Məhkəmə qərarları › İş №1(3-7)-314/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-314/2026

16.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-314/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X6 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyil oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)- **/**** saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ( hakimlər; X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) ## #### 2026-cı il tarixli, 1(4-3)-28/2026 saylı hökmü ilə ##.##.1971-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən üzərində 1000 (bir min) manat məbləğində cərimə cəzası saxlanılmış, ##.##.2025-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni # ####### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, təqsirləndirilən şəxsin apellyasiya şikayətini geri götürmək barədə xahişini və cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(4-3)-28/2026 saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 390.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 390.6-cı maddəsinə əsasən Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə ərizəsinə əsaslanaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(4-3)-28/2026 saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391, 396, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 1(4- 3)-28/2026 saylı hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar