Məhkəmə qərarları › İş №1(3-7)-259/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-259/2026

26.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-259/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, Məhkum Həsənov İntiqam Zahid oğlunun və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 oğlunun iştirakları ilə, Həsənov İntiqam Zahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum İ.Z.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Gəncə Şəhər Məhkəməsinin (hakim X.Q.Tağıyev) ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ##.##.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 1(066)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Daşkəsən rayon İcra və Probasiya şəbəsi rəisinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmiş, işləməyən, Daşkəsən rayonu, Bayan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan Həsənov İntiqam Zahid oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Həsənov İntiqam Zahid oğlunun ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək və ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Həsənov İntiqam Zahid oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanması, Həsənov İntiqam Zahid oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ##.##.1966-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Bayan kəndində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü8.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs1 ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxs- mülki iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, Həsənov İntiqam Zahid oğlundan və təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs2 cinayət nəticəsində vurulmuş maddi zərərə görə 36.665 (otuz altı min altı yüz altmış beş) manat pulun müştərək qaydada tutularaq zərərçəkmiş şəxs2 verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, Həsənov İntiqam Zahid oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını təkrarən aldatma və etibardan sui istifadə etməklə xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus evdə təmir işləri aparmaq üçün tikinti materiallarının alınması adı ilə ## ######## 2023-cü il tarixdə, Gəncə şəhəri Museyib Bağırov küçəsində zərərçəkmiş şəxs2 20.000 manat nağd pulunu, bundan başqa 2023-cü ilin sentyabr ayından ##.##.2024-cü il tarixinədək olan müddət ərzində onun və təqsirləndirilən şəxs1 göndərdikləri 4169-73******2610 və 4169- 73********** nömrəli kart hesablarına hissə-hissə terminaldan köçürmə yolu ilə cəmi 16.765 manat pulunu, ümumilikdə isə, zərərçəkmiş şəxs2 xeyli miqdarda yəni, 36.765 (otuz altı min yeddi yüz altmış beş) manat pulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 Daşkəsən rayonunda yerləşən “xxxx” QSC-nə işə düzəltməsi adı ilə zərərçəkmiş şəxs1 ## ####### 2023-cü il tarixdə ilkin olaraq Gəncə şəhəri “daş körpü” adlanan yerdə 400 manat, sonra isə ## ####### 2023-cü il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Əminə” marketin yaxınlığında 400 manat nağd pulunu, ümumilikdə isə 800 (səkkiz yüz) manat pulunu vahid niyyətlə ələ keçirməklə, onun mədənə işə düzəlməsi üçün heç bir hərəkət etməyərək, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 Daşkəsən rayonunda yerləşən “xxxx” QSC-nə işə düzəltməsi adı ilə ## #### 2024-cü il tarixdə Gəncə şəhəri Zülfü Hacıyev küçəsində “xxxx” yaxınlığında zərərçəkmiş şəxs3 1200 (min iki yüz) manat nağd pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirərək, dələduzluq etmişdir. Belə ki o, tanışı Həsənov İntiqam Zahid oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus evdə təmir işləri aparmaq üçün tikinti materiallarının alınması adı ilə ## ######## 2023-cü il tarixdə, Gəncə şəhəri Museyib Bağırov küçəsində zərərçəkmiş şəxs2 20.000 manat nağd pulunu, bundan başqa, 2023-cü ilin sentyabr ayından ##.##.2024-cü il tarixinədək olan müddət ərzində onun və İntiqam Həsənovun göndərdikləri 4169-73******2610 və 4169- 73********** nömrəli kart hesablarına hissə-hissə terminaldan köçürmə yolu ilə cəmi, 16.765 manat pulunu, ümumilikdə isə, zərərçəkmiş şəxs2 xeyli miqdarda yəni, 36.765 (otuz altı min yeddi yüz altmış beş) manat pulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum İ.Z.Hasənov apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkum İ.Z.Həsənov apellyasiya şikayətini qısa şəkildə onunla əsaslansırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin hökmünü ədalətli hesab etmir. Məhkum İ.Z.Həsənov məkəmə kollegiyasının ilkin baxış iclasında apellyasiya şikayətini dəqiqləşdirərək himayəsində azyaşlı uşaqlarının olmasını və ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb cəzasının yüngülləşdirilməsini xahiş etdi. İş üzrə dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər məhkum tərəfindən və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətin dəlillərinə uyğun çıxış etdi, şikayətin təmin edilməsini və məhkumun himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum İntiqam Həsənov verdiyi apellyasiya şikayətini müdafiə etdi, himayəsində iki azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmadığını, ona görə də, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 məhkumun apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi. Odur ki, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə iş üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayətində təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum İ.Z.Həsənovun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Məhkum İ.Z.Həsənovun əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, digər məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası məhkumun əməlinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, İ.Z.Həsənovun təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətdə təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmiş, yalnız cəzanın yüngülləşdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında" ## ###### 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, məhkumun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə elektron informasiya sistemindən çıxarışdan görünüdüyü kimi məhkum İ.Z.Həsənovun himayəsində iki azyaşlı uşağı vardır. CM-nin 59.1.4-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal hesab edilir. Birinci instansiya məhkəməsinin hökmündən isə görünür ki, İ.Z.Həsənovun himayəsində iki azyaşlı uşağının olması məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumun himayəsində iki azyaşlı uşağının cəzanı yüngülləşdirən hal kimi nəzərə almamasını qanunun tələbinin(CM-nin 58.3-cü maddəsi) pozuntusu kimi qiymətləndirir. Lakin, bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə həmin hal məhkuma münasibətdə cəzanı yün-güllşdirən hal kimi nəzərə alınsa belə, bu birinci instansiya məhkəməsinin hökmü ilə məh-kuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi qeyd edilən halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almasa da, məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, cinayəti birgə iştirakçılıqla tördədilməsini, cinayəti törədilməsində məhkumun iştirakının xarakterini və dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə müəyyən edilmiş digər halları, xüsusən də zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə belə cəhd göstərməməsi kimi halları nəzərə alaraq məhkuma göstərilən həddə azadıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma həm növü, həm də həddi baxımından ədalətli cəza təyin edilmişdir. Məhkuma təyin edilmiş cəzanın həddinin azaldılması və ya təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsi, habelə CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzanın yüngülləşdirilməsi və cəzanın şərti tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Odur ki, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, İ.Z.Həsənovun barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın yüngülləşdirilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkum İ.Z.Həsənov azadlıqdan məhrum etmə cəzasını birinci instansiya məhkəməsinin təyin etdiyi həddə və real olaraq çəkməlidir ki, cəmiyyətdə sosial ədalət bərpa olunsun, eləcə də həm o, həm də digər şəxslər yeni cinayətlər törətməkdən çəkinsinlər. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin olunmuş cəza şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunun yuxarıda qeyd edilən müddəalarında təsbit edildiyi kimi cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü Həsənov İntiqam Zahid oğluna aid hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, CPM-nin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Həsənov İntiqam Zahid tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Həsənov İntiqam Zahid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü Həsənov İntiqam Zahid oğluna aid hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdiril-mədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar