Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-278/2026 27.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi və müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Ağdam Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsinin binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli (sədrlik edən Elşad Bayramov) hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, onun üzərinə sınaq müddəti ərzində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsi qərara alınmış, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüqiqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə hökmdən zərərçəkmiş şəxsin hüqiqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin hüqiqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi həmin qərardan apellyasiya şikayəti verərək buraxılmış müddətin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, iş düzgün araşdırılmamış, ədalətsiz qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarın gec şikayət verilməsinə səbəb avtoqəza keçirməsi, sonradan isə psixoloji şok vəziyyətində olması olub. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsində keçirilən proseslərdə zərrəçəkmiş şəxsin hüquqi varisinin iştirak etdiyini və hökmün onun iştirakı ilə çıxarıldığını buna baxmayaraq hökmdən şikayət verillməsi müddətinin üzrlü səbəb olmadan ötürüldüyünü bildirdi və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinin təmin edilməsi, müdafiə tərəfi və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və verilmiş apellyasiya şikayətindən məlum olur ki, hazırkı cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin hökmü ## #### 2025-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi iştirakı ilə elan edilmiş və ## #### 2025cı il tarixdə hökmün surəti ona poçt vasitəsilə verilmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüqiqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi hökmdən məlumatsız olmasını bildirsə də, ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək istintaq və məhkəmədən narazılığını ifadə edən ərizə ilə müraciət etmiş, onun şikayət ərizəsi cavablandırılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə tərəfindən ## ### 2026-cı il tarixdə ona ərinin ölümü ilə bağlı cinayət işinə baxılması və hökm çıxarılması barədə də bir daha məlumat verilmişdir. "xxxx" X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci instansiya məhkəməsinə ünvanladığı ## #### 2026-cı il tarixli məktubla bildirilmişdir ki, sistem və sənəd üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, ## #### 2025-ci il tarixdə AZ**** saylı Müştəri Xidmətləri Şöbəsi vasitəsi ilə Ağdam Rayon Məhkəməsi tərəfindən vətəndaş Zərərçəkmiş şəxsin hüquqi varisi göndərilmiş SS962650725AZ ştrix kodlu məktub ## #### 2025-ci il tarixdə qeyd olunan poçt şöbəsi tərəfindən alıcıya təhvil verilmişdir. İş materiallarından görünür ki, ## #### 2026-cı il tarixdə məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, həmin vəsatət ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 1 ildən artıq müddət keçmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət ötürülmüşdür. Həmçinin, məhkəmədə Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə prosesi zamanı bütün hüquqları, həmçinin hökm elan edildikdən sonra apellyasiya şikayəti verilməsi qaydası və müddəti ona izah edilmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verməklə hökmü mübahisələndirməmişdir. Bundan başqa, iş materialları ilə də müəyyən edilir ki, məhkum Zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittham hökmündən apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyi yalnız həbsdə olan məhkuma istisna halı göstərməklə apellyasiya şikayətinin verilməsi müddətinin hökmün elan edildiyi vaxtdan hesablanmasını müəyyən etmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Həmin Məcəllənin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, apellyasiya şikayətinin dəlillərini, eləcə də, bu dəlillərə etiraz edən dövlət ittihamçısının və müdafiə tərəfinin rəyini dinləyərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı hər hansı bir əlavə halın müəyyən edilməməsini qeyd edərək məhkəmə kollegiyası apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün əsaslar görmür. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3, 391.12 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Ağdam Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Ağdam Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-278/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-278/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver