Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-274/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər X1 (sədrlik edən), X6 və X2) ##.##.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbyacan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə şəhəri, B.Hacıyev küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. IŞIN HALLARI: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlaması məqsədi ilə şəxsiyyəti istintaqla dəqiq müəyyən edilməyən “Alı” adlı Iran Islam Respublikasının vətəndaşı olmasını qeyd edən şəxslə sövdələşib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, özünün istifadəsində olan +*****-***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma şəbəkəsində olan hesabından “Alı” adlı Iran Islam Respublikasının vətəndaşı olmasını bildirən şəxsin istifadəsində olan +**-***-***-**** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə əlaqə saxlamış, istintaqla dəqiq müəyyən edilməyən vaxtda və saatda “Alı” adlı Iran Islam Respublikasının vətəndaşı olmasını bildirən şəxsin istifadəsində olan +**-***-***-**** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma şəbəkəsində olan hesabından onun istifadəsində olan +*****-***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşama şəbəkəsində olan hesabına göndərdiyi “məkan” bildirimi vasitəsi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş külli miqdarda, yəni ümumi təmiz çəkisi 5050 qram tərkibdində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlnamış narkotik vasitə qurudulmuş marixuananı Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Köhnə poliklinika” adlanan ərazidən qanunsuz olaraq əldə edib saxlayarkən ## #### 2025-ci il tarixdə saat 19:35 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq həmin tarixdə saat 19:35-dən 19:50-dək üstünün yoxlanılması zamanı satış məqsədi ilə əlində saxladığı 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan 02 ədəd üzəriləri yapışqan lentlə sarınmış qara rəngli bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2550 qram və 2500 qram olmaqla ümumi təmiz çəkisi 5050 qram külli miqdar hesab edilən çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdə şahid qismində yalnız polis əməkdaşları dindirilmişdir. Təqsirləndirilən şəxs tutulmasında iştirak edən də həmin polis əməkdaşlarıdır, ona verilmiş ittiham üzrə özünü heç bir halda təqsirli bilmir, 5 qram narkotiki götürməyə getmiş, həmin narkotik vasitəni də yerdən tapmışdır. Görünən hal odur ki, necə ola bilər ki, narkotik vasitəni bu həddə harasa qoyurlar, ani vəziyyətdə həmin yerdə polis işçiləri peydə olur. Ancaq polislər narkotik vasitəni qoyanı ya görə bilir, ya da həbs edə bilərlər. Təqsirləndirilən şəxs nə əlində, nə də üzərində hər hansı narkotik olmamışdır. Bundan başqa, ona qarşı fiziki güc təqib edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs müəyyən ifadələr verməyə təhrif edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) müdafiəçi2 şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayəti törətməkdə təqsiri təsdiq edilmişdir. Ona görə də hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və məhkəmənin hökmü qüvvəsində saxlanılmalıdır. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilməsinə dair verdiyi etirafedici ifadələri, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkəti protokolları və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülərək zorla onun üzərinə qoyulması xüsusatları irəli sürülərək təqsirləndiriləndirilən şəxs barəsində bərəat hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -##.##.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında” protokol. -##.##.2025-ci il tarixli “təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol. -##.##.2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol. -##.## 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokol. -##.##.2025-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyi. -## ######## 2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi. -## ###### 2025-ci il tarixli verilmiş əməliyyat tapşırığına cavab. -## #### 2025-ci il tarixli, məhkəmə-tibbi ekspertizasının *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəm-tibbi müayinəsi zamanı onun bədəni üzrəində hər hansı bir xəsarət aşkar edilməmişdir. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilməsinə dair verdiyi etirafedici ifadələri. -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ##.##.2026-cı il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, ##.##.2026-cı il tarixdə şübhəli şəxs qismində, ##.##.2026-cı il tarixdə isə 2020-ci il tarixdə müharibə vaxtından qurudulmuş marixuanadan istifadə etməyə başlamış, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərində olan tanışları vasitəsi ilə əldə etmiş, tutulmazdan təxminən 15-20 gün əvvəl Bakı şəhərində olan zaman tanışı Elgünün vasitəsi ilə Iran Islam Respublikasının vətəndaşı olan “Alı” adlı şəxslə telefonun “WhatsApp” proqramı vasitəsi ilə online formada tanış olmuş, tutulmazdan 5-6 gün əvvəl Iran Islam Respublikasının vətəndaşı ##.##.2025-ci il tarixdə həmin “Alı” kimi bildiyi şəxs onun qeyd etdiyi nömrəsinə konum atmış və gedib həmin narkotik vasitəni götürməsini tapşırmış, həmin şəxs ondan həmin narkotik vasitəni saxlamasını, göndərəcəyi şəxsin gəlib narkotik vasitəni ondan götürəcəyini və ya onun qeyd etdiyi yerə qoyacağını bildirmiş, o da “Alı” adlı Iran Islam Respublikasının vətəndaşı olmasını bildiyi şəxsin ona dediyi yerə, yəni Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə poliklinikanın həyətinə getmiş, ona dediyi yerdə bir ədəd ağ sellofan torbada olan 2 böyük qara rəngli torbaları görmüş, həmin torbalarda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmiş, lakin həmin marixuananın o qədər olacağını bilməmiş, həmin narkotik vasitəni götürüb oradan uzaqlaşarkən 3 nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, video çəkiliş apararaq üstünü yoxlayacaqlarını ona izah etmişlər, o da həmin şəxslərlə razılaşmış, video çəkiliş vasitəsi ilə üstünün yoxlanılması aparılan zaman ondan üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş, o da əlində olan sellofan torbanı təqdim etmiş, təqdim etdiyi sellofan torbada olan 2 ədəd bükümlərdə olan içərisində narkotik vasitəyə bənzər olan kütlə elektron tərəzidə çəkilmiş və çəkiləri 2,570 və 2,620 kq olmuş, aşkar olunmuş həmin kütlə yenidən torbaya qoyularaq qablaşdırılmış, üzəri DIN-in ** saylı möhürü ilə möhürlənmiş, üzəri o və iştirakçılar tərəfindən imzalanmış, daha sonra onu Bərdə RPŞ-nə gətirmişdirlər, Bərdə RPŞ-də ona müdafiəçi tutmaq hüququ izah edilmiş və onu dövlət hesabına müdafiəçi ilə təmin etmişdirlər. Müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt ona məxsus olan “Redmi” markalı mobil telefon götürülmüş, heç kimə narkotik vasitə satmamış və heç kimə təklifdə etməmiş, özünü təqsirli bilir, tutularkən və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitənin qoyulmasını, eləcə də ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə həm təhqiqatçı, həm də müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. ##.##.2025-ci il tarixli qərardan görünür ki, **/****-C-** saylı material üzrə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla bağlı sorğular verilmiş, alınmış ## ###### 2025-ci il tarixli, məktubda Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman bədən səthində hər hansı xəsarət izləri müəyyən olunmamışdır. Eyni zamanda, ## #### 2026-cı il tarixli Bərdə rayon Polis şöbəsindən daxil olmuş, *-**-**/*-*****/** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilərkən bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir . Həmçinin ##.##.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinə axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin gün saat 19:37-də saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq təxminən 3-4 gün əvvəl “Whatsapp” vasitəsi ilə Iran vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin ona Bərdə şəhəri ərazisində narkotik vasitə olmasını, həmin narkotik vasitəni götürüb özündə saxlamasını, həmçinin istifadə etmək üçün onun özünə də verəcəyini və narkotik vasitəni ondan başqa şəxsin gəlib götürəcəyini söyləməsini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Bundan başqa, 28 iyun, 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefondakı “whatsapp” ani mesajlalaşma sosial şəbəkə hesabından “Kisi” olaraq qeyd etdiyi +**-***-***- **** saylı Iran Islam Respublikasına aid mobil nömrənin “whatsapp” ani mesajlalaşma sosial şəbəkə hesabı vasitəsi ilə saat 14:42-də “Kisi” adlı istifadəçinin “salam” məzmunlu, 16:26-da Təqsirləndirilən şəxs “Kisi” adlı istifadəçiyə “salam qardaş”, “sat 5 demişdin” məzmunlu, saat 16:42-də “Kisi” adlı istifadəçinin “st ol” məzmunlu, saat 16:42-də Təqsirləndirilən şəxs “başa dusmedim”, “stol nedi” məzmunlu mesaj yazmaları, saat 16:43-də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 16:43-də 17 saniyədən, 16:44-də 12 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 16:45-də Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 16:45-də 10 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 16:46-da “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 16:46-da 02 saniyədən ibarət səsli mesaj göndərməsi, 14:46-da “Kisi” adlı istifadəçinin “ok” məzmunlu mesaj göndərməsi, Təqsirləndirilən şəxs saat 16:46-da 13 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 16:47də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 16:48-də 24 və 05 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 16:48-də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 16:49-da 04 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 16:50-də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, saat 16:51-də Təqsirləndirilən şəxs “yaxşı”, 16:52-də “qardaş alınmırsa istidi girim evə. yatım” məzmunlu mesaj yazması, saat 16:52-də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, saat 16:53-də Təqsirləndirilən şəxs “yaxşı” məzmunlu mesaj yazması, saat 18:01-də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 18:02-də 11 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 18:03-də “Kisi” adlı istifadəçidən mesaj gəlməsi, lakin məzmunun silinməsi, Təqsirləndirilən şəxs saat 18:03-də 02 saniyədən ibarət səsli mesaj göndərməsi, saat 18:07də “Kisi” adlı istifadəçinin “məkan” bildirimi, saat 18:08-də 2 saniyədən ibarət səsli mesaj və 18:09-da üzəri oxla işarələnmiş tikili foto şəkilini göndərməsi, saat 18:12-də “Kisi” adlı istifadəçinin “kohne pailknlka arxasi” məzmunlu mesaj yazması, saat 18:37-də Təqsirləndirilən şəxs əlinin düşdüyü foto şəkil göndərməsi, saat 18:38-də Təqsirləndirilən şəxs köhnə tikilinin pilləkənlərinin foto şəkilini göndərməsi, saat 18:49-da Təqsirləndirilən şəxs içərisində qara rəngli bağlama olan sellofan torbanın foto şəkilini göndərməsi, saat 18:53-də Təqsirləndirilən şəxs “goturdum” məzmunlu mesaj göndərməsi, saat 18:57-də “Kisi” adlı istifadəçinin “onon 2kilo unvan ela sana 1000 azn veracam zahmat hage” məzmunlu mesaj yazması, saat 18:58-də “Kisi” adlı istifadəçinin “darmanlarda man deyan unvan edarsan”, saat 18:59-da “Kisi” adlı istifadəçinin “obwe 4 kilo malde 2 kilo unvan ela yol osto” məzmunlu mesaj yazması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs 5 qram narkotik vasitənin götürülməyə getməsi və polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalaraq məcbur olub ümumi təmiz çəkisi 5050 qram külli miqdar hesab edilən qurudulmuş marixuanın onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu iddia etsə də, yuxarıda qeyd edilən xüsusatlar iş materialları ilə təsdiq olunmur, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü sübutları müdafiə tərəfi təkzib edə bilməmiş, bununla bağlı apellyasiya məhkəməsinə mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də, göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadı. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə verilmiş ittihamda narkotik vasitənin ona məxsus olmaması və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, məhkəmə baxışının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, ##.##.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında” protokolu, ##.##.2025-ci il tarixli “təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokolu, ##.##.2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol, şahid ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-274/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-274/2026
24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver