Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-283/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X9 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı və hökmü ilə (hakimlər X12 (sədrlik edən), hakimlər X2 və X3) ##.##.1989-cu il tarixdə Tovuz şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, barəsində olan cinayət təqibi Azərbaycan Respublikası CM-nin 234.1-1 və 264-cü maddələri ilə davam etdirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı isə tam birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, onun həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni ## ### 2025-ci il tarixdən hesablanmalı, ona təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ## ####### 2024-cü il tarixdə saat 21 radələrində anası X6 mülkiyyətində olmaqla etibarnamə olmadan idarə etdiyi “VAZ-21013 minik” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsi ilə üzü Tovuz rayonu, Böyük Qışlaq kəndi istiqamətində saatda 70 km sürətlə hərəkətdə olarkən ötmə əməliyyatı edən zaman diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillə hərəkətin təhlükəsizliyini təmin edən lazımi ara məsafə seçərək hərəkət etməli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bu tələblərə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan X10 mülkiyyətində olmaqla idarə etdiyi “VAZ-2101” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini toqquşdurmuş və “VAZ-2101” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarına çıxaraq aşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs burun sümüklərinin yerdəyişməli sınığı və burun qanaxması ilə müşayiət edilən burun nahiyəsinin qançır-şişkinliyi, hər iki gözaltı nahiyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, qeyd edilən tələblərə riayət etməyərək öz hərəkəti davam etdirib qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların II siyahısına əsasən külli miqdarda, yəni 5,747 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “Şah əsəri” şadlıq sarayının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ## ### 2025-ci il tarixdə saat 18:22-də Tovuz şəhəri, H.Əliyev prospektində yerləşən “Şah əsəri” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Tovuz Rayon Polis Şöbəsinə gətirilməklə orada xidməti otaqda həmin tarixdə saat 20:25-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,747 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş tələblər pozulmuşdur. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, hər hansı şəxs cinayət məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi ittihamı ilə saxlanılırsa məhz onun saxlanma anında elə həmin yerdəcə video çəkiliş edilərək ilkin hərəkətlər orada həyata keçirilməlidir. Cinayət işi materiallarına nəzər saldıqda müəyyən olunur ki, şəxsin saxlanıldığı gün onun məhz saat 18:22-də Şahənşah restoranının qarşısında saxlanıldığı və bundan 2 saat sonra yəni saat 20:22-də Tovuz RPŞ-də üzərinə baxış keçirildiyi müəyyən olunmuşdur. Bundan başqa şəxsin üzərinə Tovuz RPŞ-də baxış keçirilməsinə dair videoçəkilişə nəzər saldıqda onun şalvarının kəmərinin olmadığı müəyyən edilir. Bu da ona əsas verir ki, o saxlanıldığı vaxtdan həmin video çəkilənədək olan müddət ərzində artıq üst-başı əynindən çıxarılaraq üzərinə baxış keçirilmiş və kəməri də məhz bu ərəfələrdə çıxarılmışdır. X4 də təqsirləndirilən şəxsin dediklərini birə-bir təsdiq etmişdir. Belə ki, o bildirmişdir ki, onlar saxlanılarkən polis əməkdaşlarının zorakılığına məruz qalmışlar. Əvvəlcə bir müddət döyülmüşlər. Daha sonra isə onların üzərinə narkotik vasitə qoyulmuş və çəkiliş edilərək onlara təlqin edilən sözləri deməyə məcbur edilmişlər. Məhz bundan sonra onlar etirafedici ifadəni imza etməyə və video çəkiliş edilərək guya həmin narkotik vasitənin onlara məxsus olmasını deməyə razı olmuşlar. Məhkəmə iş üzrə şahid qismində dindirilmiş Nemət Hacıyevin dediklərinə də tənqidi yanaşaraq verilmiş ifadələrin müdafiə xarakterli olmasını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini sübut edəcək hər hansı bir mötəbər dəlil mövcud deyildir. Belə ki, o, hadisə günü hər hansı bir avtomobili görmədiyini, yüngülvari toxunmanın hansısa heyvana toxunması səbəbindən olduğunu zənn edərək o, hadisə yerindən getdiyini və hər hansı avtoqəzanın baş verməsindən sonra hadisə yerini tərk etməklə hər hansı bir əlaqəsinin olmadığını bildirmişdir. Lakin məhkəmə tərəfindən hökmdə qəzanın baş verməsinin video materialda məhz bütün detalları ilə olmasını bildirmişdir. Lakin videodiskə baxış keçirildikdə hadisənin bütün təfərrütatının orada açıq aşkar görünmədiyi (təqsirləndirilən şəxsin hadisə törənən zaman qarşıdakı avtomobili görüb-görməməsi) öz təsdiqini tapır. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Qələndər Məmmədov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Əlavə olaraq təqsirləndirilən şəxs göstərdi ki, o, özünün ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, ona görə ki, həmin cinayət əməllərini o, törətməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs əməli istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə ona istinad olunan cinayətləri törətməkdə təqsiri təsdiq olunur. Həmçinin məhkəmə ona ədalətli cəza təyin etmişdir. Ona görə də hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və məhkəmənin hökmü qüvvəsində saxlanılmalıdır. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin və zərərçəkmiş şəxsin ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq CM-nin 234.4.3-cü və 264-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülərək zorla onun üzərinə qoyulması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən hər hans yol qəzasının törətmədiyi barədə xüsusatları irəli sürülərək təqsirləndiriləndirilən şəxs barəsində bərəat hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü və 264-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -“yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, X10 idarə etdiyi “VAZ-2101” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz-Böyük Qışlaq avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etməni itirərək yolun hərəkət hissəsindən çıxıb yolun ehtiyat hissəsində yerləşən çuxura düşərək yan tərəfi üzərinə aşmışdır; -##.##.2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, “VAZ-2101” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil Tovuz şəhəri istiqamətindən üzü Tovuz rayonu, X1 kəndinə doğru “Tovuz-Böyük Qışlaq” avtomobil yolunun Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən ötmə əməliyyatında olan “VAZ-2101” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurması nəticəsində yolun hərəkət hissəsindən ehtiyat hissəyə çıxıb, daha sonra aşmışdır. “VAZ-2101” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən arxa hissəsindən vurulmaqla yol-nəqliyyat hadisəsi törətmiş avtomobil hadisə yerində qaçsa da, hadisə yerinə baxış zamanı aşkar olunmuş, çəkiliş bucağı hadisə yerini əhatə edən müşahidə kamerasına baxış zamanı hadisəni törətmiş və hadisə yerindən qaçmış avtomobilin “VAZ-2101” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmişdir; -##.##.2024-cü il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2101” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı həmin avtomobilin ön sağ qanad hissəsinin və işıq fənərinin toqquşma nəticəsində deformasiya olunması və qəzalı vəziyyətə düşməsi müəyyən edilmişdir. Baxış zamanı təmir sexində işləyən X7 həmin avtomobili Təqsirləndirilən şəxs təmir sexinə yerləşdirdiyini bildirmişdir; - MTE və PAB PHŞ-in Tovuz rayon şöbəsinin ##.##.2024-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər ##.##.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir; -##.##.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini üç gün əvvəl Tovuz şəhəri ərazisində üzdən tanıdığı şəxsdən 50 manat pul müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddənin onun üstündə olmasından başqa şəxslərin, eləcə də Nemət Hacıyevin məlumatının olmadığını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən əlavə başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə və Nemət Hacıyevə qarşı fiziki və ya psixi təsir olunmadığını, özünün polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir; - DIN-nin BMCMI-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMI-nin MSY-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir; -MTE və PAB PHŞ-in ##.##.2025-ci il tarixli, 265/MEŞ məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində ##.##.2025-ci il tarixə və şəraitə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; -Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: 1) Istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21013” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2) Sürücü Təqsirləndirilən şəxs toqquşmadan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; -Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli məhkəməkimyəvi ekspertizasının rəyi; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasından daxil olmuş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir; -Həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının videoyazısından görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, tanımadığı şəxsən aldığını, saxlanılan zaman da ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini göstərmişdir; -Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində, ##.##.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində saxlanılan zaman üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, üç gün əvvəl tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir; -Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadədən və apellyasiya məhkəməsində verdiyi izahatdan görünür ki, yol nəqliyyat hadisəsindən sonra dəydiyi avtomobilin sürücüsü ilə görüşmüş, sonuncu ilə danışıb barışmış və dəymiş zərəri tam şəkildə ödəmişdir. -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində, ##.##.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrini, eyni zamanda yol nəqliyyat hadisəsinin baş verməsini təsdiq etməsini, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxs və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ##.##.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində, ##.##.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində saxlanılan zaman üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, üç gün əvvəl tanımadığı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulmasını, eləcə də ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə həm təhqiqatçı, həm də müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmin izahatla ifadələrdə olan imzalar ilə bağlı Təqsirləndirilən şəxs məhkəmədə göstərmişdir ki, ##.##.2025-ci il tarixli izahatın sonundakı əl yazmalar, ##.##.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair protokolun sonundakı əlyazmalar və ##.##.2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi istintaq hərəkətinə dair protokolun sonundakı əlyazmalar onun tərəfindən icra edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs izahatla ifadələrdə olan yazıların və imzaların onun tərəfindən icra edildiyini birmənalı olaraq təsdiq etmişdir. Həmçinin ##.##.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini üç gün əvvəl Tovuz şəhəri ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddənin onun üstündə olmasından başqa şəxslərin və eləcə də Nemət Hacıyevin məlumatının olmadığını, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən əlavə başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlədib saxlamadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə və Nemət Hacıyevə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünün də polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı istintaq hərəkətinin sonunda Təqsirləndirilən şəxs təhqiqatçını sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni üç gün əvvəl tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı ifadəsində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə psixotrop maddə metamfetamin qoymadığını, ailəsi ilə hədələmədiyini, şəxsi axtarış zamanı aşkar olunan psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddəni üç gün əvvəl tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Habelə iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs psixotrop maddə tanımadığı şəxsdən aldığını, birinci dəfə idi ki “patı” aldığını, lakin istifadə etmədən polislər tərəfindən saxlanıldığını, əməlindən də peşman olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında qərarda onun adından yazılmış sözləri demədiyini qeyd etdiyi üçün həmin halın araşdırılmasından ötrü Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının videoyazısı tələb olunaraq tədqiq olunmuş və həqiqətən də Təqsirləndirilən şəxs qərarda yazılmış sözləri deməsi bir daha öz təsdiqini tapmışdır. Hətta Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitədən istifadə etmədiyini qeyd etsə də, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs beş aydır narkotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini göstərmişdir. Nəticə etibarı ilə də həmin rəylə Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə hallarının olması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetaminin aşkar edilməsi öz təsdiqini tapmışdır. Eləcə də Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində olarkən polislər tərəfindən döyüldüyünü, qabırğalarının sındığını və xəsarət aldığını iddia etsə də, iş materiallarında olan həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də məhkumun tibbi kitabçasının surəti ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Hətta müdafiə tərəfinin özünün vəsatəti əsasında birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş şahid1 ifadəsində polislərin avtomobili saxladıqdan sonra sonuncuların Təqsirləndirilən şəxs döymələrinin yaxud təhqir etmələrinin, polislərin Təqsirləndirilən şəxs cibinə narkotik vasitə qoymalarının yaxud bu barədə nə isə demələrinin şahidi olmadığını göstərmişdir. Həmçinin fiziki və psixi təsirə məruz qalması barədə müqavilə əsasından müdafiəçisi Könül Əzimovanın müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq həmin xüsusatlar öz təsdiqini tapmadığı üçün Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsində göstərilən bəraətverici əsasla cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisi Könül Əzimovanın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə ##.##.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində, ##.##.2025-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə və digər sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs verdiyi izahatında göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçilərinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalaraq məcbur olub psixotrop maddə metamfetaminin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu iddia etsə də, yuxarıda qeyd edilən xüsusatlar təsdiq olunmur, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü sübutları müdafiə tərəfi təkzib edə bilməmiş, bununla bağlı apellyasiya məhkəməsinə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi digər cinayət əməli üzrə CM-nin 264-cü maddəsi üzrə onun təqsirli bilinməsinə dair mötəbər sübutlar ittiham tərəfindən təqdim olunmuş, təsadüfü deyil ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində və apellyasiya məhkəməsində verdiyi izahatında yol nəqliyyat hadisəsindən sonra dəydiyi avtomobilin sürücüsü ilə görüşdüyünü, sonuncu ilə danışıb barışdığını və dəymiş zərəri tam şəkildə ödədiyini göstərmişdir. Buna görə də göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadı. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitə istifadəçisi olmaması, habelə hadisə yerindən qaçmaması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-283/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-283/2026
14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver