Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-304/2026 28.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1 Nizami oğlunun, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim X6 və hakimlər X1 və X2) ##.##.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə cəzası 9 aya endirilmiş, ##.##.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu - ##.##.2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. IŞIN HALLARI: təqsirləndirilən şəxs1 tanışı təqsirləndirilən şəxs2 və özünü Iran Islam Respublikasının vətəndaşı kimi təqdim edən “Baba” ləqəbli şəxsiyyəti istintaqa məlum olmayan şəxslə külli miqdarda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək şəxsiyyəti istintaqa məlum olmayan “Baba” ləqəbli qrup üzvünün Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əlimərdanlı kəndindən keçən hissəsində yolun kənarındakı kolların arasında gizlətmiş olduğu 01 ədəd kisənin içərisində ümumilikdə 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan torbalarda, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunun 1-ci Siyahısına əsasən, ümumilikdə və ayrı-ayrılıqda külli miqdarlarda olan, yəni təmiz çəkiləri 1020 qram və 1065 qram olmaqla ümumilikdə 2085 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 720 qram olmaqla ümumilikdə 1460 qram təmiz çəkidə narkotik vasitə olan həşişi “Baba” ləqəbli həmin şəxsin "whatsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə ona göndərdiyi onlayn məkan və fotoşəkillər əsasında götürüb Gəncə şəhərinə apararaq orada qanunsuz satışını təşkil etmək məqsədi ilə ##.##.2025-ci il tarixdə, saat 20 radələrində onların cinayətkar niyyətindən xəbərsiz olan ortaq tanışları X3 idarə etdiyi “Toyota Prius” markalı, 99-UY- 347 dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonuna gəlib qeyd olunan məkana gedərək orada külli miqdarlarda olan həmin narkotik vasitələri təqsirləndirilən şəxs2la birlikdə axtarıb tapmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq həmin vaxt avtomobilin sükanı arxasında əyləşib onları gözləyən Nicat Qurbanovun idarə etdiyi qeyd edilən avtomobilin salon hissəsinə yerləşdirib daşımış, həmin tarixdə və vaxtda Tovuz rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ifşa olunduqlarını bilib polisin saxla tələbinə məhəl qoymadan Nicat Qurbanovdan avtomobili dayandırmamağı tələb etməklə sonuncunun narkotik vasitədən xəbərsiz halda avtomobili yüksək sürətlə idarə etməsinə nail olub təxminən 200 metr məsafə qət etdikdən sonra o, məsuliyyətdən yayınmaq üçün qeyd edilən narkotik vasitələri avtomobilin pəncərəsindən yola atıb hərəkətlərini davam etdirmiş, qeyd edilən tarixdə, saat 20:14-də Tovuz rayonu, Hunanlar kəndində saxlanılaraq saat 20:14-dən 21:53-dək olan müddət ərzində Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində avtomobil yolunun kənarına aldıqları həmin ümumilikdə və ayrı-ayrılıqda külli miqdarlarda, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, təmiz çəkiləri 1020 qram və 1065 qram olmaqla ümumilikdə 2085 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 720 qram olmaqla ümumilikdə 1460 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Həmin hökmlə təqsirləndirilən şəxs2 Zabil oğlu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, tərəfindən apellyasiya şikayəti verilməmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ PROTESTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində müdafiə etdiyi şəxs təqsirləndirilən şəxs1 verdiyi ifadəsi, eyni zamanda digər təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və şahid qismində dindirilmiş şəxs Nicat Qurbanovun məhkəmə istintaqında verdikləri ifadələr deyil, onların ibtidai istintaq zamanı verdikləri ifadələri əsas götürərək hökm qəbul edilmişdir. Bu da ki, CPM-nin 351.2-ci maddəsinin tələblərinə ziddir. Həmin ifadələr ilə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham arasında ziddiyətlər vardı ki, bu da təqsirləndirilən şəxsin xeyrinə şərh edilməli idi. H.Ibrahimov yeni ailə qurub, ailəlidir, əvvəllər məhkum olunmayıb, mərhum atası İ Qarabağ müharibəsinin iştirakçısıdır, anası xəstədir. Hesab edir təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Odur ki, şikayətin təmin olunması xahiş edilir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 münasibətdə cinayət qanunun norması düzgün tətbiq edilməklə (təhlükəli residitvə görə) ona təklif edilən həddə cəza təyin edilməklə dəyişdirilməsi xahiş olunur. Protest onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə ##.##.2020-ci il tarixli hökmü dəyişdirilərək ona qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış. ##.##.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild II 69-70) Göründüyü kimi təqsirləndirilən şəxs1 əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, yenidən bu iş üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərədə tutulmuş ağır cinayət hesab edilən cinayət əməlini törətmişdir. Belə olan halda onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və ona CM-in 65.2-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs1 cəza təyin edilərkən tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq etməməklə, yəni CM-in 65.2-ci maddəsinə müvafiq olaraq 8 ildən az cəza təyin edilməməli halda ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Odur ki, protestin təmin edilməsi xahiş olunur. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya baxışında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və protestin təmin edilməsini xahiş etdi. Eyni zamanda, dövlət ittihamçısı təqsirləndirilən şəxs Heydər Ibrahimovun müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, ona görə də şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Apellyasiya məhkəməsinin baxışında iştirak edən təqsirləndirilən şəxs Heydər Ibrahimov və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər, eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək protestin əsassız olduğunu və protestin təmin edilməməsini xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxsə hökmlə təyin olunmuş cəza ədalətli deyil, eyni zamanda təqsirləndirilən şəxs birinci dəfə şəxsiyyət əleyhinə cinayət törətdiyinə görə birinci instansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən sadə residivə görə cəza təyin etmişdir. Təqsirləndirilən şəxs Heydər Ibrahimov əlavə olaraq göstərdi ki, o, özünü CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilir ona görə ki, o, narkotik vasitələrin istifadəçisidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli və məhkəmənin hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair verdiyi etirafedici ifadələri, maddi sübutlar, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPMnin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Heydər Ibrahimovun əməlini düzgün olaraq CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Heydər Ibrahimovun özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilməsi və onun törətdiyi cinayət əməlinə münasibətdə narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması öz təsdiqini tapmaması barədə xüsusatlara əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Heydər Ibrahimovun CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -## #### 2025-ci il tarixli ”Şübhəli şəxsin üstünün yoxlanılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 20:14 dəqiqədən saat 21:53 dəqiqəyədək olan müddət ərzində təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və X3 üzərlərinə, eyni zamanda sonuncuya məxsus “Toyota” markalı, “Prius” modelli, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdikdən sonra Nicat Qurbanova məxsus avtomobilin pəncərəsindən yerə atdığı 02 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda olmaqla, sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram və 1065 qram, ümumi təmiz çəkisi 2085 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda olmaqla, sonradan məhkəməbioloji ekspertizasının rəyinə əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 720 qram, ümumi təmiz çəkisi 1460 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür; -”Əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X9, təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X4 və X3 və onun müdafiəçisi X5 iştirakları ilə video çəkiliş aparılmaqla ## #### 2025-ci il tarixdə saat 23:00 dəqiqədən saat 23:57 dəqiqəyədək əməliyyat axtarış tədbiri keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd DIN-nin *** nömrəli möhürü ilə möhürlənmiş zərfə baxış keçirilən zaman həmin zərfin içərisində 02 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda olmaqla, sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram və 1065 qram, ümumi təmiz çəkisi 2085 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda olmaqla, sonradan məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram və 720 qram, ümumi təmiz çəkisi 1460 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Gəncə Regional Bölməsinin ## #### 2025-ci il tarixli rəyi; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Gəncə Regional Bölməsinin ## ######## 2025-ci il tarixli rəyi; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən əldə edilmiş ## ######## 2025-ci il tarixli rəy ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -Təqsirləndirilən şəxs Heydər Ibrahimovun həm məhkəməyədək icraat zamanı, həm də birinci instansiya məhkəməsinə verdiyi ifadələrində özünü qismən təqsirli bilməsinə dair verdiyi etirafedici ifadələri. -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəri protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi təqsirləndirilən şəxs1 hazırki əməli törətmədiyini iddia etsə də, iş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sənədlərdən, istintaq hərəkəti protokolları, şahid ifadələri ilə onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, qazanc əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən cinayət əməllərini törətməsi öz təsdiqini tapmış və tam olaraq sübuta yetirilmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməllərinin CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasına heç bir qanuni əsas müəyyən olunmamış, ədalətli olaraq birinci instansiya məhkəməsi tərəfindən ona aşağı həddə azadlıqdan məhrmuetmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitənin satış məqsədilə daşımaması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, ## #### 2025-ci il tarixli ”Şübhəli şəxsin üstünün yoxlanılması barədə” protokol, ”Əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” ## #### 2025-ci il tarixli protokol, şahidlərin ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxs1 təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları göstərir. ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarı ilə ##.##.2020-ci il tarixli hökmü dəyişdirilərək ona qəti olaraq 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ##.##.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild II 69-70). CM-nin 15.4-cü maddəsinə görə Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndirilən şəxs1 əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, yenidən bu iş üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərədə tutulmuş ağır cinayət hesab edilən cinayət əməlini törətmişdir. Belə olan halda onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və ona CM-in 65.2-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az olmamaqla cəza təyin edilməli olduğu, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı sadə residivə görə cəza təyin edilmişdir. CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasından görünür ki, beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi üzrə ona təyin olunacaq cəza həmin Məcəllənin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla (təhlükəli residivə görə üçdə ikisindən az olmayaraq) 8 il müddətə azadlıqdan məhrumetmə cəzasından az olmamalıdır. CPM-in 399.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.3-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan hal kimi hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməli, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cəzası həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü cəza təyini hissəsində dəyişdirilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ona 6 (altı) il müddətə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi 8 (səkkiz) il müddətində müəyyən edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-304/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-304/2026
28.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver