Məhkəmə qərarları › İş №1(3-8)-102/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-102/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-102/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü ilə (hakim S.Z.Bayramov) ## #### 2009-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınması, hökmün icrası Xaçmaz Rayon Icra və Probasiya Şöbəsinə həvalə olunması hökm edilmişdir. IŞIN HALLARI : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində saat 10 radələrində Xaçmaz rayonu Müşkür kəndində 41°29'53" şimal enliyi 48°46'59" şərq uzunluğu koordinatlarında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir torlu hasarın üzərindən aşıb həyətyanı sahəyə keçərək orada başqa saxlanc yeri hesab olunan tikilinin pəncərəsini açıb içəriyə qanunsuz daxil olmaqla həmin anbardan 01 ədəd 2381,16 manat dəyərində Stark brendinə məxsus “DESTROYER” tipli 26-lıq velosipedi qanunsuz götürüb apararaq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 2381,16 manat məbləğində maddi ziyan vurmaqla başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində saat 11 radələrində Xaçmaz rayonu Müşkür kəndində 41°29'53" şimal enliyi 48°46'59" şərq uzunluğu koordinatlarında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gələrək evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir torlu hasarın üzərindən aşıb həyətyanı sahəyə keçərək orada başqa saxlanc yeri hesab olunan tikilinin pəncərəsini açıb içəriyə qanunsuz daxil olaraq həmin anbarda olan 150 manat dəyərində 20 kiloqram çəkidə 01 kisə fındığı qanunsuz götürüb apararaq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmaqla təkrar, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində daha yüngül cəza, “Konstitusiya və Suverənlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qanunu tətbiq olunmaqla barəsində olan cinayət işinə xitam verilməsini xahiş edilməklə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası törədilmiş əmələ, onun ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmayaraq həddindən artıq ağırdır. Qeyd olunur ki, məhkum yetkinlik yaşına çatmayan şəxs olmaqla cinayəti ilk dəfə törətmiş, əməlini səmimi etiraf etmiş, törətdiyindən peşman olmuş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmişin məhkəməyə təqdim etdiyi ərizədə də hər hansı şikayət və tələbinin olmadığı göstərilmişdir. Məhkəmə bu halları qeyd etsə də, onları cəzanı yüngülləşdirən hallar kimi lazımi qaydada nəzərə almamış, nəticədə ədalətli cəza təyin etməmişdir. Yetkinlik yaşına çatmayanlara münasibətdə cəza təyin edilərkən onların həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, şəxsiyyət xüsusiyyətləri və islah olunma imkanları daha geniş nəzərə alınmalı olduğu halda, birinci instansiya məhkəməsi bu məsələləri kifayət qədər qiymətləndirməmişdir. Iş üzrə mövcud olan yüngülləşdirici və müstəsna hallar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağı həddən də az cəza tətbiq olunması mümkün idi. Bundan əlavə, “Konstitusiya və Suverenlik ili” münasibətilə qəbul edilmiş amnistiya aktının tətbiq edilmə imkanının mövcud olduğu, məhkumun yetkinlik yaşına çatmayan şəxs olması və törətdiyi cinayətin xarakteri nəzərə alınmaqla onun cəzadan azad edilə biləcəyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, daha yüngül cəza təyin edilməsi və amnistiya aktı tətbiq olunmaqla cinayət işinə xitam verilməsi xahiş edilir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağır cəza olması barədə dəlillərinin əsassız olduğunu, təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunduğunu, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəli xarakteri, dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq ədalətli və qanuni cəza təyin olunduğunu göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini, eləcə də təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı bildirdiyi fikirlərini müdafiə edib əlavə olaraq onu da qeyd etdi ki, Təqsirləndirilən şəxs azyaşlı olaraq hazırkı cinayət əməlini törətməsi nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsə təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikasınin Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 397.1 və 397.2-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərində və müdafiə tərəfinin çıxışlarında göstərilən hallarla bağlı CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin yoxlanılmasına dair tələblərinə müvafiq olaraq ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət əməllərinə və həmin əmələ görə təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi, həmin cinayət əməlinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, ona ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə mövcud sübutlara və müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmuş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyi tam təsdiq olunmuşdur. Buna görə də, məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrar sadalamağa zərurət görmür. Belə ki, CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş sübutlara tətbiq olunmalı qanun normalarının tələblərinə uyğun qiymət verilməsini qeyd edərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi, həmin əmələ görə təqsirli olması istintaq orqanı tərəfindən toplanılmaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutlar toplusu ilə tam sübuta yetirilmişdir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmiş, onun əməlini CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı iki epizod üzrə gizli olaraq talamaqla, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bu hallar təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu və digər yazılı sübutlarla tam təsdiq olunmuşdur Apellyasiya şikayətində cəzanın ağır olması, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, ziyanın ödənilməsi və peşmançılıq kimi hallar əsas gətirilmişdir. Lakin kollegiya hesab edir ki, həmin hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Belə ki, hökmün məzmunundan görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, zərərin tam ödənilməsi və zərərçəkmiş şəxsin şikayətinin olmaması məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə daha ağır cəza növü deyil, azadlığın məhdudlaşdırılması kimi cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəza təyin edilmişdir ki, bu da yetkinlik yaşına çatmayan şəxslər barəsində cəza siyasətinin humanist prinsiplərinə tam uyğundur. Kollegiya qeyd edir ki, törədilmiş əməl iki epizoddan ibarət olmaqla təkrar törədilmiş, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq kimi qiymətləndirilmiş və bu hallar əməlın ictimai təhlükəliliyini artıran xüsusiyyətlərdir. Bu səbəbdən yalnız yüngülləşdirici halların mövcudluğu cəzanın daha da aşağı həddə endirilməsini və ya cinayət məsuliyyətindən azad etməni zəruri etmir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, həmin maddənin tətbiqi üçün müstəsna hallar mövcud olmalıdır. Iş materiallarından belə müstəsna halların mövcudluğu müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş yüngülləşdirici hallar adi xarakterli olmaqla, 62-ci maddənin tətbiqi üçün kifayət etmir. Həmçinin, apellyasiya şikayətində istinad edilən amnistiya aktının tətbiqi məsələsinə gəldikdə, kollegiya qeyd edir ki, amnistiya tətbiqi üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcudluğu ayrıca qaydada müəyyən edilməlidir (yəni CM-nin 177.2-ci maddəsi ilə məhkum edilmiş şəxslərə Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında ##.##.2019-cu qərarının 7-ci hissəsinə müvafiq olaraq məhdudiyyət nəzərdə tutulmuşdur), bu səbəbdən təqsirləndirilən şəxsin barəsində amnistiya haqqında qərarın tətbiqini zəruri edən əsaslar yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41, 58 və 86-cı maddələrinin tələblərini düzgün tətbiq etmiş, təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmuşdur. Kollegiya hesab edir ki, təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası nə həddən artıq ağır, nə də ədalətsizdir, əksinə, məhkumun islah olunması və yeni cinayətlərin qarşısının alınması məqsədinə xidmət edir. Məhkəmə kollegiyası işin faktiki hallarını və toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təyin etdiyi cəza törədilmiş cinayət əməlinə adekvat olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59 və 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li Qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, müdafiə tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının təqsirləndirilən şəxsə ağır cəza təyin olunması barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azaldılması və ya dəyişdirilməklə amnistiya tətbiq edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bundan əlavə kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 cinayət işinin materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 3 (üç) iş saatına görə ödənilməli olan 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197, 198, 397.1, 397.2, 398.1.1, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 33 (otuz üç) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar