Məhkəmə qərarları › İş №1(3-7)-302/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-302/2026

24.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-302/2026 24.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və X1 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçi müdafiəçi1 oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- **/**** nömrəli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (sədrlik edən Heyran Mürsəlova) hökmü ilə ##.##.2005-ci il təvəllüdlü, Ağstafa rayonunda anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 321.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ##.##.2025-ci il tarixli qərarı ilə "Anadangəlmə inkişaf qüsuru, hər iki əlin V barmağını bükən əzələ vətərinin qısalığı nəticəsində hər iki əlin V barmağının proksimal falanqarası oynağının bükücü kontrakturası, funksiya pozulmaması" və "Baş-beynin, onurğabeyninin damar xəstəlikləri: -mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan nadir hallarda baş verən bayılmalar" diaqnozu ilə müddətli həqiqi hərbi xidmətə A-3 məhdudiyyət dərəcəsi ilə yararlı hesab edilməsinə, Azərbaycan Respublikasının Prezidentinin 2025-ci ilin ## ###### tarixli *** nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq qoşun növlərinə təyin edilmiş Azərbaycan Respublikasının vətəndaşlarının adlı siyahısında adının (soyad, ata adı) qeyd olunmasına, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunduğunu və həmin hərbi hissəyə göndərilməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə gəlməli olmasının şəxsən özü və ailə üzvləri ilə mobil telefon vasitəsi ilə ona bildirilməsinə və bu barədə onda məlumat olmasına baxmayaraq çağırış müddətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə üzrlü səbəb olmadan gəlməməklə qanuni əsas olmadan qəsdən hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çağırış orqanının işçisinin (əməkdaşın) təqsirləndirilən şəxsin Bakıdakı ünvanını bilməsi mütləq deyildi. Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bakı şəhəri isə müdafiə etdiyi şəxsin işə düzəlməsi ilə əlaqədar kirayəçi kimi (müvəqqəti sakin statusunda) yaşadığı olduğu yerdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, vətəndaşların hərbi qeydiyyatı aşağıdakı prinsip üzrə-çağırışçıların hərbi qeydiyyatı hər zaman yaşayış yeri üzrə aparılır. Müvafiq olaraq, çağırış vərəqələri də daxil olmaqla, bütün rəsmi bildirişlər məhz bu ünvana göndərilməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşı şahid3 iddia edir ki, o, təqsirləndirilən şəxsi qeydiyyat yeri üzrə guya məlumatlandırıb. Lakin, iş materiallarında buna dair heç bir sübut yoxdur. Çağırış vərəqəsi vətəndaşın olduğu yer (Bakı şəhəri) üzrə yalnız o halda göndərilə bilər ki, çağırışçı yaşayış yerini rəsmi olaraq 3 aydan çox müddətə dəyişmiş olsun və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli (Bakı şəhərindəki) qurumunda müvəqqəti qeydiyyata düşsün. Bildirişin müasir formatı da mövcuddur-elektron çağırış vərəqəsi. Bu sənəd elektron fayl formasında tərtib edilir, Dövlət Xidmətinin vəzifəli şəxslərinin elektron imzası ilə təsdiqlənir və birbaşa elektron hökumət portalındakı (myGov) şəxsi kabinetə göndərilir. Bu üsul çağırışçının fiziki olaraq yaşayış yerində və olduğu yerdə olub-olmamasından asılı olmayaraq, bildirişi operativ şəkildə almasına imkan verir. Çağırış üzrə yerli şöbənin əməkdaşı şahid3 iddia edir ki, o, təqsirləndirilən şəxsə myGov platforması vasitəsilə dəfələrlə məlumat göndərib. Bəli, o, əvvəllər göndərib və müdafiə etdiyi şəxs bu bildirişlərdə göstərilən tələbləri vicdanla yerinə yetiribdir (yəni tibbi müayinələrdən keçibdir). Sadəcə o vaxtlar (o zaman) onu hər dəfə hərbi xidmətə yararsız hesab edirdilər. Lakin nədənsə bu dəfə (sözü gedən çağırış dövründə) təqsirləndirilən şəxsə həmin platforma vasitəsi ilə nə çağırış vərəqəsi, nə də digər sənəd göndərilməmişdir. Ona növbəti tibbi müayinədən keçmək tələbi ilə səsli mesaj göndərilmiş və o, bu tələbi yerinə yetirmişdir. Bu dəfə o, xidmətə yararlı hesab edilmiş, lakin müvafiq tibbi komissiyasının qərarını inzibati məhkəmədə mübahisələndirmiş və müvəqqəti xarakterli müdafiə tədbirlərin görülməsi barədə vəsatət qaldırmışdır. Lakin məhkəmə bu tədbirlərin görülməsini mümkün saymamışdır. Həmin hal müdafiə etdiyim şəxsin xeyrinə şərh edilməlidir, çünki çağırış vərəqəsinin olmaması bu tədbirlərin tətbiqini istisna edir. Əgər sözügedən Dövlət Xidmətinin əməkdaşı myGov platforması barədə bilirdisə, o, müdafiə etdiyim şəxsin iş yerini də bilirdi, çünki o, rəsmi qaydada işə düzəlib (əmək müqaviləsi mövcuddur). Lakin buna baxmayaraq, həmin əməkdaş qanunun tələb etdiyi kimi çağırış vərəqəsini işəgötürənin ünvanına da göndərməyib. Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun 12.4сü maddəsində birbaşa qeyd olunmuşdur ki, "çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla". Qanun gəlmə öhdəliyini sadəcə "məlumat"la deyil, konkret hüquqi sənədlə-çağırış vərəqəsi ilə bağlayır. Telefon zəngi öz hüquqi təbiətinə görə sənəd deyil, şifahi söhbətdir. Onun forması, məcburi rekvizitləri (seriyası, nömrəsi, möhürü, vəzifəli şəxsin imzası) yoxdur və lazımi qaydada rəsmiləşdirilmiş dəqiq hüquqi göstərişi ehtiva etmir. Telefonla edilən şifahi məlumat çağırış vərəqəsi kimi qəbul edilə bilməz. Qanundakı "digər üsullarla məlumatlandırma" sözləri xaos demək deyil. Onlar hüquqi faktların qeydə alınmasının ümumi standartlarına cavab verməlidir. Dövlət orqanı tərəfindən hər hansı "digər bildiriş üsulu" ünvan sahibinin məlumat almasını birmənalı şəkildə təsdiqləyən obyektiv, yoxlanıla bilən (verifikasiya olunan) iz qoymalıdır (məsələn, kağız blankda imza və ya sifarişli məktubun təqdim edilməsinə dair poçt qeydi). Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, şəxsin təqsirliyinə dair hər hansı aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. Telefon danışığı faktını rəsmi çağırış vərəqəsindən qəsdən yayınma kimi şərh etmək ən azından düzgün deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşın hüquqlarını məhdudlaşdıran və ya onun üzərinə məsuliyyət yaradan hər hansı hüquqi əhəmiyyətli çağırışlar, bildirişlər və aktlar rəsmi şəkildə təqdim edilməli, habelə həmin sənədlərin konkret şəxsə imza etdirməklə (qəbz müqabilində), poçt rabitəsi vasitəsi ilə sifarişli məktubla və ya elektron hökumət sisteminin təsdiq edilmiş şəxsi kabineti vasitəsi ilə çatdırılması faktı mütləq qaydada sənədli şəkildə (rəsmi olaraq) qeydə alınmalıdır (fiksasiya olunmalıdı). 1-ci instansiya məhkəməsinin hökmünün mətnindən görünür ki, müdafiə tərəfin mövqeyi və irəli sürdüyü hüquqi arqumentləri hökmdə öz əksini tapmamışdır. Belə ki, hökmdə müdafiəçinin çıxışına onun dəlillərinə dair heç bir qeyd yoxdur. Məhkəmə hökmdə müdafiə tərəfinin dəlillərini və məhkəmənin çıxarılması bu dəlilləri rədd etməsinin əsaslarını göstərməyə borcludur. Hökmün bu tələbə riayət qiymətləndirilməlidir (Azərbaycan cinayət mühakimə icraatının çəkişmə prinsipinin pozulması kimi çıxışları mərhələsində Respublikası CPM-nin 32-ci maddəsi). Bundan başqa, məhkəmədə tərəfin eriləndən çıxışın yazılı variantının məhkəmə iclasının protokoluna əlavə edilməsini xahiş etmişdir. Lakin sonradan iş materialları ilə tanış olarkən müdafiə tərəfinin çıxışının iş materiallarına daxil edilməməsi və iş materiallarında olmadığı müəyyən edilmişdir. Bu hal müdafiə tərəfinin qanunla müəyyən edilmiş obyektiv qiymətləndirilməsinə məhdudlaşdırır və apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının tam və instansiya maneə yaradır. Bununla bağlı həmçinin müdafiə tərəfin birinci məhkəməsindəki yazılı çıxışının əlavə edilmiş mətni cinayət işinin materiallarına əlavə edilməli və işə baxılarkən həmin dəlillər nəzərə alınmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təqsirləndirilən şəxsin hərbi xidmətdən yayınmaq fikri olmayıb, hətta bununla bağlı çağırışa gələrək tibbi müayinədən də keçib. Səhhətində olan problemlərlə baxmayaraq hərbi xidmətə yararlı hesab edilsə də, müvafiq tibbi komissiyasının qərarını inzibati məhkəmədə mübahisələndirmiş və müvəqqəti xarakterli müdafiə tədbirlərin görülməsi barədə vəsatət qaldırmışdır. Lakin məhkəmə bu tədbirlərin görülməsini mümkün saymamışdır. Təqsirləndirilən şəxsə yaşayış və iş yeri üzrə məlumat verilməmişdir. Bu halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi, müdafiəçi ilə razı olduğunu bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, təqsirləndirilən şəxsin iddialarının öz təsdiqini tapmadığını, onun əməlinin düzgün olaraq CM-in 321.1-ci maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, yüngülləşdirici halları kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin əməlində qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayət əməli sübuta yetirilmədiyindən ona CM-in 321.1-ci maddəsi ilə bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar, məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - "Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçıların tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan” görünür ki, ##.##.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və 2 Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli hərbi xidmətə yararlılıq barədə yekun qərarı ilə müddətli həqiqi hərbi xidmətə A-3 məhdudiyyət dərəcəsi ilə yararlı hesab edilmişdir; - Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərardadından görünür ki, ərizəçi Təqsirləndirilən şəxs əsas iddiaya mahiyyəti üzrə baxılıb yekunlaşanadək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə ##.##.2025-ci il tarixli qərarının icrasının dayandırılması və hərbi xidmətə çağırışın qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizəsi mümkün sayılmamışdır; -Azərbaycan Respublikasının Prezidentinin 2025-ci ilin ## ###### tarixli *** nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq qoşun növlərinə təyin edilmiş Azərbaycan Respublikasının vətəndaşlarının adlı siyahısından görünür ki, ##.##.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunmuşdur; - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin "MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi”-nin ##.##.2026-cı il tarixli, K/** nömrəli canlı şəxs və iş materialları üzrə ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs "Anadangəlmə inkişaf qüsuru, hər iki əlin V barmağını bükən əzələ vətərinin qısalığı nəticəsində hər iki əlin V barmağının proksimal falanqarası oynağının bükücü kontrakturası, funksiya pozulmaması" diaqnozu ilə "A-3 məhdudiyyətlə hərbi xidmətə yararlıdır"; - Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvar ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2025-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, "1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il ######ın #-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar"; - ##.##.2026-cı il tarixli "Mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında" protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi şahid3 istifadəsində olmuş "Xiaomi" markalı mobil telefona baxış həyata keçirilmiş, baxış zamanı şahid3 +994-070-955-48-18" saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi "Whatsapp" mobil tətbiqinin “Söhbətlər” bölməsində Təqsirləndirilən şəxs ilə - “Нас Sab Oktay" kimi qeyd edilmiş +***-***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə müxtəlif tarixlərdə, yazışmalar aparması və sonuncu ilə "Whatsapp" mobil tətbiqi vasitəsilə ##.##.2026-cı il tarixdə səsli zəng formasında 01 dəqiqə danışması aşkarlanmışdır; - Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ***/*/g nömrəli ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatdadır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 6.2-2-ci maddəsinə əsasən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri (valideynləri, övladlığa götürənlər və ya himayəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onların hansı müddətdə tibbi müayinədən keçməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəlməli olması barədə çağırış vərəqəsi vasitəsilə məlumatlandırılırlar. Çağırışaqədər yaş həddində olan vətəndaşlar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən tibbi müayinəyə cəlb olunan çağırışaqədər yaş həddində olanların qanuni nümayəndələri məlumatlandırılmış hesab olunur. "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2001-ci il # ###### tarixli * nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023- cü il * nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” ## ###### 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs CM-in 321.1-ci maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxsin əməlində qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırması iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini, eyni zamanda təqsirləndirilən şəxsə bəraət verilməsinə dair müdafiə tərəfinin dəlillərinin birinci instansiya məhkəməsi və apellyasiya icraatı zamanı təsdiqini tapmadığını nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən əsassız ittiham verilməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağstafa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- **/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar