Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-260/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1 oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi barədə həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında ilkin məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsindən CM-nin 228.1-ci maddəsinə, CM-nin 229.2.2-ci maddəsindən 229.1-ci maddəsinə tövsif edilmiş, o, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu ilə o, qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti müəyyən edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti və protesti verilmədiyi üçün ## #### 2026-cı il tarixdə hökm qanuni qüvvəsini almış və icra olunması üçün Ağstafa rayon Icra və Probasiya şöbəsinə göndərilmişdir. ## #### 2026-cı il tarixdə Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət daxil olmuşdur. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı (hakim Natiq Abbasov) qərarı ilə vəsatət təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən apellyasiya protestinin vermə müddəti bərpa edilməmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Məhkəmənin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək hökmdən apellyasiya protesti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul olunması xahiş edilmişdir. Protest onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından göründüyü kimi məhkəmə hökmün surətini 3 gün müddətində təqdim etməli olduğu halda bunu etməmiş, ## #### 2026-cı il tarixli hökm çıxarıldıqdan 20 gün sonra ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sisteminə yüklənmişdir. Bu hal apellyasiya protesti verilməsi müddətinin üzrlü olaraq buraxılmasına dəlalət edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və protestin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi (vəkil) Türkanə Qurbanova apellyasiya protestinin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini öyrənib, apellyasiya baxışı zamanı həmin dəlillərə dair münasibəti dinləyib iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, apellyasiya protesti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, dövlət ittihamçısının vəsatəti təmin edilməli və prosessual müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti və protesti verilmədikdə, qanunda nəzərdə tutulan müddətin keçməsi hökmün və digər qərarların qüvvəyə minməsinə səbəb olsa da buna hüququ olan subyektləri apellyasiya şikayəti və ya apellyasiya protesti vermək imkanından məhrum etmir. Belə ki, yalnız müddətin ötürülməsi qeyd edilməklə şikayətin qəbul olunmasından imtina edilməsi əsaslı hesab oluna bilməz. CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunun tələbindən aydın olur ki, buraxılmış müddətin bərpası o halda mümkünsüz olardı ki, məhkəmə həmin müddətin buraxılma səbəbinin üzürsüz olduğuna əmin olsun və həmin müddətin bərpa olunması tərəflərin prosessual hüquq və mənafelərinin ciddi pozulması ilə nəticələnsin. Beləliklə, qanunda apellyasiya protestinin verilməsi üçün müddət və bu müddətin bərpa edilməsi üçün əsaslar nəzərdə tutulduğunu qeyd edən məhkəmə kollegiyası qanunun tələbindən kənara çıxmamaqla qeyd edir ki, apellyasiya protestinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən buraxıldığından bərpa olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hökm ## #### 2026-cı il tarixdə çıxarılmış, CPMnin 358.1-ci maddəsinə əsasən hökm elan olunduğu vaxtdan 3 gün müddətində dövlət ittihamçısına rəsmi qaydada təqdim olunmamış, eyni zamanda onun elektron kabinetinə yerləşdirilməmişdir. Həmçinin, apellyasiya protestinə əlavə olunmuş sənədin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dövlət ittihamçısının elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir (II cild, i.v.səh 64). Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmənin hökmünün qanunla müəyyən olunmuş vaxtda proses iştirakçısına rəsmi qaydada təqdim olunmaması həmin proses iştirakçısı tərəfindən hökmdən qanunla müəyyən olunmuş vaxtda apellyasiya şikayəti və ya protesti verilsə də belə həmin şikayətin və ya protestin dəlillərinin kifayət qədər əsaslandırılmamasına, eyni zamanda şübhə altında olduqları məhkəmə hökmü ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüquqlarından məhrum olunmalarına gətirib çıxaracaqdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü hesab edilərək bərpa olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsi haqqında Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qərarı ləğv edilsin. Buraxılmış prosessual müddətin bərpa edilməsinə dair dövlət ittihamçısının vəsatəti təmin edilsin və apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət bərpa edilsin. Cinayət işinin materialları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 388 və 389-cu maddələrinin tələblərinə əməl edilməsi üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-260/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-260/2026
10.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver