Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-277/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim Hüseynzadə Leyla) ##.##.1996-cı ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda Göygöl rayonu, Toğanalı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il 3( üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## ### 2026-cı il tarixdən hesablanması, onun barəsində «başqa yerə getməmək» qətimkan tədbirinin «həbs» qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclası zalında həbsə alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs o, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən “Gözəl məkan” restoranını yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin vaxt ona borc olaraq verdiyi pulu qaytarması ilə bağlı nalayiq ifadələr işlətməsini bəhanə gətirərək bunun üçün heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı coxsaylı şəxslərin toplaşmasına məhəl qoymayaraq küçədən keçən şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələrlər işlətməklə söyüb, təhqir etməklə özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində istifadə etdiyi kəsici-deşici aləti göstərib, öz üstünlüyünü nümayiş etdirməklə, Zərərçəkmiş şəxs üzərinə hücum çəkib qəsdən sonuncunun sinə nahiyyəsinə, sağ qol nahiyyəsinə və qasıq nahiyyəsinə zərbələr vuraraq ona sağ bazu, sağ qalça nahiyələrinin və sol əlin ovuc səthinin yaraları, sağ döş vəzin və sol xaya nahiyəsinin səthi yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü ədalətli hesab etmir, ona görə də işinə yenidən baxılaraq barəsində ədalətli qərarın qəbul etməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəmə baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi şikayətin dəlillərini dəqiqləşdirərək göstərdilər ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzanın təyin olunmasını xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, ailə vəziyyəti ağırdır, zərərçəkmiş şəxslə barışmışlar və ona qarşı sonuncunun şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəmə baxışında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətin dəlillərinə münasibət bildirərək əvvəl məhkəmənin mülahizəsinə buraxdığını göstərdi ki, daha sonra şikayətin təmin edilərək təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş cəza kifayət qədər ədaləlidir, ona görə də şikayətin təmin olunmamasını və hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Apellyasiya məhkəməsi onu da qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici halların olmasını təsdiq edən hər hansı mötəbər sənəd müdafiə tərəfindən təqdim olunmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs gah məhkəmənin mülahizəsinə buraxdığını, gah da təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş etdiyini göstərsə də, lakin onun təqsirləndirilən şəxslə barışmasını və ondan şikayət və tələbinin olmadığını göstərməsini açıqaşkar şəkildə fikrini ifadə etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi və ya barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi üçün hər hansı bir qanuni əsaslar müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-277/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-277/2026
14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver