Məhkəmə qərarları › İş №1(3-7)-247/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-247/2026

20.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-247/2026 20.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Kazım oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026- cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (sədrlik edən Seymur Yusifli) hökmü ilə ##.##.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə həmin cəzası 06 ay azaldılmış, hazırda cəza cəkən, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi ev 173-də qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə 06 (altı) ay azaldılmış 03 (üç) il 06 (altı) ay hissəsi ilə qismən toplanılması, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 03 (üç) gün müddət, hazırki hökmlə ona qəti olaraq təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 04 (dörd) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin nəzərə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi həll olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs hazırda Goranboy rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində olan *(***)-**/**** nömrəli cinayət işi üzrə sonuncu dəfə ## ### 2024-cü il tarixdə vahid niyyətlə X1 qarşı 993 (doqquz yüz doxsan üç) manat miqdarında dələduzluq etdikdən sonra təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və adatma yolu ilə ümumi tanışları şahid1 vasitəsilə tanıdığı ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs işlədiyi "xxxx" ASC-də növbətçi elektrik mantyoru Vəzifəsindən Gəncə şəhərində yerləşən "xxxx" ASC-nin idarəsinə digər vəzifəyə təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla etibarından sui-istifadə edərək aldatma yolu ilə 2024-cü ilin iyul ayının axırlarında hissə-hissə olmaqla vahid niyyətlə Gəncə şəhəri,"Xan bağı" istirahət parkında ilk dəfə ##.##.2024cü il tarixdə 2000 min) manat, bundan üç gün sonra Gəncə şəhərində yerləşən"xxxx"ASC-nin filialının qarşısında əlavə olaraq 1000 (bir min) manat, bir həftə sonra Gəncə səhəri."Xan bağı" istirahət parkında yenidən 1000 (bir min) manat ##.##.2024-cü il tarixdə isə yasadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən "Zaur market"in qarşısındakı "MPAY" ödəmə məntəqəsindən Zərərçəkmiş şəxs göndərdiyi "xxxx" ASC-nin 5411-2498-0119-9980 "Leo bank kart" hesabına 500 (beş yüz) manat olmaqla köçürülmə yolu ilə, ümumilikdə 4500 (dörd min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və adatma yolu ilə ümumi tanışları şahid1 vasitəsilə tanıdığı ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs işlədiyi “xxxx” ASC-də növbətçi elektrik mantyoru vəzifəsindən Gəncə şəhərində yerləşən “xxxx” ASCnin idarəsinə digər vəzifəyə təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla etibarından sui-istifadə edərək aldatma yolu ilə 2024-cü ilin iyul ayının axırlarında hissə-hissə olmaqla vahid niyyətlə Gəncə şəhəri, “Xan bağı” istirahət parkında ilk dəfə ##.##.2024-cü il tarixdə 2000 (iki min) manat, bundan üç gün sonra Gəncə şəhərində yerləşən “xxxx”ASC-nin filialının qarşısında əlavə olaraq 1000 (bir min) manat, bir həftə sonra Gəncə şəhəri, “Xan bağı” istirahət parkında yenidən 1000 (bir min) manat, ##.##.2024-cü il tarixdə isə yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən “Zaur market”in qarşısındakı “MPAY” ödəmə məntəqəsindən Zərərçəkmiş şəxs göndərdiyi “xxxx” ASC-nin 5411- 2498-0119-9980 “Leo bank kart” hesabına 500 (beş yüz) manat olmaqla köçürülmə yolu ilə, ümumilikdə 4500 (dörd min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, etdiyi əməldən peşmandır, bir daha bu tipli əməllər törətməyəcəyinə söz verir. Həmçinin himayəsində xəstə qardaşı var, odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təqsirləndiriln şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs apellyasiya şkayətin etiraz edərək ona dəymiş 4500 (dörd min beş yüz) manat məbləğində zərərin hələ də qaytarılmadığını bildirdi və təqsirləndirilən şəxsin CM-in 178.2.2-ci maddəsilə təqsirli bilinərək barəsində daha ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkuma cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, eyni zamanda digər məhkumluqlarını nəzərə alınaraq onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməli düzgün qiymətləndirilmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs ədalətli cəza, yəni cəzanın azaldılması və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi və ya cəza həddinin azaldılması cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Goranboy rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza, Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hökmə əsasən Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza, Goranboy rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu 03 gün təyin edilmiş cəzadan çıxılmış, üzərində 03 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şəxsin hazırda digər məhkumluqlarını, şəxsiyyətin xarakterizə edən halları və zərərmiş şəxsə dəymiş zərərin ödənilməməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə almaqla Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə haqlı olmuşdur. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar