Məhkəmə qərarları › İş №1(3-7)-282/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-282/2026

10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-282/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X3, zərərçəkmiş şəxs X1 hüquqi varisi hüquqi varis2 İsmayıl qızının və zərərçəkmiş şəxs X2 hüquqi varisi hüquqi varis1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli (hakimlər E.Y.Vəliyev (sədrlik edən), D.H.İmanov və B.H.Müslümov) hökmü ilə ## #### 2005-ci il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Kələk kəndində qeydiyyatda olmaqla Şəmkir şəhəri, Rəşid Fərzəliyev küçəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda PX-nin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## #### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasının əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 05:30 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayon ərazisindən keçən 7-ci kilometrliyində, “555” mebel mağazasının yaxınlığında avtomobil yolunda idarə etdiyi “BD-615772” nömrəli qeydiyyat şəhadətnaməsi ilə zərərçəkmiş şəxs1 mülkiyyətində, etibarnamə ilə X1 istifadəsində olan “Mercedes Benz GL 550 minik” markalı, ** DG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yaşayış məntəqəsinə aid olmayan yol sahəsində 180 km/saat surətdən artıq surətlə hərəkətdə olub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərini pozaraq, idarə etdiyi avtomobilin hərəkət hissəsində dayanıqlı hərəkətini təmin etməyib yüksək sürətlə idarə etməsi nəticəsində avtomobil üzərində idarəetməni itirərək yolun sağında olan çökəklik hissəyə aşırmış, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulması ilə nəticəsində ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin, yəni həmin avtomobildə olan sərnişin X1 həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən açıq kəllə-beyin travması, baş-beyinə, alın-təpə-ənsə nahiyələrinə uyğun hissələrdə böyük ölçülü qansızına, baş beyin maddəsinin və hər iki ağciyərin ödəmi, başın yumşaq toxumalarına, alın-təpə-ənsə nahiyələrinə uyğun hissələrdə qansızma, alın-təpə-ənsə sümüklərinin xətti formalı sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3 hissəsinin qapalı sınığı, təpə-ənsə nahiyəsinin yarası, sağ bazu nahiyəsinin qançırı, alın, sol yanaq, sol almacıq, döş qəfəsi, sağ kürək, hər iki sağrı, sağ əl, hər iki bud, hər iki baldır nahiyələrinin, sağ ayaq pəncəsinin və III-IV-V ayaq barmaqlarının sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması və ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan açıq kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinə qansızına, alın-təpə-ənsə sümüklərinin xətti formalı sınığı, digər sərnişin X2 həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş-beyinə və beyinciyə qansızına, baş beyin maddəsinin ödəmi, başın yumşaq toxumalarına sol gicgah nahiyəsinə uyğun hissədə qansızına (hematoma), döş qəfəsinin qapalı küt travması, sağda İ-XII-dək qabırğanın məmə xətti üzrə, solda İ-II-III-IV qabırğaların isə ön qoltuq altı xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sağ ağciyərin və dalağın cırılması, sol bud sümüyünün qapalı sınığı, döş qəfəsinin sağ yan səthinin, sağ qalça, sol qasıq, sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, qarın nahiyəsinin sol yan səthinin, sol bud, sol diz və sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması və ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan açıq kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma səbəbindən hadisə yerində ölmələri və digər sərnişin zərərçəkmiş şəxs2 İbrahim qızının döş qəfəsinin qapalı küt travması, sol III-IV-V-VII qabırğaların sınığı, sol tərəfli pnevmotoraks, hər iki ağ ciyərdə kontuziya sahələri, sağ baldır nahiyəsinin yarası, döş qəfəsinin arxa səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olan, həmçinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 16000 (on altı min) manat maddi zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işə yenidən baxılmasını xahiş etmişdir. Həmçinin hökmdən müdafiəçi apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən zərərçəkmiş şəxs2 İbrahim qızı ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 İsmayıl qızı ilə barışmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 hüquqi varisi hüquqi varis1 ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb, şikayətçi deyil, cəza məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini müdafiə edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağı var. Hadisəni ehtiyatsızlıqdan törətmişdir, zərərçəkmiş şəxsin hüquqi varisi Zahid Vəlizadənin ona qarşı şikayət və tələbi yoxdur. Buna görə şikayətlərin təmin edilməsini və təyin olunan cəzanın həddinin aşağı endirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs X1 hüquqi varisi hüquqi varis2 İsmayıl qızı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs X2 hüquqi varisi hüquqi varis1 apellyasiya şikayətləri üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğun cəza təyin etdiyini bildirdi və apellyasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxslərin, zərəçəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Apellyasiya icraatında işə baxılarkən məhkuma ədalətli cəza, yəni aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona yüngül cəza təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan başqa, "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2012-ci il tarixli Sərəncamında da yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin aktuallığı və mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırilması üçün əlavə tədbirlərin görülməsinin, yol-nəqliyyat hadisələrinin törədilməsinə görə cinayətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CMin 263-1.4-cü maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur, birinci instansiya məhkəməsi tərəfindən isə təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici hallar nəzərə alınmaqla aşağı həddə, yəni 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar