Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-299/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim X1 və hakimlər X4 və X3) ## ### 1986-cı ildə Ağdam rayonu, Tağıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Tağıbəyli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Dördyol 2 qəsəbəsi, ev 182-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasınna məhkum edilmiş, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 7 (***)-****/**** saylı qərarı ilə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 26 (iyimi altı) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## #### 2024-cü il tarixdən hesablanması, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. IŞIN HALLARI: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusi ilə külli miqdarda əldə edərək saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 01 (bir) ədəd ağ qara damalı olan üzərində «Tracker» sözləri yazılmış idman çantasının içərisində təmiz çəkisi xüsusilə külli miqdarda, yəni 3045 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, ## #### 2024-cü il tarixdə, gecə saat 23:35 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Cəyirli kəndi ərazisində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək, ##.##.2024-cü il tarixdə saat 01:20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan 01 (bir) ədəd ağ qara damalı, üzərində «Tracker» sözləri yazılmış idman çantasının içərisindən satış məqsədilə saxladığı 03 (üç) ədəd üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 590 qram, 1055 qram, 1400 qram, ümumi təmiz çəkisi xüsusilə külli miqdar hesab edilən 3045 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərarın qəbul olunmasını, eyni zamanda hökmlə barəsində təyin olunmuş cəzaçəkmə müəssiəsinin növünün dəyişdirilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Vüsal Bağırov şikayətin dəlillərini dəqiqləşdirərək göstərdilər ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 29, 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, o, narkotik vasitənin çəkisi ilə razılaşmır, ona görə ki, o, 300-400 qram narkotik vasitə marixuana götürmək məqsədi ilə hadisə yerinə getmiş, polis əməkdaşları onu döyərək üzərinə 3 kq narkotik vasitə olan heroin qoyulmuşdur. Apellyasiya məhkəməsinin baxışında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Belə ki, təqsirləndirilən şəxsin izahatında göstərdiyi xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, ona görə də hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. Bundan başqa, onun əməlində xüsusi təhlükəli residivin əlamətləri var, buna uyğun olaraq düzgün cəza təyin olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri və özünü CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilməsi, maddi sübutlar, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs özünü CM-nin 29, 234.1-ci maddəsi ilə təqsirli bilməsi və onun 300-400 qram narkotik vasitə marixuana götürmək məqsədi ilə hadisə yerinə getməsi, polis əməkdaşlarının onu döyərək zorla onun üzərinə 3 kq narkotik vasitə olan heroinin üzərinə qoyulması barədə xüsusatlara əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -## ### 2024-cü il tarixli «Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək əyani şəkildə üzərində olan 01 (bir) ədəd ağ qara damalı olan üzərində «Tracker» sözləri yazılmış idman çantasının içərisindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini Bərdə-Ağcabədi yolunun 1-ci kilometrliyində, yəni Bərdə rayonu, Cəyirli kəndinin ərazisindən Iran Islam Respublikasının vətəndaşı Əlirza adlı şəxsin onlayn yolla göndərmiş olduğu həmin idman çantasının qoyulduğu yeri və polis əməkdaşları tərəfindən saxlanıldığı yeri göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; -Məhkəmə-kimyəvi ekspertizasının ## #### 2024-cü il tarixli rəyi; -Məhkəmə-narkoloji ekspertizasının ## ### 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; -«Şəxsi axtarış və götürmə aparılması haqqında» ## #### 2024-cü il tarixli protokoldan görünür ki, ## #### 2024-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən üzərindən yəni, əlində olan 01 (bir) ədəd ağ qara damalı olan üzərində «Tracker» sözləri yazılmış idman çantasının içərisindən 3 (üç) ədəd qara rəngli sellofanda ayrı-ayrılıqda çəkiləri olan 1,425 kq, 1,065 kq və 0,625 kq, ümumi çəkisi 3120 kq olması müəyyən edilən narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür; -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilməsinə dair verdiyi etirafedici ifadələri; -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şikayətində irəli sürdüyü tövsif məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ##.##.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, ##.##.2024-cü il tarixdə şübhəli şəxs qismində, ##.##.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində saxlanılan zaman şəxsi axtarış zamanı əlində olan idman çantasını masanın üzərinə qoymuş və içərisində narkotik maddə olduğunu bilmiş, həmin vaxt idman çantasına baxılan zaman içərisində 3 ədəd qara rəngli sellofana bükülmüş narkotik maddənin aşkar edildiyini, o, həmin vaxt narkotik maddəni tanımadığı iranlı şəxsdən aldığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə olan heroinin qoyulmasını, eləcə də ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə həm təhqiqatçı, həm də müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusi ilə külli miqdarda əldə edərək saxlama cinayət əməlini törətməsi tam olaraq sübuta yetirilmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-nin 234.4-1-ci maddəsindən həmin Məcəllənin 29, 234.1-ci maddəsinə tövsif olunmasına heç bir qanuni əsas müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə 300-400 qram narkotik vasitə marixuananın götürmək məqsədi ilə hadisə yerinə getməsi, polis əməkdaşlarının onu döyərək zorla onun üzərinə 3 kq narkotik vasitə olan heroinin üzərinə qoyulması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, ## ### 2024-cü il tarixli «Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokol, «Şəxsi axtarış və götürmə aparılması haqqında» ## #### 2024-cü il tarixli protokol, «Diskə baxış keçirilməsi haqqında« ## #### 2024-cü il tarixli protokol, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri və özünü CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilməsi, şahidlərin ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində hökmlə təyin olunmuş cəzaçəkmə müəssisəsinin rejim qaydasını mübahisələndirsə də, lakin aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və qanuni nəticəyə gəlmişdir. Belə ki, ##.##.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29, 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 07 (yeddi) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək saxlanılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 7 (***)-****/**** nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə dəyişdirilmiş və Azərbaycan Respublikası Prezidentinin **** №-li Əfv Sərəncamı ilə endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Belə olan halda Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi xüsusilə ağır cinayətə görə Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (##.##.2023-cü il tarixdən) hesablamaqla qanunla nəzərdə tutulmuş müddət keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu xüsusi ilə ağır cinayətlər təsnifatına aid olan əməli törətdiyi üçün o, onun əməlində cinayətlərin xüsusi təhlükəli residivi vardır. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi barədə düzgün və qanuni nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-299/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-299/2026
21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver