Məhkəmə qərarları › İş №1(3-7)-241/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-241/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-241/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçilər müdafiəçi1 və müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli (hakimlər M.M.Məmmədzadə (sədrlik edən), İ.İ.İbişov və E.Y.Vəliyev) hökmü ilə ##.##.1984-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa şəhəri, Ədalət Nəbiyev küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 3,316 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən "Ənvər" marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ## ###### 2025-ci il tarixdə saat 19:37-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq orada həmin tarixdə saat 19:54-dən etibarən üzərində baxış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı təmiz çəkisi 3,316 qram olan külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların II siyahısına əsasən külli miqdarda, yəni 3,316 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən “Ənvər” marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ## ###### 2025-ci il tarixdə saat 19:37-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq orada həmin tarixdə saat 19:54-dən etibarən üzərində baxış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı təmiz çəkisi 3,316 qram olan külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək məhkəmənin hökmünün ləğv edilərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı bu hökm tamamilə qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə AR CPM-nin 9, 21, 28, 124, 125, 126, 138 və 139-cu maddələrinin tələblərini kobud surətdə pozmuş, işin obyektiv, tam və hərtərəfli araşdırılmasından qəsdən imtina etmiş və istintaq orqanının quraşdırdığı, heç bir maddi sübata söykənməyən ittiham aktını kor-koranə hökmə köçürmüşdür. İstintaq materiallarında hüquqların müdafiə etdiyi Təqsirləndirilən şəxs əməliyyatdan sonra Ağstafa Rayon Polis Şöbəsinə aparılaraq X2 (MSY) saxlanıldığı iddia edilsə də, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Ağstafa RPŞ-nin ##.##.2026-cı il tarixli rəsmi məktubundan açıqca görünür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə şöbənin MSY-nə qəbul edilməmiş, qeydiyyat kitablarında bu barədə heç bir məlumat aşkar edilməmişdir. Вu inkaredilməz rəsmi sənəd müvəkkilinin qanunsuz, gizli və polislərin nəzarəti altında saxlanıldığını rəsmən sübut edir və AR CPM-nin 125.2.1-ci maddəsinə əsasən onnn konstitusion hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə əldə edilmiş bütün ilkin izahat və ifadələrin sübutluq qüvvəsini tamamilə məhv edir. Bundan başqa, məhkəmə iclasında əməliyyat tədbirinin nəticələrinin əks olunduğu "CD" diskə rəsmən baxış keçirilərkən müvəkkilimin üzərindən çıxdığı iddia olunan maddə elektron tərəziyə qoyulsa da, tərəzinin ekranında heç bir çəkinin görsənmədiyi, ekranın tamamilə boş olduğu vizual olaraq təsbit olunsada təqsirləndirilən şəxsə 3.316 qram narkotik vasitə olduğu səsləndirilərək ona ittiham verilir (burada sanki polis əməkdaşları çəkini belə özləri söyləməklə əvvəlcədən nə qədər olduğunu bilirmişlər). Bu hal AR CPM-nin 125.1-ci maddəsinə əsasən materialın həqiqiliyinə və yaranma mənbəyinə birbaşa şübhə yaradır, lakin məhkəmə bu ciddi qüsuru ekspertizanın ##.##.2025-ci il tarixli */**** nömrəli rəyinə sığınaraq ört-basdır etmişdir. Halbuki iş materiallarında olan ABB ASC-nin ##.##.2025-ci il tarixli rəsmi bank hesabı protokolu, "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli zəng və anten məlumatları protokolu, telefonun daxili kontentinə baxışa dair ##.##.2026-ct il tarixli baxış protokolu və BMCMİ-nin ##.##.2025-ci il tarixli rəsmi əməliyyat tapşırığına cavab məktubu vahid və mütləq şəkildə təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, şəbəkəsi və ya satış məqsədilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumatı aşkar etmək mümkün olmamışdır. Bir şəxsin bank kartlarında, mesajlarında və zənglərində heç bir satış izi yoxdursa, üzərindən cəmi 50 manat pul çıxıb özünə qaytarılıbsa, təkcə əməliyyatçı Samir Əzimli və digərlərinin daxil olduğunu iddia etdikləri ##.##.2025- ci il tarixli raport və şifahi ifadələri şəxsə satış ittihamı verməyə qanunən əsas ola bilməz. Yəni əməliyyat məlumatı satış üzrə verilməsə də, məhkəmənin gəldiyi nəticə əməliyyatçıların yalan danışdığını və öz hərəkətlərini, sifarişlərinin ört-bastır etmək üçün “əməliyyat tapşırığı" adı altında "Sifariş əməliyyatını” həyata keçirərək Təqsirləndirilən şəxs əsassız tutaraq ona məcburiyyət tədbirləri edərək üzərinə narkotik vasitə qoyulur və saxlanıldığı yerdən iki yüz metr deyil iki kilometr kənara aparılaraq, qaranlıq şəraitdə, heç bir hal şahidi olmadan, qeyd olunan narkotik vasitəni özləri ilə gətirdiyi tərəziyə guya qoyaraq, tərəzinin çəkinin göstərmədiyi halda özləri qabaqcadan düşünülmüş (çünki özləri təqsirləndirilən şəxsin cibinə məcbur qoyduqları) çəkini görüntüdə elan edirlər. Polis əməkdaşları əməliyyat tədbirinə məhz qramlıq tərəzi ilə gəlmişlər, lakin hal şahidlərini bu iş üzrə mühüm əhəmiyyət kəsb etdiyini bildikləri halda dəvət etmirlər. Eyni zamanda ittiham aktında göstərildiyi kimi təqsirləndirilən şəxsin saxlanıldığı yer nəinki saxlanılma vaxtında hətta günün istənilən vaxtında əhalinin sıx olmadığı yerdir və göründüyü kimi təqsirləndirilən şəxsin saxlanıldığı vaxt çəkiliş olmamış, dedikləri 200 metr məsafəyə belə çəkiliş ilə müşahidə olunmamışdır. Əməliyyat müvəkkilərinin dedikləri budur ki, onlara əməliyyat tapşırığı daxil olmuş və onlar ehtimal olunan cinayətkar tutmağa gedirlər, həmin ehtimal üzrə düşünsək ki, cinayətkarın üzərində narkotik vasitədən başqa hər hansı bir silah və ya kəsici-deşici silah olmaq ehtimalıda istisna edilmir. Belə olan halda polis əməliyyat müvəkilləri həmin təqsirləndirilən şəxsin üzərinə saxlanıldığı yerdə çəkliş ilə baxış keçirməli idilər. Bunun əksinə əməliyyat müvəkilləri sanki əvvəlcədən bilirlərmiş ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olacaq və bunlar həmin əraziyə gedən kimi narkotik vasitəni aşkar edəcəklər. Məsafə 200 (iki yüz) metr yox məhz 2 000 (iki min) metrdir. Bu zaman əməliyyat müvəkkillərinə sual vermək lazımdır ki, "Siz nə bilirdiniz ki şəxsin üzərində narkotik vasitə var və təqsirləndirilən şəxsi həmin məsafəyə aparırdınız?". Baxmayaraq ki saxlanılan zaman üzərinə baxış keçirilməmiş və çəkiliş olmamışdır. Göründüyü kimi bu qabaqcadan planlaşdırılmış əməliyyat tapşırığı adı altında keçirilmiş sifariş əməliyyatıdır. Eyni zamanda qeyd edirəm ki, təqsirləndirilən şəxs saxlanılan zaman üzərində ehtimal olunan kəsici-deşici alətlə əməliyyat müvəkkillərinə xəsarət yetirə bilərdi. Bu da, öz növbəsində həmin əməliyyat tapşırığının qabaqcadan planlaşdırılmış sifariş olduğunu göstərir. Məhkəmədə verilmiş vəsatətlərin belə təmin edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə yanaşı həqiqətin ortaya çıxarılmasına mane olmaqla ədalətsiz şəkildə ittihamın təsdiq edilməsi gətirib çıxarmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ona qarşı saxta ittiham irəli sürülüb, özünü verilmiş ittihamla təqsirli bilmir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, işə apellyasiya icraatında baxılarkən müdafiə tərəfinin vəsatətləri nəzərə alınmaqla məlumatların əldə edilməsinə baxmayaraq heç bir halda təqsirləndirilən şəxsin iddialarının öz təsdiqini tapmadığını, onun əməlinin düzgün olaraq CM-in 234.1-1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, yüngülləşdirici halları kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə edib saxlamasının sübuta yetirilmədiyindən, ümumiyyətlə narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmadığından, ona CM-in 234.1- 1-ci maddəsi ilə bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili X1 tərtib etdiyi ##.##.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə daxil olmuşdur; DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili X1 qəbul etdiyi ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaqla daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır; ##.##.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə ##.##.2025-ci il tarixdə saat 19:37-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır; ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamasında və daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin gün saat 19:37-də Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Ənvər” marketin yaxınlığında saxlanılmışdır. Saxlanıldığı yerdən təxminən 200 metr kənarda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, həmin şalvarın sol yan cibindən isə 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd bank kartını və 50 manat pulu çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 50 manat pul vəsaiti isə onun özünə geri qaytarılmışdır. Şifahi sorğu-sual zamanı o, patı adı ilə tanıdığı həmin maddəni ## ###### 2025-ci il tarixdə Tovuz-Qazax yolunda tanımadığı şəxsdən 50 manat qarşılığında şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə satmadığını, pay vermədiyini, üzərində olmasından heç kimin məlumatının olmadığını, ümumiyyətlə də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, eləcə də onlara müqavimət göstərmədiyini bildirmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №*” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə təmiz çəkisi 3,316 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 3,316 qram, tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 3,266 qram.; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in ambulator məcburinarkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-in ##.##.2025-ci il tarixli, ****/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-in ##.##.2025-ci il tarixli, ***/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində ##.##.2025-ci il tarixə uyğun və qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməyə xarakterik hər hansı bir xəsarət və iz aşkar olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasının ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır; “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 3,316 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini, eyni zamanda təqsirləndirilən şəxsə bəraət verilməsinə dair müdafiə tərəfinin dəlillərinin birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı təsdiqini tapmadığını nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən əsassız ittiham verilməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-*)-**/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar