Məhkəmə qərarları › İş №1(3-7)-245/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-245/2026

17.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-245/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X4 iştirakları ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Hünmətov Zaur) ##.##.1982-ci ildə Qazax rayonu Eynallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 05 (beş) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, onun cəzasını yaşayış yeri üzrə çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. ##.##.1980-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 05 (beş) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, onun cəzasını yaşayış yeri üzrə çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində 2024-cü ilin dekabr ayının ortalarında, istintaqa məlum olmayan gündə, gecə saatlarında spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 5 ədəd, hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat dəyərində, 76 mm diametrdə və 4 metr uzunluqda olan dəmir boruları, 12 ədəd, hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində, 5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 32 ədəd, hər biri 25 (iyirmi beş) manat dəyərində olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində 5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 25 ədəd hər biri 24 (iyirmi dörd) manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində 4 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 20 ədəd hər biri 18 (on səkkiz) manat dəyərində olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində 3 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 12 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində 2.5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 10 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 120 (bir yüz iyirmi) manat dəyərində 2 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 96 (doxsan altı) manat dəyərində 4 metr uzunluqda, 5 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində 60 sm x 120 sm ölçüdə, dəmir qızdırıcı su radiatorları, 14 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat dəyərində 2.5 metr uzunluqda, 5 mm qalınlığında olan dəmir künclüklər, 1 ədəd 40 (qırx) manat dəyərində, 8 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boru, 2 ədəd hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 8 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 18 ədəd hər biri 27 manat dəyərində olmaqla ümumilikdə 486 (dörd yüz səksən altı) manat dəyərində 6 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boruları, 3 ədəd hər biri 33 manat dəyərində olmaqla ümumilikdə 99 (doxsan doqquz) manat dəyərində 5.5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 14 ədəd hər biri 18 manat dəyərində olmaqla ümumilikdə 252 (iki yüz əlli iki) manat dəyərində 3 metr uzunluqda, 5 mm diametrdə olan “T” şəkilli dəmir künclükləri, 1 ədəd 150 (bir yüz əlli) manat dəyərində və 320 mm diametri olan artezian smistiteli, 1 ədəd 1.000 (bir min) manat dəyərində 30 kvlıq üçfaza generator, 1 ədəd 600 (altı yüz) manat dəyərində işlək vəziyyətdə olmayan köhnə traktor mühərrikini oğurlamış, yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus cəmi 5873 (beş min səkkiz yüz yetmiş üç) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində ##.##.2024-cü il tarixdə, gecə saatlarında, spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 4 ədəd hər biri 150 manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində, 1 sm diametrlərdə, 165 sm x 133 sm ölçüdə, dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli dəmir pəncərə barmaqlıqları, 2 ədəd hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 (bir yüz) manat dəyərində, 1 sm diametrli, 90 sm x 107 sm ölçüdə, dəmirdən yığılmış dəmir pəncərə barmaqlıqları, 1 ədəd 30 manat dəyərində və 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, 1 ədəd 50 manat dəyərində traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, 1 ədəd 45 manat dəyərində olmaqla diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 1 ədəd 50 manat dəyərində olmaqla 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 1 ədəd 40 manat dəyərində olmaqla 5 mm qalınlığı və 60 sm eni olan 3 metr uzunluğunda dəmir list və 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda ümumilikdə 12 manat dəyərində dəmir qırıntılarını oğurlamış, yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus cəmi 927 (doqquz yüz iyirmi yeddi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində 2024-cü ilin dekabr ayının ortalarında, istintaqa məlum olmayan gündə, gecə saatlarında spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 5 ədəd, hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat dəyərində, 76 mm diametrdə və 4 metr uzunluqda olan dəmir boruları, 12 ədəd, hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində, 5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 32 ədəd, hər biri 25 (iyirmi beş) manat dəyərində olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində 5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 25 ədəd hər biri 24 (iyirmi dörd) manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində 4 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 20 ədəd hər biri 18 (on səkkiz) manat dəyərində olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində 3 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 12 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində 2.5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 10 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 120 (bir yüz iyirmi) manat dəyərində 2 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 96 (doxsan altı) manat dəyərində 4 metr uzunluqda, 5 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində 60 sm x 120 sm ölçüdə, dəmir qızdırıcı su radiatorları, 14 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat dəyərində 2.5 metr uzunluqda, 5 mm qalınlığında olan dəmir künclüklər, 1 ədəd 40 (qırx) manat dəyərində, 8 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boru, 2 ədəd hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 8 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 18 ədəd hər biri 27 manat dəyərində olmaqla ümumilikdə 486 (dörd yüz səksən altı) manat dəyərində 6 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boruları, 3 ədəd hər biri 33 manat dəyərində olmaqla ümumilikdə 99 (doxsan doqquz) manat dəyərində 5.5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 14 ədəd hər biri 18 manat dəyərində olmaqla ümumilikdə 252 (iki yüz əlli iki) manat dəyərində 3 metr uzunluqda, 5 mm diametrdə olan “T” şəkilli dəmir künclükləri, 1 ədəd 150 (bir yüz əlli) manat dəyərində və 320 mm diametri olan artezian smistiteli, 1 ədəd 1.000 (bir min) manat dəyərində 30 kv-lıq üçfaza generator, 1 ədəd 600 (altı yüz) manat dəyərində işlək vəziyyətdə olmayan köhnə traktor mühərrikini oğurlamış, yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus cəmi 5873 (beş min səkkiz yüz yetmiş üç) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində ##.##.2024-cü il tarixdə, gecə saatlarında, spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 4 ədəd hər biri 150 manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində, 1 sm diametrlərdə, 165 sm x 133 sm ölçüdə, dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli dəmir pəncərə barmaqlıqları, 2 ədəd hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 (bir yüz) manat dəyərində, 1 sm diametrli, 90 sm x 107 sm ölçüdə, dəmirdən yığılmış dəmir pəncərə barmaqlıqları, 1 ədəd 30 manat dəyərində və 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, 1 ədəd 50 manat dəyərində traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, 1 ədəd 45 manat dəyərində olmaqla diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 1 ədəd 50 manat dəyərində olmaqla 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 1 ədəd 40 manat dəyərində olmaqla 5 mm qalınlığı və 60 sm eni olan 3 metr uzunluğunda dəmir list və 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda ümumilikdə 12 manat dəyərində dəmir qırıntılarını oğurlamış, yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus cəmi 927 (doqquz yüz iyirmi yeddi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 cinayət qanununun müddəalarına uyğun daha ağır cəza, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş olunur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan yəni zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 6800 (altı min səkkiz yüz) manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışlar, həmin ziyandan cüzi qismini, yəni ancaq 1000 (min) manat ödəmələrini, bunun nəticəsində ziyanının böyük hissəsinin ödənilməməsini, həmçinin cinayət əməlini törətdikdən dərhal sonra deyil, polis əməkdaşları tərəfindən ifşa olunduqdan sonra, ifadə verilərkən məsuliyyəti yüngülləşdirmək məqsədi ilə törətdiyi əməlləri etiraf etməsini nəzərə almamışdır. Göründüyü kimi cinayət əməli nəticəsində dəymiş 6800 (altı min səkkiz yüz) manat maddi ziyan təqsirləndilən şəxslər tərəfindən tam ödənilməmişdir. Həmçinin, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 qərəzli olaraq məhkəmə prosesində iştirakdan yayınıb, məhkəmədən gizləndiklərinə görə axtarış elan edilməklə, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli protokollarından görünür ki, təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdə, təqsirləndirilən şəxs1 isə ##.##.2025-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslərdən təqsirləndirilən şəxs2 Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin ##.##.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ##.##.2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü tarixli *** saylı ƏFV fərmanına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Habelə, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Tərtər Qarnizonu Hərbi Tribunalının ##.##.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 241-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin ##.##.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 243, 39-cu maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin ##.##.2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2001-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa, o, Tovuz rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 islah işləri, 20% cəzasına məhkum edilmişdir. Bundan başqa o, Tovuz rayon Məhkəməsinin ##.##.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmiş və həmin məhkəmənin ##.##.2013-cü il tarixli qərarı ilə ##.##.2013-cü il tarixli hökm Gəncə Apellyasiya dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa o, Tovuz rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Tovuz rayon Məhkəməsinin##.##.2021-ci il tarixli qərarı ilə cəzası 360 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və ##.##.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 müxtəlif cinayət əməlləri, təqsirləndirilən şəxs1 hətta əvvəllər eyni xarakterli cinayət əməlləri törətmiş, təyin edilmiş cəzadan islah olunmayaraq yenidən cinayət əməlləri törətmişlər. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və protestin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Aqil Məhərrəmov protestin dəlillərinə münasibət bildirərək göstərdi ki, ümumilikdə ona 6800 manat ziyan dəymiş, həmin ziyandan 1000 manat pul ödənilmiş, qalıq hissə bugünki günədək ona ödənilməmişdir. Buna baxmayaraq o, təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi (vəkil) Heydar Fərzəliyev protestin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, müdafiə etdiyi şəxsin əməlində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hökmlə təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisinin dedikləri ilə razı olduğunu göstərdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi (vəkil) müdafiəçi1 protestin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, müdafiə etdiyi şəxsin əməlində yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hökmlə təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisinin dedikləri ilə razı olduğunu göstərdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsini apellyasiya tələbinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli və məhkəmənin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya protestinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinin tövsifi və təqsirlilik məsələləri mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət vermiş, apellyasiya protestində işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əməllərində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri vardir. Cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Apellyasiya protestində yalnız təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təyin edilmiş cəza mübahisələndirilmiş və apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 cinayət əməllərinin törədilməsi üsulunu, onların davranışlarını, törətmiş olduqları cinayət əməllərinə münasibətlərini, cinayət əməlləri törədilməmişdən əvvəlki və cinayət əməlləri törədildikdən sonrakı davranışlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi onların barəsində cəzanın növü və həddini müəyyən edərkən onların şəxsiyyətini xarakterizə edən, habelə vurulmuş ziyanını bu günə kimi ödəilməməsi hallarını düzgün qiymətləndirməmiş və onlara cəzanın məqsədinə xidmət etməyən yüngül cəza növü –azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Belə ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə təkrar xeyli miqdar olmaqla zərərçəkmiş şəxs A.Məhərrəmova məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan ümumilikdə 6800 (altı min səkkiz yüz) manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışlar, həmin ziyandan az qismini, yəni 1000 (min) manat pul ödəmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs hazırki iş üzrə ona ümumilikdə 6800 manat dəymiş ziyandan 1000 manat pulu ödədiyini apellyasiya məhkəməsində təsdiq etmiş, eyni zamanda təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını göstərsə də belə, cinayət işinin birinci instansiya məhkəməsində olduğu müddətdə işdə olan aşağıdakı sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 məhkəmə məsuliyyətinə verildikdən sonra məhkəmənin qanuni çağırışlarından yayınmışlar. Belə ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs2 haqqında axtarış elan edilməklə, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin ##.##.2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxs2 ##.##.2025-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs1 haqqında axtarış elan edilməklə, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin ##.##.2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxs1 ##.##.2025-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Eyni zamanda, cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin ##.##.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ##.##.2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü tarixli *** saylı əfv fərmanına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Tərtər Qarnizonu Hərbi Tribunalının ##.##.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 241ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Tərtər Qarnizonu Hərbi Məhkəməsinin ##.##.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 243, 39-cu maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin ##.##.2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2001-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa, o, Tovuz rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1 islah işləri, 20% cəzasına məhkum edilmişdir. Bundan başqa o, Tovuz rayon Məhkəməsinin ##.##.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.2.3 və 133.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 01 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmiş və həmin məhkəmənin ##.##.2013-cü il tarixli qərarı ilə ##.##.2013-cü il tarixli hökm Gəncə Apellyasiya dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa o, Tovuz rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, Tovuz rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə cəzası 360 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və ##.##.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 əvvəlki törətdikləri cinayətlərə görə məhkumluqları ödənilsə də belə, lakin təqsirləndirilən şəxs2 hərbi xidmət əleyhinə cinayət törətməsi, təqsirləndirilən şəxs1 isə müxtəlif kateqoriyadan olan cinayətləri törətməsi (sonuncu dəfə oğurluq cinayəti törətmiş), eyni zamanda cinayət işinin birinci instansiya məhkəməsində olduğu müddətdə məhkəmənin qanuni çağırışlarından boyun qaçırmaları və özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə təkrar xeyli miqdar olmaqla zərərçəkmiş şəxsə məxsus ətrafı hasarlanmış saxlanc yerinə qanunsuz daxil olub oradan ümumilikdə 6800 (altı min səkkiz yüz) manat dəyərində əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamaları, hazırda zərərçəkmiş şəxsə dəymiş 5800 manat maddi ziyanın ödəmədiklərini nəzərə alaraq hər ikisinin cinayət törətməyə meyilli şəxs olduqlarını göstərir, onların islah yoluna qədəm qoymaları hərəkətlərindən və iş materialında olan sənədlərdən öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsi cəzanı yüngüləşdirən hallar kimi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə barışmasını və himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasında ağırlaşdıran halların olmamasını nəzərə almış, eyni zamanda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi və cəzasında ağırlaşdıran halların olmamasını nəzərə almış, lakin təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterinə edən xüsusiyyətləri və onların davranışlarını, eləcə də işin faktiki hallarını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” # #### 2013-cü il tarixli Plenum qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur. Apellyasiya protestinin hüdudunda aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərə münasibətdə cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət qanunu normasının tələblərini pozmasa da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın növünü cəzanın məqsədlərinə tam olaraq çatımlılıq baxımından məqbul hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan əsassız olaraq təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin etmiş, bununla da Qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin cəza təyini ilə bağlı tövsiyələrinin ziddinə qərar qəbul etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasına görə- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlləri ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətlərin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxslərə təyin edilmiş cəzanın ümumilikdə cəzanın məqsədlərinə nail olunmasına kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi əvvəllər dəfələrlə məhkum olunmuş təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 törədilmiş cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ona görə ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətlərin ağırlığına, ictimai təhlükəliliyinə və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərçəkmiş şəxsin hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olmaması, onların əməlində cəzalarını yüngülləşdirən halların olması təqsirləndirilən şəxslərə cəza təyini zamanı nəzərə alınmalı hal olduğunu göstərir. “Azərbaycan Respublikası CM-nin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CPM-nin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dedikdə dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar yalız onlara aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasına əsas verir. təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onların islah olunmasına, gələcək davranışlarında ictimai qaydaya, birgəyaşayış qaydalarına əməl edəcəyinə əsaslı şübhələr yaradır və onlara daha sərt cəza, yəni sanksiyada nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsinə əsas verir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə çatmaqda əsaslı görünmür, buna görə də onlara saknsiyada nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ona görə də kollegiya hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü cəzaya dair hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 1 (bir) il 9 (doqquz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ###### 2026-cı il tarixdən hesablanmalıdır; -təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 02 (iki) ay 25 (iyirmi beş) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 1 (bir) il 9 (doqquz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ###### 2026-cı il tarixdən hesablanmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 397, 398, 399, 404, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəzaya dair hissədə dəyişdirilsin. təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 1 (bir) il 9 (doqquz) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ###### 2026-cı il tarixdən hesablansın. təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 1 (bir) il 9 (doqquz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ###### 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Istintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar