Məhkəmə qərarları › İş №1(3-7)-301/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-301/2026

08.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-301/2026 08.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, M Ü Ə Y Y Ə N E T D İ: Daşkəsən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli tututldu vaxtdan ##.##.2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Daşkəsən Rayon Məhkəməsi *(***)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi haqqında məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ##.##.2026-cı il tarixdən həbsdədir. Cəzaçəkdiyi müəssisədə işlə təmin olunduğu üçün hər ay aliment borcundan 200 manat aliment ödənişi ödəyir və bunda sonra da həmin ödənişləri ödəyəcəkdir. Hazırda zərərçəkmiş şəxslə razılaşdığı üçün məhkəmə iclasında səmimi etiraf etməsinə baxmayaraq, məhkəmə onun verdiyi vəsatəti təmin etməmişdir. Onun zərərçəkmiş şəxslə barışmağını, himayəsində 4 azyaşlı övladının olmasını nəzərə alıb hökmlə ona təyin edilmiş cəza müddətinin qalan hissəsini azadlığın məhdudlaşdırılması cəza növü ilə əvəz olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkum əlavə olaraq göstərdi ki, onun hüquqi savadı olmadığına görə hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmünün vaxtında məhkuma təqdim edildiyini, məhkumun cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti buraxmasını üzrlü hesab etmək üçün heç bir sübutun mövcud olmadığını göstərərək məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, məhkumun müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm ##.##.2026-cı il tarixdə onun və müdafiəçisinin iştirakı ilə elan edilmişdir. Iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, məhkum ##.##.2026-cı il tarixdə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmün surətini almışdır (bax II cild. i.v.12). Bundan sonra, məhkumun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti və apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə məhkum tərəfindən imzalanmış və ## #### 2026-cı il tarixdə məhkəməyə göndərilmişdir. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək, yəni hökmün onun aldığı tarixdən ## #### 2026-cı il tarixə kimi apellyasiya şikayəti vermək hüququna malik olduğu halda 5 ay müddət sonra, yəni ## #### 2026-cı il tarixdə Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayətinin vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Məhkumun hökmdən apellyasiya şikayətini vaxtında verə bilməməsini hüquqi savadının olmaması ilə əlaqədar göstərməsi onun qanunu bilməməsinə əsas vermir. Ona görə də o, keçən müddət ərzində kifayət qədər vaxt və imkana malik olmuş, onun hökmdən apellyasiya şikayəti verməsini istisna edə biləcək üzrlü hər hansı hal isə iş materiallarında aşkar edilməmişdir. Apellyasiya məhkəməsi şikayətin verilmə müddətinin bərpa olunması üçün əsaslar görmür və hesab edir ki, müddət üzrlü səbəblər olmadan buraxılmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391.3.3, 391.12-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair ərizənin rədd edilməsi haqqında qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar