Məhkəmə qərarları › İş №1(3-7)-240/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-240/2026

01.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-240/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X3 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bərdə Rayon Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (hakim Məhərrəmov Bayram) ##.##.1982-ci ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 259.3cü maddəsilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ##.##.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Qəbələ rayonu, Zarağan kəndi, bina 2, mənzil 47 olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi, onun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. ##.##.1966-cı ildə Ağcabədi rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkum edilməmiş, Ağcabədi rayonu H.Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Ağcabədi rayonu Təzəkənd kəndində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağcabədi Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi, onun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X3 və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək mülki cavabdehlər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müştərək qaydada 13090 (on üç min doxsan) manat maddi ziyan əvəzi tutularaq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X3 və Təbii Sərvətlər Idarəsinin hesabına ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsməklə külli miqdarda ziyan vuraraq təkrarən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı, Ağcabədi rayonu Təzəkənd kənd sakini təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2023-cü ilin may ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda “Yaşıllıqların mühafizəsi haqqında” ## ### 2014-cü il tarixli ***-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və həmin Qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar, yəni yaşıllıqların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və yerli icra hakimiyyəti orqanının qərarı olmadan, həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə uyğun olmayaraq meşə fonduna daxil olmayan, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində X4 Idarəsinin balansında olan R-15 suvarma kanalının və kanalın 29x-2 qolunun mühafizə zolağında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən dəyəri 120(yüz iyirmi) manat olan 1(bir) ədəd diametri 10 sm, bir ədədinin dəyəri 120(yüz iyirmi) manat olan 2(iki) ədəd diametri 12 sm, bir ədədinin dəyəri 150(yüz əlli) manat olan 4(dörd) ədəd diametri 14 sm, bir ədədinin dəyəri 150(yüz əlli) manat olan 6(altı) ədəd diametri 16sm, bir ədədinin dəyəri 180(yüz səksən) manat olan 3(üç) ədəd diametri 18 sm, bir ədədinin dəyəri 180(yüz səksən) manat olan 13(on üç) ədəd diametri 20 sm, bir ədədinin dəyəri 200(iki yüz) manat olan 20(iyirmi) ədəd diametri 24 sm, bir ədədinin dəyəri 250 (iki yüz əlli) manat olan 7 (yeddi) ədəd diametri 28 sm, bir ədədinin dəyəri 300 (üç yüz) manat olan 6 (altı) ədəd diametri 30 sm və dəyəri 800(səkkiz yüz) manat olan 1(bir) ədəd diametri 48 sm olan cəmi 63 (altmış üç) ədəd yaş halda «Qovaq » cinsinə mənsub ağacları kök boğazından elektrik mişar vasitəsilə qanunsuz kəsərək təbiətə ümumilikdə külli miqdarda yəni, 13090 (on üç min doxsan) manat məbləğində maddi ziyan vurmuşdur. təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsməklə külli miqdarda ziyan vuraraq qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı, Qəbələ rayon sakini təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2023-cü ilin may ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda “Yaşıllıqların mühafizəsi haqqında” ## ### 2014-cü il tarixli ***-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və həmin Qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar, yəni yaşıllıqların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və yerli icra hakimiyyəti orqanının qərarı olmadan, həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə uyğun olmayaraq meşə fonduna daxil olmayan, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində X4 Idarəsinin balansında olan R-15 suvarma kanalının və kanalın 29x-2 qolunun mühafizə zolağında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən dəyəri 120(yüz iyirmi) manat olan 1(bir) ədəd diametri 10 sm, bir ədədinin dəyəri 120(yüz iyirmi) manat olan 2(iki) ədəd diametri 12 sm, bir ədədinin dəyəri 150(yüz əlli) manat olan 4(dörd) ədəd diametri 14 sm, bir ədədinin dəyəri 150(yüz əlli) manat olan 6(altı) ədəd diametri 16sm, bir ədədinin dəyəri 180(yüz səksən) manat olan 3(üç) ədəd diametri 18 sm, bir ədədinin dəyəri 180(yüz səksən) manat olan 13(on üç) ədəd diametri 20 sm, bir ədədinin dəyəri 200(iki yüz) manat olan 20(iyirmi) ədəd diametri 24 sm, bir ədədinin dəyəri 250 (iki yüz əlli) manat olan 7 (yeddi) ədəd diametri 28 sm, bir ədədinin dəyəri 300 (üç yüz) manat olan 6 (altı) ədəd diametri 30 sm və dəyəri 800(səkkiz yüz) manat olan 1(bir) ədəd diametri 48 sm olan cəmi 63 (altmış üç) ədəd yaş halda «Qovaq » cinsinə mənsub ağacları kök boğazından elektrik mişar vasitəsilə qanunsuz kəsərək təbiətə ümumilikdə külli miqdarda yəni, 13090 (on üç min doxsan) manat məbləğində maddi ziyan vurmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayında X4 Idarəsi tərəfindən aparılmış işlər nəticəsində evin yaxınlığında olan qovaq ağaclarının bir çoxu yerə aşmışdır. Ağacların hündürlüyü kifayət qədər yüksək olduğundan evin üzərinə aşa bilmə ehtimalı olduğuna görə onu narahat etmişdir. Buna görə də bacanağı Rasimdən aşmış ağacları götürmək üçün tanışı olub-olmadığını, eləcə də geri qalan ağacları hansı qaydada icazəli şəkildə ərazidən çıxara biləcəkləri barədə soruşmuşdur. Rasim də ona bildirmişdir ki, Habil adlı tanışı vardır, odun satmaq işi ilə məşğul olur, Habilə bu barədə deyəcək, Habil gəlib ağaclara baxacaqdır. Rasimlə danışandan sonra növbəti gün Rasim tanışı Elnur və Habill bir yerdə ağacların olduğu əraziyə gəlmişlər. Habil aşmış vəziyyətdə olan ağacları gördükdən sonra bildirmişdir ki, həmin ağacları kəsib götürəcək, geri qalan ağacları isə ETSN-nin müvafiq idarəsindən icazə alıb kəsəcəkdir. Habil demişdir ki, ağacları apardıqdan sonra odun kimi satacaqdır. Razılıqlarına görə Habil ağaclara görə ona 1100 manat pul verməli olmuşdur. Habil həmin gün ona 300 manat pul vermiş və pulun geri qalan hissəsini ağacları satdıqdan sonra verəcəyini demiş, o, da Habil ilə razılaşmışdır. Növbəti gün səhər saatlarında Habil yük maşını və sayını dəqiq xatırlamadığı fəhlələrlə bir yerdə ağacların olduğu əraziyə gəlmişdir. Habildən ağacları kəsmək üçün icazə alıb-almadığını soruşmuşdur. Habil ona demişdir ki, ETSN-nin əməkdaşı ilə danışmış, ağaclar həyətyanı sahədə olduğuna görə onların kəsilməsi üçün icazə almağa ehtiyac yoxdur. Habil ağacları ağac kəsmək üçün xüsusi avadanlıqla kəsməyə başlamışdır. Ilk öncə yerə aşmış vəziyyətdə olan ağacları kəsmiş, daha sonra sağlam ağacları kəsməyə başlamışdır. Habil həmin gün axşam saatlarınadək "Kamaz" markalı yük maşınının yük hissəsini dolduracaq qədər ağac kəsmiş və kəsilmiş ağacları yüklədikdən sonra çıxıb getmişdir. Növbəti gün Habil yenə eyni yük maşını və eyni fəhlələrlə bir yerdə ağacların olduğu əraziyə gəlmişdir. Axşam saatlarınadək kəsilmiş ağacların hissələrini kəsmiş və yenə "Kamaz" markalı yük maşınının yük hissəsinə yükləyib getmişdir. Növbəti günlərdə * saylı RETSI-nin əməkdaşları ağcaların kəsildiyi əraziyə gəlmişlər. Habil zəng edib * saylı RETSI-nin əməkdaşlarının əraziyə gəldiklərini və ağacların qanunsuz kəsildiyini demələrini bildirmişdir. Əlavə olaraq bildirir ki, ittiham aktında göstərilən ağac sayı və verilmiş mülki iddiada göstərilən məbləğlə razı deyil. Ona qarşı irəli sürülmüş ittihamda ağacların sayı 63 ədəd göstərilsə də, bu, həqiqətə uyğun deyildir. Əslində kəsdikləri ağac sayı daha az olmuş, bir çox ağac aşmış vəziyyətdə olmuşdur. Həmçinin bildirir ki, ağacları faktiki kəsən şəxs təqsirləndirilən şəxs2 olmuş, özü də ağacları kəsdiyini etiraf edir. Odur ki, şikayətin təmin olunması xahiş edilir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxslər barəsində təklif edilən həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 «Qovaq» cinsinə mənsub 63 ədəd yaş halda ağacı kəsirək təbiətə ümumilikdə xeyli miqdarda 13090 manat miqdarında ziyan vurmuşlar və həmin ziyanı bugünki günədək ödəməmişlər. Buna görə də, çıxışında təqsirləndirilən şəxslərin hər birinin CM-nin 259.3-cü maddəsilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını məhkəməyə təklif etmişdir. Bununla yanaşı ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə CM-nin 259-cu maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs2 eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsinə və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq, həmin cəzası bitdikdən sonra yenidən qanunsuz ağac kəsməsini davam etsə də məhkəmə təqsirləndirilən şəxs2 islah olunduğu cəzasından nəticə çıxardığı qənaətinə gələrək ona bir daha azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Halbuki təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir şəxs halında cinayəti törətmələri, vurulmuş ziyanı ödəməmələri, həmin eyni xarakterli cinayət törətməyə görə təkrar məhkum edilməsi təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əsassız olaraq hər ikisinə azadlığın məhdudlaşdırılması cəzalarını təyin etmişdir. Odur ki, protestin təmin edilməsi xahiş olunur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və protestin təmin edilməsini, eyni zamanda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X3 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Sahil Mirzəyev dövlət ittihamçısının çıxış etdiyi mövqe ilə razı olduğunu göstərərək vurulmuş 13090 manat məbləğində maddi ziyanın ödənilməməsini əsas gətirərək təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onlarla barışmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin olunmamasını xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü tam təqsirli bilərək verdiyi etirafedici ifadələri, şahidlərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrinə, istintaq hərəkətləri protokolları, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPMnin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 əməllərini düzgün olaraq CM-nin 259.3–cü maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfin verilmiş apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi onun tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsməsi mötəbər sübutlarla təsdiqini tapmadığına görə onun barəsində bəraət hökmünü qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs1 CM-in 259.3–cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -* X3 və Təbii Sərvətlər Idarəsinin ## ### 2023-cü il tarixli, aktından görünür ki, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində X4 Idarəsinin balansında olan R-15 suvarma kanalının və kanalın 29x-2 qolunun mühafizə zolağında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən 63 (altmış üç) ədəd yaş halda qovaq cinsinə mənsub ağacların kök boğazından kəsilərək götürülməsi faktı aşkar edilmişdir. Qeyd edilən faktla bağlı çəkilmiş fotoşəkillər və toplanmış sənədlər akta əlavə edilmişdir. Həmçinin, akta əlavə edilmiş hesabatdan görünür ki, ağacların kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 12190 (on iki min yüz doxsan) manat təşkil etmişdir. (cild 1, iş vərəqə 132-134) -X4 Idarəsinin ## ### 2023-cü il tarixli məktubdan görünür ki, Ağcabədi rayonu Təzəkənd kəndini suvarma suyu ilə təmin edən Yuxarı Qarabağ kanalından su götürən R-15 kanalı və kanalın 29x-2 qolu idarənin balansındadır. Kəsilmiş ağaclar kanalın və kanalın 29x- 2 qolunun mühafizə zolağındadır. Kəsilmiş ağaclarla bağlı idarənin rəhbərliyi tərəfindən heç bir göstəriş verilməmişdir. (cild 1, iş vərəqə 136) -Azərbaycan Respublikası Ağcabədi rayonu Təzəkənd Bələdiyyəsinin ##.##.2023-cü il tarixli arayışından görünür ki, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində Suvarma kanalı və dren kollektorunun mühafizə zolağında kəsilmiş ağacların yerləşdiyi ərazi Ağcabədi rayon Təzəkənd bələdiyyəsi mülkiyyətinə aid deyil, belə ki, sözügedən ərazi Dövlət mülkiyyətidir. (cild 1, iş vərəqə 137) -## #### 2023-cü il tarixli "Baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində X4 Idarəsinin balansında olan R-15 suvarma kanalının və kanalın 29x-2 qolunun mühafizə zolağında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən 63 (altmış üç) ədəd yaş halda qovaq cinsinə mənsub ağacların kök boğazından kəsilərək götürülməsi faktı öz təsdiqini tapmışdır. Qeyd edilən faktla bağlı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 149-155) -Azərbaycan Respublikası Ağcabədi rayonu Təzəkənd Bələdiyyəsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs1 tərəfindən tikilmiş fərdi yaşayış evi və kəsilən ağacların yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanmış elektron xəritədə Dövlət fond torpaqlarına aid olduğu qeyd olunmuşdur. (cild 1, iş vərəqə 162) -Ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs1 Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində təqsirləndirilən şəxs2 ilə 63 ədəd yaş kök üstə qovaq ağaclarının tərəflərindən kəsilməsi mexanizmini əyani olaraq göstərmişdir. (cild 2, iş vərəqə 189-191) -Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ####### 2023-cü il tarixli rəyindən görünür ki, ümumilikdə 63 ədəd qovaq növünə məxsus ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 13090,00 manat müəyyən edilir. (cild 1, iş vərəqə 194-196). -Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünü CM-nin 259.1ci maddəsi ilə tam təqsirli bilməsinə dair verdiyi etirafedici ifadəsi (II cild, i.v.175-178). -Şahid ifadələri; -Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, -Iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, fotoşəkillər, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxs və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, şikayətin dəlillərində göstərilir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq qeyd edilən 63 ədəd ağac kəsilməmiş, eyni zamanda o, elə başa düşmüşdür ki, həmin ağaclar kəsilməmişdən əvvəl səlahiyyətli nümayəndə tərəfindən icazə alınmışdır. Məhkəmə kollegiyası ilk öncə kəsilmiş ağacların sayına münasibətdə onu göstərir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 etirafedici ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs1 həyətində olan ağacların kəsilməsi müqabilində Sabirlə 2 maşın ağaca görə 1100 manat pul razılaşmış, pulun 300 manatını elə həmin vaxt Sabirə vermiş, geri qalan məbləği də razılaşmışlar ki, ağacları kəsib aparıb satandan sonra Sabirin pul kartına pul vuracaq, sonra o, özü ilə birlikdə gətirdiyi elektrik mişarla həmin ərazidə olan ağacları kəsməyə başlamış və orada köküstə olan yaş vəziyyətdə 63 ədəd ağacı kəsmişdir (II cild, i.v.105-109). Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 verdiyi etirafedici ifadəsinə oxşar məzmunlu ifadə vermişdir (II cild, i.v.175-178). Belə ki, Cinayət Məcəlləsinin 259.3-cü maddəsində külli miqdarda ziyan vurmaqla, ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməlinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə əsasən, maddənin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Göründüyü kimi Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsi (götürülməsi) qanunsuz aparılması; 2) bu əməlin dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlarda aparılması; 3) nəticədə xeyli ziyanın vurulması. Ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsi (götürülməsi) qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların görürülməsi Qaydası” ilə tənzimlənir. Qaydanın 2.1-ci, 2.4- cü, 2.7-ci, 2.9-cu bəndlərinə əsasən, yaşıllıqların götürülməsi üçün 2.2-ci bənddə nəzərdə tutulmuş əsaslardan biri olduqda, fiziki şəxsin ərizəsi əsasında istifadəsində olan torpaqlar üzrə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaqlar üzrə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyini nəzərə alınmaqla yaşıllıqların götürülməsi haqqında qərar qəbul edir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verir. Bu qaydalara uyğun olaraq müvafiq icazə (qərar və yaşıllığın götürülməsi vərəqəsi) alınmadan yaşıllıqların kəsilməsi birinci şərti – yaşıllıqların qanunsuz kəsilməsi əlamətini yaradır. Növbəti şərt yaşıllıqların xüsusi mülkiyyətdə olmayan torpaqlarda kəsilməsi ilə əlaqəlidir ki, cinayət işinin materialları ilə təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağacların yerləşdiyi ərazinin – R-15 kanalın və kanalın 29x-2 qolunun mühafizə zolağının X4 Idarəsinin balansında, yəni dövlət mülkiyyətində olan torpaqlarda yerləşməsi təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatları qeyd edilən əsaslara görə qanuni və mötəbər sübut hesab etmir, həmin xüsusatların əksini təkzib edə biləcək mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Yuxarıda qeyd olunan hüquqi normalardan və CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 2023-cü ilin may ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda meşə fonduna daxil olmayan, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində X4 Idarəsinin balansında olan R-15 suvarma kanalının və kanalın 29x-2 qolunun mühafizə zolağında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən cəmi 63 (altmış üç) ədəd yaş halda «Qovaq » cinsinə mənsub ağacları kök boğazından elektrik mişar vasitəsilə qanunsuz kəsərək təbiətə ümumilikdə külli miqdarda yəni, 13090 (on üç min doxsan) manat məbləğində maddi ziyan vurması faktı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, istintaq hərəkətləri protokolları, fotoşəkillər, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs1 istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və təqsirləndirilən şəxs1 ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də təqsirləndirilən şəxs1 bu əməli törətmişdir. Odur ki, təqsirləndirilən şəxs1 həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Cəza məsələsinə gəldikdə apellyasiya protestinin dəlillərindən göründüyü kimi təqsirləndirilən şəxslərə daha yüngül cəza təyin edilmiş, ittiham tərəfi cəza məsələsi mübahisələndirilir, ona görə də məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Bundan başqa, verilmiş apellyasiya protestində yalnız təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəza mübahisələndirilmiş, məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cinayət əməllərinin törədilməsi üsulunu, onların davranışlarını, törətmiş olduqları cinayət əməllərinə münasibətlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən onların şəxsiyyətini xarakterizə edən, habelə işin faktiki hallarını və töərədilmiş cinayətin xarakterini düzgün qiymətləndirməmiş, onlara cəzanın məqsədinə xidmət etməyən yüngül cəza növü –azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi cəzanı yüngüləşdirən hallar kimi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkəmə istintaqı gedişində infarkt keçirməsini olmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasında ağırlaşdıran halların olmamasını nəzərə almış, eyni zamanda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alsa da belə cəza təyini hissəsində işin faktiki hallarını düzgün qiymətləndirilməmişdir. Apellyasiya protestinin hüdudunda aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə münasibətdə cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət qanunu normasının tələblərini pozmasa da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın növünü cəzanın məqsədlərinə tam olaraq çatımlılıq baxımından məqbul hesab etmir. Belə ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 bir qrup şəxs halında olmaqla “Yaşıllıqların mühafizəsi haqqında” ## ### 2014-cü il tarixli ***-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və həmin Qanunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar, yəni yaşıllıqların götürülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və yerli icra hakimiyyəti orqanının qərarı olmadan, həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın tələblərinə uyğun olmayaraq meşə fonduna daxil olmayan, Ağcabədi rayonu Təzəkənd kəndi ərazisində X4 Idarəsinin balansında olan R-15 suvarma kanalının və kanalın 29x-2 qolunun mühafizə zolağında yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən Qovaq cinsinə mənsub 63 ədəd yaş halda ağacı kəsirək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * X3 və Təbii Sərvətlər Idarəsinə ümumilikdə külli miqdarda 13090 manat miqdarında ziyan vurmuşlar və həmin ziyanı bugünki günədək ödəməmişlər. Təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 fiziki şəxs kimi cinayət qanunvericiliyinin müddəalarını pozmaqla yanaşı, yuxarıda qeyd olunan digər normativ hüquqi aktların tələblərini pozmaqla təbiətə külli miqdarda ziyan vurmuşlar. Bundan başqa, törədilmiş cinayət bir qrup şəxs halında törədildiyinə görə CM-nin 34.8ci maddəsinin tələbinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Eyni zamanda təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə CM-nin 259-cu maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ##.##.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməllərini bir qrup şəxs halında olmaqla törətməklə yanaşı, onların səlahiyyətli inzibati orqandan rəsmi icazə almadan özbaşına və qanunsuz şəkildə tamah niyyəti ilə cinayət əməllərini törətmələri səbəbindən Qovaq cinsinə mənsub 63 ədəd yaş halda ağacı kəsmələri nəticəsində * X3 və Təbii Sərvətlər Idarəsinə ümumilikdə külli miqdarda 13090 manat miqdarında ziyan vurmuşlar və həmin ziyanı bugünki günədək ödəməmişlər, * X3 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsinin təqsirləndirilən şəxslərdən şikayətçi olması, həmçinin təqsirləndirilən şəxs2 eyni xarakterli cinayət əməlinə görə əvvəllər məhkum edilməsinə və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq, həmin cəza bitdikdən sonra yenidən qanunsuz ağac kəsməsini davam etməsi təqsirləndirilən şəxs2 islah yoluna qədəm qoyaraq öz əməlindən müsbət nəticə çıxartması onun hərəkətlərindən və iş materialında olan sənədlərdən öz təsdiqini tapmır. Işin hallarından göründüyü kimi təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 qabaqcadan bir qrup şəxs halında sövdələşmə yolu ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 həyətində olan Qovaq cinsinə mənsub 63 ədəd yaş halda ağacı tamah niyyəti ilə elektrik mişarla kəsərək həmin ağacları satıb özlərinə müəyyən miqdarda pul vəsaiti əldə etmək məqsədləri güdmüşlər, bu da onu göstərir ki, həmin şəxslər şəxsi maraqları üstün tutaraq gəlir əldə etmək məqsədi ilə çoxsaylı ağacları kəsməklə təbiətə əhəmiyyətli dərəcədə külli miqdarda ziyan vurmuşlar. CM-nin 259.1-ci maddəsinin obyekti meşələrdən istifadə edilməsi, onların mühafizəsi, qorunması, bərpası, meşələrin ekoloji, iqtisadi və digər potensialının yüksəldilməsi sahəsində yaranan ictimai münasibətlərdir. Təhlil olunan cinayətin predmeti meşə fonduna daxil olan istənilən kateqoriyalı meşələrdə, qoruqlarda milli və ya təbii parklarda ağaclar və kollar, habelə meşə fonduna daxil olmayan sahələrdə bitən (dövlət və bələdiyyət torpaqlarında) ağac-kol bitkiləridir. Cinayətin obyektiv cəhəti meşə fonduna aid olan meşələrdə, qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bitən və meşə fonduna aid olmayan ağacların və kolların xeyli miqdarda ziyan vurmaya səbəb olan qanunsuz kəsilməsində ifadə olunur. Qanunsuz kəsmənin üsulları müxtəlif ola bilər. Qırma, mişarlama, kökündən çıxarma, baltalama, buldozerin və ya başqa texnikanın köməyi ilə kökündən qoparma (çıxarma) və s. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan əsassız olaraq təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin etmiş, bununla da Qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin cəza təyini ilə bağlı tövsiyələrinin ziddinə qərar qəbul etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 259.3-cü maddəsinin sanksiyasına görə- cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməli ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxslərə təyin edilmiş cəzanın ümumilikdə cəzanın məqsədlərinə nail olunmasına kifayət qədər əsaslar olsun. “Azərbaycan Respublikası CM-nin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-nin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dedikdə dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar yalız onlara aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına əsas verir. Habil Yusifova və təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onların islah olunmasına, gələcək davranışlarında ictimai qaydaya, birgəyaşayış qaydalarına əməl edəcəyinə əsaslı şübhələr yaradır və onlara daha sərt cəza, yəni sanksiyada nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsinə əsas verir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Habil Yusifova və təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir, buna görə də onlara saknsiyada nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ona görə də kollegiya hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü cəzaya dair hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmaqla edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ######## 2026-cı il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmaqla məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ######## 2026-cı il tarixdən hesablanmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 397, 398, 399, 404, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü cəzaya dair hissədə dəyişdirilsin. təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ######## 2026-cı il tarixdən hesablansın. təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ######## 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Istintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar