Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1(3-7)-320/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin sədri Əli Toğrul Məhəmməd oğlu, MÜƏYYƏN ETDIM : Ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.4-сü maddələri və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Ibtidai araşdırma orqanının mövqeyinə əsasən təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda və əlbir şəkildə müxtəlif vaxtlarda özgə şəxslərin əmlakını talayraraq cinayət qanununda göstərilən əməlləri törətməkdə təqsirləndirilir. Eyni zamanda təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Goranboy Rayon Məhkəməsinin (hakim E.G.Yusifov) ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cinayət əməlləri təsnifat baxımından az ağır hesab edilsə də vurulmuş zərərin həcmi baxımından ən ağırı Daşkəsən və Göygöl rayonları ərazisində törədilmişdir. Sonuncu cinayət əməli təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində ##.##.2025-ci il tarixdə Daşkəsən rayonun inzibati ərazisində törədilmişdir. Yəni cinayət işi Goranboy RPŞ-nin IB tərəfindən yekunlaşdırılsa da, ibtidai istintaqın əhəmiyyətli hissələri Daşkəsən və Göygöl rayonları üzrə fəaliyyət göstərən istintaq orqanları tərəfindən aparılmışdır. Daşkəsən Rayon Məhkəməsi Goranboy Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və məhkəmənin (hakim K.H.Vəliyev) ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.23, 177.24 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə ərazi aidiyyətinin müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ittiaham aktında göstərilənlərə əsasən oğurluq cinayətləri Goranboy, Daşkəsən və Göygöl rayonları ərazisində törədilmişdir və cinayətlərin hər biri az ağır olmaqla təsnifat baxımından eyni kateqoriyalı cinayətlərdir. Eyni kateqoriyalı cinayətlərdən bir hadisə üzrə vurulmuş zərərin həcminin digərlərindən çox olmasına əsaslanmaqla həmin cinayətin daha ağır hesab edilməsi cinayət qanunvericiliyinin tələblərinə uyğun deyildir. Bundan başqa iş üzrə cinayətlərin ən çoxu, yəni 3 cinayət Goranboy rayonu ərazisində törədilmiş, zərərçəkmiş şəxslərin əksər hissəsi həmin rayonda yaşayır, həmçinin cinayət işi üzrə məhkəməyədək icraat Goranboy RPŞ-nin IB tərəfindən tamamlanmışdır. Cinayət işi üzrə törədilmiş son əməl olan odlu yivli silahı qanunsuz əldə edərək saxlama cinayətinə Göygöl rayonu, Çaykənd kəndi ərazində, “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli, 1 (bir) ədəd avtomat silahın ## ###### 2026-cı il tarixdə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi ilə son qoyulmuşdur. Qeyd olunanlardan göründüyü kimi cinayət işinə Daşkəsən Rayon Məhkəməsində baxılmasını mümkün edən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Işin materiallarını nəzərdən keçirərək hesab edirəm ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.23, 177.24 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.8.-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi bir icraatda birləşdirilmiş müxtəlif yurisdiksiyalarda baş vermiş cinayətlərə dair işlər eyni səviyyəli birinci instansiya məhkəmələrinə aiddirsə, məhkəmə aidiyyəti məsələsi Cinayət-Prosessual Məcəlləsinin 74.8ci maddəsində təsbit edilmiş qaydaya müvafiq surətdə həll edilməli, yəni cinayət işinə məhkəməyədək icraatın başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Iş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxslərin təqsirləndirildikləri oğurluq cinayətlərindən ən çoxu Goranboy rayonu ərazisində törədilmişdir. Həmin cinayətlər ağırlıq dərəcəsinə görə eynidir. Bundan başqa, cinayət işi üzrə məhkəməyədək icraat Goranboy rayon Polis şöbəsinin müstəntiqi tərəfindən tamamlanmışdır, yəni cinayət işinin məhkəməyədək icraatı Goranboy rayonunda başa çatmışdır. Ona görə də, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.23, 177.24 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə materiallar baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74, 75, 77-ci, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDIM: təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.23, 177.24 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi materialları baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Sədr Toğrul Əli
Məhkəmə qərarları › İş №1(3-7)-320/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-7)-320/2026
09.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver