Məhkəmə qərarları › İş №1(3-7)-264/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-264/2026

24.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-264/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 Safayıl qızının iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Abdullayev Fərman) ## ### 1993-cü ildə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, “xxxx” publik hüquqi şəxsin Bərdə Təcili və X2 Stansiyasında feldşer vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Z.Balıyev küçəsi 10-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət, yerli özünüidarə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs onun ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, həmin Məcəllənin 52-1-ci maddəsinə əsasən onun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsinin nəzərə alınması hökm edilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “xxxx” publik hüquqi şəxsin Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləyən zaman 2025-ci ilin fevral ayında dəqiq tarixi və vaxtı istintaqla müəyyən edilməyən tarixdə və vaxtda Bərdə şəhər sakini zərərçəkmiş şəxs1 ilə danışıb sonuncunun anası X3 əllik dərəcəsi ilə bağlı pensiya təyin edilməsinə köməklik edəcəyinə dair bilə-bilə yalan vədlər verib, Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləməsi ilə əlaqədar zərərçəkmiş şəxs1 özünə qarşı inam qazındıqdan sonra həmin etibardan sui-istifadə edərək 2025-ci ilin fevral ayında, tarixi və vaxtı istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Bərdə şəhərində 1000 (bir min) manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə “xxxx” publik hüquqi şəxsin Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləyən zaman 2025-ci ilin noyabr ayının 24-də Bərdə rayon sakini zərərçəkmiş şəxs2 ilə danışıb sonuncunun atası X1 həkim tərəfindən yazılmış dərman peraparatlarını dəyərindən ucuz qiymətə alacağına dair bilə-bilə yalan vədlər verib, Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləməsi ilə əlaqədar zərərçəkmiş şəxs2 özünə qarşı inam qazındıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ## ###### 2025-ci il tarixdə dəqiq vaxtı istintaqla müəyyən edilməyən vaxtda Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən zərərçəkmiş şəxs2 yaşadığı evdə sonuncunun 440 (dörd yüz qırx) manat pulunu, daha sonra isə eyni niyyətlə ## ###### 2025-ci il tarixdə saat 18:14-də Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən “Jalə market” mağazasında quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsi ilə zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat pulunu özünə məxsus Kapital Bank ASCyə aid 4169 73** **** **** nömrəli plastik kart hesabına köçürülməsinə nail olub öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs2 ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünü qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə və könüllü olaraq ödəmişdir, ona görə də zərərçəkmiş şəxslərin ona qarşı heç bir maddi, mənəvi şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxslərə məhkəmədə ona qarşı şikayələrinin olmadığını və aralarında barışıq əldə etdiyini rəsmi olaraq bildirmişlər. Hesab edir ki, birinci instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət etməmiş, cəza təyin edilərkən işin faktiki halları, cinayətin xarakteri, onun şəxsiyyəti və cinayətdən sonrakı davranışını kifayət qədər nəzərə almamış, nəticədə ona qarşı həddindən artıq ağır cəza təyin etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin olunması xahiş olunur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi (vəkil) müdafiəçi1 şikayətin dəlillərini dəqiqləşdirərək göstərdilər ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində hökmlə təyin olunmuş əlavə cəzanın üzərindən götürülməsini xahiş edir, ona görə ki, o, dövlət işində işləyir və həmin əlavə cəzanın təyin olunması onun işləməsinə maneə olur, o, işdən azad oluna bilər. Eyni zamanda o, törətdiyi dələduzluq cinayət əməllərinə görə özünü təqsirli bilir və əməlindən peşmandır, zərərçəkmişlərə vurduğu ziyanı tam ödəmişdir. O, əvvəllər də dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, lakin sonradan işin icraatına xitam verilmiş, iş məhkəməyə göndərilməmişdir. Apellyasiya məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dələduzluq cinayət əməllərini törədərkən o, həmin zaman Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləməsi ilə əlaqədar zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onlara qarşı həmin cinayət əməlini törətmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona hökmlə əsas cəza ilə yanaşı, əlavə cəzanı da təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin etirafedici ifadəsini və özünü təqsirli bilməsini, istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxslərin və şahid ifadələri və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.2ci və 178.2.3-cü maddələrinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Elnur Mikayılova birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 178.2.2-ci və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə aradan qaldırması, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində 02 (iki) il müddətə dövlət, yerli özünüidarə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləməsi ilə əlaqədar zərərçəkmiş şəxs1 özünə qarşı inam qazındıqdan sonra öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, eyni zamanda Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləməsi ilə əlaqədar zərərçəkmiş şəxs2 özünə qarşı inam qazındıqdan sonra öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs2 ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarının 23cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bərdə Təcili və X2 Stansiyasının feldşeri vəzifəsində işləməsi ilə əlaqədar zərərçəkmiş şəxslərdə özünə qarşı inam qazındıqdan sonra öz qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək aldatma yolu ilə onların pulunu dələduzluq yolu ilə ələ keçirib onlara müxtəlif vədlər verməsi dövlət orqanlarının adına xələl gətirir, cəmiyyət arasında dövlət orqanlarını nüfuzdan salır. Buna görə belə şəxslər barəsində dövlət, yerli özünüidarə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə əlavə cəza təyin olunmalıdır ki, gələcəkdə bu halların qarşısı alınsın. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs əlavə cəza kimi dövlət, yerli özünüidarə orqanları və kommersiya təşkilatlarında maddi məsul şəxs və rəhbər vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etmiş və bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində hökmlə təyin edilmiş əlavə cəzanın təyini hissəsini düzgün və qanuni hesab edir. Eyni zamanda məhkumluq haqqında tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Bərdə rayon PŞ-nin Istintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı tamamilə ödəməsi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində hökmlə təyin olunmuş əlavə cəzanın hökmdən xaric edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar