Məhkəmə qərarları › İş №1(3-7)-253/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-253/2026

25.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-253/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxs olan Şəmkir rayonu, Çaparlı (Əliyaqublu) kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1–ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakim Heydərova Nazlı) ##.##.1982-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1–ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən onun tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanlanması, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 09 radələrində Şəmkir rayonu, Əliyaqublu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində diametri 34 sm-dən 1 ədəd 350 manat dəyərində Qoz ağacının, diametri 10 sm-dən 1 ədəd 120 manat dəyərində, diametri 16 sm-dən 1 ədəd 150 manat dəyərində, diametri 18 sm-dən 2 ədəd həri biri 180 manat dəyərində, diametri 20 sm-dən 2 ədəd hər biri 180 manat dəyərində, diametri 22 smdən 2 ədəd həri biri 200 manat dəyərində, diametri 24 sm-dən 3 ədəd hər biri 200 manat dəyərində, diametri 26 sm-dən 1 ədəd 250 manat dəyərində, diametri 28 sm-dən 2 ədəd hər biri 250 manat dəyərində, diametri 30 sm-dən 2 ədəd hər biri 300 manat dəyərində, diametri 32 sm-dən 2 ədəd hər biri 300 manat dəyərində, diametri 36 sm-dən 4 ədəd hər biri 350 manat dəyərində, diametri 44 sm-dən 1 ədəd 600 manat dəyərində və diametri 50 sm-dən 1 ədəd 900 manat dəyərində olmaqla Qovaq ağacının, ümumilikdə 25 ədəd yaş kök üstə Qovaq və Qoz ağaclarının kök boğazından qanunsuz olaraq kəsilməklə təbiətə (yaşıllığa) 7190 (yeddi min bir yüz doxsan) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməlini törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət hökmünü verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu torpaq sahəsi (0,06 ha) 2007-ci ildə mərhum atası tərəfindən Əliyaqublu bələdiyyəsindən qanuni şəkildə satın alınmışdır. Sözügedən qovaq ağacları həmin torpaq sahəsində yerləşmiş və illər ərzində böyüyərək evin qarşısından keçən yüksək gərginlikli elektrik naqillərinə toxunaraq kənd üçün ciddi həyati təhlükə yaratmışdır. Bəhruz qanunsuz ağac kəsmək niyyətində olmamışdır. Əksinə, ## ###### 2024-cü il tarixdə Əliyaqublu kənd bələdiyyəsinə müraciət edərək təhlükənin aradan qaldırılması üçün kömək istəmişdir. Bələdiyyə sədri Zərərçəkmiş şəxs rəsmi olaraq imzalanmış və möhürlənmiş arayış təqdim etmişdir. Bu fakt sübut edir ki, Bəhruzun əməlində meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməyə yönələn birbaşa qəsd (subyektiv tərəf) mövcud olmamışdır. Bəhruz rəsmi dövlət/ictimai orqanın verdiyi sənədə əsasən hərəkət etmişdir. Bundan başqa məhkəmə maddi ziyanın məbləğinin və ağacların vəziyyətinin düzgün qiymətləndirilməmişdir. Belə ki, ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Idarəsinin rəyinə əsasən təbiətə 7190 manat ziyan dəydiyi iddia olunur. Lakin iş materiallarında olan ##.##.2025-ci il tarixli baxış aktı ilə təsdiq edilir ki, kəsilmiş ağaclardan 3 ədədinin köküstə quru halda olduğu müəyyən edilmişdir. Həmçinin, hadisə yerinə baxış zamanı müəyyən edilmiş 35 ədəd kötükdən 10 ədədinin çürümüş və kök üstə qurumuş olduğu təsdiq edilmişdir. Qurumuş, çürümüş və təbii fəlakət (güclü külək) nəticəsində qırılaraq elektrik xətlərinin üzərinə aşmış ağacların kəsilməsi və ya təmizlənməsi təbiətə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə bu mühüm halları nəzərə almamışdır. Məhkəmə şahid ifadələrinin birtərəfli və qərəzli qiymətləndirmişdir. Belə ki, məhkəmə Bəhruzun müdafiəsini təsdiq edən şahidlər – "xxxx" MMC-nin əməkdaşı şahid3 Sərxan oğlunun və şahid4 ifadələrinə heç bir hüquqi əsas olmadan "tənqidi" yanaşmış, onları "qərəzli" adlandırmışdır. Halbuki, bu şahidlər 2024-cü ilin yazında güclü külək nəticəsində ağacların qırılaraq naqillərin üzərinə düşməsini, işıqların sönməsini və naqillərin təmizlənməsi zərurətini faktiki olaraq təsdiq etmişlər. "xxxx" ASC-nin məhkəməyə göndərdiyi ziddiyyətli məktublar (əvvəlcə 8 ağacın kəsildiyini təsdiq edən, sonra isə bunu texniki səhv adlandıran məktublar) dövlət qurumunun sənədləşməsinin qeyri-ciddi olduğunu göstərir. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi1 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs olan Şəmkir rayonu, Çaparlı (Əliyaqublu) kənd bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və təmin edilməməsini, eyni zamanda birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini göstərdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Belə ki, iş üzrə zəruri istintaq hərəkətləri keçirilmiş, şahid ifadələri və digər mötəbər sənədlər var. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrinə, istintaq hərəkətləri protokolları və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 259.1–ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi mötəbər sübutlarla təsdiqini tapmadığına görə onun barəsində bəraət hökmünü qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 259.1–ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. -##.##.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kənd ərazisində Təqsirləndirilən şəxs sifarişi əsasında 25 (iyirmi beş) ədəd Qovaq cinsli ağacların kəsildiyi əraziyə baxış keçirilmişdir. -##.##.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kənd ərazisində Təqsirləndirilən şəxs sifarişi əsasında kəsilmiş Qovaq cinisli ağaclara baxış keçirilmişdir. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin ** saylı Şəmkir Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndinin ərazisində koordinatları X-590876, Y-4520774 və X-590881, Y- 4520805 aralığında olan kəsilmiş 25 ədəd qovaq cinsli ağacların yerləşdiyi torpaq sahəsi yeni uçot baza xəritəsinə əsasən hal-hazırda bələdiyyə mülkiyyətindədir. -* saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən cəmi 28 ədəd qovaq cinsli ağacların kəsilməsi nəticəsində təbiətə 7190,00 (yeddi min bir yüz doxsan) manat məbləğində ziyan dəymişdir. -##.##.2025-ci il tarixli baxış aktından görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində kəsilmiş 28 ədəd ağacın yerləşdiyi əraziyə baxış keçirilmiş və 3 ədədinin köküstə quru halda olduğu müəyyən edilmişdir. -##.##.2025-ci il tarixli qiymətləndirmə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağacların cəmi dəyəri 7190 manat müəyyən edilir. ##.##.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kənd ərazisində Təqsirləndirilən şəxs sifarişi əsasında kəsilmiş Qovaq cinsli ağacların yerləşdiyi əraziyə baxış keçirilmişdir. “xxxx” ASC-nin X1 Təchizatı Satışı Idarəsi X3 tərəfindən verilmiş ## ### 2026-cı il tarixli məktubdan görünür ki, sözügedən ərazidən keçən 35/10 kV-luq Şəmkir II y/st-dan çıxan 10 kV-luq Əliyaqublu hava elektrik verilişi xəttinə toxunan 1 ədəd ağacda budama işləri aparılmışdır. -Xidməti məlumatdan görünür ki, “xxxx” ASC-nin X1 Təchizatı Satışı Idarəsi X3 sahə ustası tərəfindən tərtib edilmişdir və Şəmkir rayony, Əliyaqublu kəndində 2024-cü ildə fəlakət nəticəsində 1 ədəd ağac budanması işləri görülməsi barədə məlumatı özündə əks etdirir. -Baxış protokolundan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs evinin qarşısında yerləşən torpaq sahəsində kök boğazından kəsilmiş 35 ədəd ağac kötüyü vardır. Onlarda 10 ədədi çürümüş və kök üstə qurumuşdur. Beləliklə müəyyən edilmişdir ki, ümumilikdə 25 ədəd, ayrıcalıqda 24 ədəd yaş Qovaq və 1 ədəd Qoz ağacları kök boğazından yaş olaraq kəsilmişdir. -Şahid ifadələri; -Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi oxşar məzmunlu ifadələrində o, özünü təqsirli bilməyərək........## ###### 2024-cü il tarixdə gündüz saatlarında o, işdə olarkən “Seyid” ləqəbli şəxsə mobil telefonla zəng edərək ona məxsus Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində yerləşən torpaq sahəsində qovaq ağaclarını kəsməsini demiş, “Seyid” ləqəbli şəxs ağacları kəsməsinin müqabilində 10 ədədini ona əl haqqı olaraq verməyini demiş, o, təkliflə razılaşmamış, daha sonra Seyid ona ağacları kəsəcəyini, ağaclardan 10 ədədini ona verməyini və bunun qarşılığında 280 manat pul verəcəyini bildirmiş, o da Seyid ilə razılaşmış, Seyid gedib qeyd olunan ağacları kəsmiş, Seyid qovaq ağaclarını kəsib ağaclardan 10 ədədini özünün gətirdiyi "Qazel" markalı yük avtomobili ilə aparmışdır. ## ###### 2024-cü il tarixdə yaşadığı evin qarşısında Seyid ilə görüşmüşlər, sonuncu ona 280 manat pul vermişdir. ## ###### 2024-cü il tarixdən bir neçə gün əvvəl güclü külək əsən zaman küləyin təsirindən 5 ədəd qovaq ağacı qırılıb elektrik naqillərinin üzərinə düşmüş, həmin vaxt işıq idarəsinin əməkdaşı Rəfael gəlib işıqları kəsmiş, sınmış ağacları isə kəsdirmişdir. Qeyd olunan ərazidə təxminən 14-15 ədəd qovaq ağacı kəsmiş, həmin ağaclardan quru olanı da olmuşdur. Bundan başqa, 2024-cü ilin yazında baş vermiş tufan nəticəsində qeyd olunan ərazidəki ağaclar qırılıb xətlərin üzərinə düşmüş, ona görə də o, Şəmkir Elektirk şəbəkəsinə müraciət etmiş, onların razılığı ilə kəndin elektirk xətinin üxzərinə düşmüş ağacları kəsdirmişdir. Qeyd olunan qovaq ağaclarından bəziləri əvvəlcədən qırılmış və qurumuş ağaclar olmuşdur....... -Iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, fotoşəkillər, təqsirləndirilən şəxs və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, müdafiə tərəfindən şikayətin dəlillərində göstərilir ki, Təqsirləndirilən şəxs tərəfindən ## ###### 2024-cü il tarixdə Əliyaqublu kənd bələdiyyəsinə müraciət edərək təhlükənin aradan qaldırılması üçün kömək istəməsi və bələdiyyə sədri Zərərçəkmiş şəxs rəsmi olaraq imzalanmış və möhürlənmiş arayış təqdim etməsi dəlili hazırki cinayət işi materiallarında mövcud deyil, ümumiyyətlə müdafiə tərəfindən belə bir xüsusatla bağlı hər hansı mötəbər sənəd təqdim olunmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsinə “xxxx” ASC tərəfindən göndərilmiş bir neçə məxtəlif məzmunlu məktublar daxil olmuş, bu xüsusatla bağlı yenidən həmin quruma sorğu verilib cavab və cavaba əlavə edilmiş müvafiq sənədlər alınmış, sonradan məhkəmədə qeyd edilən məktubların tərtibatını həyata keçirən işçi dindirilmiş və bununla da, müəyyən olunmuşdur ki, Şəmkir rayonu, Əliyaqublu kəndində Təqsirləndirilən şəxs evinin qarşısında olan ağaclardan 1-də yalnız budama işləri aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd olunan xüsusatı qanuni və mötəbər sübut kimi qəbul edir, həmin xüsusatın əksini təkzib edə biləcək mötəbər sübutlar müdafiə tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cinayət Məcəlləsinin 259.1-ci maddəsində xeyli miqdarda ziyan vurmaqla, ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməlinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə əsasən, maddənin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Göründüyü kimi Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsi (götürülməsi) qanunsuz aparılması; 2) bu əməlin dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlarda aparılması; 3) nəticədə xeyli ziyanın vurulması. Ağacların, kolların və ya digər yaşıllıqların kəsilməsi (götürülməsi) qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların görürülməsi Qaydası” ilə tənzimlənir. Qaydanın 2.1-ci, 2.4- cü, 2.7-ci, 2.9-cu bəndlərinə əsasən, yaşıllıqların götürülməsi üçün 2.2-ci bənddə nəzərdə tutulmuş əsaslardan biri olduqda, fiziki şəxsin ərizəsi əsasında istifadəsində olan torpaqlar üzrə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaqlar üzrə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyini nəzərə alınmaqla yaşıllıqların götürülməsi haqqında qərar qəbul edir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verir. Bu qaydalara uyğun olaraq müvafiq icazə (qərar və yaşıllığın götürülməsi vərəqəsi) alınmadan yaşıllıqların kəsilməsi birinci şərti – yaşıllıqların qanunsuz kəsilməsi əlamətini yaradır. Növbəti şərt yaşıllıqların xüsusi mülkiyyətdə olmayan torpaqlarda kəsilməsi ilə əlaqəlidir ki, cinayət işinin materialları ilə təqsirləndirilən şəxs tərəfindən kəsilmiş ağacların yerləşdiyi ərazinin – Şəmkir rayonu, Əliyaqublu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin balansında olan torpaqlarda yerləşməsi təsdiq olunur. Təqsirləndirilən şəxs qeyd olunan ərazinin mərhum atası tərəfindən Əliyaqublu bələdiyyəsindən qanuni şəkildə satın alınmasını iddia etsə də ibtidai istintaq və birinci instansiya məhkəməsi, eyni zamanda apellyasiya məhkəməsi zamanı qeyd olunan torpağın xüsusi mülkiyyətdə olmaması müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hüquqi normalardan və CPM-nin 42-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 25 ədəd yaş kök üstə Qovaq və Qoz ağaclarının kök boğazından qanunsuz olaraq kəsilməklə təbiətə (yaşıllığa) 7190 (yeddi min bir yüz doxsan) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları, fotoşəkillər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya və apellyasiya instansiya məhkəmələrində özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, fotoşəkilləri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməli törətmiş və ona ədalətli cəza təyin olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrini əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar