Məhkəmə qərarları › İş №1(3-7)-293/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-293/2026

14.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-293/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə (sədrlik edən hakim Babazadə Ülkər) ## #### 1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ** nömrəli ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Rəşad Abbasov küçəsi ev 6 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, onun ## ###### 2026-cı il tarixdən ## ###### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasınən saxlanılması, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı ## #### 2026-cı il tarixdən hesablanması, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2025-ci il ## ####### tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən “Lalə” adlı gül dükanının içərisindən masanın üzərində olan, Zərərçəkmiş şəxs məxsus 1300 manat dəyərində “Apple” markalı “iPhone 14 pro max” modelli mobil telefonu, həmin mobil telefonun içərisində olmuş dəyəri 10 manat olan “xxxx” MMC-yə aid olan ***-***-**-** saylı, dəyəri 10 manat olan “xxxx” MMC-yə aid olan ***-***-**-** saylı GSM mobil nömrə kartlarını və 6 manat dəyərində “Apple” markalı “iPhone 14 pro max” modelli mobil telefonun qoruyucusunu gizli olaraq talayıb zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1326 manat ziyan vurmaqla oğurluq etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və barəsində ya alternativ cəza növünün, ya da CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində təyin edilmiş cəza onun şəxsiyyətinə, işin hallarına və ailə şəraitinə uyğun olmamış, yüngülləşdirici hallar lazımi qaydada nəzərə alınmamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəmə baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Ayaz Həsənov şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, özünün bir neçə xəstəliyi vardır, səhhəti ilə bağlı cəzasının endirilməsini xahiş edir, əməlində cinayətlərin residivi olmasını bilir. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Belə ki, təqsirləndirilən şəxs əvvəllər törətdiyi və məhkum olunduğu oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə cinayət əməllərinə görə məhkumluğu ödənilmədən yenidən törətdiyi cinayətə görə onun əməlində cinayətlərin residivi yarandığına görə məhkəmə tərəfindən ona ədalətli cəza təyin olumuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin törədilməsi təkzib edilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları kifayət qədər nəzərə almamış və ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-in 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin etirafedici ifadəsini və özünü təqsirli bilməsini, istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin və şahid ifadələri, maddi sübut və işdə olan digər sübutları, yəni toplanmış sübutların məcmusu ilə ona istinad olunan cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, cinayət hadisəsi baş vermiş və Təqsirləndirilən şəxs əməlində CM-nin 177.1-ci maddəsinin tərkib əlamətləri vardır. Cəza məsələsinə gəldikdə isə, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-in 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-in 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Azərbaycan Respublikası DIN BƏSII tərəfindən verilmiş 2025-ci il ## ####### tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Şəhər Xalq Məhkəməsinin ##.##.1978-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X3 Rayon Xalq Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Kirovabad Şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin ##.##.1983-cü il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Kirovabad Şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin ##.##.1984-cü il tarixli hökmü ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Moskva Şəhər Xalq Məhkəməsinin ##.##.1990-cı il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə AR CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə AR CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsində əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ##.##.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunması onun tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Ruzigar Abdullayevin hazırki cinayət əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Hökmdən görünür ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, vurulmuş maddi ziyanın aradan qaldırmasını, 2-ci qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əməlində yüngülləşdirici hallar kimi nəzərə alınmış və əməlində ağırlaşdırıcı hal kimi cinayətlərin residivliyinin olmasını nəzərə alaraq barəsində düzgün olaraq aşağı həddə - üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri yekunlaşdıraraq qeyd edir ki, Təqsirləndirilən şəxs dəfələrlə oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət əməlləri törətməyə görə məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən qəsdən analoji xarakterli (oğurluq cinayət əməli) cinayət törətməsi onun kriminal meyilli şəxs olduğunun və islah yoluna qədəm qoyması iş materialında olan sənədlərdən və onun hərəkətlərindən öz təsdiqini tapmır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzanın məqsədlərini təmin edən həddə residivə görə azadlıqdan məhrumetmə növündə və həddində qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilərək hökmlə təyin olunmuş cəzanın şərti cəzanın təyin edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən etmədi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar