqsirləndirilən şəxs “xxxx” KB Açıq Səhmdar Cəmiyyətində adına açılmış AZ**UBAZ**************USD*** nömrəli bank hesabına X14 X1 Regional Əməkdaşlıq üçün X5 məxsus bank hesabından ## ###### 2022-ci il tarixdə 39.648,88 manata bərabər 23,322,87 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 32.052,11 manata bərabər 18.854,18 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 32.051,36 manata bərabər 18.853,74 ABŞ dolları olmaqla, cəmi 103.752,35 manata bərabər 61.030,79 ABŞ dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə şahid2 və qeyriləri ilə birlikdə ölkənin maliyyə sistemində şəffaflıq prinsiplərinin zədələnməsi ilə əhali arasında Bank sektoruna etibarlılığın zəifləməsi, ölkədə investisiya mühitinə ziyanın vurulması, fiziki və hüquqi şəxslərin qeyri-qanuni yolla maliyyələşməsi ilə onların donor təşkilatlarından asılı vəziyyətə gətirilməsi, Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı hüququn aliliyinin zədələnməsi yolu ilə dövlət orqanlarının nüfuzunun aşağı salınması və bu üsulla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs vəzifə saxtakarlığı və vəzifə səlahiyyətindən suiistifadə etmə cinayətlərinin törədilməsi yolu ilə əldə etdiyi qrant vəsaitinin, yəni hesabına mədaxil olunmuş 103.752,35 manata bərabər 61.030,79 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının örtbasdır edilməsi və gizlədilməsi məqsədilə ümumi cinayətkar niyyətdən kənara çıxaraq, təkbaşına öz qulluq mövqeyindən istifadə etməklə yuxarıda qeyd edilən layihənin icrası ilə bağlı vətəndaşlara hüquqi məsləhətlər verilməsi üçün cəlb etdiyi şahid6 “xxxx” ASC-də mövcud olan ******************** saylı bank hesabına öz hesabından ##.##.2022-ci il tarixdə 2.975 manata bərabər 1.750 ABŞ dolları konvertasiya edərək həmin vəsaitdən ##.##.2022-ci il tarixdə 2953 manatı, ##.##.2023-cü il tarixdə 1360 manata bərabər 800 ABŞ dollarını konvertasiya edərək özünə məxsus kart hesabına, oradan ##.##.2023-cü il tarixdə manat hesabına, daha sonra isə ##.##.2023-cü il tarixdə həmin 1360 manatı və ##.##.2024-cü il tarixdə 7.345,7 manata bərabər 4.321 dolları konvertasiya edərək həmin vəsaitdən ##.##.2024-cü il tarixdə 7300 manatı, cəmi 11.613 manata bərabər 6831,18 ABŞ dolları (məzənnə: 1,70) köçürtmüş, o cümlədən ##.##.2022-ci il tarixdə 4905,35 manata bərabər 2900 ABŞ dollarını öz plastik kartına bağlı olan AZ77UBAZ03151267741040AZN001 hesabına köçürərək (məzənnə: 1,6915) həmin vəsaitdən 4833 manatı, habelə “xxxx” KB ASC-nin Gəncə şəhərində yerləşən filialından ##.##.2022-ci il tarixdə 9.996 manata bərabər 5.880 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 14.696,5 manata bərabər 8.645 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 9.436,7 manata bərabər 5.551 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 14.960 manata bərabər 8.800 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 10.676 manata bərabər 6.280 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 1.122 manata bərabər 660 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 272 manata bərabər 160 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 14.960 manata bərabər 8.800 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 9.307,5 manata bərabər 5.475 ABŞ dolları olmaqla, cəmi 90.259,7 manata bərabər 53.108,23 ABŞ dolları (məzənnə: 1,70) vəsaitini nağdlaşdırmış, həmin vəsaitdən yuxarıda qeyd edilən layihənin icrası üçün fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən ofisin icarəsi üçün şahid5 10.800 manat, ofisə mebel, çap qurğusu və kompüter alınması üçün şahid3 8.500 manat, psixoloq qismində cəlb etdiyi şahid4 8.250 manat nağd ödəniş etməklə, ümumilikdə 101.872,7 manata bərabər 59.939,41 ABŞ dolları pul vəsaitini, yəni xeyli miqdarda əmlakı maliyyə əməliyyatları aparmaqla, ABŞ dollarından Azərbaycan milli valyutasına konversiya etməklə, bir hesabdan digər hesaba köçürməklə və digər əqdlər həyata keçirməklə vahid niyyətlə leqallaşdırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən eyni məqsədlə vəzifəli şəxs olaraq Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək və digər xidməti vəzifələrinin icrası ilə əlaqədar tamah niyyətilə özü və qabaqcadan əlbir olduğu qrup üzvləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq, yəni həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş işçiləri işə qəbul etmək və işdən azad etmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək, xarici iqtisadi münasibətlərdə iştirak etmək, valyuta əməliyyatları aparmaq və digər səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq X14 Azərbaycan Respublikasındakı səfirliyindən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan qrant formasında maddi vəsait əldə etmək üçün 2022 və 2024-cü illərdə istintaqla şəxsiyyətləri müəyyən edilməmiş qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Aralarındakı cinayətkar sövdələşməyə əsasən X14 Azərbaycan Respublikasındakı səfirliyindən “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.2, 1.3, 1.4, 1.4-1, 1.5, 1.7, 1.8 və 1.10-cu bəndlərinin tələblərinə zidd olaraq dövlət qeydiyyatından gizlədilməklə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmadan və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən qrantın maliyyəiqtisadi məqsədəmüvafiqliyinə dair rəy almadan, xidmət müqaviləsi kimi pərdələməklə qrant vəsaitlərinin alınması razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.7-ci bəndi - qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz və 1.8-ci bəndinin bank əməliyyatlarının müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər - tələblərindən yayınmaq üçün əlbir olduğu şəxslərlə qarşılıqlı razılıq əsasında istintaqa dəqiq məlum olmayan tarixdə, yerdə və məzmunda “müqavilə” və digər sənədlər tərtib etmişdir. Planlaşdırılmış cinayətin davamı olaraq Təqsirləndirilən şəxs “xxxx” KB Açıq Səhmdar Cəmiyyətində adına açılmış AZ**UBAZ**************USD*** nömrəli bank hesabına X14 Azərbaycan Respublikasındakı səfirliyinə məxsus bank hesabından ##.##.2022-ci il tarixdə 32.640 manata bərabər 19.200 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 10.200 manata bərabər 6000 ABŞ dolları olmaqla, cəmi 42.840 manata bərabər 25.200 ABŞ dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə qeyriləri ilə birlikdə Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs - vəzifə səlahiyyətindən sui-istifadə etmə cinayətinin törədilməsi yolu ilə əldə etdiyi qrant, yəni hesabına mədaxil olunmuş 42.840 manata bərabər 25.200 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumi cinayətkar niyyətdən kənara çıxaraq, təkbaşına öz qulluq mövqeyindən istifadə etməklə yuxarıda qeyd edilən layihənin icrası ilə bağlı “xxxx” KB ASC-nin Gəncə şəhərində yerləşən filialından ##.##.2022-ci il tarixdə 5.525 manata bərabər 3.250 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 14.960 manata bərabər 8.800 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 8.627,5 manata bərabər 5.075 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 3.128 manata bərabər 1.840 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 9.983,81 manata bərabər 5.872,83 ABŞ dolları olmaqla, cəmi 42.224,31 manata bərabər 24.837,83 ABŞ dolları vəsaitini nağdlaşdıraraq maliyyə əməliyyatları aparmaqla, yəni nağd ödənişlər yolu ilə həmin vəsait hesabına istintaqa dəqiq məlum olmayan digər əqdlər həyata keçirtməklə təkrarən leqallaşdırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən eyni məqsədlə vəzifəli şəxs olaraq Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək və digər xidməti vəzifələrinin icrası ilə əlaqədar tamah niyyətilə özü və qabaqcadan əlbir olduğu qrup üzvləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq, yəni həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş işçiləri işə qəbul etmək və işdən azad etmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək, xarici iqtisadi münasibətlərdə iştirak etmək, valyuta əməliyyatları aparmaq və digər səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmək üçün X14 Şimali Karolina ştatının Durham şəhərində fəaliyyət göstərən “FHI360” təşkilatından Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan qrant formasında maddi vəsait əldə etmək üçün istintaqla şəxsiyyətləri müəyyən edilməmiş qeyriləri ilə 2023-cü ildən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Aralarındakı cinayətkar sövdələşməyə əsasən “FHI360” təşkilatından “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 4 maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.2, 1.3, 1.4, 1.4-1, 1.5, 1.7, 1.8 və 1.10-cu bəndlərinin tələblərinə zidd olaraq dövlət qeydiyyatından gizlədilməklə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmadan və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəy almadan xidmət müqaviləsi kimi pərdələməklə qrant vəsaitlərinin alınması razılaşdırılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs “X14 X17 (“USAID”) maliyyə vəsaiti hesabına icra olunan “Gəncə şəhərində yaşayan gənc insanların sayıqlığını artırmaq, onların dövlət və yerli orqanlara müraciət üzrə bacarıqlarını inkişaf etdirmək”lə bağlı sosial proqramı hazırlamaq və həyata keçirtmək üçün 25.10. 2023-cü il tarixdə qeyriləri ilə birlikdə istintaqla müəyyən edilməyən yerdə və şəraitdə, eyni tarixli rəsmi sənəd olan qrant müqaviləsini tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.7 bəndi - qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz, 1.8-ci bəndinin - tələblərindən yayınmaq üçün əlbir olduğu şəxslərlə qarşılıqlı razılıq əsasında məzmununda sosial layihələr icra edəcəyini qeyd etməsinə baxmayaraq “xidmət müqavilələri” adı altında tərtib edib, bu üsulla həmin sənədlərin məzmununa biləbilə yalan məlumatlar daxil edərək, müqavilə üzrə öhdəliklərin qrant vəsaiti hesabına həyata keçirilməsini gizlətməklə rəsmi sənədləri saxtalaşdırmaqla təkrarən vəzifə saxtakarlığı törətmişdir. Planlaşdırılmış cinayətin davamı olaraq Təqsirləndirilən şəxs “xxxx” KB Açıq Səhmdar Cəmiyyətində adına açılmış AZ**UBAZ**************USD*** nömrəli bank hesabına “FHI360” təşkilatına məxsus bank hesabından ##.##.2024-cü il tarixdə 1.672,26 manata bərabər 983,68 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 1.672,61 manata bərabər 983,89 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 1.672,65 manata bərabər 983,91 ABŞ dolları olmaqla, cəmi 5.017,52 manata bərabər 2.951,48 ABŞ dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə qeyriləri ilə birlikdə ölkənin maliyyə sistemində şəffaflıq prinsiplərinin zədələnməsi ilə əhali arasında Bank sektoruna etibarlılığın zəifləməsi, ölkədə investisiya mühitinə ziyanın vurulması, fiziki və hüquqi şəxslərin qeyriqanuni yolla maliyyələşməsi ilə onların donor təşkilatlarından asılı vəziyyətə gətirilməsi, Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı hüququn aliliyinin zədələnməsi yolu ilə dövlət orqanlarının nüfuzunun aşağı salınması və bu üsulla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs – vəzifə saxtakarlığı və vəzifə səlahiyyətindən suiistifadə etmə cinayətlərinin törədilməsi yolu ilə əldə etdiyi qrant, yəni hesabına mədaxil olunmuş 5.017,52 manata bərabər 2.951,48 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumi cinayətkar niyyətdən kənara çıxaraq, təkbaşına öz qulluq mövqeyindən istifadə etməklə yuxarıda qeyd edilən layihənin icrası ilə bağlı “xxxx” KB ASC-nin Gəncə şəhərində yerləşən filialından ##.##.2024-cü il tarixdə 1.657,5 manata bərabər 975 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 1.645,6 manata bərabər 968 ABŞ dolları, ##.##.2024-cü il tarixdə 1.642,2 manata bərabər 966 ABŞ dolları olmaqla, cəmi 4.945,3 manata bərabər 2.909 ABŞ dolları vəsaitini nağdlaşdıraraq maliyyə əməliyyatları aparmaqla, yəni nağd ödənişlər yolu ilə həmin vəsait hesabına istintaqa dəqiq məlum olmayan digər əqdlər həyata keçirtməklə təkrarən leqallaşdırmışdır. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətləri verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət hökmünü verilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə hər hansı mötəbər sübut və ya öz təsdiqini tapan cinayət xarakterli fakt mövcud deyil. Təqsirləndirilən şəxs əsassız və qanunsuz ittihamlar əsasında həbs edilib, ittiham aktı istintaq orqanının subyektiv mülahizələrinə əsasən hazırlanıb. Istintaq orqanı Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı özü tərəfindən ətraflı izah edilən ictimai fəaliyyətini heç bir əsas olmadan kriminallaşdıraraq qeyd edilən ittihamları irəli sürmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilə rəsmidir, bankda mövcuddur. "xxxx" KB ASC-nin # ###### 2026-cı il tarixli rəsmi məktubu təsdiq edir ki, X1 ilə bağlanmış ## ######## 2023-cü il tarixli xidmət müqaviləsi banka təqdim edilmişdir və qüvvədədir. Müqavilədə beynəlxalq təşkilatın möhürü və imzaları vardır. Müqavilənin hər səhifəsində X1 möhürü, sonunda fondun rəsmi nümayəndəsi Clara Volintirunun və onun imzaları mövcuddur. "Saxta" adlandırılan sənədlər üzrə heç bir ekspertiza aparılmamışdır. Materiallarda müqavilələrin saxtalığını təsdiq edən texniki-kriminalistik və ya xətşünaslıq ekspertizasının rəyi yoxdur. Dövlət bu vəsaitdən vergi, bank isə komissiya tutmuşdur. Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən daxil olmuş vəsaitdən vergi və bank komissiyası tutulmuşdur; Ümumilikdə 13.200 manatdan çox məcburi dövlət ödənişi (sadələşdirilmiş vergi, DSMF, icbari tibbi sığorta) həyata keçirilmişdir. Şübhəli əməliyyat barədə hesabat (STR) verilməmişdir. Nə "xxxx", nə Maliyyə Monitorinqi Xidməti əməliyyatları üzrə STR verməmiş, Mərkəzi Bank heç bir əməliyyatı bloklamamışdır. X1 rəsmi nümayəndəsi şahid2 məhkəmədə ifadə verərək bildirmişdir ki, 2014-cü ildən sonra fond bütün dəstəyi xidmət müqavilələri ilə həyata keçirir və onunla bağlanmış müqavilə məhz xidmət müqaviləsidir, qrant deyildir. Dövlət reyestrində heç bir pozuntu qeydə alınmamışdır. Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin ## #### 2025-ci il tarixli məktubunda göstərilir ki, barəsində qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrində məlumat aşkar edilməmişdir. Iş üzrə zərərçəkmiş şəxs, mülki iddia və maddi sübut yoxdur. Iş üzrə maddi sübut və mülki iddia yoxdur, müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Adına heç bir əmlak yoxdur, əksinə bank borcları vardır. Əmlak Məsələləri Dövlət Komitəsinin cavabına görə 2022-ci ildən adıma heç bir əmlak qeydiyyata alınmamışdır. Yaşadığı ev bankın ipotekasındadır, ailə yadigarı nişan üzükləri lombardda girovdadır, ## ###### 2024-cü il tarixdə Kapital Bankdan götürülmüş 2000 manat kredit bir saat sonra övladının təhsil haqqına köçürülmüşdür. Bu maddi vəziyyət tamah və mənimsəmə iddialarını fiziki olaraq istisna edir. Bundan başqa, himayəsində azyaşlı övladı var, həyat yoldaşı tibbi sənədlərlə təsdiqlənmiş epikrizlə ağır diaqnozu mövcuddur. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçiləri (vəkil) müdafiəçi1 və Əlibaba Rzayev şikayətlərin məzmununa uyğun çıxış edərək şikayətlərin təmin olunmasını xahiş etmişlər. Müdafiəçi müdafiəçi1 əlavə olaraq göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs heç bir cinayət əməlini törətməmiş, əldə olunan pullar qanunidir, Təqsirləndirilən şəxs saxtakarlıq etməmiş, sosial proqramları hazırlamaq və həyata keçirmək üçün adları qeyd olunan təşkilatlardan aldığı qrantlar qanunidir, rəsmidir. Bunların hesabatını vergi orqanlarına rəsmi vermişdir. Buna görə də, bu işdə hər hansı bir leqallaşmadan söz gedə bilməz. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşması ilə bağlı Ali Məhkəmənin Plenum Qərarı mövcuddur. Həmin qərarda qeyd olunur ki, predikativ cinayət barədə qanuni qüvvəyə minmiş hökm və ya digər qərar olmalıdır. Belə bir qərar və ya hökm isə yoxdur. X10 də müdafiəçi müdafiəçi1 göstərdikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətlərin dəlillərini müdafiə edərək müdafiəçilərinin dedikləri ilə razı olduğunu göstərdi və o, özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Asəf Əhmsədov əlavə olaraq göstərdi ki, etdiyi bütün hərəkətlər, yəni işdə qeyd olunan təşkilatlar tərəfindən aldığı qrantlar qanunidir, qanunsuz heç nə etməmiş, vergi orqanlarından və banklardan heç nə gizlətməmişdir. Aldığı qrantları da işdə göstərilən sosial proqramlara sərf etmişdir. Heç bir saxtakarlıq etməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətlərin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Belə ki, iş üzrə zəruri istintaq hərəkətləri keçirilmiş, işdə olan şahid ifadələri və digər mötəbər sənədlərlə Təqsirləndirilən şəxs əməli sübut olunur. Odur ki, şikayətlərin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 193-1.2.2, 193- 1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməllərini törətməsi mötəbər sübutlarla təsdiqini tapmadığına görə onun barəsində bəraət hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -FHI360 təşkilatı ilə imzalanan ##.##.2023-cü il tarixli müqavilə, -## ###### 2024-cü il tarixli müqavilədə isə icra tarixləri ##.##.2024-##.##.2024-cü il, məbləği 18.920 ABŞ dolları, Təqsirləndirilən şəxs bank hesabı AZ90UBAZ03151267741050USD001 qeyd edilmiş, müqavilənin hər bir səhifəsində fondun möhürü, sonda isə fondun möhürü ilə yanaşı Clara Volintirunun və Təqsirləndirilən şəxs imzası vardır, -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş ## #### 2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktub, -“Baxış aparılması haqqında” ## ###### 2025-ci il tarixli protokol, -“Baxış aparılması haqqında” ## ###### 2025-ci il tarixli protokol, -## ######## 2023-cü il tarixli müqavilənin icra tarixləri ##.##.2023-##.##.2024-cü il, məbləği 18.920 ABŞ dolları, Təqsirləndirilən şəxs bank hesabı AZ90UBAZ03151267741050USD001 qeyd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır, -##.##.2024-cü il tarixli 1, ##.##.2024-cü il tarixli 2 invoys – hesab faktura sənədləri, -“CD” diskə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan və əlavə edilmiş sənədlər, -Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis təhlilləri şöbəsinin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyi, -“X11” ASC-nin ##.##.2026-cı il tarixli cavab məktubu, -Şahid ifadələri -Iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər, şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli plenum qərarında göstərilir

4. Leqallaşdırma cinayətinin ictimai təhlükəliliyi onunla xarakterizə olunur ki, bu cinayət digər iqtisadi fəaliyyət sahəsində olan cinayətlər kimi iqtisadiyyatın normal fəaliyyətinə qəsd etməklə yanaşı, qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan “predikativ hüquq pozuntusu” (törədilməsi nəticəsində CM-in 193-1-ci və 194-cü maddələrinin obyekti olan pul vəsaitləri və ya digər əmlakın əldə edildiyi cinayətlər) yaxud “əsas cinayət” adlandırılan əməllərin aşkara çıxarılmasını, araşdırılmasını, cinayət törətmiş şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsini və həmin cinayətlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsini çətinləşdirir, cinayət yolu ilə əldə olunmuş əmlak hesabına digər cinayətlərin törədilməsinə şərait yaradır. Digər tərəfdən, leqallaşdırma nəticəsində qeyri-leqal əmlakın rəsmi iqtisadiyyata inteqrasiyası baş verir ki, bu da sosial ədalətsizliyə və qeyri-sağlam rəqabət mühitinin yaranmasına şərait yaradır. 6.Bundan başqa, eyni bir hərəkətlə (hərəkətlərlə) həm predikativ cinayət, həm də leqallaşdırma cinayəti törədildikdə, məsələn çoxmərhələli əməliyyatlarla pul vəsaiti mənimsənildikdə və bu cinayətin bitmə anında cinayət yolu ilə əldə olunmuş vəsait qanuni görkəm aldıqda, şəxsin əməlləri cinayətlərin ideal məcmusu qaydasında CM-in 193-1-ci maddəsi və predikativ cinayəti nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməlidir. 7.“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətinin predmeti qismində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir.

8. Leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədi ilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir: _ konversiya; _köçürülmə; _ predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi (CM-in 193-1.1.1-ci maddəsi); _ predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (CM-in 193-1.1.2-ci maddəsi). 8.1. Konversiya dedikdə, cinayət yolu ilə əldə olunmuş əmlakın başqa aktivlərə (məsələn bir valyutada pulun başqa valyutada pula, qiymətli kağızlara) çevrilməsi ehtiva olunur. 8.2. Köçürülmə dedikdə, əmlakın başqasının adına keçirilməsi (o cümlədən, başqasının adına keçirilməsi görüntüsünün yaradılması) və yaxud rəsmi və ya qeyri-rəsmi yollarla, nağd və ya nağdsız xaricə çıxarılması başa düşülür. 8.3. Maliyyə əməliyyatları dedikdə, pul vəsaitləri ilə istənilən əməliyyatın, yəni nağd və nağdsız qaydada hesablaşmaların, kassa əməliyyatlarının, o cümlədən hesaba mədaxil etmənin, müxtəlif hesablarda yerləşdirilmənin, başqa valyutaya çevrilmənin, qiymətli kağızların əldə edilməsinin, xaricə köçürülməsinin və daha sonra bankdakı hesaba qaytarılmasının və s. həyata keçirilməsi ehtiva olunu Müxtəlif predikativ cinayətlərdən əldə olunmuş pul məbləğlərinin və yaxud bir predikativ cinayət nəticəsində əldə olunmuş pul məbləğinin vahid niyyət və ümumi məqsəd olmadan, yəni hər dəfə yaranan yeni niyyət və məqsədlə iki dəfə və daha çox leqallaşdırılması, əgər əməllərdən hər biri ayrı-ayrılıqda götürüldükdə cinayət-hüquqi əhəmiyyətini itirməmişsə, o cümlədən növbəti cinayətin törədilməsinədək əvvəlki cinayətə görə, həmçinin hər bir cinayət üzrə hökmün qanuni qüvvəyə minməsinədək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişsə, təqsirkarın əməlləri (əməllərin çoxluğu) cinayətlərin təkrar törədilməsi əlaməti üzrə CM-in 193-1.2.2-ci maddəsi ilə tövsif edilməlidir. CM-in 193-1.2.3-cü maddəsində nəzərdə tutulmuş “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” leqallaşdırma cinayətinin törədilməsi əlaməti təfsir edilərkən nəzərə almaq lazımdır ki, yalnız təqsirkarın tutduğu vəzifə ilə törədilən əməl arasında cinayət-hüquqi əhəmiyyətli bağlılıq olduqda, yəni leqallaşdırma üzrə hərəkətlər məhz həmin vəzifənin təqsirkara verdiyi səlahiyyətlər və yaxud funksional imkanlar sayəsində törədilə bildikdə, şəxsin bu və ya digər vəzifəni tutması, müəyyən qulluq mövqeyində olması (qulluq mövqeyindən istifadə etmə) əməlin hüquqi tövsifini müəyyənləşdirən (tərkib yaradıcı) əlamət kimi nəzərdən keçirilə və təqsirkarın əməli həmin əlamət üzrə tövsif edilə bilər. Məhkəmə kollegiyası CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özü və qrup üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, cinayətin törədilməsi yolu ilə əldə edildiyini bilə-bilə, öz qulluq mövqeyindən istifadə etməklə əmlakın əldə edilməsinin həqiqi mənbəyini, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə xeyli miqdarda əmlakı konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə təkrarən leqallaşdırması, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi faktı iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs özünün və müdafiəçilərinin gətirdikləri bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkətinin protokolları, onların əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri, habelə şahidlərin ifadələri və digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməlləri törətmiş və ona ədalətli cəza təyin olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrini əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, məhkəmənin hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara a l d ı:

Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar