Məhkəmə qərarları › İş №1(3-7)-288/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-288/2026

28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-288/2026 28.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim X2 və hakimlər X3 və X6) ## ###### 2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Gəncə şəhəri, Cavadxan qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinərək CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzalar qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu - ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 18:15 radələrində ayıq vəziyyətdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz E320” minik markalı “**-XF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, X1 prospekti ilə üzü “Dəyirman Dairəsi” istiqamətində maksimum sürət həddinin 60 km/saat olduğu yolda 30 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76cı maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən sürücü svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli olduğu halda, həmin Qanunun tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da hadisənin baş verməsinə etinasız yanaşaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət üçün lazımı tədbirləri görməyib Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yolun sol tərəfindən sağa tərəfinə keçmək istəyən piyada X4 idarə etdiyi avtomobilin ön sol tərəfi ilə ehtiyatsızlıqdan vurmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi zamanı sürücü nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli; zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda həmin Qanunun tələblərini pozaraq hadisə yerindən qaçmış və nəticədə X4 ehtiyatsızlıqdan baş beyinin, beyinciyinin yumşaq qişalarına, beyin mədəciklərinə, beyin toxumasına qansızma, sol təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol təpə-ənsə nahiyəsinin hematoması, döş qəfəsinin sağ tərəfində III, IV, V, VI, VII, VIII qabırğaların və sağ kürək sümüyünün sınması, ağciyərlərə ocaqlı qansımalar, sol qalça, qasıq, oturaq və oma sümüklərinin xətti sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızmaların olması, döş qəfəsinin sağ yan səthinin və sağ bazu nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığına ağır zərər vurmaya aid edilən həyati xəsarətlər yetirməklə açıq küt kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması nəticəsində aldığı xəsarətlərdən ## ###### 2025-ci il tarixdə saat 16:25-də müalicə aldığı Gəncə şəhər Abbas Səhhət adına * saylı şəhər xəstəxanasında sonuncunun ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. APELLYASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirlən şəxsin əməlləri təqsirli bilindiyi CM-nin 264cü maddəsilə bəraət verilməsi, həmin Məcəllənin 263-1.3-cü maddəsilə aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs hadisənin baş verməsi ilə bağlı verdiyi ifadə hökmdə tam qeyd olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə prosesində baş vermiş hadisə ilə bağlı ifadə verərkən piyadanı avtomobili ilə vurduqdan sonra düşüb ona kökmək etmək istəmiş, lakin ərazidə olan insanların yüksək səslə qışqıraraq ona doğru gəldiklərini görüb və ona doğru gələn şəxslərin vurduğu şəxsin yaxınlarının olduğunu zənn edib hadisə yerindən uzaqlaşıb idarə etdiyi avtomaşını kənar bir yerdə saxlayaraq piyada hadisə yerinə gəlmiş və vurduğu şəxsi artıq təcili tibbi yardım maşını Abbasəhət xəstəxanasına aparıldığını öyrənərək, dərhal xəstəxanaya gedərək xəstəxanadan vurduğu şəxsin oraya gətirilib gətirilməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs bildirilmişdir ki, vurduğu şəxs xəstəxanadadır. Şahruq isə orada olan tibb işçilərinə həmin şəxsisn həyatda qalması üçün əllərindən gələn köməkliyi etmələrini və bütün xərclərin onun tərəfindən çəkiləcəyini bildirmişdir. Şahruq orada gözlədikdən bir müddət sonra məlum olmuşdur ki, vurduğu şəxs vəfat etmişdir. Bundan sonra Şahruq könüllü şəkildə polis orqanına yaxınlaşaraq törətdiyi əməli etiraf etmişdir. Şahruqun yaxınları tərəfindən vəfat etmiş şəxsə dəymiş zərər tam şəkildə ödənilmişdir. Bu da onu göstərir ki, Şahruq zərərçəkmiş şəxsi vurduqdan sonra hadisə yerində qoyub qaçmaq niyyəti olmamışdır. Sadəcə olaraq ətrafdakı insanların yüksək səslə qışqıra-qışqıra onun üzərinə doğru gəldiyini görərək hadisə yerində olan avtomaşınını sürüb kənar bir yerdə saxlayaraq yenidən zərərçəkənə kömək üçün hadisə yerinə qayıtmışdır. Şahruq dərhal zərərçəkənə yardım göstərmək məqsədi ilə xəstəxanaya getmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin cəzasını ağırlaşdırıcı hallar olmamış, əksinə yüngülləşdirici hallar olmuş, buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməsi xahiş edilir. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsi və barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə yüngül cəzanın təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, həmin barışıq sazişi məhkəməyə təqdim olunmuş, onun zərərçəkmiş şəxslə hər hansı düşmənçilik və ədavəti olmamışdır. Həmçinin, o, əməli qəsdən törətməyib, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onu da qeyd edir ki, bu hadisəyə görə heç bir inzibati xəta törətməmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, şikayətin dəlilləri əsassızdır və şikayətin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Odur ki, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxsin ibtdai istintaq və birinci instansiya məhkəməsində özünü təqsirli bilməsi və etirafedici ifadələri, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə tövsif etmişdir. Müdafiə tərəfindən verilmiş və dəqiqləşdirilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsif məsələsi mübahisələndirilərək onun əməlini CM-nin 263-1.3-cü və 264-cü maddələrindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilməklə ona aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in CM-nin 263-1.3-cü və 264-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -“Yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə hadisə yerinə - Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən yol ayrıcında piyada keçidinin üzərində qarşısında baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. -## ###### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirini boynuna almaqla könüllü gələn Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis Idarəsinin inzibati binasına gələrək bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini istifadəsində olan “Mercedes E320” minik markalı **- XF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə o törətmişdir. -“Yol-nəqliyyat hadisəsi yerinə əlavə baxış keçirilməsi haqqında” ## ###### 2025ci il tarixli protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə hadisə yerinə - Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən yol ayrıcında piyada keçidinin üzərində qarşısında əlavə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. -“Diskə baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, “Təhlükəsiz Şəhər Kamerasında” qeydə alınan Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən yolayrıcında baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixdə saat 18:15 radələrində piyada X4 şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yerləşən yol ayrıcında işıqforun sürücülər üçün qırmızı işığında piyadalar üçün yaşıl işığında piyada keçidini soldan sağa üzü Gəncə şəhəri, Abbas Səhhət xəxtəxanası istiqmətində keçmək istəyir, daha sonra piyada Mehriban Quliyeva sürətini artıraq yolun birinci hərəkət hissəsini, yəni qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətti keçərək ikinci hərəkət hissəsinə yeriyərək daxil olur, bu zaman piyada Mehriban Quliyeva “Mercedes Benz E320” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlamadığını görərək sola doğru istiqamətlənir, həmin vaxt “Mercedes Benz E320” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin piyada Mehriban Quliyevanı avtomobilin ön sol hissəsi ilə vurur, piyada havada bir neçə metr gedərək asfaltın üzərinə çırpılır, həmin an “Mercedes Benz E320” minik markalı 90- XF-251 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşərək piyadaya yaxınlaşır, daha sonra isə avtomobilinə minərək hadisə yerindən uzaqlaşır. Bununla da, görüntü bitir. -“Avtomobilə baxış keçirilməsi haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, ## ###### 2025-ci il tarixdə “Mercedes Benz E320” minik markalı “90-XF- 251’’dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. -Azərbaycan Respulikası DIN BDYPI-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Əlavə olaraq bildirilir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Mercedes Benz E320” markalı, **-XF-*** d.q.n-lı avtomobil ##.##.2023-cü il tarixdən şahid3 adına qeydiyyata alınmışdır.Sözügedən avtomobilin idarə edilməsi üçün etibarnamə Təqsirləndirilən şəxs adına qeydiyyata alınmamışdır. -Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli ** nömrəli rəyində göstərilmişdir ki, mərhum X4 bədənində aşağıdakı xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər. -Məhkəmə-yol nəqliyyat ekspertizasının ## ####### 2025-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz E320” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində « Yol hərəkəti haqqında » Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində « Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu xüsusat “Təhlükəsiz Şəhər Kamerasında” qeydə alınmışdır. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsi istintaqı zamanı özünü CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilməsinə verdiyi etirafedici ifadələri. -Işin obyektiv hallarına uyğun olan şahid ifadələri. -Zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi. -Iş materialına əlavə edilmiş digər mötəbər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünü CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eyni zamanda iş materialına əlavə edilmiş digər mötəbər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yolnəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımı məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Həmin Qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Iş materialına olan mötəbər sənədlərdən və ifadələrdən göründüyü kimi Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 18:15 radələrində ayıq vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz E320” minik markalı “**-XF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, X1 prospekti ilə üzü “Dəyirman Dairəsi” istiqamətində maksimum sürət həddinin 60 km/saat olduğu yolda 30 km/saat sürətlə hərəkətdə olan zaman Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yolun sol tərəfindən sağa tərəfinə keçmək istəyən piyada X4 idarə etdiyi avtomobilin ön sol tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, hadisə yerindən qaçmış və nəticədə X4 ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində verdiyi ifadəsində, həm də müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, piyadanı avtomobili ilə vurduqdan sonra düşüb ona kömək etmək istəmiş, lakin caamat onun üzərinə doğru gəldiyi üçün qorxub hadisə yerindən qaçdığını göstərmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini düzgün olaraq CM-nin 263-1.3cü və 264-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətini yüngülləşdirmək, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə istintaq hərəkəti protokolları, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünü CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilməsinə dair verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eyni zamanda iş materialına əlavə edilmiş digər mötəbər sənədlər arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutları təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməlləri törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən onun törətdiyi cinayət əməllərinin CM-nin 263-1.3-cü və 264-cü maddələrindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilməsinə dair müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən tövsif hissəsini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə tövsif olunmuşdur. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». CM-in 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. CM-nin 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan ehtiyatsızlıqdan törədilən cinayətlər olmaqla ağır cinayətlər kateqoriyasına aiddir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində yüngülləşdirici hallar kimi zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının CMnin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və əməlində ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və və cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Eyni zamanda, Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə cinayət məsuliyyətinin yaranması insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün bu cinayətlərin əlavə obyekti insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Verilmiş ittihamdan və tədqiq olunmuş sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə, saat 18:15 radələrində ayıq vəziyyətdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz E320” minik markalı “**-XF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, X1 prospekti ilə üzü “Dəyirman Dairəsi” istiqamətində maksimum sürət həddinin 60 km/saat olduğu yolda 30 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olsa da hadisənin baş verməsinə etinasız yanaşaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət üçün lazımı tədbirləri görməyib Gəncə şəhəri, X1 prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində yolun sol tərəfindən sağa tərəfinə keçmək istəyən piyada X4 idarə etdiyi avtomobilin ön sol tərəfi ilə ehtiyatsızlıqdan vurmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 4-cü hissəsinin tələblərinin pozaraq hadisə yerindən qaçmış və nəticədə X4 ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ona təyin edilmiş cəzadan daha aşağı həddə, yəni barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün qanuni əsaslar müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar