Məhkəmə qərarları › İş №1(3-7)-297/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-297/2026

21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-297/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X3 iştirakları ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim X4 və hakimlər X1 və X2) ##.##.1993-cü ildə Lənkəran rayonu, Kərgəlan kərdində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan (usta-rəngsaz), məhkum olunmamış, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu ünvanını xatırlamadığı kirayə evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu - ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan Iran Islam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmin şəxslər cinayətkar fəaliyyətlərini həyata keçirib narkotik vasitələrin gələcəkdə ayrıayrı müştərilərə çatdırılmaqla satışından əldə olunan pul vəsaitinin paylaşılaraq bölünməsi məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən Iran Islam Respublikasının vətəndaşı “Baba” adlı şəxs və ya qeyriləri tərəfindən Gəncə şəhəri ərazisində içərisində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bağlamalar gizlədildikdən və bu barədə onlara məlumat verildikdən sonra təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 ilə birlikdə Gəncə şəhərinə g idərək həmin bağlamaları gizlədilmiş yerdən götürməklə Bakı şəhərində gizlədilməsinin təmin edilməsi barədə razılığa gəlmiş, daha sonra bu məqsədlə ## ### 2025-ci il tarixdə axşam saatlarında qrup üzvləri təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Lənkəran rayonu ərazisindən (Səncə şəhəri istiqamətinə sonuncunun istifadəsində olmaqla etibarnamə əsasında idarə etdi/i “Chevrolet” markalı 77- YH-212 qeydiyyat nişanlı avtomobil ilə hərəkətə başlayıb ## ### 2025-ci il tarixdə saat 00:40-da Iran Islam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin onlara göndərdiyi ünvanın koordinatlarını izləyərək çatdıqları Gəncə-Şəmkir avtomobil yolunun Gəncə şəhəri, N.Gəncəvi prospektindən keçən hissəsində, Şəmkir rayonu istiqamətində yolun kənarında olduqları zaman aralarındakı razılaşmaya əsasən təqsirləndirilən şəxs1 ətrafda kənar şəxslərin olub-olmamasına nəzarət etməklə avtomobildə əyləşərək təqsirləndirilən şəxs2 gözləməklə təhlükəsizliyi təmin etmiş, təqsirləndirilən şəxs2 isə avtomobildən düşüt həmin ərazidə gizlədilmiş külli miqdarda - 5900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, onu Gəncə-Şəmkir avtomobil yolunun Gəncə şəhəri, N.Gəncəvi prospektindən keçən hissəsində, Şəmkir rayonu istiqamətində yolun kənarına piyada daşıyaraq əlində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında X8 Baş Narkotiklərlə Mübarizə Idarəsinə bilavasitə tabe olan X5 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsincə təqsirləndirilən şəxs2 ## ### 2025-ci il tarixdə saat 00:40-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanıldığını görən cinayətkar qrupun digər üzvü təqsirləndirilən şəxs1 istifadəs ndə olmaqla etibarnamə əsasında idarə etdiyi “Chevrolet” markalı **-YH-*** qeydiyyat n şanlı avtomobil ilə hadisə yerindən dərhal uzaqlaşmış, bundan sonra ## ### 2025-ci il tarixc ə saat 00:50-dən etibarən Gəncə-Şəmkir avtomobil yolunun Gəncə şəhəri, N.Gəncəvi prospektindən keçən hissəsində, Şəmkir rayonu istiqamətində yolun kənarında təqsirləndirilən şəxs2 üzərinə yerində videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı təqsirləndirilən şəxs2 əlində tutmuş olduğu 01 ədəd kisənin içərisindən qabaqcadan əlbir olan biri qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə Iran Islam Respublikasının vətəndaşı “Baba” adlı şəxsin və qeyrilərinin göstərişi ilə təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları tərkiblərinə görə eynilik təşkil edən 03 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1995 qram, 1960 qram, 1945 qram olan külli miqdarda 5900 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin baxışında iştirak edən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Rövşən Mehdiyev şikayətin dəlillərini dəqiqləşdirərək bəraət hökmünün qəbul olunmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əlavə olaraq göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur, təqsirləndirilən şəxs2 ona demişdir ki, Lənkərana gedək orada bir gecə qalaq, səhəri günü Bakı şəhərinə gedib əşyalarını götürüb oradan Gəncə şəhərinə gedərik. Bakı şəhərinə, sonra isə Gəncə şəhərinə gəlmişlər. Əyyubu Gəncə şəhərində maşından düşürüb çıxıb getmişdir. O, Əyyubun Bakı şəhərindən özü ilə narkotik vasitənin gətirməsini bilməmişdir. Ona görə də verilmiş ittiham üzrə özünü təqsirli bilmir, bəraət hökmünün çıxarılmasını xahiş edir. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və şikayətin təmin olunmamasını xahiş etdi. Belə ki, təqsirləndirilən şəxsin izahatında göstərdiyi xüsusatlara birinci instansiya məhkməsi tərəfindən məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı toplanmış sübutlarla onun əməlinə hüquqi qiymət verilmişdir. Odur ki, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ilkin etirafedici ifadələri və özünü CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilməsi, maddi sübutlar, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs1 verilmiş ittiham görə narkotik vasitə olan marixuananın ona məxsus olmaması və onun ümumiyyətlə həmin narotik vasitədən məlumatsız olmasına, eyni zamanda narkotik vasitənin satış məqsədilə daşımamasına əsaslanaraq təqsirləndirilən şəxs barəsində bərəat hökmünün qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs1 CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün və avtomobilinin yoxlanılmasına dair” ##.##.2025-ci il tarixli protokol. -“Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol. -“xxxx” MMC-dən daxil olmuş təqsirləndirilən şəxs1 mobil nömrəsinin anten dairəsinə baxış keçirilmiş və həmin şəxsin ## ### 2025-ci il tarixdə təqsirləndirilən şəxs2 mobil nömrəsinin anten dairəsində qeyd edildiyi kimi Bakı şəhərində Lənkəran rayonuna gəlməsi, ## ### 2025-ci il tarixdə isə Lənkəran rayonunda hərəkətdə olması öz əksini tapmışdır. -məhkəməyədək icraat zamanı etirafedici ifadəsi; -Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsindən daxil olmuş ## ### 2025-ci il tarixli rəyi. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamarın ## ######## 2025-ci il tarixli rəyindən görünür ki, “təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub“. -Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ilkin etirafedici ifadələrində özünü CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. -Həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 izahatında özünü ona ittiham olunan cinayət əməlinin törədilməsində təqsirli bilmiş, taksi sürücüsü olduğunu, hadisə yerindən qorxduğuna görə qaçdığını, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalmadığını göstərmişdir. -Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü CM-nin 234.4.1ci və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində narkotik vasitənin daşıması barədə təqsirləndirilən şəxs1 həqiqəti danışdığını və bu məqsədlə ona 120 manatdan əlavə 500 manat pul verəcəyini demiş, Barat da bununla razılaşmışdır. -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi ilkin etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətində irəli sürdüyü bəraətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadəsində göstərmişdir ki,........Əyyuba zəng edən şəxs ona hansısa ünvana narkotik vasitə qoyacağını, onu götürüb başqa ünvana çatdırması barədə tapşırıqlar vermiş, Əyyub razılaşsa da bilmədiyi səbəbdən onların danışığı alınmamışdır. Əyyubun iranlı ilə danışdığını, onun kuryer kimi narkotik vasitəni haradansa götürüb başqa ünvana çatdırmaq istədiyini başa düşmüşdür. Lakin bu barədə ona heç nə deməmişdir. Bundan bir neçə gün sonra Əyyub onu Lənkəran rayonuna aparmağı xahiş etmişdir. Belə ki Əyyubun dediyinə görə anası onu Lənkərana çağırmış, Əyyuba benzin pulunu ödəyəcəyi təqdirdə onu Lənkərana apara biləcəyini bildirmişdir. Əyyub razılaşmış və 30 manat pulu ona vermişdir. Həmin gün Bakıdan yola düşüb Ələtə çatdıqları zaman Əyyubun telefonuna zəng gəlmişdir. Əyyubun bütün danışıqlarını eşitdiyi üçün söhbətin nədən getdiyi tam olaraq aydın olmuşdur. Əyyubla danışan şəxs bir neçə gün əvvəl ona zəng etmiş həmin iranlı olmuşdur. Iranlı Əyyuba narkotik vasitəni Gəncə şəhərinə qoyacağını bildirib həmin narkotiki oradan götürüb Bakı şəhərinə aparmasını tapşırmış, Əyyub onunla razılaşmış lakin hazırda Lənkərana getməli olduğunu, ən yaxşı ehtimalda sabah Gəncəyə gedə biləcəyini bildirmişdir. Iranlı ondan maşını olub-olmamasını soruşduqda Əyyub ona guya ki əmisi oğlu ilə birlikdə Gəncə şəhərinə gedəcəyini bildirib maşınlarının olduğunu iranlıya demiş, bundan sonra həmin şəxs ilə danışığını sonlandırıb ona danışdığı şəxsin iranlı olduğunu, həmin şəxsin Gəncəyə narkotik vasitə qoyduğunu, onu birlikdə götürüb Bakıya gətirəcək əri təqdirdə yaxşı pul əldə edəcəklərini bildirmişdir. Onunla razılaşmış və yol xərclərini qarşı amağını, əlavə də ona pul verməsini bildirmişdir. Əyyub yol xərcindən əlavə 500 manat pul təklif etmiş, Əyyuba həmin 500 manat pul ilə maşının aylıq kredit ödənişini edəcəyini bildirmişdir. Bundan sonra Lənkərana getmiş, növbəti gün, yəni ## ### 2025-ci il tarixdə axşam 18-19 radələrində Lənkərandan çıxıb Gəncə istiqamətinə getmişlər. Yolda olduqları zaman bu işin təhlükəli olduğunu dedikdə Əyyub heç bir təhlükənin olmadığını, bağlamanın içərisində təxminən 5 kq marixuana olmaqla çəkisinin çox da ağır olmadığını, onu avtomobildə öz oturacağının ayaqaltı hissəsinə qoyub birlikdə Bakı şəhərinə gətirəcəklərini bildirmişdir. Ona inanmış və nəhayət gecə saatlarında Gəncəyə çatmışlar. Yol boyu Əyyub iranlı ilə tez-tez danışmış, iranlı onların harada olduqları ilə tez-tez maraqlanmış, Əyyub isə olduqları ünvanı ona bildirmişdir. Iranlının dediyinə görə onlar Gəncəyə çatdıqları zaman ünvanın koordinatlarını Əyyuba göndərməli olmuşdur. Gəncəyə çatdıqları zaman Əyyıb iranlıya artıq Gəncədə olduqlarını demiş və bundan sonra Əyyuba ünvanın koordinatlarını, şəklini göndərmişdir. Həmin koordinatlara baxıb qeyd edilən ünvana getmişlər. Həmiı vaxt saat artıq on ikini keçmiş və artıq tarix ## ### 2025-ci il olmuşdur. Gəncəyə gəldikləri zaman yol xərcləri ilə bağlı Əyyub təxminən 120 manat ödəniş etmiş, həmin ünvana 17 nay 2025-ci il tarixdə saat 00:30 radələrində çatmışlar. Orada olduqları zaman həmin əraznin yol kənarı, heç kimin olmadığı, işıqlanmanın olmadığı ərazi olduğunu görmüşdür. Ünvara çatdıqları zaman Əyyub tək avtomobildən düşmüş, özü isə avtomobildə onu gözləmişdir. Əyyub avtomobildən düşdükdən bir neçə dəqiqə sonra Əyyubun əlində bağlamanı (ötürüb uzaqdan gəldiyini görmüşdür. Həmin vaxtı bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmış, həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşdüyü üçün dərhal avtomobili sürərək oradan uzaqlaşmışdır. Bundan sonra nə baş verdiyini bilməmiş və bir neçə gün sonra ortaq tanışlarından Əyyubun saxlanıldığını eşitmişdir. Əvvəlcədən olan razılaşmalarına görə hadisə vaxtı o, avtomobildə oturmalı, Əyyub isə gedib kisəni götürməli olmuş, avtomobildə gizləməyinin səbəbi ətrafa baxıb kənar şəxslərin gələcəyini görəcəyi təqdirdə dərhal maşını Əyyubun yanına sürərək onu avtomobilə əyləşdirməyi və bundan sonra birlikdə oradan uzaqlaşmaq olmuşdur. Həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 izahatında özünü ona ittiham olunan cinayət əməlinin törədilməsində təqsirli bilmiş, taksi sürücüsü olduğunu, hadisə yerindən qorxduğuna görə qaçdığını, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirə məruz qalmadığını göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamarın ## ######## 2025-ci il tarixli rəyindən görünür ki, “təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub“. Eyni zamanda sözügedən rəydə qeyd edilmişdir ki, deməsinə görə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyi qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuananın ona məxsus olmaması və onun ümumiyyətlə həmin narotik vasitədən məlumatsız olması, eyni zamanda narkotik vasitənin satış məqsədilə daşımaması barədə verdiyi izahatları yuxarıda qeyd edilən xüsusatlarla təsdiq olunmur, ittiham tərəfinin təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü sübutları müdafiə tərəfi təkzib edə bilməmiş, bununla bağlı apellyasiya məhkəməsinə mötəbər sübutlar təqdim edə bilməmişdir. Buna görə də, göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadı. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranır ki, həqiqətən də təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitənin satış məqsədilə daşımaması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün və avtomobilinin yoxlanılmasına dair” ##.##.2025-ci il tarixli Protokol, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, “xxxx” MMC-dən daxil olmuş anten dairəsi məlumatı, şahidlərin ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxs1 təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar