Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-306/2026 15.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, məhkum Mahmudov İsmail Mahmud oğlunun və müdafiəçisi müdafiəçi1 iştirakı ilə Mahmudov İsmail Mahmud oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Mahmudov İsmail Mahmud oğlu Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Mahmudov İsmail Mahmud oğlunun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, davranışı üzərinə nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, sınaq müddətinin başlanğıcının hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyidirilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək Mahmudov İsmail Mahmud oğlu barəsində qəbul edilmiş hökmün ləğv edilərək CPM-nin 39.1.2-ci maddəsi tətbiq edilməklə, əməldə cinayət tərkibi olmadığı əsası ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İlkin məhkəmə baxış iclasında cinayət işinə baxılarkən təqsirləndirilən şəxs Mahmudov İsmail Mahmud oğlu göstərdi ki, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmündən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir (bu barədə məhkəmə kollegiyasına yazılı ərizə də təqdim etmişdir). Müdafiəçi müdafiəçi1 ərizənin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı göstərdi ki, verilmiş apelyasiya şikayətindən imtina etmək məhkum İsmail Mahmudovun hüququdur. Həmin ərizənin təmin edilərək müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 391.3.10-cu maddəsinə görə apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edir. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 396-cı maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Mahmudov İsmail Mahmud oğlunun apellyasiya şikayətindən imtinası qəbul edilməli və təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Mahmudov İsmail Mahmud oğlunun ərizəsi təmin edilsin. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən məhkumun imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-306/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-306/2026
15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver