Məhkəmə qərarları › İş №1(3-7)-258/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-258/2026

11.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-258/2026 11.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 və məhkum təqsirləndirilən şəxs3 müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 177.2.1, 317-2.1 və 326.2-ci maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından tərəfindən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsinin binasında ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 177.2.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi məhkum təqsirləndirilən şəxs3 buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatətində sağlamlığında psixoloji və nevroloji durumunun pisləşməsi və uzun müddət depresiya vəziyyətində olması ilə əlaqədar hökmdən cinayətprosessual qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vaxtında verə bilmədiyini göstərib vəsatətinin təmin olunmasını xahiş etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən məhkum təqsirləndirilən şəxs3 tərəfindən verilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan məhkum apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səhhətində olan problemlərlə əlaqədar olaraq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2018-ci il tarixli hökmündən apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Odur ki, şikayətində göstərilən halı üzrlü səbəb kimi nəzərə alaraq şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Bahadur Məmmədəliyev apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etməklə hökmdən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin icraata götürülərək baxılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, məhkumun cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və verilmiş apellyasiya şikayətindən məlum olur ki, məhkum təqsirləndirilən şəxs3 barəsində olan hökm ##.##.2018-ci il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmişdir. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, məhkum ## ### 2018-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmün surətini almışdır (bax İ cild. i.v.61) Bundan sonra, məhkumun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə imzalanaraq məhkəməyə göndərilmiş, ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 8 (səkkiz) ilə yaxın müddət sonra şikayət vermiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət ötürülmüşdür. CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayətinin vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkumun hökmdən apellyasiya şikayətini vaxtında verə bilməməsini məhz səhhətində olan problemlərlə əlaqədar göstərməsi onun apellyasiya şikayətini 8 (səkkiz) ilə yaxın müddət sonra verməsinə və ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas vermir. O, keçən müddət ərzində kifayət qədər vaxt və imkana malik olmuş, onun hökmdən apellyasiya şikayəti verməsini istisna edə biləcək üzrlü hər hansı hal isə iş materiallarında aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2018-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək hökmün cəzaya aid hissədə dəyişdirilməsi və təqsirləndirilən şəxs3 barəsində qəti olaraq 20(iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum təqsirləndirilən şəxs3 və müdafiəçisi Zabil Qəhrəmanov tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2018ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkum təqsirləndirilən şəxs3 barəsində əməlin tövsifi və cəzaya aid məsələlər həll edilmişdir. Apellyasiya məhkəməsi şikayətin verilmə müddətinin bərpa olunması üçün əsaslar görmür və hesab edir ki, müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(088)-34/2018 nömrəli qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar