Azərbaycan Respublikası adından Hökm Gəncə şəhəri İş № 1(3-7)-262/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X11 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (sədrlik edən Heyran Mürsəlova) hökmü ilə ##.##.1988-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə və narkomaniyadan məcburi müalicə təyin olunmuş və ##.##.2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli amnistiya qərarında əsasən azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Ximətin * saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə olunması, narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmış, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi təqsirli bilinərək təklif edilən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. İşin halları İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən, o istintaqa məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 213,53 qram təşkil edən, eyni tərkibli, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 13 ədəd ayrı-ayrı gümüşü rəngli kağız bükümlərə bölüb təmiz çəkiləri 0,40 qram, 0,26 qram, 0,39 qram, 0,34 qram, 0.33 qram, 0,59 qram, 0,42 qram, 0,43 qram, 0,37 qram, 0,34 qram, 0,43 qram, 0,28 qram, 0,40 qram olmaqla ümumi təmiz çəkisi 4,98 qramını qara rəngli qış gödəkçəsinin sol yan cibindəki bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda qanunsuz olaraq saxlayaraq daşımış, qalan 208,55 qramını isə yaşadığı ünvan 1 ünvanında yerləşən evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisində, üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisində qanunsuz olaraq saxlamış, ## ###### 2026-cı il tarixdə saat 13:05-də Ağstafa RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Nizami küçəsində * saylı ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq həmin tarixdə saat 14:13- dən saat 14:45-dək olan vaxt ərzində saxlandığı yerdə üzərinə və yaşadığı evə baxış aparılan zaman bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda olan 13 ədəd gümüşü rəngli kağız bükümlərdə olan ümumi təmiz çəkisi 4,98 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən, qalan 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin ünvanda yerləşən yaşadığı evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisindəki üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan özü istifadə etmək üçün ayrı-ayrı bükümlərdə təmiz çəkisi 213,53 qram təşkil edən, eyni tərkibli, çətənə birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 13 ədəd ayrı-ayrı gümüşü rəngli kağız bükümlərə bölüb təmiz çəkiləri 0,40 qram, 0,26 qram, 0,39 qram, 0,34 qram, 0.33 qram, 0,59 qram, 0,42 qram, 0,43 qram, 0,37 qram, 0,34 qram, 0,43 qram, 0,28 qram, 0,40 qram olmaqla ümumi təmiz çəkisi 4,98 qramını qara rəngli qış gödəkçəsinin sol yan cibindəki bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda qanunsuz olaraq saxlayaraq daşımış, qalan 208,55 qramını isə yaşadığı ünvan 1 ünvanında yerləşən evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisində, üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisində qanunsuz olaraq saxlamış, ## ###### 2026-cı il tarixdə saat 13:05-də Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Nizami küçəsində * saylı ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq həmin tarixdə saat 14:13-dən saat 14:45-dək olan vaxt ərzində saxlandığı yerdə üzərinə və yaşadığı evə baxış aparılan zaman bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda olan 13 ədəd gümüşü rəngli kağız bükümlərdə olan ümumi təmiz çəkisi 4,98 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən, qalan 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin ünvanda yerləşən yaşadığı evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisindəki üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisindən aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından hökm ləğv edilməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddə ilə təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin əməlində narkotik vasitəni satış məqsədilə saxlama cinayətinin olmadığını əsaslandırmaq üçün göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatları boyunca verdiyi ifadələrində narkotik vasitələrin istehlakçısı olduğunu bildirərək, satış məqsədi ilə narkotik vasitələri əldə edib saxlamasını və daşımasını inkar etmişdir. Həmçinin istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə islintaqı zamani vermiş olduğu ifadələrində göstərmişdir ki, narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin özünümüdafiə xarakteri daşımasını, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş mövqeyini nəzərə almamış, həmin ifadələri iş üzrə toplanmış digər sübutlarla müqayisəli və əlaqəli şəkildə təhlil etməmişdir. CPM-in sübutların qiymətləndirilməsinə dair tələblərinə əsasən, təqsirləndirilən şəxsin ifadəsi digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməli, onun məzmununun obyektiv hallarla nə dərəcədə uzlaşdığı araşdırılmalıdır. Məhkəmə isə təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istifadə məqsədilə əldə etməsi və saxlaması barədə müdafiə xarakterli ifadəsini əsas götürərək, bu mövqeyi təkzib edən faktiki hallara hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərində deyil, yaşadığı evdən kənarda üzərində ayrı-ayrı 13 bükümdə marixuananın aşkar edilməsi, narkotik vasitənin istifadəyə hazır şəkildə hissələrə bölünməsi, onun saxlanma üsulu və yeri bu narkotik vasitənin satış məqsədilə saxlanılmasına dəlalət edən mühüm hallardan biri olduğu halda, məhkəmə həmin sübutlara lazımi hüquqi qiymət verməmiş, onları təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadəsi ilə müqayisəli təhlil etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini əvvəlcədən üstün sübut kimi qəbul etmiş, onun doğruluğunu işin digər obyektiv halları ilə yoxlamadan nəticəyə gəlmişdir ki, bu da sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinin pozulması ilə nəticələnmişdir. Məhkəmə əməli tövsif edərkən nəzərə almamışdır ki, 13 ədəd xırda bükümdə birdəfəlik istifadə üçün qablaşdırılmış marixuana təqsirləndirilən şəxsin yaşadığı evdən, saxlanc yerindən və sair başqa bir yerdə deyil, onun gödəkçəsinin cibində, küçədə piyada hərəkət edərkən müəyyən edilmişdir. Bundan əlavə, onun yaşadığı evdə çarpayıdakı döşəyin altında da 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə aşkar edilmiş bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Əgər Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədi ilə saxlamasaydı, nəyə görə eyni tərkibli ümumi çəkisi 213,53 qram təşkil marixuananı 13 ədəd xırda bükümdə üzərində gəzdirmiş, qalan 208,55 qramını isə yaşadığı evdə döşəyin altında saxlamışdır?! Əgər onun yaşadığı evdə marixuanını saxlamaq üçün nəzərdə tutduğu yer - yataq otağında çarpayıdakı döşəyin altında yer var idisə, nəyə görə o, polis əməkdaşları tərəfindən yaxalanma ehtimalı olduğunu bilə-bilə çoxsaylı bükümləri üzərində gəzdirirdi?! Məhkəmə həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən mühüm hallara da lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satış məqsədilə saxlanılması ilə bağlı cinayət törətdiyinə görə məhkum olunmuşdur. Bu hal öz-özlüyündə onun təqsirini təsdiq edən sübut olmasa da, iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirildikdə, təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istehlak məqsədilə saxlaması barədə müdafiə xarakterli ifadəsinin inandırıcılığını əhəmiyyətli dərəcədə zəiflədir. Məhkəmə isə həmin halı digər sübutlarla birlikdə qiymətləndirməmiş, əvvəlki məhkumluğun iş üzrə sübutların qiymətləndirilməsinə təsir edə biləcək əhəmiyyətini nəzərə almamışdır. Bundan başqa, təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunduğundan, narkotik vasitələrin satış məqsədilə saxlanılmasını xarakterizə edən əlamətlərin hüquqi əhəmiyyətini bilməyə bilməzdi. Bu səbəbdən də, yaşayış yerindən kənarda, küçədə. üzərində satış üçün xarakterik olan 13 ayrı-ayrı bükümdə marixuananın aşkar edilməsinin onun əməlinin satış məqsədilə saxlama kimi qiymətləndirilməsi ehtimalını dərk etməli idi. Təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli cinayətə görə məhkum olunması nəzərə alındıqda, onun narkotik vasitənin 13 ayrı bükümdə qablaşdırılmasının və yaşayış yerinden kənarda saxlanılmasının satış məqsədi ilə saxlama kimi qiymətləndirilə biləcəyini bilməməsi inandırıcı hesab edilə bilməz. Bu hal da onun müdafiə xarakterli ifadəsinin etibarlılığını şübhə altına alan mühüm amillərdən biridir. Şahid qismində dindirilmiş Teymurov Azər İsrafil oğlu (##.##.2026-cı il tarixdə Ağstafa RPŞ-nin MSY-də qaraciyərin fibroz ve sirrozla müşayiət olunan toksiki zədələnməsi diaqnozu ilə vəfat etmişdir) ifadəsində göstərmişdir ki, təxminən bir ay bundan əvvəl cəzaçəkmə müəssisəsindən çıxmış, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. ## ###### 2026-ci il tarixdə axşam radələrində Ağstafa RPŞ-nin əməkdaşları Ağstafa şəhərində olarkən ona yaxınlaşmış və üzərində saxladığı marixuananı aşkar etmişdirlər. Daha sonra o, ətraflı araşdırma aparılması üçün Ağstafa RPŞ-nə gətirilmişdir. O, üzərinden aşkar edilmiş narkotik vasitə marixuananı öz şəxsi tələbatı üçün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs tanıyır. Onun Samirlə münasibətləri yaxşı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onunla eyni vaxtlarda Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cəzaçəkmə müəssisəsində olmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs yenidən narkotik vasitələrin satışını həyata keçirməsi barədə şəhərdə gedən söhbətləri eşitmişdir. Təqsirləndirilən şəxs yaşadığı məhlədən keçən zaman o, onunla qarşılamış və söhbət etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs Ağstafa şəhəri Qarabağ məhəlləsində yaşayan əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuş Həbib adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Telefon əlaqəsi zamanı Həbib Samirdən marixuana almaq istədiyini bildirmişdir. Samir da ona marixuana sata biləcəyini bildirmişdir. Həmçinin, şahid qismində dindirilmiş şahid1 ifadəsində qeyd etmişdir ki, hal-hazırkı vaxtadək o, Azərbaycan Respublikası CM-nin 144, 177, 234.1 və 221-ci maddələri ilə 4 dəfə məhkum olmuşdur. Sonuncu dəfə ## ###### 2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən çıxmışdır. Həmin tarixdən bugünədək o heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ilə 2023-cü il tarixdə 2025-ci il tarixədək eyni cəzaçəkmə müəssisəsində olmuşdur. Onun Təqsirləndirilən şəxsla yaxın münasibəti olmayıb bundan başqa onunla düşmənçilik münasibəti də olmayıb. O, Teymurov Azər İsrafil oğlunu da cəzaçəkmə müəssisəsindən tanıyır. Azərlə onun arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Azər Teymurovun ifadəsində bildirdiyi fikirlərlə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin dekabr ayında cəzaçəkmə müəssisəsində çıxmışdır. Həmin tarixdən bugünədək o, Samirlə heç bir şəkildə əlaqə saxlamamış və ondan narkotik vasitə almamışdır. Narkotik vasitə almaq üçün o, Təqsirləndirilən şəxsla qəti şəkildə danışıqlara getməmişdir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan hal-hazırkı vaxtadək də narkotik vasitədən istifadə etməmişdir. Azər Teymurovun onun barəsində bildirdiyi fikirlər şər böhtan xarakterlidr. Azərin nə səbəbə bu cür ifadə verməsi haqqında heç bir fikri yoxdur. Şahid qismində əlavə dindirilmiş şahid1 Təqsirləndirilən şəxsla olan münasibətlərinə və telefon danışıqlarına aydınlıq gətirərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2025-ci ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra onunla bir tanış kimi bir neçə dəfə telefon əlaqəsi saxlamış, bu danışıqlar yalnız hal-əhval tutmaq xarakteri daşımışdır. "xxxx" MMC-nin ##.##.2026-cı il tarixli məlumatında əks olunan, özünə məxsus 055-262-78-01 nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon arasında baş tutmuş 5 telefon əlaqəsi faktı ilə bağlı o, bildirmişdir ki, bu söhbətlər zamanı narkotik vasitələrin əldə edilməsi barədə heç bir müzakirə aparılmamışdır. O, əvvəlki izahatında Təqsirləndirilən şəxsla heç bir əlaqəsinin olmadığını qeyd edərkən məhz narkotik vasitələrin alqı-satqısı ilə bağlı hər hansı ünsiyyətinin olmasını nəzərdə tutduğunu vurğulamışdır. Bununla yanaşı, iş üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq göstərilmişdir ki. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs ## ###### 2025-cı i tarixdə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı dəfələrlə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələri nə zaman hansı şəraitdə və kimdən əldə etməsi, eləcə də əldə etdiyi narkotik vasitələri kimlərə satması barədə tərəfimizdən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq apellyasiya protestinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini müdafiə etdi və həmin dəlillərə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünün məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi təqsirli bilinərək təklif edilən həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etdi. Cinayət işində olan sübutlar: İş materiallarında olan ## ###### 2026-cı il tarixli şübhəli şəxsin üstünün yoxlanması və yaşadığı evə baxış keçirilməsi barədə tərtib olunmuş protokoldan görünür ki, ## ###### 2026cı il tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli silindr şəkilli, qapaqlı plastik qutuda olan 13 ədəd gümüşü bükümdə ümumilikdə çəkisi 9.62 qram, yaşadığı evin yataq otağındakı yatdığı çarpayının baş tərəfindəki döşəyin alt hissəsində saxladığı üzərində "Expargo" yazılan polietilen torbanın içərisindəki üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisindən isə ümumi təmiz çəkisi 225 qram qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış və götürmə hərəkəti videoçəkilişlə aparılmış və “DVD" diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının ##.##.2026-cı il tarixli, **/*** nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr" yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd plastik qutuda olan 13 (on üç) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,40 qram, 0,26 qram, 0,39 qram, 0,34 qram, 0,33 qram, 0,59 qram, 0,42 qram, 0,43 qram, 0,37 qram, 0,34 qram, 0,43 qram, 0,28 qram, 0,40 qram, ümumi təmiz çəkisi 4,98 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. Tədqiqata təqdim olunmuş sellofan paketdəki təmiz çəkisi 208,55 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr" yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədər plastik qutuda olan 13 (on üç)ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri. 0,40 qram, 0,26 qram, 0,39 qram, 0,34 qram, 0,33 qram, 0,59 qram, 0,42 qram, 0,43 qram, 0,37 qram, 0,34 qram, 0,43 qram, 0,28 qram, 0,40 qram, ümumi təmiz çəkisi 4,98 qram olan qurudulmuş marixuana və sellofan paketdəki təmiz çəkisi 208,55 qram olan qurudulmuş marixuana, eynidirlər. Marixuana (kannabis) ## #### 2005-ci il tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıya (1-ci siyahı) daxildir. İbtidai istantaq zamanı şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, o, hazırda Ağstafa Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində, R rütbəsi ilə xidmət edir. O, Ağstafa şəhəri, Nizami küçəsində yaşayan və əvvəllər bir neçə dəfə məhkum olunmuş Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıdığını, onunla hər hansı düşmənçilik və ya yaxın münasibətinin olmadığını bildirmişdir. ## ###### 2026-cı il tarixdə saat 10 radələrində Ağstafa Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün komandir müavini, R X8 Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında o, raport tərtib edərək RPŞ rəisinin müavini, polis Rı X9 məruzə etmiş, şöbə rəhbərliyinin əmri ilə dərhal əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə özü ilə yanaşı, əməliyyat müvəkkili şahid5, polis nəfərləri Mehman Yusilov, şahid3, şahid4 və kriminalist Vüsal İbrahimli daxil edilmişdir. ## ###### 2026cı il tarixdə saat 13:05-də Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında əməliyyat qrupun üzvləri tərəfindən saxlanılmışdır və bu barədə dərhal əməliyyat qrupunun digər üzvlərinə məlumat verilmişdir. Əməliyyat qrupunun digər üzvlən gəldikdən sonra kriminalist Vüsal İbrahimli tərəfindən videoçəkiliş tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman, o, gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli silindr şəkilli, qapaqli plastik qutuda olan 13 ədəd gümüşü bükümdə olan qurudulmuş marixuananı könüllü təqdim etmişdir. Həmin kütlələr ağ rəngli kağız zərfin içərisine qoyularaq elektron tərəzidə çəkilmiş, zərflə birlikdə çəkisinin 9.62 qram olduğu müəyyən edilərək saxlanıldığı qabı ilə birlikdə qablaşdırılmışdır. Şəxsin üzərindən çıxan 70 manat nağd pul və alışqan sübut əhəmiyyəti daşımadığı üçün özünə qaytarılmışdır. Bundan sonra. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun və CPM-nin tələblərinə uyğun olaraq verilmiş qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yataq otağında, döşəyin altından "Expargo" yazılı polietilen torbada iki ədəd üzərində "Faberlic" yazılan silindr şəkilli plastik qutu aşkar edilmişdir. Həmin qutuların içərisində olan marixuana kütləsi qablaşdırma ilə birlikdə 0.225 kq (225 qram) çəkidə müəyyən edilərək möhürlənmişdir. Bütün prosessual hərəkətlər sənədləşdirildikdən sonra materiallar araşdırılması üçün təhqiqatçı Azər Əliyevə təqdim edilmiş, videoçəkiliş və maddi sübutlara hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da onun həmin narkotik vasitələri konkret olaraq kimlərə satdığını müəyyən etmək mümkün olmamış, bu barədə əməliyyat-axtarış tədbirləri hazırda davam etdirilir və hələlik bu istiqamətdə konkret nəticə əldə olunmamışdır. Bundan başqa ilkin sənədləşmədə qeyd olunan 9.62 qram və 225 qram çəkilər narkotik vasitələrin qablaşdırma materialları (siqaret kağızı, plastik qutular və torba) ilə birlikdə olan ümumi çəkisidir. Məhkəmə-Kimyəvi Ekspertizasının rəyində göstərilən 4.98 qram və 208.55 qram çəkilər isə həmin vasitələrin hər bir kənar elementdən azad olunmuş xalis çəkisidir. Aradakı çəki fərqi yalnız qablaşdırma materiallarının ağırlığı ilə əlaqədardır və narkotik maddənin həcmində hər hansı bir dəyişiklikdən söhbət gedə bilməz. İş üzrə şahid qismində dindirilmiş şahid5, şahid4 Hidayət oğlu, şahid3 və Hüseynov Mehman İntiqam oğlu şahid6 ilə eyniməzmunlu ifadələr verərək sonuncunun dediklərini təsdiqləmişdirlər. Şahid qismində dindirilmiş mərhum Teymurov Azər İsrafil oğlu ifadəsində bildirmişdir ki, hal-hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir işdə işləmir. O, təxminən bir ay bundan əvvəl cəzaçəkmə müəssisəsindən çıxmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmuşdur. ## ###### 2026-cı il tarixdə axşam radələrində Ağstafa RPŞ-nin əməkdaşları o, Ağstafa şəhərində olarkən ona yaxınlaşmış və üzərində saxladığı marixuananı aşkar etmişdirlər. Daha sonra o, ətraflı araşdırma aparılması üçün Ağstafa RPŞnə gətirilmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı öz şəxsi tələbatı üçün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs tanıyır. Onun Samirlə münasibətləri yaxşı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs onunla eyni vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cəzaçəkmə müəssisəsində olmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs yenidən narkotik vasitələrin satışını həyata keçirməsi barədə şəhərdə gedən söhbətləri eşitmişdir. Təqsirləndirilən şəxs yaşadığı məhlədən keçən zaman o onunla qarşılamış və söhbət etməyə başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs Ağstafa şəhəri Qarabağ məhəlləsində yaşayan əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuş Həbib adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Telefon əlaqəsi zamanı Həbib Samirdən marixuana almaq istədiyini bildirmişdir. Samir də ona marixuana sata biləcəyini bilairmişdir. Daha sonra o, həmin yerdən uzaqlaşmışdır. X4 ##.##.2026-cı il tarixdə saat 07:30-da Ağstafa RPŞ nin MSY-də qaraciyərin fibroz və sirrozla müşayiət olunan toksiki zədələnməsi diaqnozu ila vəfat etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında saat 10-11 arası polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Onun üzərində təxmini 12-13 büküm narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs öz üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Evə baxış keçirilən zaman o, iştirak etməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşan zaman o, hərəkət edirmiş və onları gördükdə qaçmağa çalışmamışdır. Təqsirləndirilən şəxs öz üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşan zaman onun ətrafında kimsə olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ibtida istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağstafa RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ## ###### 2026-cı il tarixdə post-patrul xidmətinin V Mirbaba Əliyevin məlumatı əsasında əməliyyat qrupu yaradılmış və hadisə yerinə gedilmişdir. Təqsirləndirilən şəxs evinə getməmişdən qabaq polis əməkdaşları onun evində də narkotik vasitənin saxlanılması ehtimal etmişlər. Bu səbəbdən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun yaşadığı bir mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmişdir. Evin mətbəx və yataq otağı kimi istifadə olunan otağına daxil olduqda, döşəyin alt hissəsində olan “Faberlic” qutusunun içərisində narkotik vasitə aşkarlanmışdır. Evin digər hissələrində isə heç bir narkotik vasitə aşkarlanmamışdır. Sonra maddi sübutla birlikdə təhqiqat bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitəni 8 il bundan əvvəl Bakı şəhərində tanımadığı şəxsdən əldə etmiş və öz istifadəsi üçün saxlamışdır. O, Təhqiqat Bölməsində də eyni məzmunlu ifadə vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları və Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən, Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya protestinin və şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunanlara görə apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və iş üzrə yeni hökm çıxarılmalıdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir, ona görə ki, o istintaqa məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 213,53 qram təşkil edən, eyni tərkibli, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 13 ədəd ayrı-ayrı gümüşü rəngli kağız bükümlərə bölüb təmiz çəkiləri 0,40 qram, 0,26 qram, 0,39 qram, 0,34 qram, 0.33 qram, 0,59 qram, 0,42 qram, 0,43 qram, 0,37 qram, 0,34 qram, 0,43 qram, 0,28 qram, 0,40 qram olmaqla ümumi təmiz çəkisi 4,98 qramını qara rəngli qış gödəkçəsinin sol yan cibindəki bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda qanunsuz olaraq saxlayaraq daşımış, qalan 208,55 qramını isə yaşadığı ünvan 1 ünvanında yerləşən evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisində, üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisində qanunsuz olaraq saxlamış, ## ###### 2026-cı il tarixdə saat 13:05-də Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Nizami küçəsində * saylı ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq həmin tarixdə saat 14:13- dən saat 14:45-dək olan vaxt ərzində saxlandığı yerdə üzərinə və yaşadığı evə baxış aparılan zaman bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda olan 13 ədəd gümüşü rəngli kağız bükümlərdə olan ümumi təmiz çəkisi 4,98 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən, qalan 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin ünvanda yerləşən yaşadığı evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisindəki üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisindən aşkar edilərək götürülmüşdür Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilsə də, birinci instansiya məhkəməsi həmin ittihamın sübutlarla öz təsdiqini tapmadığı qənaətinə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edib, həmin maddənin sanksiyası həddində cəzalandırılmalı olmasına dair yekun nəticə çıxarmışdır. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin əsas dəlili ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olduğu halda, birinci instansiya məhkəməsi onun əməlində narkotik vasitələri satmaq niyyətində olmasını təsdiq edən sübutların olmaması əsası ilə əməli düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etmişdir. Birinci instansiya məhkəməsi hökmdə əməlin tövsifi ilə əlaqədar gəldiyi nəticəni belə əsaslandırılmışdır ki, “istintaq satış məqsədinin mövcudluğuna əsasən narkotik vasitənin miqdarına, ayrı-ayrı bükümlərdə qablaşdırılmasına və əməliyyat məlumatlarına istinad etməklə əsaslandırmışdır. Lakin həmin hallar özlüyündə narkotik vasitənin məhz satış məqsədilə saxlanılmasına dair birmənalı nəticəyə gəlmək üçün kifayət hesab edilə bilməz. Mövcud olan sübutların məcmusu narkotik vasitənin qanunsuz əldə edilərək saxlanılmasını təsdiq etsə də, onun satış məqsədilə saxlanıldığını şübhədən kənar şəkildə sübuta yetirmir. Belə ki, cinayət işi materiallarında narkotik vasitənin konkret şəxslərə satılması, bu məqsədlə ayrı-ayrı bükümlərdə qablaşdırılması, satış məqsədilə təklif edilməsi, nəzarətli alış keçirilməsi, habelə satışdan əldə edilmiş pul vəsaitini aşkar olunması kimi halları təsdiq edən sübutlar mövcud deyildir”. Apellyasiya məhkəməsinin cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək, satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlin tövsifinə aydınlıq gətirməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * №-li Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin özünümüdafiə xarakteri daşımasını, cinayət məsuliyyətindən yayınmağa yönəlmiş mövqeyini nəzərə almamış, həmin ifadələri iş üzrə toplanmış digər sübutlarla müqayisəli və əlaqəli şəkildə təhlil etməmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istifadə məqsədilə əldə etməsi və saxlaması barədə müdafiə xarakterli ifadəsini əsas götürərək, bu mövqeyi təkzib edən faktiki hallara hüquqi qiymət verməmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərində deyil, yaşadığı evdən kənarda üzərində ayrı-ayrı 13 bükümdə marixuananın aşkar edilməsi, narkotik vasitənin istifadəyə hazır şəkildə hissələrə bölünməsi, onun saxlanma üsulu və yeri bu narkotik vasitənin satış məqsədilə saxlanılmasına dəlalət edən mühüm hallardan biri olduğu halda, məhkəmə həmin sübutlara lazımi hüquqi qiymət verməmiş, onları təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadəsi ilə müqayisəli təhlil etməmişdir. Məhkəmə əməlin tövsifini apararkən nəzərə almamışdır ki, 13 ədəd xırda bükümdə birdəfəlik istifadə üçün qablaşdırılmış marixuana təqsirləndirilən şəxsin yaşadığı evdən, saxlanc yerindən və sair başqa bir yerdə deyil, onun gödəkçəsinin cibində, küçədə piyada hərəkət edərkən müəyyən edilmişdir. Bundan əlavə onun yaşadığı evdə çarpayıdakı döşəyin altında da 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əməl CM-in 234.1-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs həmin narkotik vasitələri satış məqsədilə saxlamadığını və birinci instansiya məhkəməsində verdiyi ifadədə narkotik vasitəni sadəcə istifadə etdiyini bildirməsinə baxmayaraq hansı səbəbdən 13 ədəd xırda bükümdə ümumi çəkisi 4.98 qram təşkil marixuananı üzərində gəzdirməsinə məntiqli izah verə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, narkotik vasitələrdən gündəlik istifadə etdiyini bildirən Təqsirləndirilən şəxs üzərində 13 ədəd xırda bükümdə birdəfəlik istifadə üçün qablaşdırılmış marixuana saxlaması, qalan xeyli miqdarda- 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi və evdə saxlaması satış məqsədinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən cinayət işinin materiallarında olan sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinə uyğun olaraq bir-biri ilə müqayisə etməmiş, sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, Təqsirləndirilən şəxs əlində olan torbada aşkar edilib götürülmüş külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan əldə etməsi qənaətinə gələrək, nəticədə əsaslandırılmamış qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və birinci instansiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsində istinad etdiyi dəlillərlə müqayisəli surətdə tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin faktiki hallarına uyğun deyil, protestin dəlilləri isə əsaslıdır. Bununla da, məhkəmə kollegiyası müəyyən etdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 213,53 qram təşkil edən, eyni tərkibli, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək 13 ədəd ayrı-ayrı gümüşü rəngli kağız bükümlərə bölüb təmiz çəkiləri 0,40 qram, 0,26 qram, 0,39 qram, 0,34 qram, 0.33 qram, 0,59 qram, 0,42 qram, 0,43 qram, 0,37 qram, 0,34 qram, 0,43 qram, 0,28 qram, 0,40 qram olmaqla ümumi təmiz çəkisi 4,98 qramını qara rəngli qış gödəkçəsinin sol yan cibindəki bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda qanunsuz olaraq saxlayaraq daşımış, qalan 208,55 qramını isə yaşadığı ünvan 1 ünvanında yerləşən evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisində, üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisində qanunsuz olaraq saxlamış, ## ###### 2026-cı il tarixdə saat 13:05-də Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri Nizami küçəsində * saylı ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq həmin tarixdə saat 14:13- dən saat 14:45-dək olan vaxt ərzində saxlandığı yerdə üzərinə və yaşadığı evə baxış aparılan zaman bir ədəd ağ rəngli, qapaqlı plastik qutuda olan 13 ədəd gümüşü rəngli kağız bükümlərdə olan ümumi təmiz çəkisi 4,98 qram narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən, qalan 208,55 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə həmin ünvanda yerləşən yaşadığı evinin yataq otağındakı yatdığı çarpayının döşəyinin altında, üzərində "Expargo" yazılan polietilen torbanın içərisindəki üzərində "faberlic" yazısı olan iki ədəd plastik qabın içərisindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 399.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmü apellyasiya protestinə əsasən ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-cü maddəsi ilə təyin olunacaq cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * №-li Qərarının 27-ci bəndində göstərilir ki, Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il ## ###### tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə olunmuş rəsmi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Belə ki, Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ***/g nömrəli ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və yoldaşı- X5, oğlu- X1, oğlu-X2 adlı ailə üzvləri vardır. İş materiallarında olan ##.##.2026-cı il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində bu günədək sakinlər və qonşular tərəfindən nümayəndəliyə rəsmi və ya qeyri rəsmi şikayət və narazılıq daxil olmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsindən alınmış hökmə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş və ##.##.2012-ci ildə cəza müddəti başa çatdığı üçün müəssisənin qeydiyyatında çıxarılmış, Ağstafa rayon məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmiş, ##.##.2017- ci ildə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Şəki Ağır Cinayətlər məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə və narkotikdən məcburi müalicə təyin olunmuş və ##.##.2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli amnistiya qərarına əsasında azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin ##.##.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş və ##.##.2012-ci ildə cəza müddəti başa çatdığı üçün müəssisənin qeydiyyatında çıxarılmış, Ağstafa Rayon Məhkəməsinin ##.##.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmiş, ##.##.2017-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 04 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə və narkotikdən məcburi müalicə təyin olunmuş və ##.##.2025-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli amnistiya qərarına əsasında azad edilmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi olan 22 gün azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasından şərti azad edildiyi gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş yeni cinayət əməli törətmişdir ki, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq, Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası və residivə görə cəza təyin etmə haqqında CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni və ədalətli hesab edir və təyin olunan cəza müddəti ərzində onun islah olunmasını mümkün sayır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmaqdadır. Ağstafa Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli 4-(5- ***)-*/**** nömrəli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış ## #### 2026-cı il tarixli, *** nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93.1-1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinin tələblərinə əsasən barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyata alınması təmin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Proessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut olan- Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan məhkəmə bioloji ekspertizasından sonra qalıq qalmış 3,94 qram və 208,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 13 ədəd bükümlərin olduğu üzərində “Expargo” yazılı polietilen torba və həmin torbanın içərisində olan iki ədəd üzərində “fabrelic” yazısı olan plastik qutular məhv edilməli, narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Ağstafa Rayon Polis Şöbəsi və Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilməldir. Maddi sübut olan iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, X19, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ01360100000000003944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ**CTRE******************** saylı hesabına ödənilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397- 399, 405 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Apellyasiya protesti təmin edilsin Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmü ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. İş üzrə maddi sübut- Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan məhkəmə bioloji ekspertizasından sonra qalıq qalmış 3,94 qram və 208,47 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 13 ədəd bükümlərin olduğu üzərində “Expargo” yazılı polietilen torba və həmin torbanın içərisində olan iki ədəd üzərində “fabrelic” yazısı olan plastik qutular məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Ağstafa Rayon Polis Şöbəsi və Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. Maddi sübut olan iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün Hökm elan edildikdən dərhal sonra qüvvəyə minir. Hökmdən, Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsi ilə müəyyən edilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-262/2026
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-7)-262/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver