Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-272/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum təqsirləndirilən şəxs2, onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun Vəkili müdafiəçi1, məhkum təqsirləndirilən şəxs6 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun Vəkili müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin(bundan sonra CM) 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmündən məhkumlar təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə ##.##.1999-cu ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat-landırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ##.##.2006-cı ildə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat-landırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ##.##.2007-ci ildə Tovuz rayonu Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Qaraxanlı kəndində qeydiyyatda olan və həbs olunanadək həmin kənddə yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, ## ###### 2025-ci il tarixdən həbsdə olan və Gəncə * saylı Istintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 06 (altı) ay 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, ##.##.1992-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunanadək Tovuz rayonu Əyyublu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs2 CM-nin 221.3 cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanması, ##.##.2000-ci ildə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, müharibə veteranı, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, təqsirləndirilən şəxs1 üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, ##.##.1994-cü ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Bozalqanlı kəndində qey-diyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Peniten-siar Xidmətinin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs6 CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, CM-nin 56.1.2 ci maddəsinə əsasən, təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmə əsasən: təqsirləndirilən şəxs3 ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində tanışı təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs tərkibində şahid7 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşib spirtli içkilər qəbul etdikdən sonra sərxoş halda, həmin vaxt musiqi sədaları altında rəqs edən zaman stula qəsdən təpik vurması nəticəsində stulun təqsirləndirilən şəxs5 ayağına dəyməsinə sonuncunun nalayiq ifadələrlə kobud reaksiya verməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan aralarında yaranmış yüksək səs-küy və nalayiq ifadələrlə müşahidə edilən qarşılıqlı mübahisə zamanı ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zor tətbiq olunması ilə müşayiət edilən, kafedə olan digər müştərilərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan vahid niyyətlə əhatə olunan qəsdlə xuliqanlıq niyyəti ilə yumruq və təpik zərbələri ilə əvvəlcə mübahisəni sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq, ona sağ əlin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, sonra təqsirləndirilən şəxs1 bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona zor tətbiq etmiş və daha sonra təqsirləndirilən şəxs4 bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq, ona sol əl nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, bir qrup şəxs tərkibində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir; təqsirləndirilən şəxs5 ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində tanışları təqsirləndirilən şəxs6, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs tərkibində şahid7 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşib spirtli içkilər qəbul etdikdən sonra sərxoş halda, həmin vaxt təqsirləndirilən şəxs3 musiqi sədaları altında rəqs edən zaman stula qəsdən təpik vurması nəticəsində stulun onun ayağına dəyməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ona nalayiq ifadələrlə kobud reaksiya verdikdə aralarında yaranmış yüksək səs-küy və nalayiq ifadələrlə müşahidə edilən qarşılıqlı mübahisə zamanı ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zor tətbiq olunması ilə müşayiət edilən, kafedə olan digər müştərilərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpik zərbələri ilə təqsirləndirilən şəxs3 bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncuya burun nahiyəsinin qançır-şişkinliyi və səthi yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs tərkibində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir; təqsirləndirilən şəxs4 ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində tanışları təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs6 və təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs tərkibində şahid7 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşib istirahət edərkən həmin vaxt təqsirləndirilən şəxs3 musiqi sədaları altında rəqs edən zaman stula qəsdən təpik vurması nəticəsində stulun qrupun üzvü təqsirləndirilən şəxs5 ayağına dəyməsini bəhanə gətirərək sonuncunun təqsirləndirilən şəxs3 qarşı nalayiq ifadələrlə kobud reaksiya verməsi zamanı aralarında yaranmış yüksək səs-küy və nalayiq ifadələrlə müşahidə edilən qarşılıqlı mübahisəyə heç bir əsaslı səbəb olmadan qoşularaq ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zor tətbiq olunması ilə müşayiət edilən, kafedə olan digər müştərilərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpik zərbələri ilə qəsdən təqsirləndirilən şəxs3 bədəninin müxtəlif nahiyələrinə vuraraq, sonuncuya burun nahiyəsinin qançırşişkinliyi və səthi yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs tərkibində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir; təqsirləndirilən şəxs2 ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində tanışı təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs tərkibində şahid7 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşib spirtli içkilər qəbul etdikdən sonra sərxoş halda, həmin vaxt qrupun üzvü təqsirləndirilən şəxs3 musiqi sədaları altında rəqs edən zaman stula qəsdən təpik vurması nəticəsində stulun təqsirləndirilən şəxs5 ayağına dəyməsinə sonuncunun nalayiq ifadələrlə kobud reaksiya verməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan aralarında yaranmış yüksək səs-küy və nalayiq ifadələrlə müşahidə edilən qarşılıqlı mübahisəyə qoşularaq ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zor tətbiq olunması ilə müşayiət edilən, kafedə olan digər müştərilərin təxminən 15 20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə masanın üzərində olan pivə bakalından silah qismində istifadə edərək bakalı mübahisəni sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq, sonuncuya başın əzilmiş-cırılmış yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, bir qrup şəxs tərkibində silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir; təqsirləndirilən şəxs1 ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində tanışları təqsirləndirilən şəxs6, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs tərkibində şahid7 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşib spirtli içkilər qəbul etdikdən sonra sərxoş halda, həmin vaxt təqsirləndirilən şəxs3 musiqi sədaları altında rəqs edən zaman stula qəsdən təpik vurması nəticəsində stulun qrupun üzvü təqsirləndirilən şəxs5 ayağına dəyməsini bəhanə gətirərək, sonuncunun təqsirləndirilən şəxs3 qarşı nalayiq ifadələrlə kobud reaksiya verməsi zamanı aralarında yaranmış yüksək səs-küy və nalayiq ifadələrlə müşahidə edilən qarşılıqlı mübahisəyə heç bir əsaslı səbəb olmadan qoşularaq ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zor tətbiq olunması ilə müşayiət edilən, kafedə olan digər müştərilərin təxminən 15- 20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə masanın üzərində olan pivə bakalından silah qismində istifadə edərək bakalı təqsirləndirilən şəxs3 baş nahiyəsinə vuraraq, sonuncuya sol gicgah nahiyəsinin və sol qulaq seyvanının əzilmiş yaraları kimi həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir; təqsirləndirilən şəxs6 ## ###### 2024-cü il tarixdə, saat 21 radələrində tanışları təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs4 və təqsirləndirilən şəxs5 ilə bir qrup şəxs tərkibində şahid7 icarə müqaviləsi əsasında istifadəsində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşib istirahət edərkən həmin vaxt təqsirləndirilən şəxs3 musiqi sədaları altında rəqs edən zaman stula qəsdən təpik vurması nəticəsində stulun qrupun üzvü təqsirləndirilən şəxs5 ayağına dəyməsini bəhanə gətirərək, sonuncunun təqsirləndirilən şəxs3 qarşı nalayiq ifadələrlə kobud reaksiya verməsi zamanı aralarında yaranmış yüksək səs-küy və nalayiq ifadələrlə müşahidə edilən qarşılıqlı mübahisəyə heç bir əsaslı səbəb olmadan qoşularaq ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zor tətbiq olunması ilə müşayiət edilən, kafedə olan digər müştərilərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə masanın üzərində olan pivə bakalından silah qismində istifadə edərək bakalı təqsirləndirilən şəxs2 baş nahiyəsinə vuraraq, sonuncuya başın ənsə nahiyəsinin səthi yarası kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilmədiyindən dərəcəsi təyin edilməyən xəsarət yetirərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərinə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ailəlidir, 1 övladı var, ailənin tək gəlir gətirən fərdidir. Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi yoxdur. Odur ki, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkum təqsirləndirilən şəxs6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmü ədalətsiz hesab edir, işinə yenidən baxılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə etdi, məhkumun törətdiyi əməldən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini, məhkəmə tərəfindən onun barəsində olan yüngülləşdirici halların kifayət qədər nəzərə alınmadığını və barəsində ağır cəza təyin edildiyini bildirdi. Eyni zamanda apellyasiya şikayətinin dəlillərini dəqiqləşdirərək barəsində CM-nin 62ci maddəsinin tətbiq edilməsini və CM-nin 65-ci maddəsinin müddəalarının nəzərə alınmamasını və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum təqsirləndirilən şəxs6 müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdi, məhkumun əməlindən peşman olduğunu və zərərçəkmiş tərəflə barışdığını, bir daha belə əməllərə yol verməyəcəyini bildirdi. Eyni zamanda apellyasiya şikayətinin dəlillərini dəqiqləşdirərək onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum təqsirləndirilən şəxs6 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumların əməlinin cinayət işində olan sübutlarla tam təsdiq edildiyini, onların əməllərinin düzgün qiymətləndirilib tövsif edildiyini və təyin edilmiş cəzanın ədalətli olduğunu bildirdi, şikayətlərin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hökmlə həmçinin təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxs5, təqsirləndirilən şəxs4 CM-in 221.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs1 CM-in 221.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, lakin hökmün həmin məhkumlara aid hissəsindən şikayət və ya protest verilməmişdir. Buna görə də məhkəmə kollegiyası CPM-in 397-ci maddəsinin tələbi baxımından birinci instansiya məhkəməsinin hökmünü cinayət qanununa və CPM-in normalarına riayət edilib-edilməməsinə dair hissədə tam həcmdə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlilləri hüdudlarında yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət hadisəsinin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 tərəfindən törədilməsi özlərinin etirafedici ifadələri, digər təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, şikayətlərdə də işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Şikayətlərdə məhkumlara təyin olunan cəzaların yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. 1) təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətmiş olduğu cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayətin törədilməsində iştirakının xarakterini və dərəcəsini, cəzasını yüngülləşdirən halları (cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını) və ağırlaşdıran halı (əməlində cinayətlərin residivinin yaranmasını), habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almış, təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasının qeyri-mümkün olması inamına gəlmiş, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 65.2-ci maddəsinin tələbinə uyğun təyin etməklə qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi və ya məhkum olunduğu maddəyə CMnin 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cinayət işinin materiallarından da görünür ki, məhkum eyni dəlilləri birinci instansiya məhkəməsində ifadə verən zaman da irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçisinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. CM-nin 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər,18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi səbəb və əsasları barədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan DIN-in BƏSII-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 04 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə cəzanın çəkilməyən 02 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, cəzadan şərti azad edildiyi müddətdə cinayət törətmiş, məhkumluğu ödənilməmişdir. Həmçinin iş materiallarında olan Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)- ***/**** saylı hökmünə əsasən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixli hökmlə birləşdirilərək 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət çıxılaraq üzərində qəti olaraq 01 il 04 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göründüyü kimi, məhkum təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər (Tovuz Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli və Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmləri ilə) 2 dəfə qəsdən cinayət (onlardan biri böyük ictimai təhlükə törətməyən cinayət olmaqla) törətməyə görə məhkum olunmuş, qanunun humanizm prinsipi əsas götürülməklə onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla yüngül cəzalar təyin edilmiş, sonuncu dəfə o, cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, lakin buna baxmayaraq məhkumluğu ödənilmədən yenidən cinayətkar hərəkətlərini dayandırmamış, yenidən qəsdən cinayət törətmişdir. Onun sonuncu cinayət əməlində isə cinayətlərin residivi yaranmışdır və birinci instansiya məhkəməsi ona CM-nin 65-ci maddəsinin tələblərinə əsaslanan cəza təyin etmişdir. Qeyd olunan hallar məhkumun şəxsiyyətini səciyyələndirməklə yanaşı, cinayət törədərək əvvəllər məhkum olunmasına baxmayaraq onun islah yoluna qədəm qoymamasını, bu cür əməllərdən çəkinməməsini və görülən tədbir və təyin edilən cəzanın ona təsir və kifayət etməməsini göstərir. Məhkəmə kollegiyasına işin bu halı məhkum təqsirləndirilən şəxs2 islah yoluna qədəm qoymadığını göstərməklə, onun yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə islah edilməsinin mümkünlüyü nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 65.3-cü maddəsinə görə cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkum təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlilləri də məhz buna yönəlmişdir ki, onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilsin və barəsində cəza CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunsun. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə nəzərdə tutulur ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il ## #### tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzasını yüngülləşdirən halların məcmusunun müstəsna hal kimi qiymətləndirilməsi üçün Qanunda göstərilən əsaslar mövcud olmadığından təqsirləndirilən şəxs2 məhkum edildiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halların mövcudluğunu sübut edən hallar və dəlillər yoxdur. Eyni zamanda məhkumun şəxsiyyəti və əvvəllər məhkumluğu da onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqini istisna edən hallardır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi prinsiplərindən olsa da, cəza təyin etmənin müstəsna forması olaraq qanunda nəzərdə tutulmuş sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi üçün CMnin 62-ci maddəsində təsbit edilən konkret müstəsna hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı olan dəlilləri əsassızdır və məhkumun təqsirli bilindiyi maddəyə CM-nin 62-ci maddəsinin tətbiqi üçün qanunvercilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. 2) təqsirləndirilən şəxs6 apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs6 cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin törədilməsində iştirakının xarakterini və dərəcəsini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən (cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını) halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmiş, işin hallarını, məhkumun barəsində olan yüngülləşdirici halları kifayət qədər araşdırmış və nəzərə almışdır. CM-in 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayətkarlığa qarşı tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətləri, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Qeyd edilən cinayət qanunu normasının mənasına görə şərti məhkum etmə institutu stimullaşdırıcı xarakter daşımaqla cəzaya qənaət prinsipinin realizə üsullarından biridir. Şərti məhkum etmə institutu cəza çəkmədən də məhkumun islah olunmasının ehtimal edildiyi şərtlər çərçivəsində (törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla) cəza təyin etmənin ümumi əsaslarına riayət etməklə, ədalətlilik prinsipini rəhbər tutmaqla tətbiq olunması məhkəmənin səlahiyyətinə buraxılan xüsusi normalar məcmusudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CMnin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsi və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs6 ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunması mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkuma təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsini, yəni CM-nin 70-ci maddəsinin tətbiqini qeyri-mümkün hesab edir. Çünki məhkuma bu qaydada güzəşt edilməsi cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, CM-nin 41.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunan hallar məhkuma islah olunan olmaqla CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verən həddə deyildir və məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxs6 barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, istinad olunan maddə üzrə ona cəza növü kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası eyni zamanda təyin edilmiş cəzanın həddi ilə də razılaşır və cəzanın yüngülləşdirilməsinə heç bir əsas görmür. Məhkəmə kollegiyası eyni əsaslara görə həmçinin məhkum təqsirləndirilən şəxs2 münasibətdə də CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkumlara birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkumlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, CPM-nin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü məhkumlar təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-272/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-272/2026
02.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver