Məhkəmə qərarları › İş №1(3-7)-269/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-269/2026

03.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-269/2026 03.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (sədrlik edən Pərvanə İsaqlı) hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbs olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv olunmasını və Təqsirləndirilən şəxs bəraət verilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında cinayət işinə baxılarkən məhkum Təqsirləndirilən şəxs göstərdi ki, Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli hökmündən müdafiəçisinin verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir (bu barədə məhkəmə kollegiyasına yazılı ərizə də təqdim etmişdir). Məhkumun müdafiəçisi ərizənin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı göstərdi ki, verilmiş apelyasiya şikayətindən imtina etmək məhkum Təqsirləndirilən şəxs hüququdur. Həmin ərizənin təmin edilərək müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 391.3.10-cu maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 396-cı maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul edilməli və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən məhkumun imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar