Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-308/2026 21.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı1 Nizami oğlunun, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə (sədrlik edən hakim X2 və hakimlər X4 və X1) ##.##.1999-cu il tarixdə Gədəbəy rayonu, Çaldaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gədəbəy rayonu, Çaldaş kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. IŞIN HALLARI: Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekurşorların siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib hissələrə bölərək üzərində daşımaqla Şəmkir rayonu, Səməd Vurğun kəndində yerləşən müvəqqəti yaşadığı fermanın içərisindəki fərdi yaşayış evində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə, saat 21:30 radələrində Şəmkir rayonu, Səməd Vurğun kəndində asfalt yoldan 150 metr kənarda yerləşən fermanın içərisində olan yarımtikilidə saxlanılaraq fasiləsiz videoçəkiliş aparılmaqla əynində olan göy rəngli uzunqol gödəkçənin sağ yan cibindən 02 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,619 qram və 4,309 qram, həmçinin metamfetamindən istifadə etmək üçün lazım olan elektrik lampasının içərisindən çəkisi 0,208 qram, ümumi təmiz çəkisi 9,136 qram külli miqdarda maddələr, kustar üsulla hazırlanmış və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini və barəsində ədalətli cəzanın təyin edilməsini xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya məhkəməsinin baxışında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi şikayətin dəlillərini dəqiqləşdirərək əməlin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmasını və həmin maddə ilə cəza təyin olunmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, saxlanılan zaman onun üzərindən 1 qram narkotik vasitə aşkar olunmuş, onun məqsədi satmaq deyil, narkotik vasitəni alıb istifadə etmək olmuşdur. Apellyasiya məhkəmə baxışında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və təmin olunmamasını xahiş etdi. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatlara birinci instansuya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş, ona görə də onun əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Ilk növbədə, məhkəmə kollegiyası cinayət işinin materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri və özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi, maddi sübutlar, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq (sübutlar hökmdə ətraflı təsvir olunub şərh edildiyindən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür), CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Apellyasiya şikayətində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilməsi və saxlanılan zaman onun üzərindən 1 qram narkotik vasitənin aşkar olunması, onun məqsədi narkotik vasitəni alıb istifadə etmək olması barədə xüsusatlara əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi cinayət işi üzrə toplanmış aşağıdakı mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir: -“Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” ## ### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD disklər. -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə məxsus “HONOR” markalı mobil telefonun yaddaş kitabçasına “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokolla müəyyən olunur ki, sonuncunun digər şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı çoxsaylı yazışmaları mövcuddur; -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus ”Samsung” markalı mobil telefonuna “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokolla müəyyən olunur ki, sonuncunun digər şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı çoxsaylı yazışmaları mövcuddur; -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə ## ### 2025-ci il tarixli ak;. -Məhkəmə-kimyəvi ekspertizasının ## ### 2025-ci il tarixli rəyi; -Məhkəmə-narkoloji ekspertizasının ## #### 2025-ci il tarixli, *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür; -Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi və verdiyi etirafedici ifadələri. -Şahid ifadələri və iş materialına əlavə edilmiş digər sənədlər. Məhkəmə kollegiyası CPM-nin 124-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırki cinayət işi üzrə iş materialına əlavə edilmiş sənədlər, istintaq hərəkəri protokolları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, ekspertiza rəyləri və şahid ifadələri arasında ziddiyyətli hallar müəyyən olunmadığından həmin sübutlar təkzibolunmaz mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şikayətində irəli sürdüyü tövsif məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” ## ### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD disklərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkcənin sol yan cibində saxladığı iki ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək, təxminən üç aydır ki, psixotrop maddələrdən istifadə etdiyini və həmin psixotrop maddə olan metamfetaminə bənzər kütləni təxminən 2 aydır ki, “Tiktok” adlı sosial şəbəkədə Zəhra adlı Iran vətəndaşı ilə tanış olduğunu, həmin şəxslə 500 manat pul müqabilində nisyə olaraq razılaşdığını və həmin şəxsin ona Abşeron rayonu, Masazır qəsəbəsində məkan-yer (konum) atmasını, oraya gedib əldə etməsini bildirmişdir. Həmin iki ədəd sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr çəkisi müəyyən olunması üçün elektron tərəzidə bükümlə birlikdə çəkilərək, 11,10 qram çəkidə olduğu müəyyən edilmişdir. Daha sonra sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə ayrı-ayrılıqda iki ədəd zərfdə qablaşdırılmış və üzəri möhürləndikdən sonra imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə üst yoxlama aparılan zaman, onun üzərindən bir ədəd “Samsung” və bir ədəd “Honor” markalı mobil telefonlar aşkar edilmişdir. Həmin bir ədəd “Samsung” və bir ədəd “Honor” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra yarımtikilidə olan stulun üzərindən 1 ədəd xüsusi formada hazırlanmış və içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan elektrik lampası qablaşdırılaraq üzəri imzalanaraq və möhürlənərək 1 ədəd zərfdə götürülmüşdür. Təqsirləndirilən şəxs həmin lampanın içərisinə psixotrop maddə olan metamfetamin dolduraraq çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Eyni zamanda “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə məxsus “HONOR” markalı mobil telefonun yaddaş kitabçasında “Dobu” adı ilə qeyd edilən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma və mübadilə sistemində yazışmalar və səs yazıları mövcuddur. “Dobu” adı ilə mobil telefonun yaddaş kitabçasında yazılan şəxsin Təqsirləndirilən şəxs göndərdiyi səs yazısında deyilir ki, “pulu gözləyirik, pulu vurasıdır, sen götür çıx, sən gəlib çatanadək pulu arxeyin ol, yüz faiz vuracıyıq” kimi səslər, ardınca Təqsirləndirilən şəxs həmin mobil nömrənin “Whatsapp” ani mesajlaşma və mübadilə sisteminə yazaraq “götür bilmirəm elə, təxmini nə qədər çəkər” “mənim 80 dənə zakazım var alırsansa tez ol” kimi səslər, sonra Təqsirləndirilən şəxs həmin Dobi adı ilə yazılan şəxsə yazaraq nə oldu?, alınmadı?” kimi səslər, sonra yenidən Təqsirləndirilən şəxs yazaraq “alo nə oldu” kimi səslər, Təqsirləndirilən şəxs ardınca elektron tərəzinin üzərində çəkisi göstərilməklə sellofan paketin içərisində narkotik vasitəyə bənzər kütlənin fotoşəkilini atması aşkar edilmişdir. Həmin fotoşəkilin ardınca “Dobu” adı ilə yaddaş kitabçasında qeyd edilən şəxs səs ataraq “ölənlərimizin goru 50 manat vurum buna, axşama qədərdə 450 manatını vururam, onu göndər səhər tezdənə qədərdə əlimin altında olsun, birdənə bu köməyi elə ondan sonra baxda qardaşına, ikimizin canı Nihatın, Anarın canı”, ardınca Təqsirləndirilən şəxs ona “Sabah axşama kimi?” kimi sözlər, Dobu adlı şəxs səs ataraq “hə sənöl sabah axşam saat 12 dək borcda olsa alıb 450 manatını vuracam, elə et ki, tezdən mənim əlimdə olsunda, saat neçədi saat 1-dir” kimi səslər, Təqsirləndirilən şəxs Dobu adlı şəxsə səs ataraq “ancaq belə bir şey edə bilərəm ki, 100 manat pulu vur, 400 manat qalmır? -qalanında maxsimum saat 5 kimi vurarsan” kimi səslər, Dobu adlı şəxs Təqsirləndirilən şəxs səs ataraq “axşama kimi vuracam” kimi sözlər, Təqsirləndirilən şəxs ona səs ataraq “axşama kimi nədir? mən gəldiyim kimidə qayıdacam, ağzımda deyirən 80 dənə zakazım var” kimi sözlər, Dobu adlı şəxs “sən onu götür gəl bizə onu şakkalayıb verəcəm” kimi səslər, Təqsirləndirilən şəxs Dobu adlı şəxsə səs ataraq “hesablamışam, bu ayın içərisində 130 qram malın pulu yoxdur ortada, hara gedib, nagayrıb bilmirəm” kimi səslər, Dobu adlı şəxs səs ataraq “mənim 10 qram malımnan sən nə müflis olasısan” kimi səslər, Təqsirləndirilən şəxs sms yazaraq “Ayqa pulunu vur, malını götür” kimi səslər, Dobu adlı şəxs səs ataraq “vurduğum 40 manata mal tullaya bilərsənmi onu götürüm çəkim” kimi səslər, Təqsirləndirilən şəxs səs ataraq “boş boşuna mənə zəng vurma, əgər götürmək istəyirsənsə kart hesabımı bilirsən, get pulunu vur, bir dəfə, iki dəfə yox ee hamısını bir yerdə, 20 bir yerdə, dərmanlarıda qoymuşam onun yanındadır, nisyə vermərəm də heç kimə” kimi sözlər, Dobu adlı şəxs səs ataraq “20 nədi ee, demədinmi 12 qram qoyuram, sən 12 qram çəkib atmayıbsanmı?, mən 12 qram olana 460 manat vurmalıyam eləmi ” kimi səslər, Təqsirləndirilən şəxs həmin yazışmada Dobu adlı şəxsə məkan “konum” ataraq narkotik vasitəni qoyduğu yerin fotoşəkilini atmışdır. Təqsirləndirilən şəxs Dobu adlı şəxsə sms yazaraq “işarə qoyulan ağacın dibində basdırılıb, götürəndən sonra xəbər edərsən” kimi səslər, Dobu adlı şəxs cavabında “bu nedi 5 qoyubsan” kimi səslər, Təqsirləndirilən şəxs Dobu adlı şəxsə yazaraq “Bakıda lazım olsa de, 3 ədəd 5 qram qalıb, 15 dənədə 1,1 qram,6 tamamda uşaq gələcək Bakıya cavab ver götürərsən ya yox” kimi sözlər, Dobu adlı şəxs səs ataraq “pulumu var, nə ilə götürüm, hələ indi götürmüşəm” kimi sözlər, Təqsirləndirilən şəxs Dobu adlı şəxsə səs ataraq “heçne hecne ordan çıxırdı imkan varsa götürsün gəlsin” kimi sözlər, Təqsirləndirilən şəxs səs ataraq “dərman var 5 dənə kimi sözlər olan səs yazısı, Dobu adlı şəxs səs ataraq bizim ev tərəflərə qoysun bir dənə 5-lik dərmanlarıda onun böyründə qoysun, axşamadək vurub götürəcəm kimi sözlər yazılmışdır. Təqsirləndirilən şəxslə Dobu adlı şəxsin “Whatsapp” yazışmalarında digər sübut əhəmiyyətinə malik səslər və yazılar mövcud olmuşdur. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus “HONOR” markalı mobil telefonun yaddaş kitabçasında qeydiyyatsız +98 ***- ***-**-** saylı mobil nömrənin adı məlum olmayan sahibi ilə “Whatsapp” ani mesajlaşma və mübadilə sistemində fotoşəkillər və yazışmalar aşkar edildi. Həmin qeydiyyatsız mobil nömrənin adı məlum olmayan sahibi səs ataraq “Qaqa elə nömrən var idi yazdım, qardaşım iş zad görürsən?, iş görsən gəl görək da yaxşı tema var” kimi sözlər,Təqsirləndirilən şəxs həmin şəxsə səs ataraq“qaqa mən nə bilim polisə işləmirsən!” kimi sözlər, Təqsirləndirilən şəxs həmin şəxs səs ataraq” bəzi şərəfsizlər var ki, deyirlər narahat olma, baxırsan ki, polisə işləyirlər, sənin öz allahına imanıma, buraxıram, məni yadırmaqla əlinizə nə keçəcək, mənim öz işlədiyim adam var,onun konumlarıdır və hər şeyin mən edirəm da, sənə belə köməklik edə bilərəm ki, səndə olmayan vaxtı, belə istəyənləri yönəldə bilərəm sənə, cola, dərmanım yoxdur, onları yönəldə bilərəm sənə” kimi sözlər. Təqsirləndirilən şəxs səs ataraq “mən ən aşağısı, onu götürəndə iki üç dəfə olub 50 qram, 50 qram götürmüşəm, indi isə 100, 200, 300 qram götürmüşəm, 50 qram bir nəfərin normasıdır, o iş aşırmaz haa, 50 qram bir nəfərin konumudur, onu qoydum götürdü getdi, mən sənə olanı dedim da bildinmi mən burda yalan deyəsi deyiləm, sən mənə yalan deyəsi deyilsən” kimi sözlər, həmin qeydiyyatsız mobil nömrəzinin sahibi ona səs ataraq “da denən mən çox götürürəmdəəə, aşağıdan hesablayaq verək, mənədə çox düşür aşağıdan götürəndə bilirem, Təqsirləndirilən şəxs həmin şəxsin “Whatsapp” mobil nömrəsinə ovcunun içərisində narkotik vasitənin fotoşəkilini ataraq bunu dünənən götürmüşəm, bu günə qurtardı” kimi sözlər yazmışdır. Təqsirləndirilən şəxs səs ataraq “5-dən aşağı mümkün deyilda, bir dəfə iki dənə ilə mən adamı çölə çıxarmamışam” kimi sözlər yazmışdır. Həmin şəxs səs ataraq aşağı götürürsən 7 manatdan, yuxarı götürürsən 7 manatdan” kimi sözlər, Təqsirləndirilən şəxs ona səs ataraq“ qaqa aşağı sözün dilinə gətirmə, vaxt olub 50 dənə götürüdüyüm də olub, indiki vaxtlar yarım kilodan aşağı götürmürəm, mən götürəndə 1 kq 330 qram götürmüşəm, mən bir gün iki gündən bir konum götürmürəm, mənim siyahı dəftərim var, mən həmin siyahı üzrə yazıram və rayondan gəlib götürürlər, mən elə olur ki, 100 dənəni 200 dənəni götürürəm, axırıncı dəfə 1 kq 300 kq götürmüşəm” kimi sözlər göndərilmişdir. +98 ***- ***-**-** saylı mobil nömrənin sahibi ilə Təqsirləndirilən şəxs arasında olan yuxarıda göstərilən səs və yazışmalardan başqa digər sübut əhəmiyyətinə malik səs yazılar aşkar edilmişdir. Bundan başqa, baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus “HONOR” markalı mobil telefonun yaddaş kitabçasında qeydiyyata aldığı Sezar” adlı şəxslə Təqsirləndirilən şəxs yuxarıda göstərilən şəxsin mobil nömrəsinin Vhatsapp”-na göndərdiyi fotoşəkillərdə narkotik vasitəni yerləşdiyi yerləri göy rəngli ox işarəsi ilə nişanlayaraq məkan yerlərini göstərmişdir. Həmin fotoşəkillərin alt hissəsindən yazaraq “işarə edilən yerdə 1 qram patı rezinin altında” kimi sözlər, “işarə qoyulan daşın altında 1 qram patı” kimi sözlər, “işarə qoyulan yerdə durabın dibində daşın altında 1 qram patı” kimi sözlər, “işarə qoyulan yerdə 1 qram patı daşın altında” kimi sözlər, “işarə qoyulan yerdə 1 qram patı durbanın beton qırıqlarının altında” kimi sözlər, “işarə qoyulan yerdə 2 qram patı betonun dibinə basdırılıb” kimi sözlər yazılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefonunun” “Qalareya” proqramına baxış keçirilən zaman narkotik vasitə və psixotrop maddələri satış göndərdiyi narkotik vasitələrin fotoşəkilləri, həmin narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələri yerləşdirdiyi məkanların fotoşəkilləri, elektron tərəzilərdə narkotik vasitə və psixtrop maddələr, onların çəkiləri olan fotoşəkillər, narkotik vasitə və psixtrop maddələrin bükümlərdə olan fotoşəkilləri müəyyən olunmuşdur. Eyni zamanda digər “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, ##.##.2025-cü il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus Samsung” markalı mobil telefonuna baxış keçirilmiş və iş üçün sübut əhəmiyyətinə malik ola biləcək smslər, səs yazıları və məlumatlar aşkar edilmişdir. Aşkar edilmiş məlumatlar: (Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma və mübadilə sisteminə baxış keçirən zaman müəyyən olundu ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə məxsus “Samsung” markalı mobi telefonun “Whatsapp” ani mesajlaşma və mübadilə sistemində ad qeyd edilməyən, lakin +994 997 10 57 ** saylı mbil nömrə ilə 1 sms və səs yazıları mövcuddur. Təqsirləndirilən şəxs +994 997 10 57 ** saylı mobil nömrənin “Whatsapp” ani mesajlaşma və mübadilə sisteminin istifadəçisinin ona göndərdiyi səs yazısında “ Ataaa noldu tullaya bildilərmi, yoxsa yox?”, Təqsirləndirilən şəxs həmin mobil nömrənin “Whatsapp” ani mesajlaşma və mübadilə sisteminə səs ataraq “ 250 manat, özünüdə vəziyyəti bilirsəndə, uşaq onu kokrre olarq töküb yerə, ovuynan orda şey yığır, torpaq”, adı məlum olmayan şəxs səs ataraq mən elə bilirəm ki. yenisini qoydurmusan” kimi səslər, Təqsirləndirilən şəxs “putka var deyir ora qoydurmuşam” kimi səslər, Təqsirləndirilən şəxs “götürdünmü, adama cavab verdaaa” həmin mobil nömrənin istifadəçisi ona deən mənimlə məzələnirsnmi əəə, ona denən hara qoyubsan, Təqsirləndirilən şəxs həmin mobil nömrənin “Whatsapp” ani mesajlaşma və mübadilə sisteminə yazaraq “Ayqa gələ bilmirəm oralardan 1 qram tap bu günlük, həmin mobil nömrənin istifadəçisi olan şəxs səs ataraq “nə vaxt gələsən bəs“ “gözləyirəm səni “ kimi səslər, Təqsirləndirilən şəxs yazaraq çıxım burdan yığıran, sabah neynen gelim pul yoxdur, bu gün 800 tapmışam, 850 qalıb kimi yazılar aşkar edilmişdir). Eyni zamanda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclası zamanı polis əməkdaşları tərəfindən tutulduğu zaman ona heç bir fiziki təsir göstərilmədiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli törətmədiyini iddia etsə də, iş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan mobil telefonlarında narkotikin və ya psixotrop maddənin satışı ilə bağlı olan çoxsaylı «SMS» mesajların mətinləri, «Whatsapp» tətbiqindən aparılmış yazışmalar, atılmış konumlar və şahid ifadələri ilə onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vastələri və ya psixotrop maddələri əldə edib, saxlayıb daşıması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, DVD disklər və digər sənədlərlə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsi tam olaraq sübuta yetirilmişdir. Ona görə də apellyasiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasına heç bir qanuni əsas müəyyən olunmamış, ədalətli olaraq birinci instansiya məhkəməsi tərəfindən ona aşağı həddə azadlıqdan məhrmuetmə cəzası təyin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində apellyasiya şikayətlərinin dəlilləri dinlənilərkən ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətmişdir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsində gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə narkotik vasitənin ona məxsus olmaması və narkotik vasitənin satış məqsədilə daşımaması barədə gətirdiyi dəlillər yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətini yüngülləşdirməyə hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” ## ### 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD disklər, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə məxsus “HONOR” markalı mobil telefonun yaddaş kitabçasına “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus ”Samsung” markalı mobil telefonuna “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol, şahidlərin ifadələrini, habelə ekspertiza rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-nin 143- 146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apelyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkəmənin hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-nin 397-398, 407, 408, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-308/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-308/2026
21.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver