Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-268/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə ilkin məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Məhkəmənin həmin qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək xəstə olması səbəbindən hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmiş, ona görə də hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, məhkumun cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, məhkumun müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm ## ### 2024-cü il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmiş, həmçinin hökmdən şikayət vermə qaydası və müddəti göstərilmiş, izah edilmişdir. Bundan sonra, məhkum Təqsirləndirilən şəxs hökmün elan olunduğu tarixdən 1 il 10 ay 2 gün müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddəti ötürərərək apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək, yəni ## #### 2025ci il tarixə kimi apellyasiya şikayəti vermək hüququna malik olduğu halda 1 il 10 ay 2 gün müddət keçdikdən sonra, yəni ##.##.2026-cı il tarixdə Sahil Cəfərov apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayətinin vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkumun hökmdən apellyasiya şikayətini vaxtında verə bilməməsini səbəb olaraq səhhətində yaranan problemlər ilə əlaqədar göstərsə də belə, həmin xüsusatı təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Ona görə də o, keçən müddət ərzində kifayət qədər vaxt və imkana malik olmuş, onun hökmdən apellyasiya şikayəti verməsini istisna edə biləcək üzrlü hər hansı hal isə iş materiallarında aşkar edilməmişdir. Apellyasiya məhkəməsi şikayətin verilmə müddətinin bərpa olunması üçün əsaslar görmür və hesab edir ki, müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-268/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-268/2026
17.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver