Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-289/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlunun (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 177.3.2, 228.1, 234.1 və 315-ci maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər X1 edən, X9 və X2) ## #### 1991-ci il tarixdə Gədəbəy rayonu, Sarıhasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 177.3.2, 228.1, 234.1 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona, CM-nin 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 315-ci maddəsi ilə isə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, o, qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu ## ####### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs təkrarən xeyli və külli miqdarda özgə əmlakını gizli yolla talamaqla oğurluq, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə və saxlama, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Tovuz rayonu, Sarıtala kəndi ərazisində yerləşən yaylaq sahəsindən Gədəbəy rayonu, Çanaqçı kənd sakinləri zərərçəkmiş şəxs2 məxsus yerli cinsdən 3 yaşında təxmini diri çəkisi 350 kiloqram olan 1750 manat dəyərində 1 baş inəyi, yerli cinsdən hər biri yaş yarımlıq və hər birinin təxmini diri çəkiləri 220 kiloqram olan, hər biri ayrı-ayrılıqda 1350 manat, ümumi dəyəri 2700 manat olan 2 baş dişi danaları, yerli cins, 10 aylıq, təxmini çəkisi 150 kiloqram olan 900 manat dəyərində 01 baş dananı, zərərçəkmiş şəxs1 məxsus yerli cinsdən 3 yaşında təxmini diri çəkisi 300 kiloqram olan 1800 manat dəyərində 1 baş dananı, yerli cinsdən hər biri 2 yaşında və hər birinin təxmini çəkiləri 200 kiloqram olan hər biri ayrıayrılıqda 1250 manat, ümumi dəyəri 3750 manat olan 3 baş erkək danaları, yerli cinsdən yaş yarımlıq təxmini çəkisi 190 kiloqram olan 1060 manat dəyərində 1 baş erkək dananı, yəni özgə əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 5350 manat və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 6610 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən ## #### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq müəyyən olmayan tarixdə və vaxtda Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən “Böyük Boyun” adlanan yaylaq sahəsindən Gədəbəy rayonu, Arıxdam kənd sakini zərərçəkmiş şəxs3 məxsus orta hesabla 18 kiloqram təmiz ət çıxarı olan hər birinin ayrıayrılıqda dəyəri 310 manat olan 47 baş quzunu (47x310=14570 manat), təmiz ət çıxarı ortalama 35 kiloqram olan hər birinin ayrı-ayrılıqda dəyəri 550 manat olan 42 baş qoçları (42x550=23100 manat) və təmiz ət çıxarı ortalama 25 kiloqram olan 2-3 yaşlı olan, hər birinin ayrı-ayrılıqda qiyməti 320 manat olan 139 baş qoyunları (139x320=44.480 manat) cəmi 228 baş xırdabuynuzlu heyvanları gizli yolla talayaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 82.150,00 manat yəni, külli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən ## ######## 2023-cü il tarixdə günorta saatlarında, istintaqa dəqiq müəyyən olmayan vaxtda Gədəbəy rayonu ərazisində yerləşən “Alagöllər” adlanan yaylaq sahəsindən Qazax rayonu, Çaylı kənd sakini zərərçəkmiş şəxs4 məxsus 2730 manat dəyərində 01 baş, 3 illik, boz rəngli, yerli cinsdən, sağ qulağının arxasında xüsusi nişanlanmış, təxmini diri çəkisi 420 kiloqram olan erkək dananı, 1100 manat dəyərində 01 baş, sarı rəngli, şeşə buynuzlu, yerli cinsdən, 3 illik, 2 qarın doğmuş, diri çəkisi təxminən 340 kiloqram çəkidə, dişi inəyi, 1200 manat dəyərində 01 baş, 2 illik, 1 qarın doğmuş, yerli cinsdən, palıdı rəngli, diri çəkisi təxminən 300 kiloqram çəkidə, dişi iri buynuzlu heyvanı, 1500 manat dəyərində 01 baş, 2 illik, boğaz, damazlıq, ala rəngli, yerli cinsdən, diri çəkisi, 300 kiloqram çəkidə, dişi iri buynuzlu heyvanı, 01 başının dəyəri 1550 manat olan 03 baş, hər biri 2 illik, boğaz, damazlıq, sarı rəngli, birinin ağ rəngli təpəli olan, hər birinin diri çəkisi təxminən 350 kiloqram olan, dişi iri buynuzlu heyvanları, 1820 manat dəyərində 01 baş, 2 illik, qara rəngli, yerli cinsdən, diri çəkisi təxminən 280 kiloqram olan, dişi iri buynuzlu heyvanı, 01 başının dəyəri 2080 manat olan 05 baş, 02 illik, qara rəngli, damazlıq, yerli cinsdən, hər birinin diri çəkisi 320 kiloqram olan, dişi iri buynuzlu heyvanları və 01 başının dəyəri 1950 manat dəyərində 04 baş, 02 illik, qara rəngli, yerli cinsdən, hər birinin diri çəkisi 300 kiloqram olan, erkək iri buynuzlu heyvanı, ümumilikdə 31200 manat dəyərində özgə əmlakını gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il, 03 ay, 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməkdən yayındığına görə hökmün icrası yerinə məcburi göndərilməsi məsələsinin həlli üçün tutulması ilə bağlı Gədəbəy Rayon Məhkəməsi tərəfindən barəsində ## ##### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qərar qəbul edilmiş, həmin qərar əsasında Gədəbəy rayon polis şöbəsinin Cinayət axtarış bölməsində barəsində açılmış ****** nömrəli axtarış işi əsasında ## ####### 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində yerləşən tanışı şahid1 məxsus evdə gizlənməsi müəyyən edilmiş, Gədəbəy rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis Rı zərərçəkmiş şəxs7 rəhbərliyi və həmin şöbənin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs5, əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs6, R şahid14, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, R şahid15, Kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə kiçik inspektortəlimatçısı, R şahid13 iştirakları ilə yaradılmış əməliyyat qrupu həmin tarixdə saat 21 radələrində şahid1 yaşadığı Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində yerləşən evə getmiş, hakimiyyət nümayəndələri olmaqla xidməti vəzifələrini yerinə yetirən Gədəbəy rayon polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini, polis Rı zərərçəkmiş şəxs7 və həmin şöbənin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs6 evə daxil olaraq özlərini təqdim edib, ona Gədəbəy rayon polis şöbəsinə getməyi təklif etdikdə, o, texniki cəhətdən saz və atəşə hazır vəziyyətdə olan Ijevsk zavodunda istehsal edilmiş P-***** nömrəli tək hamar lüləli, yivsiz ov tüfəngini əlinə götürməklə silahlı müqavimət göstərdikdə, zərərçəkmiş şəxs7 həmin silahı onun əlindən almağa çalışarkən o, sonuncuya zor tətbiq etməklə müqavimət göstərmiş, həmin vaxt otaqda olan şahid1 stulla zərərçəkmiş şəxs7 kürək nahiyəsindən vurub sonuncuya sağlamlığın qısa müddətdə puzulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarət yetirmiş, belə olduqda o, müvazinətini itirmiş zərərçəkmiş şəxs7 əlindən çıxaraq evin giriş qapısına doğru qaçmış, orada hakimyyət nümayəndəsi olan və xidməti vəzifəsini yerinə yetirən əməliyyat qrupunun üzvü baş əməliyyat müvəkkili, R zərərçəkmiş şəxs5 tərəfindən saxlanılarkən X4 Həsənovun sifət nahiyəsinə yumruqla 1 dəfə qəsdən zərbə endirərək sonuncuya sol yanağın şişkinliyi və qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirdikdə, zərbənin təsirindən müvazinətini itirən zərərçəkmiş şəxs5 fiziki zor tətbiq edib müqavimət göstərməklə oradan qaçaraq uzaqlaşmış, həmin vaxt şahid1 yaşadığı fərdi yaşayış evinin ətrafında mövqe tutmuş əməliyyat qrupunun üzvləri şahid14 və şahid13 tərəfindən saxlanılmışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarix, vaxt və mənbədən qanunsuz olaraq əldə etdiyi SSRI dövlətində Zlataust zavodunda 1956-cı ildə istehsal olunmuş 20 kalibrli ZK modelli, ****- M nömrəli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilməklə odlu silah vəziyyətinə gətirilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz ov tüfəngini yaşadığı Gədəbəy rayonu, Sarıhasanlı kəndində yerləşən evin zirzəmisində saxlamış, ## ####### 2023-cü il tarixdə həmin evdə axtarış aparılarkən qeyd olunan odlu silah evin zirzəmisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarix, vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 225 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib Gədəbəy rayonu, Sarıhasanlı kəndində yerləşən evin zirzəmisində saxlamış, ## ####### 2023-cü il tarixdə saat 03:40 dəqiqədə Gədəbəy rayonu Sarıhasanlı kəndində yerləşən evdə axtarış aparılarkən saxladığı həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana evin zirzəmisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5, ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, arabir "patı" kimi adlandırdığı psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. ## ###### 2022-ci il tarixdə, saat 21 radələrində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” marketin qarşısında saxlanılaraq 2-ci PŞ-yə gətirilmiş, daha sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ondan üzərində hər hansısa qanunsuz əşya və ya predmet, narkotik vasitə olub-olmaması soruşulan zaman, əynində olan mavi rəngli cins şalvarının sağ ön cibindən 1 ədəd sellofona kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Sonra isə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 50 qəpik pulu, 1 qutu Prima markalı siqaret və 1 ədəd alışqanı çıxardıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 manat pul və gödəkçənin sağ yan cibindən isə 1 ədəd salfet aşkar edilmişdir. Bundan sonra ## ###### 2023-cü il tarixində yaşadığı ünvanın yanında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, narkotik vasitə və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri 1-ci PŞ-yə gətirmişlər. Gəncə şəhər 1-ci PŞ-yə gətirilən zamanı ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Gəncə şəhər 1-ci PŞ-də üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Həmin bir ədəd büküm açılmış, içərisində ağ rəngli, toz və kristal vəziyyətdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu üçün həm ## ###### 2022-ci ildə, həm də ## ###### 2023-cü il tarixdə üzərindən aşkar olunan metamfetamini şəxsi istifadəsi üçün özündə saxlamış, aşkar olunmuş həmin maddələrdən heç kəsə satmamış, belə bir niyyəti olmamış, nə də kiməsə verməmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında Gəncə şəhər Gülüstan qəsəbəsi Qəmərli küçəsində olan zaman küçədə divara söykənmiş vəziyyətdə olan darvaza görmüş, həmin darvazanın kiməsə lazım olmadığı üçün kənara atıldığını düşünüb, darvazanı ələ keçirmək üçün 2244 taksi xidmətindən yük avtomobili sifariş etmişdir. Həmin yük avtomobilinin yanında fəhlələr də gəlmiş, lakin nə fəhlələri, nə də ki sürücünü tanımamışdır. O, həmin yük avtomobili ilə Avtozavod qəsəbəsi tərəfdə darvazanı və metal parçalarını səyyar metal alqı satqısı ilə məşğul olan nömrəsini bilmədiyi ağ rəngli, üstü baqajlı “Qaz 24” markalı avtomobilin sürücüsünə 190 manata satmışdır. Həmçinin bildirmişdir ki, hasarlanmış sahəyə daxil olmamış, yalnız divara söykənmiş vəziyyətdə olan darvazanı və darvazanın arxasında olan metal parçaları oğurlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onun psixotrop maddəni satmaq fikri olmamış, kiməsə pay verməmiş, heç vaxt psixotrop maddə və ya narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, həmin bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş olan psixotrop maddə metamfetamini ##.##.2023cü ildə səhər saatlarında Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Üzərindən aşkar edilmiş metamfetamini satmaq niyyəti olmamışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və və təqsirləndirilən şəxsin təqsirli bilindiyi CM-nin 228.1 və 234.1ci maddələrin ittihamdan xaric edilməsini və təqsirli bilindiyi CM-nin 177.3.2-ci maddəsindən onun əməli CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2, 177.2.4, 315-ci maddələri ilə təqsirli bilinərək ona daha aşağı həddə cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə özünü ona görə təqsirli bilmir ki, sözügedən maddə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xırda buynuzlu heyvanlarının oğurlanması üçün verilmişdir ki, guya ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 228 baş xırda buynuzlu hevanını oğurlamaqla zərərçəkmiş şəxsə 82.150.00 manat, yəni külli miqdarda zərər vuruşdur. Lakin təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 228 baş xırda buynuzlu hevanını yox, 135 baş xırda buynuzlu heyvanını oğurlamışdır. Həmin 135 baş xırda buynuzlu heyvanında bazar qiyməti 50.000 manatdan artıq ola bilməz. Məhkəmə istintaqında mərhum zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 hüquqi varisi də onların 228 baş xırda buynuzlu hevanlarının oğurlanılmamasını, cəmi 135 baş xırda buynuzlu heyvanlarının oğurlanmasını bildirmişdir. Buna görə də hesab edirəm ki, təqsirləndirilən şəxsin barəsində verilmiş CM-nin 177.3.2-ci maddəsin CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməlidir. Bundan başqa təqsirləndirilən şəxs ittiham olunduğu 228.1-ci və 234.1-ci maddələri ilə özünü təqsirli bilmir. Ona görə ki, təqsirləndirilən şəxs ## ####### 2023-cü il tarixdə Gədəbəy rayonu Şəkərbəy kəndində qohumu şahid1 evində saat 21:00 radələrində saxlanılmış və Gədəbəy Rayon PolisŞöbəsinə aparılmışdır. Onun yaşadığı evin zirzəmisinə ## ####### 2023-cü il tarixdə gecə saat 03:40 radələrində təqsirləndirilən şəxsin iştirakı olmadan baxış keçirilmişdir. Hətta məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər bildirmişlər ki, gecə polis əməkdaşları onları yuxudan durğuzmuş və zor tətbiq edərək təqsirləndirilən şəxsin evin zirzəmisinə gətirmişlər, öz əllərində gətirdikləri torbanın içərisindən silah və narkotik vasitə çıxarmışlar. Hətta həmin vaxt işiq belə yanmırdı və heç nə görmək mümkün deyildir. Göründüyü kimi sözügedən maddələrlə şəxsin təqsirləndirilməsi öz təsdiqini tapmadığı halda birinci instansiya məhkəməsi həmin maddələri ittihamdan xaric etmək əvəzinə, sözügedən maddələr ilə də təqsirləndirilən şəxsə cəza təyin etmişdir. Odur ki, şikayətin təmin edilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, təqsirləndirilən şəxs barəsində çıxarılan hökm qanuni və ədalətlidir. Odur ki, şikayətin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ilkin izahatlarında və ifadəsində özünü təqsirli bilməsi, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrinə, istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq CM-nin 177.2.2, 177.2.4, 177.3.2, 228.1, 234.1 və 315-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 228.1 və 234.1-ci maddələrin ittihamdan xaric edilməsini və təqsirli bilindiyi CM-nin 177.3.2-ci maddəsindən onun əməli CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2, 177.2.4, 315-ci maddələri ilə təqsirli bilinərək ona daha aşağı həddə cəza təyin edilməklə yeni hökm çıxarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.4, 177.3.2, 228.1, 234.1 və 315-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -## #### 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol. -## ######## 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol. -## ###### 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol. -## ####### 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol. -## ####### 2023-cü il tarixli “axtarış aparılması haqqında” protokol. -## ######## 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ####### 2022-ci il tarixli rəyi. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ####### 2022-ci il tarixli rəyi. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## #### 2024-cü il tarixli rəyi. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ###### 2023-cü il tarixli rəyi. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının ## ###### 2024-cü il tarixli rəyi. -Məhkəmə-tibbi ekspertizasının ## ####### 2023-cü il tarixli rəyi. -Məhkəmə tibbi ekspertizasının ## ####### 2023-cü il tarixli rəyi. -Məhkəmə bioloji ekspertizasının ## ####### 2024-cü il tarixli rəyi. -Məhkəmə ballistik ekspertizasının ## ####### 2023-cü il tarixli rəyi. -Məhkəmə narkoloji ekspertizasının ## ##### 2024-cü il tarixli rəyi. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ilkin izahatlarında və ifadəsində özünü təqsirli bilməsi. -Zərərçəkmiş şəxsin və şahidlərin ifadələri. -Iş materialına əlavə edilmiş istintaq hərəkəti protokolları və digər mötəbər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ilkin izahatlarında və ifadəsində özünü təqsirli bilməsi ekpertiza rəyləri, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən oğurlanan heyvanların sayının Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən sayda olmamasını bildirməsinə dair qeyd edir ki, ## #### 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən “Böyük boyun” yaylağıdır. Həmin yaylağa Gədəbəy rayon “xxxx” (Azərbaycan Interneyşnl Mayning Kompani Limited şirkətinin Gədəbəy kontakt sahəsi) ərazisindən və arıqdam kəndinin içərisindən gedilir. Həmin yaylaqda zərərçəkmiş şəxs3 özünə məxsus xırda buynuzlu heyvanları saxlanılır. Yaylaq ərazisində zərərçəkmiş şəxs3 heyvanlarını saxlamaq məqsədilə iki ədəd kənarları taxta materialla çəpərlənmiş xalxal vardır. zərərçəkmiş şəxs3 heyvanları baxış zamanı yenidən saydı. Həmin vaxt bir sürüsündə heyvanlarının sayı 1012 baş, oğurluq hadisəsi baş verdiyi sürüsündə heyvanların sayı 1586 baş oldu. zərərçəkmiş şəxs3 həmin sürüsündən 228 baş heyvanın oğurlandığını bildirdi. Bundan başqa, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon polis şöbəsindən daxil olmuş verilmiş əməliyyat tapşırığına olan ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, Gədəbəy rayonu, Arıqdam kənd sakini zərərçəkmiş şəxs3 məxsus 228 baş xırdabuynuzlu heyvan # #### 2023-cü il tarixdə Gədəbəy rayonunun “Böyük Boyun” adlanan yaylaq sahəsindən rayonun Sarıhasanlı kənd sakini “Yuska” ləqəbli Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. “Yuska” ləqəbli Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 məxsus 228 baş xırdabuynuzlu heyvan ələ keçirməzdən əvvəl qohumu Hicran Səmədzadənin “böyük Boyun” adlanan yaylaq sahəsində olan arxacına getmiş, həmin vaxt şahid9 zərərçəkmiş şəxs3 məxsus heyvanların otarıldığı “Böyük Boyun” yaylağında sonuncunun heyvanlarını otaran şahid2la görüşüb birlikdə söhbət etmişdir. Məhz həmin ərəfədə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs3 məxsus 228 baş heyvan oğurlanmışdır. Bu hadisədə zərərçəkmiş şəxs3 çobanları şahid2, Mehman Quluyev, şahid3, o cümlədən şahid9 və şahid10 hər hansı formada iştiraklarının olubolmamasını müəyyən etmək məqsədilə bir sıra əməliyyat tədbirləri keçirilsə də onların törədilmiş həmin cinayət hadisəsinə aidiyyətlərini təsdiq edəcək hər hansı əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 məxsus 228 baş xıdrabuynuzlu heyvanı oğurladıqdan sonra qohumu Hicran Səmədova məxsus olan və şahid10 tərəfindən otarılan sürüyə qatmış, bundan sonra geri qayıdan Hicran Səmədovun oğlu şahid9 Təqsirləndirilən şəxs oğurladığı heyvanları onun sürüsündən ayırıb çıxarmasını tələb etmişdir. Lakin şahid10 və şahid9 Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs3 məxsus heyvanların oğurlanması barədə məlumatları və hüquq mühafizə orqanlarına xəbər vermək üçün kifayət qədər vaxtları olsa da, bununla bağlı hərəkətsizlik göstərmiş və hüquq mühafizə orqanlarına məlumat verməmişlər. Həmçinin, təsərrüfatda cavabdeh şəxs şahid4, eyni zamanda “çoban” kimi fəaliyyət göstərmiş şahid2 və şahid3 da ifadələrində zərərçəkmiş şəxs3 məxsus heyvanları sayarkən 228 baş heyvanın əskik olduğunu müəyyən etdiklərini və oğurlanan heyvanların sayının 228 baş olduğunu bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs silahdan atəş açmadığı, polis əməkdaşlarına qarşı müqavimət göstərmədiyi, həmçinin ov tüfənginin ona məxsus olduğunu bildirməsi ilə vurğulayır ki, məhkəmə-ballistik ekspertizasının ## ####### 2023-cü il tarixli, **/*** №-li rəyindən görünür ki, 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli olmaqla, həmin Kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bır hissəsidir, atılmış gilizidir, hal hazırda ov döyüş sursatı hesab edilmir. Həmin giliz tədqiqata təqdim edilmiş P-***** №-li IJK modelli yivsiz tək hamar lüləli ov tüfəngindən atılmışdır. Qeyd olunan silah isə hadisə zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Eyni zamanda, SSRI dövlətində Zlataust zavodunda 1956-cı ildə istehsal olunmuş 20 kalibrli ZK modelli, ****-M nömrəli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilməklə odlu silah vəziyyətinə gətirilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı yivsiz ov tüfəngi və 225 qram narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşadığı evdə axtarış aparılarkən aşkar edilərək götürülmüşdür. Bununla yanaşı, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi ifadəsində, aşkar olunmuş silahın özünə məxsus olduğunu bildirmiş, sözügedən istintaq hərəkətinin protokolları Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən heç bir qeyd verilmədən imzalanmışdır. Həmçinin, Gədəbəy rayon məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, Gədəbəy rayon prokurorunun böyük köməkçisi X7 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə keçirdiyi axtarış istintaq hərəkətinin keçirilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar olmuşdur və bu istintaq hərəkəti qanunidir. Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilməməsi ilə bağlı isə qeyd etmək lazımdır ki, onun Gədəbəy rayonu, Sarıhasanlı kəndində yaşadğı evdə “axtarış aparılması haqqında” ## ####### 2023-cü il tarixli protokoldan görünür ki, evin zirzəmisinin sağ küncündə, divarın üzərində qəhvəyi rəngli sellofan torba və həmin torbanın içərisindəki sarımtıl rəngli digər torbada, kəskin iyli, yaşıl rəngdə torba ilə birlikdə çəkisi 255 qram olan kütlə aşkar edilərək götürülmüşdür. Eyni zamanda, məhkəmə bioloji ekspertizasının ## ####### 2024-cü il tarixli, **/**** №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli politilen paketdə olan 1 (bir) ədəd sarı rəngli sellofan paketdə, təmiz çəkisi 225 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri üzərinə polis əməkdaşlarının qoyduğunu iddia etsə də, məhkəməyədək icraat zamanı dövlət hesabına təyin olunmuş müdafiəçinin, habelə hal şahidlərinin iştirakları ilə ayrı-ayrılıqda şübhəli şəxs qismində verdiyi ilkin izahatlarında və ifadəsində, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə-qurudulmuş marixuananın özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Qeyd edilən izahatlar Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və həmin izahatlarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qaldığını, həmçinin onun üzərinə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması ilə əlaqədar hər-hansı bir xüsusat bildirməmişdir. Əksinə, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Hər iki istintaq hərəkətinə dair protokollar həm Təqsirləndirilən şəxs, həm də dövlət hesabına təyin edilmiş müdafiəçi və hal şahidi tərəfindən heç bir qeyd verilmədən imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq belə nəticəyə gəlir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun deyil, yalnız təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs bu əməlləri törətmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müdafiə tərəfindən apellyasiya şikayətində göstərdiyi xüsusatları təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətləri törətməsi sübuta yetirildiyindən ona təqsirli bilindiyi CM-nin 228.1-ci və 234.1-ci maddələr üzrə bəraət verilməsi, eyni zamanda təqsirli bilindiyi CM-nin 177.3.2-ci maddəsindən onun əməli CM-nin 177.2.4-cü maddəsinə tövsif edilməsini ilə əlaqədar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Eyni zamanda tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 177.1. 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkumluğu mövcuddur. Gədəbəy rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 2 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gədəbəy rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs hökmün icrası yerinə məcburi göndərilməsi məsələsinin həlli üçün 7 gün müddətinə tutulması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayət əməllərinə görə məhkum olunmasına baxmayaraq yenidən qeyd edilən analoji xarakterli cinayətləri törətməsi onun islah yolunda olmadığını, cinayət törətməyə meyilli olmasını göstərir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən ədalətli cəza təyin olunmuş, ona aşağı həddə cəza təyin olunmasına hes bir əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində göstərilən yuxarıda qeyd edilən həmin hissələri əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-289/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-289/2026
21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver