Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-275/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, müdafiəçilər müdafiəçi1 və müdafiəçi4 iştirakı ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (hakimlər E.Y.Vəliyev (sədrlik edən), M.M.Məmmədzadə və B.F.Müslümov)hökmü ilə ## ###### 2000-ci il tarixdə Tovuz rayonunun Məşədilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Tovuz rayonu, Məşədilər kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda PX-nin * saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29,120.2.2-ci maddəsi ilə 14 (on dörd) il 06 (altı) ay il müddətə, CMnin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs2 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni ## ######## 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs2 ## ######## 2024-cü il tarixdə saat 19:40 radələrində Tovuz rayonu Məşədilər kəndində yaşayan tanışı təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında sərxoş vəziyyətdə Tovuz rayonunun Köhnəqala kəndində yerləşən kafedə Tovuz rayonu Köhnəqala kənd sakinləri zərərçəkmiş şəxs1 və İsmayılov Aqil Yusifəli oğlunun ünvanlarına söyüş söyməklə onlarla sözlə mübahisə etdikdən sonra kafedən küçəyə çıxaraq kafenin ətrafındakı, eləcə də yaxınlıqdakı marketin qarşısında olan şəxslərə məhəl qoymadan küçədə yüksək səslə söyüşlər söyüb mübahisəni davam etdirərək əlində olan silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçağı nümayiş etdirib tətbiq etməklə ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydanı kobud surətdə pozaraq Aqil İsmayılovun üzərinə hücum etmiş, daha sonra xuliqanlıq hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətlə əlindəki istintaqa məlum olmayan bıçaqla həmin yerdə sonuncunun üzərinə hücum edib bıçaqla zərərçəkmiş şəxs1 ardıcıl zərbələr endirərək ona həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi qarının ön divarının daxilə nüfuz edən və qaraciyərin sol payının zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən daxilə nüfuz edən və dalağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid iki ədəd, döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bud nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid dörd ədəd, ümumilikdə isə cəmi altı ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs1 üzərində zor tətbiq etməklə xuliqanlıq etmiş, eyni zamanda xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmiş, həmin vaxtı hadisə yerində olan Aqil İsmayılovun idarə etdiyi “Vaz 2107” markalı **-CK-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili onun hərəkətlərinin qarşısını almaq üçün üzərinə sürərək zərərçəkmiş şəxs1 daha çox bıçaq zərbələri yetirməsinin qarşısını alaraq sonuncudan uzaqlaşdırması, habelə zərərçəkmiş şəxs1 hadisə yerində olan şahid3 idarə etdiyi “Vaz 2106” markalı **-HH-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə dərhal Tovuz rayon X6 Hüquqi Şəxsə çatdırılaraq həkimlər tərəfindən vaxtında təcili təxirəsalınmaz ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun həyatının xilas edilməsi səbəbindən öz niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmü təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 221.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxs2 barəsində bəraət, təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 29,120.2.2-ci maddəsinə münasibətdə isə CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi və CM-nin 62-ci maddəsi tətbiq edilərək ona CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs2 əməlində CM-nin 29,120.2.2 və 221.3-cü maddələrinin tərkibi yoxdur və ona görə də CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli, CM-nin 29,120.2.2-ci maddəsi isə CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı sübutların tədqiqi nəticəsində əldə olunan nəticələrə düzgün hüquqi qiymət verməmiş, bu səhvlər də nəticə etibarı ilə əsassız və ədalətsiz məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, məhkəmədə dindirilmiş şahidlər istintaq zamanı verdikləri ifadələri təsdiq etməmişlər, şahidlərdən biri elan olunmuş ifadəsini eşidəndə “Tövbə, mən elə sözlər deməmişəm” demiş, digər şahid ümumiyyətlə latın qrafikası ilə yazıb oxuya bilmədiyini, sadəcə imzaladığını, orada nə yazıldığını bilmədiyini bildirmişdir. Zərərçəkmiş özü Samirin istəsəydi onu öldürə biləcəyini demişdir. Şahid ifadələrindən və zərərçəkənin özünün ifadəsindən də göründüyü kimi zərərçəkən şəxs təqsirləndirilən şəxsə nəlayiq ifadələr demiş, nəticədə onlar mübahisə etmişlər, hadisə törədilmişdir. təqsirləndirilən şəxs2 bunu arzu etmiş olsaydı zərərçəkmişi asanlıqla öldürə bilərdi. Lakin təqsirləndirilən şəxsin heç bir maneə olmadığı halda yaralı olan və qarşısında olan zərərçəkmişə heç bir öldürücü xəsarət yetirməmişdir. Xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxıdan da, hazırkı iş üzrə təqsirləndirilən şəxsin hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Samirin anlaqsızlığı istisna edən psixi pozuntusu olmuşdur. Buna səbəb onun müharibə iştirakçısı olmasıdır. Dərmanlar qəbul edir. Əslində hadisənin baş verməsinin səbəbkarı zərərçəkmişdir. Çünki ilk olaraq o söyüşlər söyməyə başlamış və bundan sonra mübahisə düşmüşdür. İlk olaraq Samiri daşla başından vurmasını zərərçəkmiş şəxsdə təsdiq etmişdir. Belə olan halda Samirin əməlində xuliqanlıq yoxdur. Dəfələrlə zərərçəkmiş şəxslə barışığa cəhd olunsa da zərərçəkmiş hər dəfə barışacağını desə də boyun qaçıraraq barışmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçilər verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və təqsirləndirilən şəxs2 cinayət əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməklə yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, heç kimi öldürmək fikri olmamışdır. Buna görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-in 29,120.2.2 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Eləcə də birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən onun şəxsiyyətini və yüngülləşdirici halları kifayət qədər nəzərə alıb məhkumun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin etmişdir. Buna görə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və müdafiəçilərinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən biri təqsirləndirilən şəxsin CM-in 29,120.2.2-ci maddəsi ilə olan əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Tovuz RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi, R Fərid Əmiraslanovun ## ######## 2024-cü il tarixli raportundan görünür ki, ##.##.2024-cü il tarixdə saat 20:30-də Tovuz RMX növbətçi həkimi Bağırova Mətanət, Tovuz RPŞ-nin növbətçi hissəsinə zəng edərək, Tovuz rayon Köhnəqala kənd sakinləri 1988-ci il təvəllüdlü X4 qolun dişlənmiş yarası, qarın nahiyəsinin çoxsaylı deşilmiş yaraları, sol budun deşilmiş yarası xəsarəti ilə, 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğlunun, kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri alması barədə məlumat vermişdir; “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz rayonu, Köhnəqala kəndində yerləşən kafenin qarşısıdır; “Diskə baxış keçirilməsi haqqında” ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, həmin disk bir videoyazıdan ibarətdir. Videoyazıda olan görüntülər Tovuz rayonu Köhnəqala kənd sakini, şahid5 məxsus Tovuz rayonu Köhnəqala kəndi ərazisində yerləşən mağazasının qarşısında quraşdırdırılmış videomüşahidə qurğusunun ** nömrəli kamerasına həkk olunmuşdur. Həmin videomüşahidə qurğusunun kamerası mağazanın giriş hissəni qeydə alır. Diskdəki videoyazı 16 dəqiqə 52 saniyə ərzində davam edir. Diskdəki videoyazıya baxış zamanı müəyyən olunmuşdur ki, videoyazı ##.##.2024-cü il tarixdə saat 19:40:07 saniyədən qeydə alınmağa başlamışdır. Baxış iştirakçısı şahid5 bildirdi ki, mağazanın videomüşahidə qurğusu görüntünü real vaxtdan 4-5 dəqiqə irəli çəkir. Videoyazının 19:40:40-cı saniyəsində görünür ki, dövlət qeydiyyat nişanı görünməyən qara rəngli “Vaz 2107” markalı avtomobil şahid5 qeyd etdiyi Fərhad adlı şəxsin işlətdiyi kafenin qarşısında saxlayır. Qeyd olunan kafe mağazaya bitişik mağaza ilə üzbəüz dayandıqda sol tərəfdə yerləşir. Sərnişin tərəfdən bir nəfər şəxsin düşərək kafeyə doğruğu getdiyi görsənir. şahid5 bildirdi ki, həmin şəxs həmkəndlisi zərərçəkmiş şəxs1dur. Videoyazının 19:41:37-ci saniyəsində görünür ki, avtomobildən sürücü tərəfdən 1 nəfər şəxs düşərək avtomobilin arxa tərəfi ilə fırlanaraq kafeyə doğru gedir. şahid5 bildirdi ki, həmin şəxs həmkəndlisi Aqil İsmayılovdur. Videoyazının 19:42:37-ci saniyəsindən görünür ki, kafenin həyətindən bir neçə nəfər çıxaraq kafenin qarşısında mübahisə edirlər. Videoyazının 19:43:37-ci saniyəsindən görünür ki, kafenin qarşısında dayanan avtomobilin arxa tərəfi ilə 2 nəfər şəxsin mübahisə edir. şahid5 bildirdi ki, həmin şəxslər Tovuz rayonu, Məşədilər kənd sakini təqsirləndirilən şəxs2 ilə həmkəndlisi Aqil İsmayılovdur. Videogörüntüdə görsənən ağ rəngli köynəkdə olan şəxs Aqil İsmayılovdur. Arxası kameraya doğru olan şəxs isə təqsirləndirilən şəxs2dur. Samirin görüntüdən Aqilin üzərinə doğru getməsi və onların mübahisə etməsi görünür. 19:43:46-cı saniyəsində təqsirləndirilən şəxs2 qəfildən yerə yıxılması və Aqil İsmayılovun yerdən nə isə götürməsi görünür. Qeyd olunan vaxtdan isə avtomobilin arxa tərəfində küçədə bir neşə nəfər şəxsin küçənin ortasında dayanaraq mübahisə etmələri, həmin vaxtı küçəyə və mağazanın qarşısına bir neçə nəfər şəxsin toplaşması görünür. Videoyazının 19:46:40-cı saniyəsindən görünür ki, avtomobilin arxa tərəfi ilə 2 nəfər şəxs əlbəyaxa olurlar. şahid5 bildirdi ki, həmin şəxslər Tovuz rayonu, Məşədilər kənd sakini təqsirləndirilən şəxs2 ilə həmkəndlisi zərərçəkmiş şəxs1dur. şahid5 bildirdi ki, qeyd olunan mübahisə zamanı təqsirləndirilən şəxs2 əlindəki bıçaqla zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirir. şahid5 bildirdi ki, videoyazıdan da, göründüyü kimi həmin an Aqil İsmayılov avtomobini təqsirləndirilən şəxs2 üzərinə sürərək Samirin Xaliddən aralanmasına nail olur. Əgər həmin vaxt Aqil maşını Samirin üzərinə sürməsə Samir Xalidi elə oradaca öldürəcəkdi. şahid5 bildirdi ki, X2 aralanmasına nail olduqdan sonra avtomobilini geriyə doğru verir. Həmin vaxtı Canpolad onun maşınına tərəf gedərək bıçaqla sürücü tərəfdən Aqilin kürəyindən vurur. Bundan sonra isə Canpolad çıxıb gedir. Aqil də maşınından düşərək kürəyində bıçaqla mağazaya tərəf gəlir. Daha sonra isə Sübhan adlı şəxs Aqillə Xalidi avtomobilində xəstəxanaya aparır. Videoyazı 19:56:59-cu saniyədə başa çatmışdır; ##.##.2024-cü il tarixli *** nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılması tibbi müayinə protokolundan görünür ki, təqsirləndirilən şəxs2 orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” ## ######## 2024- cü il tarixli ptotokoldan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı vermiş olduğu ifadələrinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə ## ######## 2024-cü il tarixdə ifadəsi yerində yoxlanarkən müvafiq olaraq ##.##.2024-cü il tarixdə zərərçəkmiş şəxs1 ilə mübahisə etdikləri, zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyi yerləri, həmçinin hadisədən sonra bıçağı atmış olduğu yerləri, yəni törətdiyi cinayət hadisələrinin yerini və şəraitini göstərmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Ağstafa rayon şöbəsinin təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının ##.##.2024- cü il tarixli, *** saylı tibbi rəyindən görünür ki, təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli, *** saylı tibbi rəyindən görünür ki, zərərçəkmiş şəxs1 bədənində qarının ön divarının daxilə nüfuz edən və qaraciyərin sol payını zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthindən daxilə nüfuz edən və dalağın zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bud nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən ##.##.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Həmin xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edən və qaraciyərin sol payını zədələnməsi ilə nəticələnən deşilmişkəsilmiş yarası və döş qəfəsinin sol yan səthindən daxilə nüfuz edən və dalağın zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası xəsarətləri həm ayrı-ayrılıqda həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin), eləcə də, bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir və zərərçəkmiş şəxs1 əynində olmuş paltarlarla onun bədənindəki xəsarətlər üst-üstə düşürlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin zərərçəkmiş şəxs İsmayılov Aqil Yusifəli oğlunun barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli, *** saylı tibbi rəyindən görünür ki, İsmayılov Aqil Yusifəli oğlunun bədən səthində aşkar olunmuş bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən ##.##.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İsmayılov Aqil Yusifəli oğlunun bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin), eləcə də bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsirindən əmələ gələ bilməsi istisna edilmir və onun əynində olmuş paltalarlardakı zədələrlə bədən səthi üzərində olan xəsarət üst üstə düşürlər, eyni zamanda ekspertizaya təqdim edilmiş tiyəsi sınmış bıçaqla həmin xəsarətin yetirilə bilməsi inkar edilmir; Məhkəmə-psixiatrik ekspertizasının ## ####### 2024-cü il tarixli, *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 cinayət törətdiyi dövrdə partlayış travması mənşəli kəllə-beyin travması, şəxsiyyətin üzvi pozuntusu və davranış pozuntuları XBT F07.0 xəstəliyindən əziyyət çəkir. təqsirləndirilən şəxs2 partlayış travması mənşəli kəlləbeyin travması, şəxsiyyətin üzvi pozuntusu və davranış pozuntuları XBT F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən o cinayət törədərkən o, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür. təqsirləndirilən şəxs2 partlayış travması mənşəli kəllə-beyin travması, şəxsiyyətin üzvi pozuntusu və davranış pozuntuları XBT F07.0 xəstəliyi keçirdiyindən onun əməli Azərbaycan Respublikası CM- mn 22.1-ci maddəsinin təsiri altına düşür. təqsirləndirilən şəxs2 hazırda da partlayış travması mənşəli kəllə-beyin travması, şəxsiyyətin üzvi pozuntusu və davranış pozuntuları XBT F07.0 xəstəliyindən əziyyət çəkir. təqsirləndirilən şəxs2 halhazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur; təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının ## ####### 2024-cü il tarixli, *** saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs2 partlayış travması mənşəli kəllə-beyin travması, şəxsiyyətin üzvi pozuntusu və davranış pozuntuları XBT F07.0 xəstəliyi aşkar edildiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır; “Üzləşdirmə haqqında” ## ###### 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı ##.##.2024-cü il tarixdə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxs İsmayılov Aqil Yusifəli oğlu arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməllərini səmimi etiraf etmişdir. Apellyasiya şikayətinin digər dəlili yəni təqsirləndirilən şəxsə CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəlilik nəticələrini qabaqcadan görən, bu nəticənin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozma və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, həmin əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarların hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair qanunazidd hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.» “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının xuliqanlıq kimi təsvir etdiyi hadisə xuliqanlıq zəmininda baş vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs2 Elbrus oğlunun əməli CM-in 29,120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs2 Elbrus oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Odur ki, təqsirləndirilən şəxs2 Elbrus oğlunun qeyd olunan cinayətləri törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında hökmün dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-275/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-275/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver