Məhkəmə qərarları › İş №1(3-7)-255/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-255/2026

28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-255/2026 28.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Zərərçəkmiş şəxslər-zərərçəkmiş şəxs2, X1, onların qanuni nümayəndəsi atası - Zərərçəkmiş şəxsin hüquqi varisi, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilinmələrinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 aid olan hissədə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Rzayev Kamil) ## #### 2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Göygöl rayonu Qırıqlı kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, H.Hüseynov küçəsində yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.2-ci maddəsilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə, CM-in 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələrilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən yəni ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması qərara alınmışdır. ## ###### 1991-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Goranboy rayonu, Quşçular kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri H.Hüseynov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən himayəsində olan ## ### 2025-ci il təvəllüdlü X2 adlı uşağın on dörd yaşına çatanadək ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrasının təxirə salınması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. IŞIN HALLARI: təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla, o cümlədən zərəçəkənə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, iki və ya daha çox şəxsə qarşı təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsləri mütəmadi olaraq döyməklə və sair zorakı hərkətlər etməklə işgəncə vermiş, yəni törətdiyi əmələ görə cəzalandırmaq məqsədilə güclü fiziki ağrı və psixi iztirablar verib əzab vermişdir. Beləki, o, qeyri rəsmi ərarvad münasibətində yaşadığı təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında təqsirləndirilən şəxs1 əvvəlki nikahından olan himayələrində saxladıqları ##.##.2013-cü il təvəllüdlü azyaşlı zərərçəkmiş şəxs1 evləri yığışdırmamasına və azyaşlı qardaşı ##.##.2018-ci il təvəllüdlü zərərçəkmiş şəxs2 ilə dalaşmasına, həmçinin sonuncunun nadinclik etməsinə görə onları cəzalandırmaq məqsədi ilə 2024-cü ilin iyul ayından ## ###### 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yəni təxminən 2-3 gün fasilələrlə davam edən istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə, ümumilikdə təxminən 6 ay müddətində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində kiraydə yaşıdıqları mənzildə və ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixdək olan müddət ərzində kirayədə yaşadıqları Tərtər rayonu Qaradağlı kəndində yerləşən şahid2 sahibliyində olan evdə təxminən 2-3 gün fasilələrlə davam edən istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə, ümumilikdə təxminən 24 gün müddətində aşkar surətdə yetkinlik yaşına çatmayan köməksiz vəziyyətdə olduqlarını dərk etdiyi halda zərərçəkmiş şəxs2 psixi iztirablar vermək məqsədilə gecə saatlarında bayırda saxlayaraq evə daxil olmasına, yemək yeməsinə imkan verməyib ac saxlamaqla güclü psixi iztirab vermiş, bel kəməri, dabankeş, odun parçası, qarğı və əlləri ilə başına, qollarına, ayaqlarına və bədənin müxtəlif nahiyələrinə mütəmadi surətdə dəfələrlə çoxsaylı zərbələr vurub zərərçəkmiş şəxsə güclü fiziki ağrılar və psixi iztirablar verməklə ona bədən səthinin çoxsaylı qançırları, sağ yanağın piqmentasiya sahəsi və sağ əlin arxa səthində yanıqdan sonrakı tam formalaşmamış çapıq xəsarətləri ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, həmçinin zərərçəkmiş şəxs1 psixi iztirablar vermək məqsədilə gecələr saatlarla bayırda saxlayaraq evə daxil olmasına imkan verməyib güclü psixi iztirab vermiş, başına, qollarına, ayaqlarına və bədənin müxtəlif nahiyələrinə mütəmadi surətdə dəfələrlə çoxsaylı zərbələr vurub döyərək xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə güclü fiziki ağrılar və psixi iztirablar verməklə sonuncuya bədənin çoxsaylı hematomaları, sağ yanaq nahiyəsinin piqmentasiya sahəsi, hər iki ayağın üst səthinin, sol saidin ön səthinin, sol əlin arxa səthinin çapıqları, sağ əlin arxa səthinin tam formalaşmayan çapığı, sol sağrı və hər iki aşağı ətrafın hematomaları xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bazu sümüyünün sınığı ilə müşayiət olunan sol qolun geniş ölçülü hematomaları ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə xüsusi amansızlıqla, ağır iztirablar verməklə və aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs1 sağlamlığına həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında köməksiz vəziyyətdə olan təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 törətdikləri əmələ görə onları cəzalandırmaq məqsədilə işgəncə verməklə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi döymək və zorakı hərəkətlərlə zərəçəkmiş şəxslərə güclü fiziki ağrı və psixi iztirablar verib əzab vermişdir. Qeyd olunan əməllərinə görə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 oğluna Azərbaycan Respublikası CM-in 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə ittiham verilmişdir. təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə birləşərək, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, iki və ya daha çox şəxsə qarşı təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsləri mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlər etməklə işgəncə vermiş, yəni törətdiyi əmələ görə cəzalandırmaq məqsədilə güclü fiziki ağrı və psixi iztirablar verib əzab vermişdir. Beləki, o, qeyri rəsmi ərarvad münasibətində yaşadığı təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, övladları ##.##.2013-cü il təvəllüdlü zərərçəkmiş şəxs1 evləri yığışdırmamasına və azyaşlı qardaşı ##.##.2018-ci il təvəllüdlü zərərçəkmiş şəxs2 ilə dalaşmasına, həmçinin sonuncunun nadinclik etməsinə görə onları cəzalandırmaq məqsədi ilə 2024-cü ilin iyul ayından ## ###### 2024-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq yəni təxminən 2-3 gün fasilələrlə davam edən istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə, ümumilikdə təxminən 6 ay müddətində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində kiraydə yaşadıqları mənzildə və ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixdək olan müddət ərzində kirayədə yaşadıqları Tərtər rayonu Qaradağlı kəndində yerləşən şahid2 sahibliyində olan evdə təxminən 2-3 gün fasilələrlə davam edən istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə, ümumilikdə təxminən 24 gün müddətində aşkar surətdə yetkinlik yaşına çatmayan köməksiz vəziyyətdə olduqlarını dərk etdiyi halda zərərçəkmiş şəxs2 psixi iztirablar vermək məqsədilə gecə saatlarında bayırda saxlayaraq evə daxil olmasına, yemək yeməsinə imkan verməyib ac saxlamaqla güclü psixi iztirab vermiş, bel kəməri, dabankeş, odun parçası, qarğı və əlləri ilə başına, qollarına, ayaqlarına və bədənin müxtəlif nahiyələrinə mütəmadi surətdə dəfələrlə çoxsaylı zərbələr vurub, sobanın üzərində qızdırdığı metal qaşığı sağ əlinin üst hissəsinə basıb yandıraraq və onun əllərini qızdırılmış odun sobasının dəmirinə yapışdırıb yandırmaqla zərərçəkmiş şəxsə güclü fiziki ağrılar və psixi iztirablar verməklə bədən səthinin çoxsaylı qançırları, sağ yanağın piqmentasiya sahəsi və sağ əlin arxa səthində yanıqdan sonrakı tam formalaşmamış çapıq xəsarətləri ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, həmçininzərərçəkmiş şəxs1 psixi iztirablar vermək məqsədilə gecə saatlarla bayırda saxlayaraq evə daxil olmasına imkan verməyib güclü psixi iztirab vermiş, başına, qollarına, ayaqlarına və bədənin müxtəlif nahiyələrinə mütəmadi surətdə dəfələrlə çoxsaylı zərbələr vurub, həmçinin sobanın üzərində qızdırdığı metal qaşığı onun hər iki ayağının üzərinə, hər iki əllərinin arxasına, üzünün sağ yanağına basaraq yandırmaqla, həmçinin onun hər iki əllərinin üstünü yanan odun sobasının qızdırılmış dəmirinə yapışdırıb yandıraraq zərərçəkmiş şəxsə güclü fiziki ağrılar və psixi iztirablar verməklə sonuncuya bədənin çoxsaylı hematomaları, sağ yanaq nahiyəsinin piqmentasiya sahəsi, hər iki ayağın üst səthinin, sol saidin ön səthinin, sol əlin arxa səthinin çapıqları, sağ əlin arxa səthinin tam formalaşmayan çapığı, sol sağrı və hər iki aşağı ətrafın hematomaları xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla bir qrup şəxs halında köməksiz vəziyyətdə olan təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 törətdikləri əmələ görə onları cəzalandırmaq məqsədilə işgəncə verməklə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi döymək və zorakı hərəkətlərlə zərəçəkmiş şəxslərə güclü fiziki ağrı və psixi iztirablar verib əzab vermişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ PROTESTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət hökmünü verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs2 qarşı irəli sürülən ittihamla razı deyilik. O, göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməmişdir. Lakin təqsirləndirilən şəxs2 nəinki ittihamda qeyd edilən cinayət əməllərini törətməmiş, üztəlik həmişə zərərçəkmişlərin doğma anası olan iş üzrə digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 uşaqları vurduğuna görə qınamış, bir daha belə hərəkətlərə yol verməməsini tələb etmişdir. Həmin vaxt təqsirləndirilən şəxs1 öz əməllərini hamiləliyi ilə əlaqədar əsəbi olması ilə izah etsə də, təqsirləndirilən şəxs2 buna görə həmişə onu qınamışdır. Ümumiyyətlə, təqsirləndirilən şəxs2 hər gün fəhləlik etmək üçün səhər tezdən evdən çıxaraq yalnız axşam evə yorğun halda qayıtmış, bu səbəbdən də baş verənlərdən az məlumatlı olmuşdur. Onun özü tərəfindən isə uşaqlara qarşı hər hansı zorakılıq edilməmişdir. Buna baxmayaraq, məhkəmə bu faktlara hər hansı bir əhəmiyyət vermədən onun barəsində ittihiam hökmü çıxarmışdır. Hökmdən göründüyü kimi, məhkəmə yalnız təqsirləndirilən şəxs2 əvvəl özünü Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilməsə də, məhkəmə iclasının sonunda çıxış edərkən, törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirməsini və ona azyaşlı uşağı olduğu üçün həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etdiyini əsas gətirərək onun barəsində ittiham hökmü çıxarmışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində tətbiq edilmiş CM-nin 79-cu maddəsinin müddəalarının xaric edilməsi və ona təqsirli bilindiyi maddələr üzrə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, azyaşlı zərərçəkmiş uşaqlar dəfələrlə döyülmüş, bədənlərinin müxtəlif nahiyələrində yanıq izləri əmələ gəlmiş, onlar daim qorxu, təzyiq və zorakılıq şəraitində yaşamağa məcbur edilmişlər. Uşaqların verdiyi ifadələrdən də görünür ki, törədilmiş əməllər təsadüfi və ya ani yaranmış aqressiyanın nəticəsi olmamış, davamlı xarakter daşımış, azyaşlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Məhkəmə özü hökmündə qeyd etmişdir ki, təqsirləndirilən şəxslərin təqsiri zərərçəkmişlərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam təsdiq olunur. Buna baxmayaraq, məhkəmə həmin əməllərin ictimai təhlükəlilik dərəcəsini lazımi səviyyədə qiymətləndirməmişdir. Nəzərə alınmalıdır ki, bu iş üzrə cinayət əməlləri məhz ana tərəfindən öz azyaşlı övladlarına qarşı törədilmişdir. Halbuki ana öz övladlarının həyatını, sağlamlığını, təhlükəsizliyini və normal inkişafını təmin etməli olan şəxsdir. Təqsirləndirilən şəxs isə üzərinə düşən valideynlik vəzifələrini kobud şəkildə pozaraq himayəsində olan azyaşlı uşaqlara qarşı zorakılıq tətbiq etmişdir. Belə şəraitdə onun valideyn və himayəsində azyaşlı uşağın qalması cəzanın icrasının təxirə salınmasına əsas kimi deyil, əksinə törədilmiş əməlin ictimai təhlükəliliyini daha da artıran hal kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi nəticə faktiki olaraq belə bir vəziyyət yaradır ki, öz uşaqlarına qarşı xüsusi qəddarlıq göstərmiş şəxs məhz uşağının olması səbəbindən real cəza çəkməkdən azad edilir. Bu isə cəzanın, sosial ədalət prinsiplərinə və zərərçəkmiş şəxslərin qanuni mənafelərinə açıq şəkildə ziddir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və protestin təmin edilməsini, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır, ona görə ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi Zərərçəkmiş şəxsin hüquqi varisi protestin təmin edilməsini, lakin şikayətin təmin edilməməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qanuni nümayəndəsinin iştirakı ilə ona verilmiş suallara cavab olaraq göstərdi ki, o, evdə səliqə-səhman yaratmadığına görə anası təqsirləndirilən şəxs1 ona damğa basmış, təqsirləndirilən şəxs2 tərəfindən isə gah odunla, gah bel kəməri ilə, gah da müxtəlif alətlərlə döyülərək işgəncələrə məruz qalmışdır. Məcbur olub bu barədə doğma atası Zamiqə zəng edib məlumat vermişdir. Ona görə də o, həm anası təqsirləndirilən şəxs1, həm də təqsirləndirilən şəxs2 şikayətçidir, onlarla barışmır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin iştirakı ilə ona verilmiş suallara cavab olaraq göstərdi ki, o, tez-tez yıxıldığına görə anası təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən döyülmüş, ona çoxsaylı xəsarətlər yetirilmişdir. Ona görə də o, həm anası təqsirləndirilən şəxs1, həm də təqsirləndirilən şəxs2 şikayətçidir, onlarla barışmır, cəzalandırılmalarını xahiş edir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi protestin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin olunmamasını xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, müdafiə etdiyi şəxs birinci instansiya məhkəməsində ona verilmiş ittiham ilə özünü təqsirli bilmiş, əməlindən peşmandır, eyni zamanda hazırda himayəsində Turaldan azyaşlı övladının olmasını nəzərdə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əlavə olaraq göstərdi ki, onun təqsirləndirilən şəxs2 dünyaya gətirdiyi azyaşlı övladı hazırda təqsirləndirilən şəxs2 anası, yəni qayınanası Mirvari xanımın yanındadır. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahid və zərərçəkmiş şəxsin ifadələrinə, istintaq hərəkətləri protokolları, ekspertiza rəyi və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq CM-nin 127.2.2-ci, 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü və 133.2.6-cı maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən cinayət əməllərini törətməsini təsdiq edən mötəbər sübutların təqdim edilməməsi dəlillərini mübahisələndirələrək barəsində bəraət hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 CM-nin 127.2.2-ci, 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü və 133.2.6-cı maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri; -Cinayət işi üzrə azyaşlı şahid zərərçəkmiş şəxs2 qanuni nümayəndənin iştirakı təqsirləndirilən şəxs2 ilə üzlədirmədə dindirilmiş və o, üzləşdirmə zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq edərək, təqsirləndirilən şəxs2 üzünə qarşı anası Çinarə ilə birlikdə onu və azyaşlı bacısı Zəhranı döyərək, əllərinə dağ basaraq, başlarına davbankeş və digər əşya ilə vuraraq ona xəsarətlər yetirdiyini, evdə yemek vermədiyini və onlara başqa cür işgəncə verdiklərini demişdir (İ cild. i.v. 164-166). -Cinayət işi üzrə azyaşlı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 qanuni nümayəndənin iştirakı təqsirləndirilən şəxs2 ilə üzlədirmədə dindirilmiş və o, üzləşdirmə zamanı vermiş olduğu ifadəsini bir daha təsdiq edərək, təqsirləndirilən şəxs2 üzünə qarşı anası Çinarə ilə birlikdə onu və azyaşlı qardaşı Rövşəni döyərək, əllərinə dağ basaraq, başlarına dabankeş və digər əşya ilə vuraraq ona xəsarətlər yetirdiyini, evdə yemək vermədiyini və onlara başqa cür işgəncə verdiklərini demişdir. (İ cild. i.v. 164-166) -## ###### 2026-cı il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolu (II cild. i.v. 21-28). -Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı tərtib edilmiş istintaq hərəkəti protokolu (II cild. i.v. 49-55). -Komisyon məhkəmə-tibb ekspertizasının ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət (lər)– Küt əşyanın (ların) təsirindən əmələ gəlmişdir, yəni ##.##.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir (İ cild. i.v. 27-28). -Əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, təqsirləndirilən şəxs2, bir qrup şəxs halında qeyri rəsmi yaşadığı təqsirləndirilən şəxs1 ilə birləşərək Bakı şəhəri Biləcəri qəsəbəsində kirayədə yaşadıqları mənzildə və Tərtər rayonu, Qaradağlı kəndində şahid2 yaşadığı fərdi yaşayış evində, azyaşlı zərərçəkmiş şəxs1 və azyaşlı zərərçəkmiş şəxs2 bel kəməri, dabankeş, odun parçası, və əlləri ilə mütəmadi olaraq döyməklə onlara əzab iztirab vermiş, təqsirləndirilən şəxs2 Qaradağlı kəndində əminə adlı qadının evində odun parçası ilə azyaşlı zərərçəkmiş şəxs1 sol qoluna zərbələr vurub qolunu sındırmışdır. Həmçinin təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs1 ilə birlikdə Rövşənin və Zəhranın əllərini ayaqlarının üstünü biləklərini qaz sobası və odun sobası ilə yandıraraq onlara işgəncə vermişlər. Iş üzrə Tərtər rayonu, Qaradağlı kəndində yaşayan şahid2, Tərtər rayonu, Qaradağlı kəndində yaşayan şahid1, Goranboy rayonu, Quşçular kəndində yaşayan şahid4 və sonununcun əri şahid3 dindirilmələri üçün istintaq qrupuna gətirilmələri təmin edilmişdir. Bundan başqa iş üzrə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Tərtər rayonu ərazisində və Respublikasının digər ərazilərində analoji cinayətlərdə iştiraklarının olması müəyyən edilməmişdir (İ cild. i.v. 58). -Təkrar komisyon məhkəmə-tibb ekspertizasının ## #### 2025-ci il tarixli rəylərindən görünür ki, azyaşlı zərərçəkmiş şəxs2 təqdim edilmiş xəsarətlərə dair videogörüntülərə baxış zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azyaşlı zərərçəkmiş şəxs1 təqdim edilmiş xəsarətlərə dair videogörüntülərə baxış zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, bazu sümüyünün sınığı ilə müşayiət olunan sol qolun geniş ölçülü hematoması, sol sağrı hər iki aşağı ətrafın hematomaları isə küt yaranma mexanizminə malik olmaqla video görüntünün çəkildiyi tarixdən 3-5 gün əvvəl yaranmağa uyğun gəlir, dərəcəsinə görə bazu sümüyünün sınığı ilə müşayiət olunan sol qolun geniş ölçülü hematoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol sağrı və hər iki aşağı ətrafın hematomaları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (İ cild. i.v. 187-189, i.v. 205-209) -Komisyon ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli rəylərdən görünür ki, psixiatrik ekspertiza üzrə yoxlanılan şəxs zərərçəkmiş şəxs1 cinayət əməlinə məruz qalarkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. zərərçəkmiş şəxs1 öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarındadır. Psixoloji ekspertiza üzrə zərərçəkmiş şəxs1 müayinə zamanı əqli inkşafında gerilik əlamətləri müşahidə olunmadı. O, fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). zərərçəkmiş şəxs1 sərbəst və düzgün ifadə vermək iqtidarındadır. Psixiatrik ekspertiza üzrə yoxlanılan şəxs zərərçəkmiş şəxs2 cinayət əməlinə məruz qalarkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. zərərçəkmiş şəxs2 öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarındadır. Psixoloji ekspertiza üzrə zərərçəkmiş şəxs2 müayinə zamanı əqli inkşafında gerilik əlamətləri müşahidə olunmadı. O, fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). zərərçəkmiş şəxs2 sərbəst və düzgün ifadə vermək iqtidarındadır (İ cild. i.v. 161-163, i.v. 210-214). -Iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları və digər mötəbər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və təqsirləndirilən şəxs2 ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Eyni zamanda iş materialına əlavə edilmiş komisyon ambulator məhkəmə-psixiatrikpsixoloji ekspertizasının ## ###### 2025-ci il tarixli rəylərdən göründüyü kimi zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs2 sərbəst və düzgün ifadə vermək iqtidarında olduqlarından onların təqsirləndirilən şəxsə qarşı yalan və ya qərəzli ifadə vermələrini təsdiq edən mötəbər sübut müdafiə tərəfindən təqdim olunmamışdır. Bundan başqa, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 həm ibtidai istintaq zamanı verdikləri ifadələrində və üzləşdirmə istintaq hərəkəti zamanı, həm də məhkəmə istintaqı zamanı, eyni zamanda apellyasiya məhkəməsində təqsirləndirilən şəxs2 tərəfindən ona qarşı verilmiş ittiham üzrə qeyd edilən cinayət əməllərini onlara qarşı törətdiyini israrla göstərmişlər. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də təqsirləndirilən şəxs2 bu əməlləri törətmişdir. Odur ki, təqsirləndirilən şəxs2 həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona bəraət verilməsi ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən bəraət hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Bundan başqa, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərindən görünür ki, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində tətbiq edilmiş CM-nin 79-cu maddəsinin müddəalarının xaric edilməsi və ona təqsirli bilindiyi cinayət maddələri üzrə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edilir. Belə ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər, yəni öz azyaşlı övladları dəfələrlə döyülmüş və onların bədən müxtəlif bədən nahiyələrinə qazda qızdırdığı qaşıqla basmaqla yandırmış, həmin döyülmənin və xəsarətlərin nəticəsində zərərçəkmiş şəxslərin bədənlərinin müxtəlif nahiyələrində yanıq izləri əmələ gəlmiş, onlar daim qorxu, təzyiq və zorakılıq şəraitində yaşamağa məcbur edilmişlər. Zərərçəkmiş şəxslər Zəhra Rüstəmovun və zərərçəkmiş şəxs2 verdiyi ifadələrdən də görünür ki, törədilmiş əməllər təsadüfi və ya ani yaranmış aqressiyanın nəticəsi olmamış, davamlı xarakter daşımış, onlara qarşı güclü fiziki ağrı və psixi iztirablar verilmiş, bu zorakı hərəkətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü CM-nin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilmiş, hətta birinci instansiya məhkəməsi hökmündə göstərmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsiri zərərçəkmişlərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam təsdiq olunur. Nəzərə alınmalıdır ki, iş üzrə cinayət əməlləri məhz ana (təqsirləndirilən şəxs1) tərəfindən öz azyaşlı övladlarına qarşı törədilmişdir. Halbuki ana öz övladlarının həyatını, sağlamlığını, təhlükəsizliyini və normal inkişafını təmin etməli olan şəxsdir. təqsirləndirilən şəxs1 üzərinə düşən valideynlik vəzifələrini kobud şəkildə pozaraq himayəsində olan azyaşlı uşaqlara qarşı əzab verməklə zorakılıq hərəkətləri etməsi insanlıq anlamına gəlmir. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə görə Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənn 60.2-ci maddəsinə görə valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Hazırki cinayət işinin materiallarından görünür ki, Çinarə Rüstəmiva qeyri-rəsmi yaşadığı təqsirləndirilən şəxs2 ilə birlikdə öz azyaşlı övladları zərərçəkmiş şəxslər Zəhra Rüstəmovun və zərərçəkmiş şəxs2 bir valideyn kimi onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına diqqət yetirməli olduğu halda bunları etməmiş, əksinə uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirərək onları döymüş və bədənlərinin müxtəlif nahiyələrinə qaşıqla damğa basaraq qeyd edilən cinayət əməllərini törətmişdir. Belə olan halda təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 ana və ya valideyn kimi hazırda təqsirləndirilən şəxs2 dünyaya gətirdiyi azyaşlı övladının tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına necə qayğı göstərəcəyi, ümumiyyətlə valideyn kimi həmin uşaq üzərində vəzifələrini hansı müsbət istiqamətdə aparacağı şübhə altına alır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, onun təqsirləndirilən şəxs2 dünyaya gətirdiyi azyaşlı övladı hazırda təqsirləndirilən şəxs2 anası, yəni qayınanası Mirvari xanımın yanında olduğuna görə belə olan halda kollegiya hesab edir ki, təqsirləndirilən şəxs1 real olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı hazırda nəzarətsiz, baxımsız qalmış yetkinlik yaşına çatmamış uşağı X2 həyat üçün zəruri olan tələbatının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına təmin edilməsi anası təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə qəyyumluq orqanı olan Gəncə şəhər Icra hakimiyyəti Başçısının yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına tapşırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1, yəni analarını bağışlamamışlar, onunla barışmamışlar və ondan şikayətçi olmuşlar. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin əməllərin ictimai təhlükəlilik dərəcəsini lazımi səviyyədə qiymətləndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 valideyn olması və himayəsində azyaşlı uşağın olmasını cəzanın icrasının təxirə salınmasına əsas kimi deyil, əksinə törədilmiş əməlin ictimai təhlükəliliyini daha da artıran hal kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası dedikdə, dövlətin cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin etməsi başa düşülür. CPM-nin 404-cü maddəsində qeyd edilir ki, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CPM-in 405.1 və 405.1.4-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki: -təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; -dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməklə Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cəzaya dair hissədə dəyişdirilməli, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) aya endirilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından dərhal həbs olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ######## 2026-cı il tarixdən hesablanmalı, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası real olaraq çəkilməlidir; -təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı hazırda nəzarətsiz, baxımsız qalmış yetkinlik yaşına çatmamış uşağı X2 həyat üçün zəruri olan tələbatının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına təmin edilməsi anası təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə qəyyumluq orqanı olan Gəncə şəhər Icra hakimiyyəti Başçısının yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya tapşırılmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü cəzaya dair hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində tətbiq olunmuş CM-nin 79.1-ci maddəsinə dair müddəalar hökmdən xaric edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4 və 133.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) aya endirilsin. təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, ## ######## 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı hazırda nəzarətsiz, baxımsız qalmış yetkinlik yaşına çatmamış uşağı X2 həyat üçün zəruri olan tələbatının Azərbaycan Respublikası dövlət büdcəsi hesabına təmin edilməsi anası təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə qəyyumluq orqanı olan Gəncə şəhər Icra hakimiyyəti Başçısının yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya tapşırılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis Idarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Istintaq Təcridxanasına həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar