Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-263/2026 04.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İskəndərov Fuad İnqlab oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli (sədrlik edən Elçin Məmmədov) hökmü ilə ## ### 1974-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 13, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair verilmiş mülki iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İstintaq orqanı tərəfindən verilən ittihama görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə Zərərçəkmiş şəxs ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə özünü işgüzar, çox şaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 80.000 manat qarşılığında birgə Gəncə şəhərində kimyəvi təmizləmə yeri açacağını deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs vahid niyyətlə ## ###### 2019-cu il tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən Univermağın qarşısında 4.500 manat, ## ####### 2019-cu il tarixdə yaşadığı Gəncə şəhəri M.S.Ordubadi küçəsində 11.000 manat, ## ####### 2019-cu ildə Goranboy şəhərində yerləşən ABB bankın qarşısında 9.200 manat, ## ####### 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən İran Klinikasının qarşısında ərazisində 2.800 manat, ## ###### 2019-cu il tarixdə Gəncə şəhəri M.S.Ordubadi küçəsində 3.000 manat və 600 ABŞ dolları, ## ###### 2019- cu il tarixdə Gəncə şəhərində yerləşən X2rşısında 5000 manat və ## ###### 2019-cu il tarixdə Gəncə şəhəri, M.S.Ordubadi küçəsində 700 manat götürərək ümumilikdə 37.200 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, həm məhkəmə, həm də ibtidai istintaq zamanı əldə olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə üzrə təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Həmçinin hökmdən zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil apellyasiya şikayəti verərək bəraət hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişlər. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini tam rədd etsə də məhkəmədə onu təsdiq edən şahid ifadələrini kifayət qədər qiymətləndirməmişdir. Belə ki, məhkəmə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini, yəni bacısının 9200 manat bankdan kredit götürdüyünü və həmin pulu onun təqsirləndirilən şəxsə verməsini görməsini, şahid şahid6 ona 3000 manat borc pul verdiyini və bunu kimyəvi təmizləmə üçün özünün ondan istədiyini, şahid şahid5 1500 manat pulu ona kimyəvi təmizlik obyekti üçün verdiyini göstərsədə məhkəmə bu sübutların hamısını birlikdə deyil ayrı-ayrılıqda qiymətləndirmişdir. Bundan başqa, məhkəmə işdə olan SMS yazışmalarına da natamam hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə hökmdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “Pulunu qaytaracam, Pandemiya olmasaydı yaxsı olacaqdı, Olduqca verəcəyəm” mesajlarını sadəcə borc münasibəti kimi qəbul etmişdir. Halbu ki yazışmalar pulun faktiki olaraq zərərçəkmiş şəxsdən alındığını təsdiqləyir və onların hüquqi mənası daha geniş araşdırlmalı idi. Bundan başqa, məhkəmə kimyəvi təmizləmə avadanlığının pulsuz verilməsi məsələsinə bir tərəfli yanaşmışdır. Belə ki, şahid Rzayev İlham Təyyan oğlu ifadəsində bildirmişdir ki, o, avadanlıqları Təqsirləndirilən şəxs pulsuz vermişdir. Bu fakt əksinə zərərçəkmiş şəxsin mövqeyini gücləndirir. Yəni avadanlıq pulsuz idisə, bəs zərərçəkmiş şəxsdən 37200 manat hansı məqsədlə alınıb? Bu suala məhkəmə hökmdə tam cavab verə bilməmişdir. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi aldatma niyyətinin olmamasını kifayət qədər əsaslandırmamış, hökmdə müxtəlif şəxslərdən pul alınması, müxtəlif məbləğlərin qəbul edilməsi, sonradan avadanlığın təqsirləndirilən şəxsin özünə məxsus olmamasının məlum olması kimi halların birlikdə dələduzluq niyyətini yaradıb-yaratmamasını geniş təhlil etməmişdir. Bundan başqa məhkəmə tərəfindən hökmdə şahid ifadələrindəki ziddiyətlər yalnız ittihamın əleyhinə istifadə olunmuşdur. Yəni, məhkəmə zərərçəkmiş şəxsin ifadəsindəki tarix və məbləğ fərqlərinə diqqət yetirmiş, lakin nəzərdən qaçırmışdır ki, hadisələr 2019-cu ildə baş vermiş, ifadələr isə illər sonra verilmiş, buna görə tarix və məbləğdə cüzi fərqlər ifadələrin tam etibarsız sayılması üçün kifayət etmir. Bundan başqa, məhkəmə hökmdə pulun verilməsi faktı ilə dələduzluq faktını qarışdırmışdır. Belə ki, hökmdə məhkəmə faktiki olaraq qəbul etmişdir ki, tərəflər arasında pul münasibətləri olmuş, lakin bunun cinayət deyil, mülki münasibət olduğu nəticəsinə gəlinir. Lakin pulun hansı niyyətlə alınması məsələsi məhkəmə tərəfindən tam araşdırılmamışdır. Beləliklə, hökmdə sübutlar natamam və birtərəfli qiymətləndirilmiş, şahid ifadələri məcmu halda təhlil edilməmiş, avadanlığın pulsuz olması faktının dələduzluq niyyətinə təsiri barədə əsaslandırma aparılmamış, ümumiyyətlə hökmün motivləndirilməsi natamam edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cinayət-prosessual qanunvericiliyinin sübutların araşdırılması və qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuş, iş üzrə mövcud olan sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmiş, sübutların yalnız təqsirləndirilən şəxsin xeyrinə olan hissələrini əsas götürmüş, ittihamı təsdiq edən sübutlara isə ya ümumiyyətlə hüquqi qiymət verməmiş, ya da onları təhrif edilmiş şəkildə qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" qərarının 1-ci bəndində göstərilir ki, dələduzluq o halda mövcuddur ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı əldə etdiyi anda öhdəliyi yerinə yetirməyə deyil, özgənin əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində isə göstərilir ki, etibardan sui-istifadə yolu ilə törədilən dələduzluqda əmlakın təqsirləndirilən şəxsə etibar edildiyi ana qədər onun cinayətkar niyyəti yaranmış olmalıdır. Deməli, hazırkı iş üzrə müəyyən edilməli olan əsas məsələ pulun sonradan qaytarılıbqaytarılmaması deyil, Təqsirləndirilən şəxs pulu aldığı anda həqiqi niyyətinin nə olmasıdır. Lakin məhkəmə bu məsələyə hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmişə kimyəvi təmizləmə obyektinin yaradılması, avadanlıqların alınması, obyektə külli miqdarda vəsait qoyulmasının zəruriliyi, birgə fəaliyyət nəticəsində gəlir əldə olunacağı barədə məlumatlar vermişdir. Zərərçəkmiş də məhz bu məlumatlara inanaraq müxtəlif şəxslərdən borc almış, bank krediti götürmüş, şəxsi vəsaitlərini toplamış, ümumilikdə 37.200 manat pul vəsaitini təqsirləndirilən şəxsə vermişdir. Lakin məhkəmə aşağıdakı mühüm hallara ümumiyyətlə hüquqi qiymət verməmişdir: avadanlıqların İlham Rzayev tərəfindən təmənnasız verilməsi; buna baxmayaraq zərərçəkmişdən böyük məbləğdə pul alınması; alınmış pulun konkret olaraq hansı məqsədlərə sərf edilməsinin müəyyən edilməməsi; zərərçəkmişə heç vaxt şəriklik hüququnun verilməməsi; gəlir bölgüsünün aparılmaması; maliyyə hesabatlarının təqdim edilməməsi; alınmış pulun taleyinin araşdırılmaması. Məhkəmə bu mühüm halları araşdırmadan yalnız obyektin müəyyən müddət fəaliyyət göstərməsinə əsaslanaraq münasibətlərin mülki xarakter daşıdığı qənaətinə gəlmişdir. Bu isə ehtimala əsaslanan nəticədir. İş materiallarından görünür ki, şahid şahid7 bankdan 9.200 manat kredit götürdüyünü, həmin pulun bankın qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən birbaşa Təqsirləndirilən şəxs verildiyini təsdiq etmişdir. Bu epizod hökmdə də öz əksini tapmışdır. Lakin məhkəmə bu sübutun hüquqi əhəmiyyətini qiymətləndirmək əvəzinə, ümumi şəkildə şahid ifadələri arasında tarix və məbləğ fərqlərinə istinad etməklə onu faktiki olaraq sübutlar sistemindən çıxarmışdır. Hazırkı hökmdə isə şahid7 göstərdiyi 9.200 manatlıq pulvermə faktının nə üçün etibarsız hesab edilməsi barədə heç bir əsaslandırma yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddə üzrə təklif edilən həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs və onun müdafiəçisi apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya instansiyasında ## ###### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı və onun xahişi ilə ## ######## 2026-cı il tarixə təxirə salınmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ## ######## 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, telefon vasitəsi ilə əlaqə saxlayaraq həyat yoldaşının müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğunu bildirsə də üzürlü səbəblər göstərmədən bununla bağlı heç bir rəsmi sənəd təqdim etməmişdir. Buna baxmayaraq ## ######## 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakının təmin olunması üçün ## ######## 2026-cı il tarixə təyin olunmuş və zərərçəkmiş şəxs tərəfindən məhkəmənin ünvanına elektron resept və teleqram ünvanlanmışdır. Elektron reseptdə şəxsin stasionar və ya ambulator müalicədə olması qeyd olunmamışdır. Teleqramda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhərində olduğunun nəzərə alınaraq məhkəmə iclasının 2 həftəyə təxirə salınmasını xahiş etmişdir. Lakin həmin teleqram araşdırılarkan teleqramın Bakı şəhərində yerləşən poçt şöbəsindən deyil, X1 şöbəsindən ünvanlandığı müəyyən olunmuş və bu hal məhkəmə iclasının lüzumsuz yerə uzadılması kimi qiymətləndirilərək məhkəmə baxış iclasının zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan davam etdirilməsi məhkəmə kollegiyası tərəfindən qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən verilmiş apellyasiya protestində və apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bəraət hökmünün əsassız olduğu, sübutların düzgün tədqiq edilmədiyi və Təqsirləndirilən şəxsn barəsində ittiham hökmü çıxarılması iddia edilmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinin əsasını iş materiallarında olan sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması təşkil edir. Hökmdən verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin yuxarıda sadalanan dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-in 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kərimov Kamilə Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “qehbe duz deyirsen menem sene elimle 9 min 200 bankdan, 25 min de elbeel pul vermişəm, üstəlikdə əlavə 1000”. Bundan başqa Təqsirləndirilən şəxs Nazim oğlu Kərimov Kamilə Süleyman qızına mesaj yazaraq bildirmişdir ki, “senə də dərdimi danışan kimi problemləri vurursan başıma, qəsdən eləmədimki, dedim pul qazanax dana, vallah pandemiya olmasaydı yaxşı olacaqdı, bütün günü qarğış eləyirsən, ona görə bu gündəyəm, eybi yox mən çıxacam bu vəziyyətdən, sənin pulunu s...m, qaytaracam, bircə ulama”. Bundan əlavə Təqsirləndirilən şəxs Nazim oğlu Kərimov Kamilə Süleyman qızına mesaj yazaraq bildirmişdir ki, “elə məndə səni tanıyandan bu günə düşmüşəm, Allah yetirər, verib sənin dilindən, ağzından qutararam. Bütün günü qarğış eləyirsən, ona görə bu gündəyəm, eybi yox mən çıxacam bu vəziyyətdən, sənin pulunu s...m, hamısını pandemiya elədi, indən sonra yaxşı olacaq, qaytaracam, bircə ulama, olduqca verəcəm”. Bundan başqa Kərimov Kamilə Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “nə qədər ki, mənim pulumu verməyəcəksən, onu bilki artmayacaqsan, çünki qadının pulunu yeyən kişini Allah bağışlamır, sənə verdiyim pula özümə maşın alardım, sənin kimisinə minnətçi olmazdım, pulumu qaytarmaq istəmirsən, vaxt öldürürsən”. Həmçinin Təqsirləndirilən şəxs Nazim oğlu Kərimov Kamilə Süleyman qızına mesaj yazaraq bildirmişdir ki, “qorxursan ölərəm pul batar ömrüm?” Bundan başqa Kərimov Kamilə Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “mən qazandığımın bir qəpiyindi də evimə xərcləmdəim, hamısını sənə verdim, səndə qəhbəynən hingilləşmək üçün arenda pulu verdin ki, hər gün onunla üz-üzə gələsən”. Bundan əlavə Kərimov Kamilə Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “sənə qalsa sən onu yemisən, sən vermək istəmirsən, ancaq bil ki yediyin kimi də qusacaqsan, mənim bacıma da problem yaşatdın”. Bundan başqa Kərimov Kamilə Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “xalxın pulu demirsən, mənim pulumu demirsən, əlimdən dartıb alırsan, məni də günahkar çıxardırsan ey yaxşısan”. X4 Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “hamıya ata-ata gəzirsən, borc yığılıb minirlər səni, g.....n qorxusundan telividə açmırsan, mənim bacıma da problem yaşatmısan”. Bundan əlavə Təqsirləndirilən şəxs Nazim oğlu Zərərçəkmiş şəxs mesaj yazaraq bildirmişdir ki, “ay varyoxunu s...m, oturub-durub niyə qarğış eləyirsən, qoy iş açılsın pulunu verəcəm dana, bu dəqiqə bilirsənki yoxumdu”. Bundan başqa Kərimov Kamilə Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “sən elə bilməki o pul səndə qalacaq, sənin belə hərəkətlərinə görə alacam o pulları səndən”. X4 Süleyman qızı Təqsirləndirilən şəxs Nazim oğluna mesaj yazaraq bildirmişdir ki, “sənin mənə köməyinə inanmıram, elə verdiklərimi qaytar özüm edəcəm”, Təqsirləndirilən şəxs Nazim oğlu da cavabında yazmışdır ki, “ olduqca verəcəm”. Bundan başqa Təqsirləndirilən şəxs Nazim oğlu Kərimov Kamilə Süleyman qızına mesaj yazaraq bildirmişdir ki, “mənim səndən başqasına borcum yoxdur, o biriləri elə-belə xırımxırdadı, Allahın nəhlətinə gəlsəm pul verə bilməcəyəm axı sənə”; “xxxx” MMC-dən alınmış anten dairələrinə dair məlumatdan görünür ki, 055-224- **-** saylı mobil nömrənin sahibi, yəni Zərərçəkmiş şəxs ##.##.2019-cu il tarixdə Bakı şəhərində, ***-***-**-** saylı mobil nömrənin sahibi, yəni Təqsirləndirilən şəxs isə ##.##.2019-cu il tarixdə Gəncə şəhərində olmuşdur. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən zərərçəkmiş şəxsin şahidlər vasitəsilə əldə edildiyini iddia etdiyi və təqsirləndirilən şəxsə verdiyini bildirdiyi pul vəsaitlərinin verilmə tarixləri və məbləğləri bir-biri ilə və zərərçəkmiş şəxsin göstərdiyi xronoloji ardıcıllıqla tam uyğunluq təşkil etmədiyi, əsaslı şəkildə fərqləndiyi və üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, uzun müddət keçməsi hallarında müəyyən tarixlərin dəqiq xatırlanmaması istisna edilə bilsə də, məbləğlərin ümumi həcmi və mahiyyəti barədə yaddaşın bu dərəcədə fərqli və ziddiyyətli olması ağlabatan hesab edilə bilməz. Eyni zamanda, zərərçəkmiş şəxsin şahidlərdən aldığı pulun konkret olaraq təqsirləndirilən şəxsə verilməsi üçün nəzərdə tutulduğunu bildirdiyi halda, həmin vəsaitlərin təqdim edilmiş ardıcıllıqda təqsirləndirilən şəxsə verilməsi, pulun təyinatı ilə faktiki hərəkəti arasında uyğunsuzluq yaradır və bu hal ittihamın mötəbərliyinə ciddi şübhələr yaradır və onun sübut kimi qiymətləndirilməsinə imkan vermir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şahid Rzayev İlham Təyyan oğlunun ifadəsinin təhlili göstərmişdir ki, şahid İlham Rzayevin bildirdiklərinə əsasən kimyəvi təmizləmə obyektində istifadə olunan avadanlıqlar təqsirləndirilən şəxsə əvvəlcədən və təmənnasız olaraq verilmiş, həmin avadanlıqların əsasında obyekt real şəkildə qurularaq müəyyən müddət fəaliyyət göstərmişdir. Şahid həmçinin tərəflər arasında hər hansı aldatma, gizlətmə və ya zərərçəkmiş şəxsin əmlakının qanunsuz ələ keçirilməsinə yönəlmiş niyyət barədə məlumatının olmadığını açıq şəkildə qeyd etmişdir. Bu ifadə digər sübutlarla birlikdə qiymətləndirildikdə, təqsirləndirilən şəxsin əvvəlcədən formalaşmış aldatma niyyəti ilə hərəkət etməsi və zərərçəkmiş şəxsin əmlakını dələduzluq yolu ilə ələ keçirməsi barədə ittihamın əsas tərkib elementlərini təsdiq etmir. Əksinə, iş materiallarında müəyyən iqtisadi fəaliyyətin mövcudluğu, avadanlıqların təmənnasız verilməsi və obyektin faktiki istismarı tərəflər arasında münasibətlərin mülki-hüquqi və ya işgüzar əməkdaşlıq xarakteri daşıya bilməsi ehtimalını gücləndirir. Hətta tərəflər arasında şəriklik və ya birgə fəaliyyətin mövcudluğu ehtimalı qəbul edilsə belə, bu hal özlüyündə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə dələduzluq cinayətinin tərkibini, xüsusilə də əvvəlcədən formalaşmış aldatma niyyətini və özgə əmlakının məhz aldatma yolu ilə ələ keçirilməsi məqsədini təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Çünki dələduzluq cinayətinin mövcudluğu üçün zəruri olan subyektiv cəhət yəni əvvəlcədən mövcud olan qəsd iş üzrə toplanmış sübutlar məcmusu ilə şübhədən kənar şəkildə təsdiqlənməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ifadələrdən göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs dəfələrlə sözügedən obyektə gəlmiş, obyektin fəaliyyətini yerində müşahidə etmiş, kimyəvi təmizləmə xidmətinin faktiki olaraq işlədiyini və real fəaliyyət göstərdiyini görmüşdür. Bu hal zərərçəkmiş şəxsin obyektin mövcudluğu və fəaliyyəti barədə məlumatlı olduğunu, münasibətlərin gizli və ya aldatma şəraitində deyil, açıq və faktiki fəaliyyət şəraitində formalaşdığını göstərir. Hətta tərəflər arasında sonradan yaranmış ödənişlə bağlı mübahisələr və ya maliyyə xarakterli anlaşmazlıqlar ehtimal olunsa belə, bu hal özlüyündə Təqsirləndirilən şəxs ilkin mərhələdən etibarən zərərçəkmiş şəxsi aldatmaqla onun əmlakını ələ keçirmək niyyətində olmasını təsdiq etmir, çünki dələduzluq tərkibinin mövcudluğu üçün zəruri olan subyektiv cəhət məhz əmlakın əldə edildiyi andan əvvəl və ya həmin anda mövcud olan qəsd və aldatma niyyəti ilə şərtlənir. Məhkəkə kollegiyası ən sonda onu qeyd etməyi labüd hesab edir ki, zərərçəkmiş şəxsin şahidlərdən aldığı borcları qısa müddət ərzində qaytarması, xüsusilə də şahid şahid2 aldığı 6500 manatın tez bir zamanda geri ödənilməsi diqqət çəkir. Halbuki, SMS yazışmalarında dəfələrlə onun tərəfindən maddi imkansızlıq ("imkanım yoxdur", "pulum yoxdur") ifadə edilmişdir. Zərərçəkmiş şəxsin həmin dövrdə əsas gəlir mənbəyinin yalnız kimyəvi təmizləmə xidməti olduğu (özü belə qeyd edir), ailəsini təkbaşına dolandırdığı və mebel sexi ilə bağlı zərər etdiyini bildirdiyi nəzərə alındıqda, bu borcların hansı vəsait hesabına qaytarıldığı aydın olmur və bu hallar ittihamın natamam olduğunu göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar əsasında CM-in 178.2.4-cü maddəsi ilə ittiham elan edilməsi nə yuxarıda təsvir edilən cinayət təqibi icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalara, o cümlədən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinə, nə də ki, nəticə etibarı ilə İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarı qeyd olunan sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi sübut olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, II, III və IV hissələri). CPM-in 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi ilə bağlı hər hansı sübut toplanmamış, toplanmış sübutlar qanunsuz yolla əldə edilmiş sübutlar olmuş, ittiham tərəfi də məhkəməyə göstərilənlərin əksini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. İş materiallarına əlavə olunmuş sübutları tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 178.2.4-cü maddəsi ilə bəraət vermişdir. Təqsirləndirilən şəxs bəraət verilərkən apellyasiya protestində və apellyasiya şikayətində əks olunmuş bütün dəlillərə məhkəmə hökmündə əsaslandırılmaqla münasibət bildirilmişdir. Apellyasiya protestində və apellyasiya şikayətində bəraət hökmünün ləğvinə əsas ola biləcək heç bir dəlil mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri isə iş materiallarında olan kifayət qədər mötəbət sübutlarla təkzib edilir, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə ittiham verilməsi üçün əsas ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-263/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-263/2026
04.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver