Məhkəmə qərarları › İş №1(3-7)-285/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-285/2026

14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-285/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1, Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun nümayəndəsi (vəkil) müdafiəçi1 iştirakları ilə MÜƏYYƏN ETDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Tovuz rayonu Əyyublu kənd sakini barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 6 (altı) ay və 147.2ci maddəsi ilə 3 (üç) il müddətinə, Tovuz rayonu, Əyyublu kənd tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəlliməsi işləyən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-cı maddəsinə ilə 6 (altı) ay və 147.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. ##.##.1971-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən ona bəraət verilmişdir. ##.##.1971-ci ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tovuz Rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbində müəllimə işləyən, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən ona bəraət verilmişdir. IŞIN HALLARI: ##.##.2025-ci il tarixli qərardan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Xüsusi ittihamçı onun arvadı olan barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 ondan 1600 manat rüşvət alması faktı barəsində aparılan araşdırma zamanı Xüsusi ittihamçı əməllərində cinayət hadisə olmadığından cinayət işinin başlanması rədd edilmişdir. ##.##.2025-ci ildə tərtib edilmiş aktdan görünür ki, ##.##.2025-ci il tarixində Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbində keçirilən növbədənkənar pedaqoji şura iclasının üzvləri barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 məktəbin direktoru Xüsusi ittihamçı və məktəb ünvanına ##.##.2025-ci il tarixində Tovuz rayon Təhsil Sektoruna yazdığı şikayət ərizəsində işlətdiyi ifadələrin həqiqətə uyğun olmadığını və yazdığı cümlələrin yalan, böhtan xarakterli olduğunu pedaqoji heyət olaraq adı çəkilənlər öz imzaları ilə təsdiq edirlər. ##.##.2025-ci ildə tərtib edilmiş aktdan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 məktəbin pedaqoji şura iclasını pedaqoji şuranın icazəsi olmadan və bu haqda direktorun qadağanedici xəbərdarlığına baxmayaraq öz şəxsi telefonu ilə çəkmiş etmiş və «tik-tok»la paylaşmışdır. Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbi üzrə ##.##.2025-ci il tarixli, * nömrəli pedaqoji şura iclasının protokolun çıxarışından görünür ki, ##.##.2025-ci il tarixində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 məktəbin pedaqoji şura iclasını məktəbin pedaqoji şurasının icazəsi olmadan və bu haqda direktorun qadağanedici xəbərdarlığına baxmayaraq öz şəxsi telefonu ilə iclası mobil telefonu ilə videoçəkməyinə görə qərara alınmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 şiddətli töhmət verilməsi məktəb direktoruna tapşırılsın. Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbi üzrə ##.##.2025-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 şiddətli töhmət verilmişdir. Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbində keçirilmiş monitorinqin nəticələri haqqında ##.##.2025-ci il tarixli aktdan görünür ki, monitorinq zamanı məktəbin şagird hərəkəti, şagirdlərin, pedaqoji və texniki heyətinin davamiyyəti, tədris pedaqoji və maliyyətəsərrüfat sənədləri yoxlanmışdır. Monitorinq zamanı onun fəaliyyətində ciddi nöqsanlar aşkar edilmiş və korrupsiya şəraitinin olduğu üzə çıxmışdır. Xüsusi ittiham qaydasında şikayət üzrə icraata baxan Tovuz Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, iş materialında olan sənədlər, sübutlar əsasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 qarşı şikayətində qeyd etdiyi cinayət maddələri ilə ittiham hökmü çıxarılmalı idi, çünki həmin şəxslər konkret olaraq ondan yalandan şikayətlər edir, onu törətmədiyi cinayət barədə onu ittiham edirlər. Bundan başqa, məhkəmə prosesi müəyyən pozuntularla davam etdi. Belə ki, iş üzrə məhkəmə fonoskofik ekspertizası təyin edilməli halda, ekspertiza təyin edilməmiş, yalnız ehtimala əsaslanan süni intellekektdən istifadə olunmuşdur. O da ki, ehtimallara əsaslanır. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəməsinin iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun müdafiəçisi ayrı-ayrılıqda şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Xüsusi ittihamçı əlavə olaraq göstərdi ki, o, Tovuz rayonu, Əyyublu kənd məktəbinin direktoru vəzifəsində uzun müddət çalışmış və o, çalışdığı müddət ərzində Elşən adlı şəxs ona zəng edərək həm kəndliləri olan Aydının həyat yoldaşı Ilhamənin bütün istək və arzularını yerinə yetirməli olduğumu demişdir. Bunun da Anar Məcidovun tapşırığı olduğunu bildirmişdir. Bundan sonra, Ilhamə gəlmiş və ona 500 manat pul təklif etmişdir. O isə bunun qanunsuz olduğunu bildirərək bundan imtina etmiş və Ilhamə isə ona qarşı şantaj xarakterli ifadələr işlətmişdir. Daha sonra 2025-ci ilin sentyabr ayında Aydın şikayət ərizəsi ilə onu idarəyə çağırtdırmışdır, buna görə də o, pedaqoji şura yaratmışdır. Həmin şuranın iclası zamanı Ilhamə xanım onun etirazlarına baxmayaraq cib telefonu vasitəsi ilə videoçəkiliş aparmış, ona şərəfsiz demiş və həmin videogörüntüləri onun həyat yoldaşı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 öz “TikTok” sosial şəbəkəsində paylaşmışdır. O, iş materialına əlavə edilmiş diskdəki səs yazılarının tədqiqi ilə bağlı birinci instansiya məhkəməsində iştirak edən müdafiəçisi tərəfindən həmin məhkəməyə vəsatət təqdim edilərək müvafiq məhkəmə ekspertizasının təyin olunması xahiş olunsa da məhkəmə həmin vəsatəti əsassız olaraq rədd etmişdir. Qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 və Niyazov Ilhamə tərəfindən onun cəmiyyətdə tutduğu nüfuzunu zədələmək, onun şərəf və ləyaqətini alçatmaq məqsədi ilə onun barəsində “rüşvət alır“, eyni zamanda barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 cib telefonu vasitəsi ilə etdiyi videoçəkiliş zamanı ona “şərəfsiz“ demiş və həmin videoçəkiliş onun həyat yoldaşı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2n öz “TikTok” sosial şəbəkəsində paylaşdığı üçün hər ikisinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, onun həyat yoldaşı Ilhamə Əyyublu kənd məktəbinə ibtidai sinif müəllimidir və Elşad isə bir müddət həmin məktəbin direktoru vəzifəsini icra etmişdir. Müəllimlər yay tətilində olduğu zaman Elşad ona zəng edərək, 1800 manat pul istəmişdir ona görə ki, yoldaşının sinif rəhbəri olduğu sinifin şagird yığılmaması səbəbindən bağlanacağını bildirmişdir. Həmçinin Elşad keçən ildə bu adla ondan 1600 manat pulunu almış, indi isə Elşad təkrarən ondan 1800 manat pul istəmişdir. O, da buna görə bütün müəllimlər məzuniyyətdə olduğu vaxtda məktəbə getmiş, direktor Elşadla görüşmüş, ona 1800 manat pulu verə bilməyəcəyini yanlız 500 manat verə biləcəyini göstərmişdir. Elşad isə bununla razılaşmamışdır. Sonradan çarəsiz qaldığı üçün Tovuz-Qazax Regional Təhsil Idarəsinə məktəbdə baş verənlərlə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir, lakin idarə onların şikayətinə baxmamışdır. Ona görə də həmin məlumatları ailəsinin də xəbəri olmadan “TikTok” sosial şəbəkəsinə yükləmiş və paylaşmışdır. Həmimn çəkilişdə arvadı Elşadı təhqir etməmiş, ona böhtan atmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Namazova Ilhamə dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, yoldaşı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 dedikləri ilə razı olduğunu göstərdi. Verilmiş suala cavab olaraq göstərdi ki, məktəb direktoru Xüsusi ittihamçı tərəfindən pedaqoji şuranın iclası keçirilən zaman onun tərəfindən cib telefonu vasitəsi ilə videoçəkiliş edərkən o, iclasa gələn müəllim heyətinə həmin iclasın nə məqsədlə keçirildiyini bilmək istədiyini soruşduğu vaxt Xüsusi ittihamçı həmin zaman ona sənin yoldaşın mənə şər böhtan atır, o, Xüsusi ittihamçı qarşı şərəfsiz və ya başqa təhqiredici ifadə işlətməmişdir. Xüsusi ittihamçı onun sinif rəhbəri olduğu sinifin bağlanmaması üçün onlarda 1800 manat pul istəmişdir. Lakin imkanı olmadığından 500 manat verə biləcəyini demişlər. Bu söhbət Elşadla ərinin arasında olmuşdur. Keçən ili də Elşada 1600 manat pul vermişlər ki, rəhbərlik etdiyi sinif bağlanmasın. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları çərçivəsində nəzərdən keçirərək və tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməməlidir. Belə ki, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya məhkəməsinə verdiyi şikayət ərizələrinin məzmunundan görünür ki, İ. Niyazova videoçəkiliş aparmaqla yalan olduğunu bilə-bilə onun barəsində “rüşvət alır” və “şərəfsiz” kimi onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan ifadələri işlətmiş və həmin videoçəkiliş ərinə məxsus “TikTok” internet informasiya ehtiyatında yayıldığını göstərərək İ.Niyazovun və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 AR CM-nin 147.1 və 147.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Apellyasiya məhkəməsi ilk öncə göstərir ki, işin hallarından yayılmanın mövcudluğu cinayət təqibinin mübahisəsiz halıdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 də məhkəmə iclasına verdikləri ifadələrində və izahatlarında yayılmanın mövcudluğunu etiraf etmişlər və videoçəkilişin “TikTok” informasiya ehtiyatında yaydıqlarını qəbul etmişlər. Apellyasiya məhkəməsi qeyd edir ki, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Apellyasiya məhkəməsi qeyd edir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 onun barəsində “şərəfsiz” və rüşvət alır” ifadələrini işlətdiyini bildirmiş, lakin birinci instansiya məhkəməsinə təqdim edilmiş videodiskin süni intellekt modulunun köməyi əsasında dəfələrlə tətbiqi zamanı müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən xüsusi ittihamçının barəsində “şərəfsiz” ifadəsi işlədilməmişdir və xüsusi ittihamçı barəsində “məndən 1800 manat pul almısan” sözlərini deyir, xüsusi ittihamçısnın “yalan deyənin Allah bəlasını versin” sözlərinə münasibətdə “almamısan, amma istəmisən” cavabını bildirir. Yəni, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 əvvəl işlətdiyi “rüşvət almısan” ifadəsini dəyişərək, “almamısan, istəmisən” deyərək əvvəlki mövqeyini inkar etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisənin mahiyyəti böhtan ətrafında olduğu üçün barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 həmin an "şər atma" deməsi məntiqən gözləniləndir və onun tərəfindən ünvanlı şəkildə "şərəfsiz" təhqir ifadəsinin işlədilməsi öz təsdiqini tapmamışdır. Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən ona qarşı “şərəfsiz” deyilməsi faktı ilə bağlı qeyd edilənləri yekunlaşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, tərəflər arasında qarşılıqlı baş verən polemikanı narazılıq və çəkişmə kimi qiymətləndirərək, burada xüsusi təhqir və ya qərəzli böhtan niyyətinin olmadığını (və ya ifadənin yanlış anlaşıldığını) əsas gətirir, eyni zamanda, sübutların təhlili zamanı ehtimalları və emosional gərginlik fonunda sözlərin səsləniş formasını nəzərə alaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 lehinə şübhələri şərh etməklə "şərəfsiz" ifadəsinin işlədilmədiyi qənaətinə gəlinir. Pedaqoji Şuranın iclasında iştirak edən şəxslərin-müəllimlərin qarşısında Xüsusi ittihamçı ondan rüşvət alması ilə bağlı səsləndirdiyi ittihamlara gəldikdə, apellyasiya məhkəməsi həmin xüsusatla bağlı qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 əvvəlcə kütlə qarşısında Xüsusi ittihamçı üzünü tutaraq "rüşvət almısan" desə də, dərhal öz nitqinə düzəliş edərək "rüşvət istəmisən" ifadəsini işlətmişdir. Bu düzəliş onun qarşı tərəfə bilərəkdən şər-böhtan atmaq niyyətində olmadığını göstərir. Şəxsi böhtan atmaqda və ya ləkələməkdə ittiham etmək üçün onun şüurlu şəkildə yalan məlumatı yaymaq niyyətinin olması sübuta yetirilməlidir. Mühit və şərait barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 öz ilkin iddiasını ("rüşvət alınıb") davam etdirməyə imkan verdiyi halda, o, öz təşəbbüsü ilə faktı dəqiqləşdirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Tovuz Regional Təhsil Idarəsinin birinci instansiya məhkəmənin sorğusu əsasında göndərdiyi 27 vərəqlik məlumatlardan görünür ki, Qazax-Tovuz Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmrinə əsasən yaradılmış monitorinq komissiyası ##.##.2025-ci il tarixdə Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbində monitorinq keçirmişdir. Monitorinq zamanı məktəbin şagird hərəkəti, şagirdlərin, pedaqoji və texniki heyətin davamiyyəti, tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri yoxlanılmış və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 səsləndirdiyi kimi ciddi pozuntular aşkar edilmişdir. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və həyat yoldaşının iddiaları ("qeyri-qanuni siniflərin açılması", "şagird yerdəyişmələri" və s.) uydurma və ya şər-böhtan olmamışdır. Regional Təhsil Idarəsinin yaratdığı xüsusi komissiyanın köklü yoxlaması məktəbdə həqiqətən də ciddi qanunsuzluqların və nöqsanların olduğunu rəsmən təsdiqləmişdir. Bu fakt müəllimin rəhbərliyi böhtanlamaq niyyətinin olmadığını, əksinə, mövcud olan real korrupsiya və idarəetmə pozuntularını ifşa etdiyini göstərir. Məktəbdə korrupsiyaya şərait yaradan halların (məsələn: dərslərin qeyri-şəffaf bölünməsi, rüşvət olmasa da müəyyən imtiyazların tanınması, maraqlar toqquşması və s.) rəsmən mövcud olması müəllimin hərəkətində görmüş və subyektiv olaraq ona elə gəlmişdir ki, bu mühitdə ondan nəsə tələb olunur (və ya tələb ediləcək). Rüşvət tələbinin öz təsdiqini tapmaması o demək deyildir ki, müəllim yalanı qəsdən uydurmuşdur. Bu, sadəcə faktın hüquqi baxımdan sübuta yetirilməməsidir (sübut yetərsizliyidir). Böhtan üçün isə yalanın qəsdən uydurulduğu sübut olunmalıdır. Xüsusi ittihamçı fəaliyyətində aşkar edilmiş qeyri-qanuni sinif və şagird yerdəyişmələrinə görə ona əvvəlcə töhmət verilməsi, daha sonra isə əmək müqaviləsinin müddətinin uzadılmaması (işdən azad edilməsi) rəhbərliyin fəaliyyətinin qanunsuz olduğunu dövlət səviyyəsində təkzibedilməz şəkildə ortaya qoyur. Şikayətlərin rəsmi yoxlama ilə nəticələnməsi və direktorun pozuntularının sübuta yetirilməsi göstərir ki, Xüsusi ittihamçı Pedaqoji Şuranı ardarda toplamaqda məqsədi intizamı bərpa etmək yox, onun qanunsuzluqlarını üzə çıxaran müəllimə qarşı intiqam almaq və təzyiq göstərmək olmuşdur. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və onun həyat yoldaşının etdiyi şikayətlər, sosial şəbəkədə çəkilişləri yayması və narazılığı məktəbdəki real qanunsuzluqlara qarşı əsaslı müqavimət olmuşdur. Eyni zamanda həmin çəkilişlərin sosial şəbəkədən sonradan silinməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 niyyətinin məktəb direktorunu nüfuzdan salmaqdan və ona böhtan atmaqdan ibarət olmadığını göstərir. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və onun həyat yoldaşının prokurorluğa eyni məzmunlu ərizə ilə müraciət etməsinə münasibətdə məhkəmə qeyd edir ki, vətəndaşın dövlət orqanlarına müraciət edərək hər hansı qanunsuzluq barədə məlumat verməsi, hətta bu məlumat sonradan öz təsdiqini tapmasa belə, birbaşa böhtan kimi qiymətləndirilə bilməz. Çünki burada məqsəd kiməsə şər atmaq deyil, pozulmuş hüququn bərpası və ya qanunsuzluğun qarşısının alınması cəhdidir. Məhkəmə kollegiyası qeyd edilənləri yekunlaşdıraraq hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 əməllərində CM-nin 147.1 və 147.2-ci maddələrinin tərkib əlamətlərini təsdiq edən mötəbər sübut xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 əməllərində qeyd edilən cinayət əməlləri olmadığına görə onların barəsində bəraət hökmü qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə qanuni və əsaslı bəraət hökmü qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin bəraət hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 391, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan CPM-nin 410-cu maddəsinə əsasən çıxarıldığı gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar