Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-309/2026 10.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və X1 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru dövlət ittihamçısı1, müdafiəçi müdafiəçi1 iştirakı ilə təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum tərəfindən verilmiş buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi məhkum təqsirləndirilən şəxs4 buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmiş və tam olaraq hüquqlarını bilmədiyi üçün müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vaxtında verə bilmədiyini göstərib vəsatətinin təmin olunmasını xahiş etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən məhkum təqsirləndirilən şəxs4 Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** saylı hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti rədd edilməsi qərara alınmışdır. Həmin qərardan məhkum apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, məhkumun hüquqi savadı olmadığından apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Odur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və müddətin üzürlü hesab edilərək bərpa edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin hökmü vaxtında məhkuma təqdim edildiyini, hökmdən apellyasiya şikayəti verilməsinin mümkün olduğu izah edilmiş, bundan başqa hökmün çıxarıldığı tarixdən uzun müddət vaxt keçdiyini, məhkumun bu müddəti buraxmasını üzrlü hesab etmək üçün heç sübutun mövcud olmadığını göstərərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, məhkumun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə yoxlayaraq, müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və verilmiş apellyasiya şikayətindən məlum olur ki, təqsirləndirilən şəxs4 barəsində olan hökm ## ###### 2026-cı il tarixdə onun iştirakı ilə elan edilmiş və ## #### 2026-cı il tarixdə qəbzə imza etməklə hökmün surətini almışdır. (XIII cild i.v. 194). İş materiallarından görünür ki, ## #### 2026-cı il tarixdə məhkum təqsirləndirilən şəxs4 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, həmin vəsatət ## #### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 3 aydan artıq keçmiş, nəticədə isə qanunvericilikdə nəzərdə tutulan müddət dəfələrlə ötürülmüşdür. Həmçinin, məhkəmədə təqsirləndirilən şəxs4 məhkəmə prosesi zamanı bütün hüquqları, həmçinin hökm elan edildikdən sonra apellyasiya şikayəti verilməsi qaydası və müddəti ona izah edilmişdir, məhkəmə zamanı müdafiəçi ilə təmin edilmişdir, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkum apellyasiya şikayəti verməklə hökmü mübahisələndirməmişdir. Bundan başqa, iş materialları ilə də müəyyən edilir ki, təqsirləndirilən şəxs4 apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs4 latın qrafikalı azərbaycan əlifbası ilə də sərbəst yaza və oxuya bilir. Eyni zamanda, birinci instansiya məhkəməsinin hökmünündə vaxtında ona təqdim edildiyini və hökmü oxuyaraq məzmunu ilə tam tanış olduğunu bildirmişdir. Göründüyü kimi, cinayət prosessual qanunvericiliyi yalnız həbsdə olan məhkuma istisna halı göstərməklə apellyasiya şikayətinin verilməsi müddətinin hökmün verildiyi vaxtdan hesablanmasını müəyyən etmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Həmin Məcəllənin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res yudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam və obyektiv olaraq araşdıraraq, müdafiəçinin apellyasiya şikayəti ilə əlaqədar dəlillərini, eləcə də, bu dəlillərə etiraz edən dövlət ittihamçısının rəyini dinləyərək, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilmə müddətinin üzrsüz səbəbdən ötürülməsinə dair düzgün nəticəyə gəlmiş və buraxılmış apellyasiya şikayəti vermə müddətini bərpa etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı hər hansı bir əlavə halın müəyyən edilməməsini qeyd edərək məhkəmə kollegiyası apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün əsaslar görmür. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 391.3.3, 391.12 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum təqsirləndirilən şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum tərəfindən verilmiş buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətinin rədd edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-7)-309/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-309/2026
10.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver