Məhkəmə qərarları › İş №1(3-7)-261/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-261/2026

02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-261/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkillər) müdafiəçi1 qızının və X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.3,133.2.4,133.2.6,145.2.4,145.2.5,145.2.6-cı maddələri ilə təqsirli bilinməsinə dair Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Natiq Abbasov) ##.##.1996-cı il tarixdə Ağstafa rayonu Sadıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu, Sadıqlı kəndində qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.3,133.2.4,133.2.6-cı maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 145.2.4,145.2.5,145.2.6-cı maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin əvvəli ## ##### 2025-ci il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs əmisi oğlu X1 və əmisi X2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs onun əmisi oğlu X1 döyərək təhqir etməsi ilə bağlı bir neçə gün əvvəl etdiyi hərəkətlərə görə Zərərçəkmiş şəxs cəzalandıraraq qisas almaq məqsədilə ümumi niyyətlə əhatə edilən qəsdlə əmisi X2 Zərərçəkmiş şəxs oğlu Turan Nəsibli ilə barışdırmaq üçün qonaqlıq verəcəyi bəhanəsilə aldadıb ##.##.2025ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs Ağstafa rayonunun Sadıqlı kəndində yerləşən əmisi Şəmkirin yaşadığı evə gəlməsinə nail olduqdan sonra, həmin tarixdə saat 18 radələrinədək əmisi oğlu Turan Nəsibli və Zərərçəkmiş şəxs hər ikisi birlikdə yemək yeyərək spirtli içki qəbul etdikdən sonra əmisi Şəmkir Nəsibov əvvəlcədən planlaşdırdıqları kimi saat 18 radələrində yaşadığı evə gəlmiş və bundan sonra əmisi Şəmkir Nəsibov həmin evin qonaq otağında ümumi niyyətlə əhatə edilən qəsdlə oğlu Turan Nəsibli və Zərərçəkmiş şəxs arasında olan münaqişəni sorğu-sual edərək təyinatı istintaqa məlum olmayan bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs baş nahiyyəsinə, əmisi oğlu Turan Nəsibli isə Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə təpik və yumruqla vurmuş, həmin vaxt plana uyğun olaraq O, otağa daxil olaraq özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən kəndirlə Zərərçəkmiş şəxs qolunu bağlayaraq aşkar surətdə köməksiz vəziyyətə salıb qanunsuz azadlıqdan məhrum etdikləri Zərərçəkmiş şəxs qarşı sonuncunun psixi istirablar keçirərək onu döyməmələri, nalayiq söyüşlər söyməmələri və buraxmaları ilə bağlı yalvarışlarına məhəl qoymadan hər üçü əxlaq normalarına zidd zorakı hərəkətlərini təxminən 2 saat müddətində davam etdirib sonuncunun özünə və yaxın qohumlarının ünvanına nalayiq söyüşlər söyə-söyə, eləcə də Zərərçəkmiş şəxs özünə qarşı nalayiq sözlər işlətməyə məcbur edərək mütamadi olaraq əmisi Şəmkir Nəsibov əlindəki bıçaqla Zərərçəkmiş şəxs başına, əmisi oğlu Turan Nəsibli və O, isə yumruq, təpik və ağacla bədəninin müxtəlif hissələrinə vuraraq güclü fiziki ağrı yetirmiş, Turan Nəsibli isə eyni zamanda, cinsiyyət orqanını çıxarıb qolu bağlı vəziyyətdə olan Zərərçəkmiş şəxs başına təbii ehtiyacını ödəmiş, qabaqcadan planlaşdırdıqları kimi həmin hərəkətləri O və əmisi oğlu Turan Nəsibli istintaqa məlum olmayan mobil telefonla video çəkilişə almış, bundan sonra evin həyətinə düşürərək qolunu açmış, səs-küyü eşidərək həmin evin həyətinə gəlmiş həmkəndliləri şahid5 məxsus VAZ 2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyaraq təhvil vermək məqsədi ilə yaxınlıqda yerləşən meşəlik sahəyə aparıb oradan buraxmaqla Zərərçəkmiş şəxs sağ gözün altüst səthində hematomalı qançır, sağ gözün ağlı qişasına qansızma, tor görmə, burnun əsasında, sol baldırın orta 1/3-də, sol kürəkaltı nahiyyəsində sıyrıqlar, sağ kürək nahiyyəsində qançır, sol gicgah-təpə nahiyyəsində 4 ədəd, sağ budun orta 1/3-nün tış səthində 2 ədəd səthi əzilmiş yaralar və sol əlin baş və birinci barmağın ortasında, sağ əlin 3-4-5-ci barmaqlarının uc falanqalarının iç səthində səthi və kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və yüngül xəsarətlər yetirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qarşı işgəncə verməklə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, mütəmadi döymək və zorakı hərəkətlərlə gücli fiziki və psixi izdirablar verməklə əzab vermiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor və silah kimi istifadə edilən əşya tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmə əməlini törətmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və barəsində ədalətli qərarın qəbul etməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəmə baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri şikayətin dəlillərini dəqiqləşdirərək göstərdilər ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ya CM-nin 62-ci maddəsinin müddəalarının, ya da hökmlə təyin olunmuş cəzanın şərti olaraq çəkilməsi barədə CM-nin 70-ci maddəsinin müddəalarının tətbiq edilməsini xahiş etdilər. X6 əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışmış, əməlindən peşmandır, ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmiş, həmçinin hadisə zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətləri nəticəsində daha dəqiq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən qisas almaq məqsədilə ilə başlanmışdır. Odur ki, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətin dəlillərini müdafiə edərək müdafiəçisinin dedikləri ilə razı olduğunu göstərdi. Apellyasiya məhkəmə baxışında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, şikayət əsaslıdır və şikayətin təmin olunmasını xahiş edərək təqsirləndirilən şəxslə barışdığını göstərmişdir. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş cəza kifayət qədər ədaləlidir, ona görə də şikayətin təmin olunmamasını və hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Məzahir Ağdamiyə istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini, istintaq hərəkəti protokolları, şahid ifadələri, maddi sübutlar, ekspert rəyi və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməllərində CM-nin 133.2.3,133.2.4,133.2.6,145.2.4,145.2.5,145.2.6-cı maddələrinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-nin 133.2.3,133.2.4,133.2.6-cı maddələrinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. CM-nin 145.2.4,145.2.5,145.2.6-cı maddələrinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Iş materiallarında olan DIN-nin BƏSII-dən daxil olmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancının 20 faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Ağstafa Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Daha sonra o, Ağstafa Rayon Məhkəməsinin ## ######## 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətə müddətə islah işləri cəzası ona Ağstafa rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası ilə qismən birləşdirilməklə, o, qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 02 (iki) ay 16 (on altı) gün müddət, həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə üç gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış, üzərində aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 10 (on) ay 12 (on iki) gün müddətə islah işləri cəzası saxlanılmışdır. ##.##.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin müxtəlif maddələri ilə cinayət törətmiş, məhkum olunmuş və törətdiyi cinayətlərə görə barəsində islah işləri cəzasının təyin edilməsinə baxmayaraq, onun məhkumluğu ödənilsə də belə, bu xüsusatlar onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini, əməlindən peşman olmadığını, zərərçəkmiş şəxsin onun əmisi oğlunu döyüb təhqir edərək videoya çəkdiyi və paylaşdığı üçün o da zərərçəkmiş şəxsdən qisas almaq məqsədi ilə bu əməlləri törətdiyini göstərmişdir. Işin hallarından göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında uzun müddətdir davam edən qisas motivi nəticəsində Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini bir qrup şəxs halında törətmiş, ona görə də onun törətdiyi cinayət əməllərindən peşman olması iş materialında olan sənədlərdən öz təsdiqini tapmır. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış və əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində düzgün olaraq hər iki maddələr üzrə aşağı həddə - qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi müxtəlif cinayətlərə görə məhkumluğu ödənilsə də belə, o, yenidən CM-nin müxtəlif maddələri ilə cinayət törətmiş, bununla da onun kriminal meyilli şəxs olduğunun və islah yoluna qədəm qoyması onun hərəkətlərindən və iş materialında olan sənədlərdən inandırıcı görünmür. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi və ya barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilərək hökmlə təyin olunmuş cəzanın şərti cəzanın təyin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar