Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-249/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Göygöl Rayon Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi3 iştirakları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Mustafayev Rəşad) ##.##.1954-cü ildə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, pensiyaçı, Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, H.B.ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1–ci və 68.1.1–1–ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla müəyyən olunan 01 (bir) il 06 (altı) ay müddət həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq, ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) gün və Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündə göstərilmiş ## ###### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixədək tutulduğu 02 (iki) ay 01 (bir) günün bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş cəmi 02 (iki) ay 03 (üç) gün müddət hazırki hökümlə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni ## ##### 2026-cı il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olan qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Qazax rayon sakini zərərçəkmiş şəxs4 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 9100 (doqquz min, bir yüz) manat pul verəcəyi halda onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün həmin nazirlikdə olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs4 “xxxx” bank ASC-nin Qazax rayonu, Heydər Əliyev prospektində yerləşən Qazax filialı vasitəsilə təqsirləndirilən şəxs2 AT************* saylı hesablaşma hesabına ##.##.2020-ci il tarixdə “xxxx Transfer TT20321ZZLS5” nömrəli ərizə ilə 2.000 manat, eyni gündə, eyni ünvanda yerləşən bank filialı vasitəsi ilə 2.000 manat, ##.##.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bank ASC-nin Qazax filialı vasitəsi ilə təqsirləndirilən şəxs2 ******************** saylı hesablaşma hesabına 2600 manat, 2021-ci ilin fevral ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində əlbəəl 2.500 manat alaraq, vahid niyyətlə ümumilikdə 9.100 (doqquz min bir yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək özgənin əmlakını etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 119-da yaşayan zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, 8000 (səkkiz min) manat pul verəcəyi halda qeyd olunan əlaqələrindən istifadə edərək onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün qeyd olunan nazirlikdə olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs3 2022-ci ilin dekabr ayında əlbir olduğu təqsirləndirilən şəxs1 8.000 (iki min) manat aldıqdan sonra, həmin puldan 2023-cü ilin mart ayında Bakı şəhəri “xxxx” metro stansiyasının yaxınlığında təqsirləndirilən şəxs1 vasitəsilə əlbəəl 300 (üç yüz) manat, 2023-cü ilin aprel ayında istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 1.000 (min) manat, 2023-cü ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Əminə” marketin qarşısındakı ödəmə terminalı vasitəsilə istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına 2.300 manat göndərilməklə, cəmi zərərçəkmiş şəxs3 8.000 (səkkiz min) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə xeyli miqdar hesab edilən 8000 (səkkiz min) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Göygöl rayon sakini zərərçəkmiş şəxs2 geniş əlaqələrinin olmasını, 6000 (altı min) manat pul verəcəyi halda qeyd olunan əlaqələrindən istifadə edərək onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün qeyd olunan nazirlikdə olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində FHN inzibati binasının yaxınlığında əlbəəl 1.000 manat, 2023-cü ilil iyun ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhərində əlbəəl 3.000 manat, Göygöl şəhəri, H.Əliyev pr 15-də yerləşən Əminə marketdəki “MilliÖn” ödən terminalından ****-****-****-**** nömrəli “xxxx” ASC tərəfindən verilmiş plastik bank kartına köçürülməsi yolu ilə ##.##.2023-cü ildə 1000 manat, ##.##.2023-cü il tarixdə Göygöl şəhəri, H.Əliyev pr 15-də yerləşən Əminə marketdəki “MilliÖn” ödəniş terminalından ****-****-****-**** nömrəli “xxxx” ASC tərəfindən verilmiş plastik bank kartına köçürülməsi yolu ilə 1000 manat alaraq, ümumilikdə 6.000 (altı min) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərəçəkmiş şəxsə qarşı vahid niyyətlə xeyli miqdar hesab edilən 6.000 (altı min) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aldatma və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Göygöl rayonu Şəhriyar kəndində yaşayan zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, 14.900 (on dörd min doqquz yüz) manat pul verəcəyi halda, qeyd olunan əlaqələrindən istifadə edərək onun övladı şahid5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün qeyd olunan nazirlikdə olan tanışlarına təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs1 2023-cü ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Beynəlxalq Avtovağzalının yaxınlığında şahid3 vasitəsilə əlbəəl 5000 manat, ##.##.2023-cü il tarixdə Göygöl rayonu Qarabağ küçəsində yerləşən “Oba” marketdəki “Emanat” ödəniş terminalından təqsirləndirilən şəxs2 istifadəsində olan ****-****-****-**** nömrəli “xxxx” ASC tərəfindən verilmiş plastik kartına köçürülməsi yolu ilə 3000 manat, ##.##.2023-cü il tarixdə Bakı şəhəri Ziya Bünyadov küçəsində yerləşən “Al” marketdəki “Milli Ön” ödəmə terminalından təqsirləndirilən şəxs2 istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına köçürülməsi yolu ilə 200 manat, ##.##.2023-cü il tarixdə Göygöl rayonu Qarabağ küçəsində yerləşən “Oba” marketdəki “E-manat” ödəniş terminalından təqsirləndirilən şəxs2 istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına köçürülməsi yolu ilə 2000 manat, ##.##.2023-cü il tarixdə Göygöl rayonu Avtovağzalın yaxınlığında yerləşən “Əminə” marketdəki “Mpay-manat” ödəmə terminalından təqsirləndirilən şəxs2 istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına köçürülməsi yolu ilə 1800 manat, ##.##.2023-cü il tarixdə Göygöl rayonu Qarabağ küçəsində yerləşən “Oba” marketdəki “E-manat” ödəmə terminalından təqsirləndirilən şəxs2 istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına köçürülməsi yolu ilə 1000 manat, ##.##.2023-cü il tarixdə Bakı şəhəri Ziya Bünyadov küçəsində yerləşən “Miili Ön” ödəmə terminalı vasitəsi ilə X1 istifadəsində olan ****-****-**XXXXXX**** saylı kart hesabına köçürülməsi yolu ilə 200 manat, 2023-cü ilin təxminən sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Biləcəri dairəsi”nin yanında zərərçəkmiş şəxs1 oğlu şahid5 əlbəəl 500 manat, 2023-cü ilin təxminən noyabr ayının əvvələrində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Metropolitenin “xxxx” stansiyasının yanında zərərçəkmiş şəxs1 oğlu şahid5 əlbəəl 500 manat, ##.##.2023-cü il tarixdə Göygöl rayonu Avtovağzalın yaxınlığında yerləşən “Əminə” marketdəki “Mpay-manat” ödəniş terminalından təqsirləndirilən şəxs2 istifadəsində olan ****-****-****-**** nömrəli kart hesabına köçürülməsi yolu ilə 800 manat olmaqla, ümumilikdə 14.900 (on dörd min doqquz yüz) manat nağd pulunu alıb verdiyi vədlərə əməl etməyərək, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib, öz aralarında bölməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vahid niyyətlə xeyli miqdar hesab edilən 14.900 (on dörd min doqquz yüz) manat maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,təqsirləndirilən şəxs2 yaşlıdır, xəstədir, təqaüdçüdür, ailənin tək qazanc gətirənidir, evdə himayəsində xəstə uşağı vardır, hal hazırda törətdiyi əməldən tam səmimi peşimandır, ağır şəraitdə yaşayır istintaqda və məhkəmədə cinayətin açılmasında yaxından iştirak edərək, əməkdaşlıq etmişdir, zərərçəkmişlərə vurduğu zərərin çox hissəsi ödənilmişdir, bu ödənişlər davam edir, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs4 onun həbs olunmasını istəmirlər, onlar təqsirləndirilən şəxs2 həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmə gedişatında dəfələrlə xahiş etmişlər, ona həbslə bağlı cəza verilməsi onun islah olunmasına deyil, başqa psixoloji təsirlər edə biləcəyi anlamına gəlir. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. Məhkəmənin hökmündən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişlər. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2 il bundan əvvəl həyat yoldaşı rəhmətə getmiş, 2 övladı ilə tək yaşayır. Himayəsində xəstə övladı var. Kirayə evdə yaşayırlar. Yaşı artıq 70-i keçmişdir. Dekabr ayında keçirdiyi qəza nəticəsində kəllə-beyin travması almışdır. Sağlamlığından yaranmış problemlərin müalicəsi ilə əlaqədar dəymiş ziyanın ödənilməsi imkanı xaricində olmuşdur. Buna baxmayaraq pulun çox hissəsini ödəmişdir. Qalan məbləğin tez bir zamanda tam ödənilməsinə söz verir. Ona görə də şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsi iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi şikayətlərin dəlillərini müdafiə edərək şikayətlərin məzmununa uyğun çıxış etdilər və şikayətlərin təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ödənilməli 9100 manat pulun hamısı ödəyib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ödənilməli 8000 manat pulu bütün ödəyib, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ödənilməli 6000 manat puldan 5000 manat borcu qalıb, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 isə ödənilməli 14900 manat puldan 2200 manat borcu qalıb. Eyni zamanda verilmiş suala cavab olaraq onun tərəfindən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ödənilməli 9100 manat pulun hamısının ödəməsini təsdiq edən mötəbər ödəniş çekini təqdim edə bilməmişdir. Əvəllər dəfələrlə dələduzluq cinayətlərinə görə məhkum olunmuşdur. Əməlindən peşmandır. Apellyasiya məhkəməsinin ilkin iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 verilmiş apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin onun 6000 manat pulunu qaytarmadığını, pulunun tam qaytarılması üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanını verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa dəyişiklik edərək göstərdi ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilməli 14900 manat puldan istintaq zamanı 12200 manat, apellyasiya məhkəmsinin gedişatında isə əlavə olaraq 500 manat ödənilmişdir. təqsirləndirilən şəxs2ı ona hazırda 2200 manat ödənilməyən borcu qalıb, buna görə ondan şikayətçidir, onunla barışmır, ona görə də əvvəlki apellyasiya şikayətində onun həbsdən buraxılmasını xahiş etsə də, hazırda buna etiraz edir, Mehriban Manafonanın həbsdə saxlanılmasını xahiş edir, təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş şikayətlərin təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş şikayətlərin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs tərəfindən ziyanın bir qismi ödənilsə də belə, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmamış, eyni zamanda analoji cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuşdur. Ona görə də şikayətlərin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər zərərçəkmiş şəxslərə və eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 şifahi şəkildə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Hüquqi məsələlər CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətlərin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, təqsirləndirilən şəxs2 istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətlərin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərində göstərilməsə də, CPM-in 397ci maddəsinin tələblərindən çıxış edərək, şikayətlərin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxs2 əməlində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulur. Hökmdən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməlində CM-nin 59.1.13-ci bəndinə əsasən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış və CM-nin 61-ci maddəsinə əsasən onun cinayəti təkrar törətməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq barəsində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Iş materialında olan tələbnamədən görünür ki, təqsirləndirlən şəxs təqsirləndirilən şəxs2 ##.##.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən AR CM-nin 310-cu maddəsi ilə 2000 manat cərimə cəzasına, ##.##.2024-cü il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29, 178.2.1, 29, 178.2.4, 29, 178.2.2-ci maddələri ilə 2500 manat cərimə cəzasına, ##.##.2024-cü il tarixdə Yasamal rayon məhkəməsi tərəfindən AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 1 il 6 ay azadlığın məhdudlaşdırılması və 2200 manat cərimə cəzasına, ##.##.2024-cü il tarixdə Qax rayon məhkəməsi tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə 1 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması və 2200 manat cərimə cəzasına məhkum edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi” barədə ##.##.2026-cı il tarixli qərardan görünür ki, 2200 manat cərimə cəzası ##.##.2025-ci il tarixdə məhkum tərəfindən tam ödənilmişdir. “Konsititusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib üzərində 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından hazırda cinayət əməli törətməsi faktı ilə əlaqədar şəxsə cəza təyin edilərkən təqsirləndirilən şəxs2 əməli cinayətlərin residivi kimi nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi bir dəfə korrupsiya cinayətinə və bir neçə dəfə dələduzluq cinayətlərinə görə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin olunmuş və həmin cəzalara görə məhkum olunması onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər dəfələrlə məhkum olunması, məhkumluğu ödənilmədən və cəzasını çəkdiyi müddət ərzində yenidən qəsdən az ağır cinayət törətməsi, həmçinin dəfələrlə dələduzluq cinayət əməlini törətməsi onun kriminal meyilli və cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınan hal kimi qiymətləndirilir. Eyni zamanda kollegiya onu da qeyd edir ki, təqsirləndirilən şəxs2 tərəfindən dələduzluq cinayət əməllərinə görə barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin olunmuş və həmin cəzalara görə məhkum olunmasına baxmayaraq, onun yenidən analoji xarakterli cinayət törətməsi onu göstərir ki, təqsirləndirilən şəxs2 dələduzluq cinayət əməllərini törətməyə meyilli şəxsdir, o islah olunmamışdır. Həmçinin, kollegiya onu da qeyd edir ki, təqsirləndirilən şəxs2 tərəfindən 4 epizod üzrə törətdiyi dələduzluq cinayətlərinə görə ümumilikdə zərərçəkmiş şəxslərə 38000 manat maddi ziyan vurmuş, onun 30800 manat hissəsi ödənilmiş, 7200 manat hissəsi isə ödənilməmiş, daha dəqiq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 vurmuş olduğu zərər məbləği 5000 (beş min) manatı, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vurmuş olduğu zərər məbləğindən 2200 (iki min iki yüz) manatı ödəməmiş və iş üzrə bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, bununla bağlı zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə hər hansı bir ərizə daxil olmamışdır. Hazırki iş üzrə müdafiə tərəfindən yuxarıda adları qeyd edilən zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin azadlıqda qalacağı təqdirdə onlara ödənilməli pul məbləğinin ödənilməsini təsdiq edən mötəbər sənədi təqdim edə bilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri kifayət qədər mötəbər sübutlarla əsaslandırılmamış, ona görə də kollegiya həmin şikayətlərin dəlillərini hazırki iş üzrə əsaslı hesab etmir. Eyni zamanda zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş və məzmununa dəyişiklik edilmiş apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilməli qalıq 2200 manat borcu bugünki günədək ona ödəmədiyindən ondan şikayətçidir, onunla barışmır və onun həbsdən buraxılmasına etiraz edir. Belə olan halda hazırki vəziyyətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük qismini ödəsə də belə, lakin törətdiyi və məhkum olunduğu dələduzluq cinayət əməllərinə görə barəsində məhkəmələr tərəfindən dəfələrlə humanist addımlar atılaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin olunmuş və həmin cəzalara görə məhkum olunmasına baxmayaraq, yenidən dələduzluq cinayət əməlini törətməsi təqsirləndirilən şəxs2 islah olunması və analoji xarakterli cinayətləri törətməyə sövq edən kriminal meyilliyinin aradan qalxması mötəbər sübutlarla öz təsdiqini tapmır. təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə törətdiyi dələduzluq cinayət əməllərinə görə ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar təyin olunsa da belə o, bundan heç bir nəticə çıxarmayaraq tərbiyə və islah olunmamış, əksinə bundan sui-istifadə edərək gələcəkdə də azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmayacağına əmin olaraq dələduzluq cinayətkar əməllərini davam edərək vətənadaşların etibarından istifadə etməklə onların külli miqdarda pullarını ələ keçirmişdir. təqsirləndirilən şəxs2 pulun müqabilində zərərçəkmiş şəxsləri guya Fövqəlada Hallar Nazirliyinə işə düzəltmək adı ilə onların pullarını dələduzluq yolu ilə ələ keçirməsi dövlət orqanlarının adına xələl gətirir, cəmiyyət arasında dövlət orqanlarını nüfuzdan salır. Buna görə belə şəxslər barəsində daha sərt cəzalar təyin olunmalıdır ki, gələcəkdə bu halların qarşısı alınsın. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, vurulmuş maddi ziyanın çox hissəsi ödənilsə də belə, birinci instansiya məhkəməsi dəfələrlə dələduzluq cinayətlərinə görə məhkum olunmuş və islah olunmayan təqsirləndirilən şəxs2 şəxsiyyətini düzgün qiymətləndirərək ona cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün təyin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 tərəfindən verilmiş (təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsi hissəsində) apellyasiya şikayətləri təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-249/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-249/2026
17.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver