Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-265/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, R Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X5 iştirakları ilə MÜƏYYƏN ETDI: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Məmmədov Rafiq) ##.##.1981-ci ildə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanması və ona 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkməsinin əvvəli ## ### 2026-cı il tarixdən hesablanması, Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunması hökm olunmuşdur. IŞIN HALLARI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış inam və etibardan sui-istifadə edərək sonuncunun faktiki sahibliyində olmaqla Şahid mülkiyyətindəki 16.000 (on altı min) manat dəyərində “X1 111 CDI” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı (##.##.2024-cü il tarixdən sonra **-MV-*** dövlət qeydiyyat nişanına dəyişdirilmiş) avtomobilə gələcəkdə şərait yaranacağı halda mülki hüquqları əldə etməkdən ötrü istifadəsində qalmasına görə müəyyən məbləğdə pul ödəyib etibarlı şəxs kimi özünə inam yaratdıqdan sonra varlanmaya səbəb olan əmlak üzərində sərəncam vermək hüququnu əldə etmək üçün mülkiyyətçi Şahid avtomobilin qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsinin zəruriliyi və bununla bağlı Zərərçəkmiş şəxs tərəfindən göndərilməsi barədə söylədiyi yalana inandırıb ##.##.2024-cü il tarixdə, Ağdam rayonu Quzanlı qəsəbəsi Zərifə Əliyeva küçəsində yerləşən Ağdam rayon Dövlət Notariat ofisində “Mobil notariat” tətbiqi vasitəsi ilə həmin tarixli, 7E-1381 nömrə ilə reyestrdə qeydə alınıb informasiya sisteminə daxil edilmiş sələhiyyətləri digər şəxsə verilə bilən 11 ay 30 gün müddətinə etibarlılıq müddəti olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin Şahid tərəfindən verilməsinə nail olmaqla nəqliyyat vasitəsi üzərində sərəncam vermək hüquqlarını əldə edib əmlakı ələ keçirib satdıqdan sonra şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 16.000(on altı min) manat məbləğində, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı bugünki günədək ödəməmiş və dəfələrlə məhkəmədən yayınan şəxs barəsində yüngül cəza təyin olunmuşdur. Əvvəllər bu növdən olan cinayət törətmiş şəxsin törətdiyi əməlin məsuliyyətini dərk etməsi üçün ona təyin olunmuş cəzanın həddi yetərli deyil. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin baxışında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, **-NZ-*** dövlət qeydiyyat nişanlı “X2 111 Cdi” markalı avtomobili almaq üçün Rövşən Əliyev adlı şəxsə 16000 manata pul vermişdir. Sonradan “X2 111 CDI” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinə əsasən sahibi olan Şahid həmin avtomaşın üzrə verdiyi etibarnamənin müddəti bitdiyi üçün o, Şahidla əlaqə saxlayıb sonuncudan həmin etibarnamənin müddətinin uzadılmasını xahiş etmiş və Şahid onunla razılaşmışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Rövşən Əliyevdən aldığı, qeydiyyat şəhadətnaməsində Şahid adına sənədləşdirilmiş, faktiki olaraq ona məxsus olan “X2 111 CDI” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını gündəlik olaraq müəyyən pul qarşılığında idarə etmək üçün verməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmamışdır, çünki Rövşən onun əvvəlki avtomobilinə səhlənkar yanaşmış və ödənişləri vaxtında etməmişdir. Bundan sonra Rövşən dəfələrlə ona eyni təkliflə müraciət etsə də, o, yenə də, Rövşənlə razılaşmamışdır. Sonradan Təqsirləndirilən şəxs çox təkid etdiyindən o, “X2 111 Cdi” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını şəhərdaxili reyslərə görə gündəlik 35 manat, rayonlara olan reyslərə görə isə gündəlik 45 manat ödəməklə Təqsirləndirilən şəxs idarə etməsinə razılıq vermişdir. Buna görə aralarında yazılı qaydada icarə müqaviləsi və ilkin ödəniş olmamışdır. Bu məqsədlə 2023-cü ilin noyabr ayında həmin avtomobili idarə etmək üçün Sumqayıt şəhəri * saylı notariat kontorunda həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Beləliklə də, 2023-cü ilin noyabr ayından Təqsirləndirilən şəxs həmin avtomaşını idarə etməyə başlamışdır. Təqsirləndirilən şəxs razılaşmalarına əsasən avtomobildən idarə etdiyinə görə hər gün üçün ona 35 manat pul ödəmişdir. Arada gecikmələr olsa da, sonda həmin pulları ödəmişdir. Sonradan Təqsirləndirilən şəxs gündəlik ödənişləri ödəmədiyindən o, Təqsirləndirilən şəxs axtardığı zaman müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında Ağcabədi rayonuna gedərək orada avtomobilin qeydiyyat şəhadətnaməsi üzrə sahibi Şahidla görüşərək sonuncuya “X3 111 CDI” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mühərrikin nömrəsinin avtomobilin qeydiyyat şəhadətnaməsində yazılmadığını bildirərək bunun üçün avtomobilin qeydiyyat şəhadətnaməsinin yenilənməsinin lazım olduğunu və yeni qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin əks olunmasının zəruri olduğunu bildirməklə özünün onun tərəfindən göndərildiyini deyib Şahid öz adına onlayn qaydada baş etibarnamə almışdır. Qeyd olunan əməliyyat barədə onun məlumatı və icazəsi olmamışdır. Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə aldatma yolu ilə Şahid baş etibarnamə aldıqdan bir gün sonra yəni ##.##.2024-cü il tarixdə avtomobil Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 6, mənzil 53-də qeydiyyatda olan X4 adına sənədləşdirilmişdir. O, “X2 111 Cdi” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 16000(on altı min) manat ödəməklə əldə etmiş və avtomobilin saz vəziyyətə gətirilməsinə təxminən iki min manat əlavə pul xərcləmişdir. 2024-cü ilin yanvar ayında həmin “X2 111 Cdi” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınımın təxminən 16000 (on altı min) manat dəyəri olmuşdur.O, “Mersedes Benz 220” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomaşınını Rövşənə verdikdə aralarında olan şifahi sözləşməyə əsasən Rövşən həmin avtomaşını idarə etməklə əvəzində gündəlik olaraq ona 20 manat pul ödəməli olmuşdur. Həmin vaxt aralarında yazılı qaydada icarə müqaviləsi və avtomobilə görə ilkin ödəniş olmamışdır. Sonradan Təqsirləndirilən şəxs Şahidla görüşmüş və Şahid onun adına bir il müddətinə baş etibarnamə vermişdir. Ona görə də təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan bugünki günədək ödənilməmiş, ondan şikayətçidir, onunla barışmır və cəzasının ağırlaşdırılmasını xahiş edir. Apellyasiya məhkəməsinin baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq təqsirləndirilən şəxs göstərdi ki, Zərərçəkmiş şəxs məxsus “X2111 CDI” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında yalnız idarə etmək hüququ olmuşdur. Ramisə gündəlik olaraq 45 manat pul vermişdir. Sonradan həmin maşına baş etibarnamə vermiş Şahid axtarıb tapmış və ona yalandan etibarnamənin vaxtının bitdiyini deyərək onun adına baş etibarnamə vermilməsini xahiş etmiş, Mikayıl da ona baş etirbarnamə vermişdir. Bundan maşının sahibi Zərərçəkmiş şəxs məlumatı olmamışdır. Həmin maşını başqa şəxsə satmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs nə maşınını, nə də ki 16000 manat pulunu qaytarmamışdır. Eyni zamanda o, həmin avtomobili həqiqətən də Şahid etibarnamə əsasında idarəetməyə götürmüşdür. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə münasibət bildirərək göstərdi ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan bugünki günədək ödənilməmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmır və cəzasının ağırlaşdırılmasını xahiş edir, eyni zamanda birinci instansiya məhkməsində iştirak edən dövlət ittihamçısı məhkəmənin hökmündən apellyasiya protesti verməsə də belə, lakin onun təklif etdiyi həddə 3 il 9 ay müddətə təqsirləndirilən şəxsin cəza müddətinin artırılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Zərərçəkmiş şəxs şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində hökmlə təyin olunmuş cəzanın yüngül olmasını mübasiləndirilir və ona ağır cəza təyin olunması xahiş edilir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi və etirafedici ifadəsi, apellyasiya məhkəməsində verdiyi izahatında törətdiyi əməlindən peşman olmasını göstərməsi, istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin və şahid ifadəsi və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməllərində CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuşdur. Belə ki, iş materialında olan ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ##.##.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 10 ay 22 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ##.##.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 11 ay 24 gün müddətində 20% islah işləri cəzasına məhkum edilmiş, ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəl törətdiyi və məhkum olunduğu cinayətlərə görə məhkumluğu ödənildiyindən həmin cinayətlərə görə cəza təyini zamanı nəzərə alınmamışdır. Bundan başqa, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən bugünki günədək ödəməməsi hissəsini də mübahisələndirsə də bununla bağlı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işi üzrə icraatın birinci instansiya məhkəməsində olduğu müddət ərzində mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki iddia ərizəsi ilə həmin məhkəməyə müraciət etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi hökmün nəticə hissəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah olunmuşdur. Apellyasiya məhkəməsi qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətində göstərdiyi dəlillər hazırki işdə olan sənədlərlə təhlil etdikdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzanın ağırlaşdırılması üçün heç bir qanuni əsas müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə və həddində qanuni və ədalətli cəza təyin etmiş, düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-265/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-265/2026
14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver